170
Yəhudi xalqı tamamilə məhv etməyə çalışılsa da, buna nail olunmamışdır. Tarix sübut etmişdir ki,
bu xalqı məhv etmək mümkün deyildir. Holokost muzeyi də yəhudilərin başına gələn bəlaları,
müsibəti, faciəni əyani şəkildə sübut edən muzeydir və böyük əhəmiyyət kəsb edir. Yeganə nəticə
ondan ibarətdir ki, bəşəriyyət bundan sonra heç yerdə heç bir xalqa qarşı soyqırıma yol
verməməlidir. Dünya birliyi müharibə alovlarını söndürməli, münaqişələri ləğv etməli, dünyada
sülhün, əmin-amanlığın yaranması üçün daha çox səylər göstərməlidir. Bunlar muzeyə baxarkən
çıxarılan nəticədir” [8, XIX kit., 60-61].
Münasibətlərin inkişafında növbəti addım 1999-cu il iyul ayının 14-də Heydər Əliyevin ABŞ-
ın Yəhudi Təşkilatlarının nümayəndə heyəti ilə görüşündə atıldı. Görüşdə iki xalq arasında dostluq
əlaqələri və birgə fəaliyyət məsələləri müzakirə edildi. Mövcud əlaqələrdən danışan Azərbaycan
Respublikasının Prezidenti dedi : “Amerika Birləşmiş Ştatlarında yaşayan yəhudilərin təşkilatları ilə
biz artıq yaxşı dostluq əlaqələri yaratmışıq. Şübhəsiz ki, bu dostluq əlaqələri hər iki tərəfin arzusu
və istəyi ilə olubdur”. Heydər Əliyev daha sonra 1997-ci ildə ABŞ-a rəsmi səfəri barədə məlumat
verərək demişdir : “Mən Amerika Birləşmiş Ştatlarında 1997-ci ildə rəsmi səfərdə olarkən Yəhudi
Təşkilatları Konfranslarının prezidentləri ilə Nyu Yorkda çox əhəmiyyətli bir görüş keçirdim. Mən
bu ilin aprel ayında Vaşinqtonda olarkən Holokost muzeyini ziyarət etdim, orada da görüşlər
keçirdim. Yəhudi təşkilatlarının nümayəndələri də vaxtaşırı olaraq Azərbaycana gəlirlər. Mən bunu
birinci növbədə Azərbaycan
ABŞ əlaqələrini, Azərbaycan
İsrail əlaqələrini daha da
genişləndirmək və bununla bərabər, yəhudi təşkilatları ilə daha sıx əməkdaşlıq etmək üçün çox
əhəmiyyətli hesab edirəm” [8, XXI, 24].
Amerika Yəhudi Komitəsinin hökumət və beynəlxalq məsələlər üzrə müdir müavini Barri
Geykobs nümayəndə heyətinin Azərbaycana səfərinin məqsədini aşağıdakı kimi açıqladı : “Əlbəttə
ki, bizim Azərbaycana səfərimiz bir növ rəmzi xarakter daşıyır. Bu səfər Amerika Birləşmiş
Ştatlarındakı yəhudi komitəsi ilə Azərbaycan arasında dostluğun nə qədər möhkəm olduğunu
göstərir. Bu, eyni zamanda Azərbaycan ilə İsrail arasında sağlam, isti münasibətlər olduğunu
göstərir. Səfərimizin digər məqsədi isə Azərbaycanda yaşayan həmmillətlərimizi – yəhudiləri
görməkdir. Biz eşitmişik ki, Azərbaycanda yaşayan yəhudi icmasına çox geniş azadlıqlar verilibdir.
Onlar respublikanın digər vətəndaşları ilə bərabər vəziyyətdə yaşayırlar. Biz indi bunun hamısını öz
gözlərimizlə gördük” [8, XXI kit., 25].
Heydər Əliyev Ermənistan – Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində
dost yəhudi xalqına arxalandığını bildirərək vurğuladı : “Biz çox çətin bir vəziyyətdəyik və böyük
problemlərlə rastlaşaraq münaqişənin sülh yolu ilə həll olunmasına çalışırıq. Mən Amerikada da,
Azərbaycanda da keçirdiyim görüşlərdə yəhudi təşkilatlarının nümayəndələrinə üz tutaraq demişəm
ki, Amerikada sizin imkanlarınız çoxdur, ədalətin bərpa olunması üçün Azərbaycana yardım edin.
Bu sözləri sizə də deyirəm…. Amerika Birləşmiş Ştatlarında yəhudi təşkilatlarının təsiri böyükdür.
Biz çox arzu
edərdik ki, siz öz təsirinizdən bu istiqamətdə də istifadə edəsiniz” [8, XXI kit., 26].
Bu məsələlərdə yəhudi təşkilatlarının mövqeyi aydın idi. Bununla bağlı olaraq Barri Geykobs
dedi : “...bütün yəhudi təşkilatları, xüsusilə nümayəndələri bugünkü görüşdə iştirak edən yəhudi
təşkilatları – Amerika Yəhudi Komitəsi və sovet yəhudiləri ilə iş üzrə Milli Konfrans Təşkilatı
Vaşinqtonda çox möhkəm çalışırıq ki, Azərbaycanı dəstəkləyək” [8, XXI kit., 27].
Qeyd etmək lazımdır ki, komitə üzvləri Cənubi Qafqazın hər üç ölkəsinə səfər etmiş və
müşahidələri yerində aparmışdılar. Onların fikrincə, Azərbaycanda yəhudilərə bəslənən münasibət
rəğbət yaradırdı. Yəhudi nur və sevinc bayramı olan Hanuka mərasimində iştirak etmək üçün İsrail
Dövləti Müdafiə Nazirinin müavini, Azərbaycan
İsrail
ABŞ üçtərəfli Parlamentlərarası
Komissiyanın İsrail tərəfindən sədri E.Snehin başçılığı altında nümayəndə heyəti 1999-cu il 3-5
dekabr tarixlərində Azərbaycanda səfərdə oldu. Nümayəndə heyətinə İsrail Dövləti XİN MDB
ölkələri idarəsinin rəisi Ş.Meyrom, müdafiə Nazirliyi MDB ölkələri idarəsinin rəisi Y.Laor və
E.Snehin şəxsi katibliyinin rəisi xanım B.Erman daxil idilər. Səfər zamanı nümayəndə heyəti
Azərbaycan Respublikasının Prezidenti, Baş Nazir, xarici işlər naziri, müdafiə nazirini birinci
müavini, baş qərargahın rəisi, Milli Məclisin beynəlxalq münasibətlər üzrə Daimi Komissiyasının
sədri və ARDNŞ-ın birinci vitse-prezidenti ilə görüşdü. Görüşlərdə aşağıdakı məsələlər müzakirə
edildi: Cənubi Qafqazda olduğu kimi, Yaxın Şərq regionunda da münaqişələrin sülh yolu ilə həll
171
olunması; Dağlıq Qarabağ münaqişəsinin tarixi və bugünkü vəziyyəti; Cənubi Qafqaz regionu
ölkələrində son zamanlardakı vəziyyət; Azərbaycan Respublikası Prezidentinin və xarici işlər
nazirinin İsrailə səfərlərinin həyata keçirilməsi və İsraildə Azərbaycan Respublikasının səfirliyinin
açılması; Azərbaycanın ABŞ-ın beynəlxalq yəhudi təşkilatlarının nümayəndələri ilə əlaqələri və
Azadlığa müdafiə aktına 907-ci düzəlişin ləğv olunması; İsrail dövlətinin də faydalana biləcəyi Bakı
Ceyhan əsas ixrac neft boru kəmərinin tikintisi; Binə hava limanında İsrailin Maqal şirkəti
tərəfindən qurulacaq təhlükəsizlik kəməri [12; 31].
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1999-cu il dekabrın 4-də Prezident
sarayında İsrail dövlətinin müdafiə nazirinin müavini, ABŞ – İsrail – Azərbaycan parlamentlərarası
birgə qrupunun İsrail tərəfdən həmsədri E.Snehin başçılıq etdiyi nüumayəndə heyətini qəbul etdi.
2000-ci ilin sentyabrında ABŞ-a rəsmi səfər edən Heydər Əliyev həmin ölkədə onun üçün
ayrılmış iqamətgahda Amerikanın nüfuzlu yəhudi təşkilatlarının – Yəhudi Komitəsinin, Prezidentlər
Komitəsinin, Sovet Yəhudiləri Milli Komitəsinin rəhbərləri ilə də görüş keçirdi. Heydər Əliyev
qeyd olunan təşkilatlarla Azərbaycanın saxladığı dostluq münasibətinə toxunaraq demişdir : “Bizim
sizinlə dostluğumuz xüsusi xarakter daşıyır. Çünki biz sizin təşkilatların və hər bir şəxsin simasında
Azərbaycanın dünyada, o cümlədən Amerika Birləşmiş Ştatlarında yaxın dostunu görürük.
İstəyirəm ki, bizim bu dostluğumuz həmişə etibarlı olsun və davam etsin. Bizim buna ehtiyacımız
var. Amma güman edirəm ki, siz də, dünyanın yəhudi təşkilatları, xüsusən Amerika Birləşmiş
Ştatlarındakı yəhudi icması, əlbəttə ki, Azərbaycan ilə həmişə maraqlanmısınız və bundan sonra da
maraqlanacaqsınız” [8, XXX kit., 23].
Görüşdə Amerika Yəhudi Komitəsi İcraiyyə Komitəsinin və Qubernatorlar Kollegiyasının
rəhbəri Rozenblatt Piter yəhudilərin Azərbaycan ilə ABŞ arasındakı münasibətlərin əhəmiyyətli və
vacib olduğunu, Azərbaycanda Birləşmiş Ştatların maraqlarının olduğunu, ABŞ
Azərbaycan
İsrail münasibətlərinin inkişaf etdirilməsi bu üç ölkənin bölüşdüyü ümumi məqsədlərə çatmaq üçün
çox böyük əhəmiyyət daşıdığını vurğuladı [8, XXX kit., 27].
ABŞ-da 2001-ci il 11 sentyabr terror aktları Azərbaycan
İsrail siyasi münasibətlərinə də
təsir etdi. Qarşılıqlı məsləhətləşmələrin intensivləşdirilməsi zərurəti yarandı. Az sonra İsrail
Dövləti Azərbaycana yeni səfirini təyin etdi.
İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra da İsrail
ilə münasibətlərin inkişafı diqqət mərkəzində saxlanıldı. Azərbaycan Prezidenti İlham Əliyev
2004-cü il martın 18-də Slovakiyanın paytaxtında, onun üçün ayrılmış iqamətgahda ABŞ-ın Yəhudi
Komitəsinin beynəlxalq yəhudi işləri üzrə direktoru Endryu Beyker və Beynəlxalq Benayit Brith
Təşkilatının vitse-prezidenti Daniyel Mayanş ilə görüşdü. Prezident İlham Əliyev Azərbaycan
Respublikasının Avropa strukturuna inteqrasiyasından danışdı. Bildirdi ki, bu siyasət gələcəkdə də
davam edəcəkdir.
Endryu Beyker hələ 1996-cı ildə İlham Əliyevin Amerikada olarkən Bostonda və digər
şəhərlərdə keçirdiyi görüşləri xatırlatdı. Vurğuladı ki, bu gün Azərbaycan Respublikasının
Prezidentinin xarici siyasəti çox təqdirəlayiqdir. O, Azərbaycanda bütün
dinlərə mənsub insanlara, o
cümlədən yəhudilərə münasibətdə olan tolerantlıqdan məmnunluğunu ifadə edərək dedi ki, bu,
demokratik ölkə kimi Azərbaycanın imicini beynəlxalq aləmdə daha da artırır.
Amerika – Azərbaycan əlaqələrinin yüksək səviyyəsindən məmnun qaldıqlarını razılıqla
vurğulayan Prezident İlham Əliyev və Endryu Beyker bildirdilər ki, Azərbaycanın Avropa
strukturlarına inteqrasiyası və ABŞ ilə əlaqələrin daha da yaxşılaşması üçün səy göstərəcəklər.
Azərbaycan Respublikası Prezidentinin bu konfransda iştirakının ölkənin Avropa strukturlarına
inteqrasiyasının bariz nümunəsi olduğu qeyd edildi [4, 2004, I h., 131-132].
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2005-ci il martın 28-də Amerika Yəhudi
Birgə Paylaşdırma Komitəsinin sədri xanım Ellen Hellerin başçılıq etdiyi
nümayəndə heyətini qəbul
etdi [12]. Dövlət başçısı bu komitənin nümayəndə heyətinin Azərbaycana səfərini həmin komitənin
ölkəmiz ilə daha yaxından tanışlığına xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.
Azərbaycanın inkişafından danışan İlham Əliyev siyasi, iqtisadi, sosial sahələrdə islahatların
müvəffəqiyyətlə həyata keçirildiyini vurğuladı. Ölkəmizin beynəlxalq təşkilatlarla əlaqələrə böyük
önəm verdiyini söyləyən dövlət başçısı Azərbaycan ictimaiyyətinin Amerika Yəhudi Birgə