154
Digər qrup alimlər isə cəmiyyətin siyasi subyektlərinin ardıcıllığını müəyyən edərkən ilkin
subyekt kimi ayrı-ayrı şəxsiyyətlərdən çıxış etməyi təklif edirlər (İ. Borisov, M.Əfəndiyev və
başqaları) (4, s.99; 5, s.187).
Bizim fikrimizcə ikinci nöqteyi–nəzərin öz məntiqi vardır. Belə ki, həm ümumilikdə
cəmiyyət miqyasında, həm də müxtəlif sosial birliklər səviyyəsində götürülən siyasi subyektlər nə
isə bir mücərrəd varlıq olmayıb, onlarda təmsil olunan ayrı-ayrı konkret şəxsiyyətlərdir. Buna görə
də siyasi subyektlərin təsnifatında şəxsiyyətdən çıxış edərək ümumiyə doğru getmək məqsədə
uyğundur. Həm də nəzərdə tutmaq lazımdır ki, əsas məsələ sıra ardıcıllığının ifadə olunmasında
deyil, ümumi mahiyyətin aşkarlanmasındadır. Sonuncu mövqedən yanaşdıqda göstərilməlidir ki,
cəmiyyət (xalq ) sosial birliklər, siyasi təsisatlar və şəxsiyyət siyasətin subyektləri olmaq etibarilə
bir birilə ayrılmaz əlaqədə və sıx qarşılıqlı təsirdə fəaliyyət göstərirlər.( 6,126).
Şəxsiyyətin cəmiyyətin siyasi həyatında iştirakı son dərəcə geniş məzmuna malikdir. Bu
prosesdə təkcə, mövcud siyasi reallıq deyil, həm də şəxsiyyətin özü subyekt kimi ciddi yeniləşməyə
məruz qalır. Əvvəla, siyasi həyatda fəal iştirak etməklə o, özünün malik olduğu potensial imkanları
üzə çıxarır, yaradıcı varlıq kimi siyasi həyatda özünü təsdiq edir. Digər tərəfdən şəxsiyyət siyasi
fəaliyyət prosesində siyasi strukturlar ilə hərtərəfli əlaqələrini möhkəmləndirə və lazım gəldikdə
onların fəaliyyəti üzərində nəzarət həyata keçirə bilir. Nəhayət, öz siyasi fəaliyyəti ilə şəxsiyyət,
dövlət və ictimai işlərin idarə olunmasına yaranan demokratik təlabatı ödəyir, ünsiyyət mədəniyyə-
tini yüksəldir, idarəçilik vərdişlərini daha da zənginləşdirir.
Ümumiyyətlə siyasi subyekt kimi səciyyələndirilən üç başlıca keyfiyyət vardır: siyasi şüur ,
siyasi təşkilatçılıq və siyasi fəallıq. Şəxsiyyətin siyasi şüuru onun öz siaysi mənafelərini dərk etmə
səviyyəsini, siyasi münasibətlər sistemində yeri və rolunu necə başa düşdüyünü, onun mənlik şüuru
və siyasi mənlik şüurunu, nəhayət siyasi fəaliyyətinin nəticələrini anlamasını -siyasi məsuliyyətini
əhatə edir. Siyasi təşkilatcılıq şəxsiyyəti siyasi fəaliyyətdə özünü necə təşkil və səfərbər edə
bilməsini, siyasi mənafelərini siyasi fəaliyyətdə hasnı səviyyədə reallaşdıra bilməsini səciyyələndi-
rir. Nəhayət, siyasi fəallıq şəxsiyyətin siaysi fəaliyyətinin intensivlik dərəcəsini, onun aktivliyini və
məqsədyönlülüyünü ifadə edir.
Bütövlükdə şəxsiyyətin subyektivlik keyfiyyətini əks etdirən bu göstəricilər bir-birilə sıx
əlaqədə və qarşılıqlı təsirdə çıxış edir .
Elmi ədəbiyyatda şəxsiyyətin siyasi subyektivliyinin aşağıdakı əsas meyarlara malik olduğu göstərilir:
-
Şəxsiyyətin müəyyən şüurluluğa və mütəşəkkillik səviyyəsinə malik olmaqla, həyata kecirdiyi
siyasi fəaliyyət qabiliyyəti, siyasi qərarların qəbul edilməsində və yerin əyetirilməsində iştirakının
imkanları;
-
Onun müxtəlif sosial birliklərə və qruplara ideoloji, təşkilatı və tərbiyəvi təsirinin səviyyəsi;
-
Siyasi fəaliyyəti müstəqil və sərbəst həyata keçirmək, onu tənzim etmək məharəti;
-
Şəxsiyyətin öz siyasi fəaliyyətinin törədə biləcəyi mühüm ictimai nəticələri irəlicədən görə
bilməsi və lazım gəldikdə bu fəaliyyətdən imtina etmək bacarığı.
Müasir şəxsiyyətin siyasi fəaliyyətinin başlıca obyektlərini cəmiyyətin siyasi və hüquqi
münasibətləri və təsisatları təşkil edir.O öz siyasi mənafelərini reallaşdırmaq üçün ya onları möh-
kəmləndirməyə çalışır, ya da onları yenilşdirmək uğrunda mübarizə aparır (7,169).
Fəlsəfi ədəbiyyatda şəxsiyyətin fəaliyyətini şərtləndirən amillərin təlabat, mənafe və məqsəd olduğu
fikri geniş yayılmışdır (6, s.184). Bu eynilə də onunsiyasi fəaliyyət növünə aiddir.Yeganə fərq
burasındadır ki, siyasi fəaliyyətdə bu amillər konkretləşmiş şəkildə, yəni siyasi təlabatlar, siyasi
mənafelər və siyasi məqsədlər formasında çıxış edir. Lakin nəzərdə tutmaq lazımdır ki, şəxsiyyətin
mənafeyi onun şüurunda heç də həmişə adekvat əks olunmur. Müxtəlif səbəblər (cəmiyyətin ümumi
yetkinlik səviyyəsinin aşağı olması, konkret şəxsiyyətin kifayət qədər inkişaf etməməsi, ona
göstərilən ideoloji təzyiqin güclü olması və s.) üzündən mənafe şəxsiyyətin şüurunda təhrif olunmuş
formada və ya illüziyalı şəkildə də inikas edə bilir .Sonuncu vəziyyət şəxsiyyətin nəzəri şüurundan
daha çox onun adi, empirik səviyyəsində müşahidə olunur. Açıq cəmiyyətə keçid dövründə
şəxsiyyətin yuxarıda qeyd olunan göstəricilərində ciddi irəliləyişlər baş verir. Keçmiş rejim nəinki
təkcə siyasi həyatda kor–koranə itaət təlqin edirdi, həm də özünün spesifik psixologiyasını və
155
təfəkkür üslubunu yaradırdı ki, burada hakimiyyətə pərəstiş , insan hüquqlarına hörmətsizlik, sadə
yollarla, düşünmədən qərar qəbul etmək əsas yer tuturdu.
Müasir dövrdə şəxsiyətin siyasi fəaliyyətinin strukturu da xeyli dərəcədə mürəkkəbdir.
Burada ilk öncə yaxın (taktiki) və perspektiv (strateji )siyasi məqsədləri düzgün müəyyənləşdirmək
məharəti qeyd olunmalıdır.
Siyasi fəaliyyətin ikinci mühüm struktur ünsürü şəxsiyyət tərəfindən öz siyasi məqsədini
həyata keçirmək üçün səmərəli metodların, vasitələrin və formaların seçilməsidir.
Siyasi cəhətdən yetkin şəxsiyyət öz fəaliyyətində geniş dünyagörüşü, müdrikliyi və siyasi
təcrübəni düzgün əlaqələndirməklə, nəinki təkcə siyasi vəziyyəti düzgün təhlil etməyi bacarır, o
həm də siyasi prosesləri irəlicədən xeyli dərəcədə dəqiqliklə proqnazlaşdırmaq qabiliyyətinə malik
olur. Bu keyfiyyət onun siyasi fəallığını daha yaradıcı və geniş miqyaslı edir .
Şəxsiyyətin siyasi fəallığının artması açıq cəmiyyətə keçid dövrünün zəruri şərti və ayrılmaz
tərkib hissəsidir. Hazırda ictimai həyatın bütün sahələrində özünü göstərən əsaslı və dərin
dəyişikliklər,demokratikləşmənin ardıcıl həyata keçirilməsi, şəxsiyyətin siyasi fəallığının artması ilə
bilavasitə bağlıdır. Bu təsadufi olmayıb, açıq cəmiyyət quruculuğunda iqtisadi, sosial və mənəvi
sahələrdə olduğu kimi siyasi həyatda da insan amilini fəallaşdırmağın müstəsna dərəcədə böyük
əhəmiyyəti ilə izah olunur.İndi siyasi fəallğın artırılması cəmiyyətimizin qarşısında duran geniş
miqyaslı və mürəkkəb vəzifələr kompleksinin həllinin əsas amillərindən birinə çevrildiyi üçün,
onun real vəziyyətinin təhlili, gələcək inkişafının yolları və vasitələrinin axtarıb tapılması , təkcə
nəzəri baxımdan deyil, eləcə də praktiki mənada son dərəcə zəruridir.
Müasir cəmiyyətin siyasi sistemində həyata keçirilən əsaslı islahatlar, şəxsiyyətin siyasi
fəaliyyətini, siyasi münasibətlər sferasına daxil olmasının xarekterini və üsullarını əsaslı surətdə
yeniləşdirir ki, bu da öz növbəsində onun siyasi fəallığı qarşısında əvvəllərdə görünməmiş yeni
üfüqlər açır. Digər tərəfdən, siyasi fəallığın artması insanın şəxsiyyət kimi yetişməsində mühüm rol
oynayır. Deyilənlərdən aydın olur ki, siyasi fəallıq müasir şəxsiyyətin strukturunda müstəsna
dərəcədə ciddi rola malik komponentdir. Bu fəallığın ümumi mahiyyətini və konkret təzahür
formalarını, onu sosial keyfiyyət kimi səciyyələndirən cəhətləri və xususiyətləri dərindən təhlil
etməklə onu məqsədyönlü şəkildə formalaşdırmaq və inkişaf etdirmək zəruridir.
Şəxsiyyətin siyasi fəallığının mahiyyəti və konkret təzahür formalarını araşdırmaqdan əvvəl
öncə bu anlayışın məzmununu açmaq tələb olunur. Bununla əlaqədar qeyd edək ki,fəlsəfi–sosioloji
ədəbiyyatda şəxsiyyətin siyasi fəallığının mahiyyəti, xüsusiyyətləri və funksiyaları haqqında vahid
rəy demək olar ki, yoxdur.
Siyasi fəallıq anlayışının məzmunu çox geniş olub , şəxsiyyətin siyasətdə iştirakının müxtəlif
formalarının məcmusunu ifadə edir. Siyasi fəallıq , əmək fəallığı və mənəvi fəallıqla yanaşı sosial fəallığın
çox mühüm növü olmaqla, onun siyasi münasibətlər sisteminə cəlb olunması dərəcəsini, ölçüsünü və
səviyyəsini əks etdirir, şəxsiyyətin ictimai vəzifələrin həllində iştirakının göstəricisidir. (8, с.220)
Müasir şəraitdə şəxsiyyət aktiv siyasi fəaliyyətin subyekti kimi cəmiyyətin həyat fəaliyyəti-
nin bütün sahələrinin inkişafının müəyyənedici amillərindən birinə çevrilmişdir. Hazırda siyasi fəal-
lıq şəxsiyyətin təkcə siyasi və ictimai institutların formalaşmasında və fəaliyyətində bilavasitə və
yaxından iştirakı ilə məhdudlaşmır, həm də şəxsiyyətin işgüzarlığını və öz iş yerində səlahətliliyi-
nin, özünü tərbiyə və özünü təkmilləşdirməsinin qüdrətli vasitəsi kimi çıxış edir.
Deyilənlər sübut edir ki,şəxsiyyətin siyasi fəallığına onun həyat fəaliyyətinin spesifik forması kimi
yanaşmaqla, onu inteqrativ və polufunksional daşıyan bütöv proses kimi araşdırmağa ehtiyac vardır.
Şəxsiyyətin siyasi fəallığının məzmununda yaranan yeni keyfiyyət hər şeydən əvvəl bunda
təzahür edir ki, ardıcıl və hərtərəfli demokratikləşmə şəraitində bir tərəfdən şəxsiyyətin siyasi
hakimiyyətin reallaşdırılmasında iştirakının dərəcəsi qeyri–adi dərəcədə artır, onun ənənəvi təzahür
formaları zənginləşir, digər tərəfdən, şəxsiyyətin həyat fəaliyyətinin başqa sahələri ilə onun qarşılıq-
lı əlaqələri daha da möhkəmlənir, siyasi fəallığın həmin sahələrə nüfuz etməsi prosesi sürətlənir.
Şəxsiyyətin siyasi fəallığı mövcud ictimai münasibətlərin xarekteri, məzmunu və inkişaf
istiqamətləri, real əmək bölgüsü formaları əsasında formalaşsa da , bu prosesdə şəxsiyyətin öz
fəaliyyətində yerinə yetirdiyi konkret ictimai funksiyalar da çox mühüm rol oynayır. Onun
Dostları ilə paylaş: |