Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə76/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   72   73   74   75   76   77   78   79   ...   164

156 
mahiyyəti cəmiyyətdə real siyasət və  siyasi münasibətlərdən törəyir və şəxsiyyətin dövlətə , onun 
müxtəlif strukturlarına, habelə ictimai siyasi təşkilatlara və birliklərə münasibətində təzahür edir.  
Müasir  cəmiyyətdə  şəxsiyyətin  siyasi  fəallığı  ilə  digər  fəallıq  növləri  arasında  qarşılıqlı 
əlaqə və qarşılıqlı asılılıq durmadan artır ki, bu da insanların açıq cəmiyyət quruculuğuna yönəlmiş 
sosial–siyasi yaradıcılığını əks etdirir . 
Şəxsiyyətin  siyasi  fəallığını  araşdırarkən  onun  daxili  tərkibinin  mürəkkəb  və  təhlilə  çətin 
məruz qalan xarekterini də qeyd etmək lazımdır. Hər şeydən əvvəl  siyasi fəallığın  meyarlarını və 
göstəricilərini müəyyənləşdirmək tələb olunur. Ən böyük çətinlik isə həmin göstəricilərin şəxsiyyə-
tin əsl daxili yaradıcılıq mahiyyətini əks etdirdiyini, yoxsa zahiri, səthi empirik məna daşıdığını bir-
birindən  ayırmaqdır.  Bu  zaman,  şəxsiyyətin  siyasi  fəallığının  konkret  məzmununa  nüfuz  etmək 
tələb olunur, yəni onun həmin şəxsin öz mənafelərini yerinə yetirməklə yanaşı, həm də cəmiyyətin 
ümumi maraqları ilə ziddiyət təşkil etmədiyi təhlil edilməlidir. 
Deyilənlər  sübut  edir  ki,  müasir  dövrdə  şəxsiyyətin  siyasi  fəallığını  şərtləndirən  amillər 
kompleksindən  əsas  determinantları  seçib  ayırmaq  və  onların  əsasında  təhlil  aparmaq  zəruridir. 
Sözügedən amillər obyektiv və subyektiv cəhətləri əhatə etməklə ,  geniş məzmuna malikdir. Onlar 
əsasən  şəxsiyyətin  iqtisadi,  sosial,  demoqrafik  səciyyələrini  əhatə  edir.İqtisadi  amillər  qrupunda 
əməyin  xarekteri  və  məzmunu  əsas  yer  tutur,  onu  ifadə  edən  ixtisas  dərəcəsi,  mədəni–texniki 
səviyyə,  təhsil  və  başqa  göstəricilər  qarşılıqlı  təsirdə  çıxış  edərək  şəxsiyyətin  fəallığında  çox 
mühüm rol oynayır. Sözügedən amillər qrupunun şəxsiyyətin siyasi fəallığına təsiri həm də onların 
işçinin  asudə  vaxtının  həcmi  vasitəsilə  özünü  göstərir.  Yəni  şəxsiyyətin  çalışdığı  konkret  əmək 
növü  onun  məzmunu  nə  qədər  çox  asudə  vaxt  yaradırsa,  həmin  işçinin  bir  şəxsiyyət  kimi  siyasi 
fəallıq göstərməsi üçün daha çox imkanlar açılır. 
Nəhayət, şəxsiyyətin fəaliyyətində sosial–psixoloji  xarekterli  amillər (tələbat,  maraq, məq-
səd, motiv, dəyər oriyentasiyaları və s.)böyük rol oynayır. Onlar həm siyasi fəallığın stimullaşdırıl-
masında, həm də onun şəxsiyyət baxımından dəyərliliyinin müəyyən edilməsində müstəsna dərəcə-
də mühüm yer tutur 
Şəxsiyyətin  siyasi  fəallığı,  onun  fəaliyyətinin  daha  mütəşəkkil  və  səmərəli  təşkil  edilməsi 
üçün vasitələr və yollar axtarmağa yönəlir. Onun düzgün təşkil və tənzimedilməsi cəmiyyətdə baş 
verən əsaslı yeniləşmə proseslərinin çox mühüm subyektiv dayağı rolunu oynayır. 
Müasir  Azərbaycan  cəmiyyətində  şəxsiyyətin  formalaşdığı  və  inkişaf  etdiyi  ümumi  siyasi 
şəraiti  aşağıdakı  kimi  səciyyələndirmək  olar:  onun  həyat  fəaliyyətinin  bütün  sahələrinin  əsaslı 
surətdə  dəyişilməsi  və  keyfiyyətcə  yeni  sosial  zəmin  üzərinə  qoyulması;  onun  təbiətində,  sosial 
statusunda,  rolunda,  funksiyalarında  keçid  dövrünün  xarekterinin  şərtləndirdiyi  cəhətlərin  təzahür 
etməsi  (stabiliyiin  əldə  olunmasının  çətinlikləri,  bəzi  hallarda  sosial  patalogiya  əlamətləri  ilə 
müşayiət  olunan  qeyri–sabitlik  ünsürlərinin  özünü  göstərməsi,  baş  verən  dəyişikliklərin  qeyri 
adkevat  mənalandırılması  nəticəsində  yaranan  qeyri-müəyyənlik  və  hətta  ümidsizlik  əhval 
ruhiyyəsinin  özünü  göstərməsi);  ictimai  həyatın  bütün  sahələrində  ümumi  nəzarətdən  vaxtaşırı 
çıxma  hallarının  təzahürü,  özünü  və  özünü  tənzimetmə  arasındakı  nisbətin  ikinci  tərəfin  xeyrinə 
dəyişilməsi,  dövrün  ziddiyyətlərinin  və  çətinliklərinin  şəxsiyyətdə  öz  müvafiq  ifadəsini  tapması; 
Sosiumun  ilkin  özəyi  olan  şəxsiyyətin  sosial  özünü  hiss  etməsində  nasazlıqlar;  keçid  dövründə 
özünü göstərən digər çətinliklər–istehsalın zəif surətlə inkişafı və çox vaxt isə öz yerində sayması, 
əhalinin  sosial  təbəqələşməsinin  güclənməsi  və  yoxsulluq,  milli  etnik  münaqişələr  nəticəsində 
minlərlə  insanın  çəkdiyi  əzab-əziyyətlər  va  s.  bütün  bunların  nəticəsində  bəzən  şəxsiyyətdə 
frusturasiya  halları  özünü  göstərir.  Bununla  əlaqədar  qeyd  edək  ki,  yaradılmaqda  olan  bazar 
iqtisadiyyatı  və  hüquqi  dövlət  quruculuğu  yolunda  atılan  addımlar  şəxsiyyətə  göstərdiyi  təsir 
baxımından çox əhəmiyyətlidir. 
Qeyd  olunan  münasibətdə  Azərbaycanda  bir  çox  uğurlar  əldə  olunmasına  baxmayaraq,  bu 
sahədə görüləsi iş çoxdur. İctimai inkişafın gedişi və həyata keçirilməkdə olan vəzifələrin genişmiq-
yaslılığı  və  mürəkkəbliliyi  şəxsiyətlərin  sosial-siyasi  həyata  cəlb  olunmasını  yaxşılaşdırmağı,  bu 
işin formalarını, metodlarını, vasitələrini daha da təkmilləşdirməyi, ona xidmət edən yeni-yeni yol-
lar axtarıb tapmağı və həyata keçirməyi tələb edir . 


157 
Demokratik  prinsiplərə  əsaslanan  cəmiyyətdə  şəxsiyyətin  siyasi  fəallığını  tam  gücü  ilə 
hərəkətə gətirmək üçün indi fəaliyyət göstərən çoxsaylı  ictimai təşkilatların və birliklərin  yaradıcı 
işini daha da dolğunlaşdırmaq tələb olunur. Sözügedən məqsədə nail olmaq üçün ictimai təşkilatlar 
ilə  dövlət  orqanları  arasında  qarşılıqlı  təsirin  effektiv  mexanizmini  işləyib  hazırlamaq  və  həyata 
keçirmək  çox  zəruridir.  Onun  reallaşması  ictimai–siyasi  təşkilatların  siyasi  həyatda  və  eləcə  də 
ictimai  həyatın  digər  sferalarında  fəaliyyətini  və  təsir  gücünü  artırır,  digər  tərəfdən  isə  onlarda 
təmsil olunan şəxsiyyətlərin siyasi fəallığını daha yüksək və səmərəli edir . 
Cəmiyyətin  ictimai  həyatında  şəxsiyyətin  fəallığının  artması  geniş  araşdırmalar  aparmaq, 
yeni  tələblərə  cavab  verən  qnaesoloji  zəminlərin,  metodoloji  yanaşmaların  işlənib  hazırlanmasını 
tələb edir.(10,12) Bu zaman Azərbaycanın yeniləşən dünyada bir müstəqil ölkə kimi milli maraq və 
prioritetlərinin gözlənilməsi  , cəmiyyətin demokratik prinsip  və normalar əsasında təşkilatlanması 
və idarə olunması,insan hüquq və azadlıqlarının təmin edilməsi, şəxsiyyətin sosiallaşması məsələlə-
rinə,  milli  dövlət  və  dövlətçilik  problemlərinə  xüsusi  diqqət  yetirilməlidir.Şəxsiyyətin  siyasi  fəal-
lığının  artması  cəmiyyətdə  eyni  zamanda  milli  ideologiya,  azərbaycançılıq,  siyasi  institutların 
demokratikləşməsi  və  effektivliyi,  sosial  idarəetmənin  optimallaşdırılması  və  başqa  bu  kimi 
problemlərin də təhlilinə əlverişli şərait yaradır . 
ƏDƏBİYYAT 
1.
 
Heydər Əliyev. Müstəqillik yolu, Bakı, 1997 s.136 
2.
 
Шмитт К. Понятие политического // Вопросы социологии 1992 
3.
 
Зеркин Д.П. Основы политологии, Ростов–на–Дону: 1977 
4.
 
Борисов Л.П. Политология, М.: 1966 
5.
 
Əfəndiyev M. Siyasi elmin problemləri, Bakı, Siyasət, 1998 
6.
 
Rzayev.M.H Müasir şəxsiyyət, Bakı, MBM, 2014 
7.
 
Арефьева Г.А. Социальная активность, М: Мысль, 1974 
8.
 
Müasir qlobal siyasi proseslər və milli dövlət ideyası. Bakı, Səda 2006  
9.
 
Fəlsəfə. Dərslik, (F.Ramazanovun redak. ilə ) Bakı, Azərnəşr, 1997 
10.
 
Müasir fəlsəfə, idrakın ən yeni istiqamətləri.Bakı, Elm və Təhsil 2014 
ABSTRACT 
Kamran Valizada  
MODERN AGE AND POLITICAL ACTIVISM OF PERSONALITY 
The article explores multilevel peculiarities of rise in public activism of personality in political area. 
The  author  analyzes  key  criteria  of  intensification  of  national  conscience  and  the  level  of 
organization  of  personality  at  the  modern  stage  and  concludes  that  participation  of  modern 
personality in political life has a big and diverse importance. From this perspective, rise in political 
activism  of  personality  as  a  prerequisite  and  the  integral  part  of  the  modern  age  acts  as  the  key 
factor in establishment of the rule-of-law state. 
РЕЗЮМЕ 
К.P.Велизаде 
СОВРЕМЕННАЯ ЭПОХА И ПОЛИТИЧЕСКАЯ АКТИВНОСТЬ ЛИЧНОСТИ 
В  статье  анализируются  многоаспектные  особенности  повышения  общественной 
активности  личности  в  политической  сфере.  Автор  анализирует  основные  критерии 
повышения  национального  сознания  и  уровня  организации  личности  в  современных 
условиях  и  приходит  к  выводу,  что  участие  современной  личности  в  политической  жизни 
имеет большое и многостороннее содержание. 
С  этой  точки  зрения,  повышение  политической  активности  личности,  будучи 
непременным  условием  и  важной  составной  частью  современности,  является  важным 
фактором создания правового государства. 
 
 
  
                                           NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı ilə çapa    
 
 
 
 
tövsiyyə olunmuşdur. (protokol № 02).  
Məqaləni çapa təqdim etdi: Fəlsəfə üzrə elmlər doktoru, professor M.Rzayev
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə