Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə74/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   70   71   72   73   74   75   76   77   ...   164

152 
its national character. New century tests all nations. Someone simply joins the general flow, falls to 
the path of those who go ahead. People,crowd is in the compulsion of joining effect. Because they 
live the events. Though keeping the national feature in new ampoule requires protection invariants 
in the essences plane. This hard historical duty is the responsibility of the nation's thinkers. 
Intellectuals  are  the  main  participants  of  the  spiritual  life  of  the  community  with  serving 
from one side an individual's spiritual growth, from other side developing social environment. It is 
possible neither achieving the broad masses of spiritual development without improving society nor 
ensuring  the  spiritual  growth  of  the  community  without  achieving  individual-moral  perfection. 
Impetus must be personal and spiritual potential of the chosen ones, not everyone. the next duty is 
consist  of  turning  the  spiritual  growth  of  some  individuals  to  the  practice  of  wider  layers, 
appropriating and applying the ways of this process.  
 
РЕЗЮМЕ 
Aббас Ахмедов 
 
РОЛЬ ИНТЕЛЛЕКТУАЛЬНОЙ ДЕЯТЕЛЬНОСТИ В ЗАЩИТЕ 
НАЦИОНАЛЬНЫХ И МОРАЛЬНЫХ ЦЕННОСТЕЙ 
 
В великом смысле слова путь к свободе - это интеллектуалы национального духа и его 
носителей. В связи с этим в национальном и духовном пространстве Азербайджана усиление 
целенаправленной  деятельности  интеллектуалов  фактически  было  результатом  реакции  на 
разрушительные  последствия  ее  духовного  плана,  культурного  и  духовного  сопротивления 
движения. 
Одной  из  важных  обязанностей,  стоящих  перед  народом,  является  безопасное 
пересечение  неотделимости  глобального  процесса,  защита  его  специфики  и  его 
идентичности.  Но  сначала,  а  не  самопонимание  для  этого,  противостоя  ему  глобальный 
процесс, чтобы получить доступ к гармонии этих процессов, не теряя своего национального 
характера. Новое  столетие испытывает  все нации. Кто-то  просто  присоединяется к общему 
потоку,  попадает  на  путь  тех,  кто  идет  вперед.  Люди,  толпа  находится  в  принуждении 
присоединяющегося  эффекта.  Потому  что  они  живут  событиями.  Хотя  сохранение 
национальной  особенности  в  новой  ампуле  требует  защитных  инвариантов  в  плоскости 
сущностей. Этот тяжелый исторический долг лежит на плечах мыслителей нации. 
 Интеллектуалы  являются  основными  участниками  духовной  жизни  сообщества, 
обслуживая  с  одной  стороны  духовный  рост  человека,  с  другой  стороны  -  развитие 
социальной  среды.  Невозможно  ни  достичь  широких  масс  духовного  развития  без 
улучшения  общества,  ни  обеспечить  духовный  рост  сообщества  без  достижения 
индивидуально-нравственного  совершенства.  Импульс  должен  быть  личным  и  духовным 
потенциалом избранных, не всех. Следующая обязанность состоит в том, чтобы превратить 
духовный  рост  некоторых  людей  в  практику  более  широких  слоев,  присвоив  и  применив 
способы этого процесса. 
 
 
  
                                           NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı ilə çapa    
 
 
 
 
tövsiyyə olunmuşdur. (protokol № 02).  
Məqaləni çapa təqdim etdi: Fəlsəfə üzrə elmlər doktoru, professor M.Rzayev
 
 
 
 


153 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87) 
 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87) 
 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87) 
 
 
KAMRAN VƏLİZADƏ  
                                           Naxçıvan Dövlət Universiteti    
                                                kvelizadeh@yahoo.com 
UOT: 159.9;
 
329 
MÜASİR DÖVR VƏ ŞƏXSİYYƏTİN SİYASİ FƏALLIĞI 
 
Açar sözlər: şəxsiyyət ,  millət , siyasət , fəallıq, mənafe , mühasibat                                           
Key words: personality, nation, politics, activity, interest, accounting 
Kлючевые слова: личность, нация, политика, деятельность, интерес, учет 
Müasir Dövr və şəxsiyyətin siyasi fəallığı 
Məqalədə  siyasi  mühitdə  şəxsiyyətin  ictimai  fəallığının  yüksəlməsinin  çoxsahəli 
xüsusiyyətləri  təhlil  edilmişdir.  Müəllif  müasir  şəraitdə  şəxsiyyətin  milli  şüur  və  mütəşəkillik 
səviyyəsinin  yüksəlməsinin  əsas  meyarlarını  təhlil  etmiş,  bu  nəticəyə  gəlmişdir  ki,  müasir 
şəxsiyyətin siyasi həyatda iştirakı geniş və çoxtərəfli məzmuna malikdir. Bu baxımdan şəxsiyyətin 
siyasi fəallığının artması müasir dövrün zəruri şərti və mühim tərkib hissəsi olmaqla hüquqi dövlət 
yaradılmasının mühim amilidir 
Azərbaycan  müstəqillik  əldə  etdikdən  sonra  dövlət  hakimiyyətinin  xarekterinin  əsaslı 
surətdə  yeniləşməsi  cəmiyyətin  siyasi  təşkilində  şəxsiyyətin  yerini  və  rolunu,  onun  siyasətə 
münasibətini  tamamilə  dəyişdirdi.  Bu  dövrdən  etibarən  demokratiya  institutlarının  məzmunu  və 
onların  şəxsiyyət  ilə  qarşılıqlı  təsirinin  mexanizmi  prinsipcə  yeni  mahiyyət  kəsb  etməyə  başladı. 
Şəxsiyyət  siyasi  həyatın  və  siyasi  fəaliyyətin  subyektinə  çevrilməyə  başlayır.  Bu  prosesin  əsas 
istiqamətlərini  və  yollarını  açmazdan  əvvəl  qeyd  olunmalıdır  ki  ,  siyasi  fəaliyyət  anlayışı  çox 
mürəkkəb  məzmuna  malik  olan  spesifik  fəaliyyət  sahəsidir.  Ümumiyyətlə  götürdükdə  “siyasi” 
anlayışı insanın təfəkkürününvə hərəkətlərinin əxlaqi, estetik və iqtisadi mühitindən fərqlənən nisbi 
müstəqil sahəsini ifadə edir. Onun öz meyarları və göstəriciləri vardır (2, s.39). 
Siyasət  və  siyasi  münasibətlər  son  dərəcə  mürəkkəb  sahə  olmaqla  müəyyən  fəaliyyətə 
əsaslanır  və  bu  fəaliyyət  gedişində  qərarlaşan  münasibətləri  əhatə  edir.  Sözün  ümumi  mənasında 
siyasəti  siyasi  hakimiyyətin  və  bu  hakimiyyətlə  bağlı  olan  münasibətlərin  reallaşdırılması  kimi 
səciyyələndirmək olar. 
Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyev  deyirdi:  “Biz  müstəqil  Azərbaycan 
kimi  əzəmətli  bir  abidənin  təməlini  qoyuruq,  onu  qururuq,  yaradırıq.  Onu  indiki  nəsillər  üçün 
yaradırıq.  Bizim  üzərimizə  şərəfli  vəzifə  düşübdür  və  bunu  layiqincə  yerinə  yetirməliyik.  Güman 
edirəm ki, hər bir vətəndaş bu vəzifənin yerinə yetirilməsində öz yerini tapacaqdır” (1,31). 
Məlumdur ki , müstəqil dövlətçiliyini quran bütün postsovet respublikaları üçün cəmiyyətin 
siyasi  təşkili,  siyasi  proseslərə  şəxsiyyətin  fəal  cəlb  olunması  ilə  əlaqəli  bütün  məsələlər  böyük 
əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası üçün isə bu problemin zəruriliyi daha mühimdir. Bu, 
ölkəmizin  yerli  şəraiti,  tarixi  ənənələri,  dövlətçilik  təcrübəsinin  azlığı  və  burada  yeni  cəmiyyət 
quruculuğu proseslərinin ilk əvvəldən millətlər arası münaqişə ilə, Ermənistanın ərazi iddiaları və 
onun törətdiyi ağır nəticələr ilə izah edilir . 
Qeyd  etmək  lazımdır  ki,  siyasi  həyata  məxsus  olan  çoxölçülülük  keyfiyyəti  özünü  həm  də 
şəxsiyyətin fəaliyyətində təzahür etdirir, yəni burada sırf siyasi xarekterli ölçülər ilə yanaşı , həm də müəyyən 
sosial–iqtisadi,struktur, funksional, sosial mədəni, tarixi və başqa göstəricilər də çox mühüm yer tutur. 
Qeyd  edək  ki  ,  elmi-nəzəri  ədəbiyyatda  siyasətin  subyektlərinin  birmənalı  təsnifatı  demək 
olar  ki,  yoxdur.  Mütəxəssislərin  bir  qismi  (E.Anutriyev,  D.Zerkin  və  başqaları)  göstərirlər  ki, 
siyasətin ilkin subyektini böyük sosial qruplar, milli-etniki birliklər və bütünlükdə xalq təşkil edir, 
ikinci  pillə  siyasi  partiyalar,  ictimai–siyasi  təşkilatlar  və  digər  siyasi  təsisatlar  vasitəsilə  təmsil 
olunur. Üçüncü pillə isə fərdi liderlər,ayrı–ayrı şəxsiyyətlərdir (3, s.82) 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə