172
Paylaşdırma Komitəsini yaxşı tanıdığını və bu təşkilatın böyük tarixə və zəngin ənənələrə malik
olduğunu bildirdi.
Azərbaycanın inkişafından danışan İlham Əliyev siyasi, iqtisadi, sosial sahələrdə islahatların
müvəffəqiyyətlə həyata keçirildiyini vurğuladı. Ölkəmizin beynəlxalq təşkilatlarla əlaqələrə böyük
önəm verdiyini söyləyən dövlət başçısı Azərbaycan ictimaiyyətinin Amerika Yəhudi Birgə
Paylaşdırma Komitəsini yaxşı tanıdığını və bu təşkilatın böyük tarixə və zəngin ənənələrə malik
olduğunu bildirdi.
Bu zaman dünyadakı nüfuzlu yəhudi təşkilatları Azərbaycana xüsusi maraq göstərirdilər.
Prezident İlham Əliyevin dəvəti ilə 2008-ci il 13-16 avqust tarixlərində Amerika Yəhudi
Komitəsinin (AYK) icraçı direktoru David Harrisin Azərbaycana səfəri həmin marağın təzhürü
oldu. Avqustun 15-də D.Harrisi Prezident İlham Əliyev qəbul etdi. Görüşdə iki ölkə arasında
münasibətlərin genişləndirilməsində yəhudi icmasının rolu müzakirə edildi. Bildirildi ki,
Azərbaycanda yaşayan yəhudi icmasının azad fəaliyyəti üçün bütün imkanlar vardır [4, 2008, I h.,
402]. Milli Məclisin Sədri O.Əsədov və xarici işlər nazirinin müavini V.Sadıqov ilə keçirilən
görüşdə ABŞ-dakı yəhudilərin Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyi ifadə edildi. Həmçinin
Azərbaycanda yaşayan yəhudi icmasının azad fəaliyyət göstərməsi üçün hər cür şəraitin yaradıldığı
xüsusi olaraq vurğulandı [4, 2008, I h., 402].
Beləliklə, İsrail - Azərbaycan münasibətləri və ABŞ araşdırması göstərir ki, müstəqillik
illərində bu münasibətlər spesifik səciyyə daşımışdır. İkitərəfli münasibətlər məktublaşmalar,
müxtəlif səviyyəli səfərlər, siyasi məsləhətləşmələr, başlıca olaraq ikitərəfli və qismən çoxtərəfli
formatda inkişaf etdirilmişdir. Qarşılıqlı münasibətlərin müqavilə-hüquq bazası yaradılmışdır.
Azərbaycan – İsrail siyasi münasibətlərinin genişlənməsində dövlət başçıları, müvafiq
nazirliklər, parlamentlərarası qruplar, Azərbaycanda və digər ölkələrdə yaşayan yəhudi icmaları,
İsraildə yaşayan yəhudi əsilli Azərbaycan diasporası mühüm rol oynamışlar. Keçirilən ikitərəfli
görüşlərdə Azərbaycan və İsrail arasında əməkdaşlığın siyasi, iqtisadi, mədəni sahələrdə davam
etdirilməsinə və daha da genişləndirilməsinə, regional və beynəlxalq məsələlərə dair fikir
mübadiləsi aparılmış, bir çox saziş və müqavilələr imzalanmışdır. Faktiki materialların təhlili
göstərir ki, ABŞ-da yaşayan yəhudi icması da Azərbaycan – İsrail əlaqələrinin daha da
genişləndirilməsində özünəməxsus rol oynamışdır.
ƏDƏBİYYAT
1.
Azərbaycan Respublikasında İsrail Dövləti Səfirliyinin materialları, 1992-2008
2.
Azərbaycan Prezidenti Heydər Əliyev İsrailin Baş naziri İshak Rabin ilə görüşmüşdür,
Azərbaycan qəz., Bakı, 1995, 2 noyabr.
3.
Azərbaycan Prezidenti Heydər Əliyevin İsrailin xarici işlər naziri Şimon Peres ilə görüşü.
Azərbaycan qəz., Bakı, 1996, 11 yanvar.
4.
Azərbaycanın xarici siyasəti: sənədlər məcmuəsi. 2001. I hissə. Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyi, Bakı: Qoliaf MMC, 2010, 1124 s.; II hissə. Bakı, GARİSMA MMC,
2009, 1040 s.;
5.
Chossudovsky M. The War on Lebanon and the Battle for Oil’, Global Research, 26 July
2006: http://www.globalresearch.ca\index.php?context =vasaid=2824.
6.
Həsənov Ə.M. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti, Bakı,
Azərbaycan, 2005, 751 s.
7.
Hüseynova İ.M. Müstəqil Azərbaycan Dövlətinin qurucusu, Bakı, Təhsil, 2002, 472 s.
8.
Əliyev Heydər, Müstəqilliyimiz əbədidir, X kitab, Bakı, Azərnəşr, 2002, 472 s.; XI kitab,
Bakı, Azərnəşr, 2003, 452 s.; XII kitab. Bakı: Azərnəşr, 2004, 432 s.; XIX kitab, Bakı,
Azərnəşr, 2006, 528 s.; XX kitab, Bakı, Azərnəşr, 2007, 536 s.
9.
Ismailzade F. New Tensions Complicate Relations Between Baku and Tehran, Eurasia Daily
Monitor, Vol. 3, No. 62, 30 March 2006: http://www. Jamestown. Org\single\?no_
cache=1stx_ttnews%5Btt_news%5D=315.
173
10.
Ismailzade F. “Israel Show Interest in Azerbaijan Energy and Trade Projects”, Eurasia Daily
Monitor,
09
June
2006:
http://www.jamestown.org\single\?
no_cache=1stx_ttnews
{tt_news}=31770.
11.
“Israel and Azerbaijan: Baku`s Balancing Act”, CRIA, 02 February 2009 http://cria-
online.org\CU_-file__-article__-sid-21.html.
12.
İsrail haqqında ümumi məlumat – www.mfa.gov.az/files/file/Israil.
ABSTRACT
S.İ.Mammadova
AZERBAIJAN – ISRAEL RELATIONS AND THE USA (1991-2008YY)
The main purpose of the research is to explore the relations between “Azerbaijan – Israel
and the USA”. The research was carried out on the basis of official documents, newspapers and
literatures in the different languages. Sources and literatures corresponding problems were
involved in science for the first time; Application of importance: could be used in lectures and
seminars at higher education institutions
РЕЗЮМЕ
С.И.Мамедова
АЗЕРБАЙДЖАНО - ИЗРАИЛЬСКИЕ ОТНОШЕНИЯ И США (1991-2008ГГ)
Основная цель исследования изучить отношения между “Азербайджано - Израильские
и США». Исследование проводилось на основе официальных документов, газет и
литературы на разных языках. Результаты исследования: “Азербайджано - Израильские
отношения и США» являются основой, и имеет широкие перспективы. Источники и
литературы соответствующей проблемы были вовлечены в науке впервые. Применение
важности: может использоваться на лекциях и семинарах в высших учебных заведениях
NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı ilə çapa
tövsiyyə olunmuşdur. (protokol № 02).
Məqaləni çapa təqdim etdi: Fəlsəfə üzrə elmlər doktoru, professor M.Rzayev
Dostları ilə paylaş: |