164
Azərbaycan mədəniyyətşünaslığında iki yazı nümayiş etdirmişdi. Onlardan birində professor Niyazi
Mehdi müəllifin dekonstruksiyası fikrinə mədəniyyətdə dərinlik paradiqmasının inkarından gəlib
çıxmışdı. O göstərmişdi ki, mədəniyyətdə dərinlik paradiqması güclü olduğu üçün hər tekst sandıq
prinsipində qavranılır. İncəsənətdə bu ona gətirib çıxarır ki, sənət əsəri sonsuz mənaların daşıyıcısı
(sandığı) sayılır və uyğun olaraq sənətkar bu sonsuz mənaları həmin sandığa yığmış müəllif kimi
qavranılır (təsadüfi deyil ki, “avtor” sözünün latınca ilkin mənası “toplayan”dır). Halbuki sənət
əsərində metrə ilə ölçülən dərinlik yoxdur. Tekstin işarələri resipientin şüurunda mənalar törədir,
yəni bu mənalar mətnin dərinliyindən ora gəlmir. Bildirən (“siqnifikat”, rusca “означающее”)
tekstdəki sözün eşidilən, görünən maddi forması kimi yaradanın və qavrayanın şüurundan
qıraqdadır. Həmin bildirilənlərin mənaları isə öncə müəllifin şüurunda olur. Sonra həmin mənaları
bildirənlər tekstdə yaradılır və bunlar qavrayanın şüurunda mənalar törədir. Beləcə, dərin mənalar
tekstdə yox, adamların qafasında olur. Özü də qafadan asılı olaraq mənaların, məzmunun dərinliyi
dəyişir. Bu anlamda Quranın dərinliyi insanların qafasında olub və olur. Cahiliyyə dövründən
təzəcə qopmuş müsəlmanların qafasında Quranın dərinliyi yüzillər sonrakı təfsirçilərin qafasından
xeyli dayaz olub. Bu mənada heç bir kitabın dərinliyi və dayazlığı kitabda deyil də kitabı yazan və
oxuyanın başındadır.
Niyazi Mehdi müəllifllə bağlı başqa sual da qoyur: mümkündürmü ki, əsərdən yüzərlə
şərhlər, araşdırmalar vasitəsi ilə toplanılan mənalar, məzmunlar hamısı müəllif tərəfindən ora
qoyulub? Adətən, bu sualın cavabında müəllifin dərinliyi ilə əsərin dərinliyini sübut etmək
istəyirlər. Beləcə, həm “Müəllif”, həm “Dərinlik” konseptləri gerçək halı göstərən anlayışlar kimi
açılır. Ancaq Niyazi Mehdi post-strukturalistlərin təsiri ilə müəllif və tekstin dərinliyi ideyalarını
dekonstruksiya edəndə belə bir absurd fikri dağıdır ki, guya Şekspir haqqında yazılmış
araşdırmaların tapdığı bütün mənaları Şekspirin “başı” ora qoymuşdu. Şekspir bu qədər mənaları
nəzərdə tutduğu üçün dahi deyil, çünki belə dahilik mümkün deyil. O, yeni musiqi alətinin ixtiraçısı
kimi dahidir. Hər böyük sənətçi öz “musiqi alətini” ixtira edir, hər dövrün adamları isə bu alətdə
onlara gərəkən musiqini çalırlar. Yəni müəllif əsərə musiqi alətinin, məsələn, dilləri prinsipində
müəyyən mənalar düzür. Sonrakı şərhçilər isə həmin dillərdə öz musiqilərini, yəni yeni məzmunu
düzüb qoşurlar [5.s.14-15].
Dərinlik haqqında xüsüsi hazırladığı yazıda Niyazi Mehdi bu faktın reallığını fəlsəfə
əsasında təkzib edəndən sonra Azərbaycan ədəbiyyatında müəllifliyin gizlədilməsi (“öldürülməsi”)
hallarına örnəklər tapır və bunun şərhini verir. Məsələn, “Danabaş kəndinin əhvalatları”nda əhvalatı
söyləyən qəzetçi Xəlil onu lağlağı Sadığın dilindən yazır. Beləcə, müəlliflik dolambaca düşür və
oxucunu Mirzə Cəlilin şəxsindən azdırır [6.s.55-67].
Post-strukturalizmdə tekstlərlə bağlı “dərinlik” parametrlərindən imtina olunmasına imkan
verən başqa konsept “intertekst”dir. Çağdaş araşdırmaların söykəndiyi başlanğıc odur ki, tekst
təcrid olmuş şəkildə öyrənilə bilməz. Bu fikir, əslində, strukturalizmə qarşı idi, çünki o, tekstin
daxili quruluşunu öyrənmək üçün onun dişarı əlaqələrinə baxmamağa çağırırdı. Post-strukturalizm
isə söyləyirdi ki, hər hansı tekst başqa tekstlərin repertuarı, yəni bildirdikləri ilə sonsuz üsullarla
əlaqələrə girir. Kitab təcrid olunmuş nəsnə deyil. O, münasibətlər kilimində öz şəklini, simasını
tapır. Hər tekst əslində interteksdir və exo-kamera kimi başqa tekslərə hay verir. Tanınmış feminist
və post-strukturalist alim, əslində, “intertekstuallıq” terminini elmə gətirmiş Yuliya Kristeva isə bu
fikri belə təqdim etmişdi: istənilən tekst başqa tekstlərin mozaikası kimi qurulur və ya başqa
tekstləri özünə hopdurub transformasiya edir.
Rolan Bart intertekstliyi konkret şəkildə açmaq üçün söyləmişdi ki, istənilən tekst əvvəllər
deyilmiş sitatların yeni düzümüdür. Hind tədqiqatçısı Kunu Rama yazır ki, çağımızda avtomatik
olaraq intertekstual olan tekstlər elə də maraq doğurmur. Araşdırma üçün maraqlıdır refleksiya
edən, özünüdüşünən,
özünə kinayə edən, özünüparodiya edən intertekstuallıq [4.p.1-2].
Kundu Ramanın kitabında elə fikirlər də var ki, post-strukturalist deyimlərin (diskursların)
təbiətini yaxşı açır. O söyləyir ki, post-kolonial yazarların tekstləri kolonial, imperialist diskurslarla
dialoqa girir, feminist tekstlər patriarxal diskurslarla dialoqda bulunurlar. Bunun mənası odur ki,
müstəmləkə sonrası ədəbiyyyatlarda imperialist iddialı deyimlərlə, feministlərdə isə patriarxal
düşüncələrlə polemika var və bu, onların intertekstuallıqlarının bir aspekti idi. Daha sonra müəllif
165
mütəxəsislərin fikrini gətirir: postkolonial toplumlarda sənət, ədəbiyyat, fəlsəfə heç cürə Avropa
modelinin sadə davamı olmadı. Ədəbi dekolonilizasiya Avropa kodunun tam demontajı oldu [4.s.2-
3,9,21].
Post-struktralizmin mütəhərriklik, çevik dəyişkənlik, cürbəcürlük üstündə qurulmış
söyləmləri subyekt konseptinin dekonstruksiyasından xüsusi enerji alır. Onların fikrincə subyektin
nə fiziki, nə sosial gerçəklikdə kökü var. Ona görə də onu haraya yapışdırıb təyin etmək istəsən,
orada tapılmır, bulunmur. Bu subyekt davamlı olaraq mövqedən mövqeyə köç edir, ona görə də
post-strukturalist subyekt köçəridir. Onu da deməliyik ki, Post-strukturalislər heç də söyləmirlər ki,
subyket yoxdur. Söyləyirlər ki, subyekt törətdiyi mənalardır və həmişə yerini dəyişir. Marks insanı
konkret sosial münasibətlərin məcmuyi adlandıraraq onun şəxsiyyətini sosial əlaqələrin düyünü
kimi verirdi [8.с.32]. Bu yanaşma strukturalizmdə fonemlərin binar qarşıdurumlardan yaranan
əlamətlərin düyünü adlandırılmasına çox oxşayırdı. Sadəcə, Marksda sistem duyğusu olsa da, sosial
münaisbətləri o, maddi “bağlar” kimi görürdü.
Post-sturkturalistlərə qədər bu və ya başqa stabillikdə görünən subyekt konseptində ən ciddi
dəbərtməni öncə psixoanaliz, sonra Sartr ekzistensializmi salmışdı. Fransız filosofu demişdi ki,
insanı öz mahiyyətini reallaşdıran varlıq kimi götürmək düz deyil. Mahiyyəti, beləcə, varlıqdan,
olmaqdan ayırmağı Sartr ona oxşatmışdı ki, usta başındakı masa təsəvvürü əsasında masa düzəldir.
İnsan belə deyil. Sartr söyləmişdi ki, insan yaşadığında seçdiyi davranışlardan, eyləmlərdən öz
portretini, mahiyyətini yaradır. İnsan həmişə seçim qarşısında, yəni seçimi ilə şəxsiyətini qurmaq
problemi qarşısındadır [1.с.216]
.
Post-strukturalistlər isə insan, subyekt məsələsində daha çox relyativizmə, nisbiliyə yol
verərək göstərdilər ki, subyekti portret çərçivəsinə salmaq mümkün deyil. Bu ideyanın əsasında
post-strukturalistlərin nomadiklik anlayışı dururdu. “Nomadik” köçəriliyə xas olan deməkdir.
Avropa mədəniyyəti və elmi uzun müddət köçərilərə sivilizasiya dağıdan, oturaqlara isə sivilizasiya
quran kimi baxırdılar. Türklərə mənfi sifətlərin verilməsi də köçəri xalq olmalarından çıxarılırdı.
Post-strukturalistlər birdən-birə düşüncədə və mədəniyyətdə oturaq, stabil fakta üstün dəyər
verilməsinə qarşı çıxaraq nomadikliyi reablitə etdilər.
Subyektin nomadik konsepsiyası post-strukturalistlərdə inqilabi xarakter daşıyırdı. Onların
əqidəsinə görə, istənilən “oturaq” (oturuşmuş?) subyektivlik şovinistk xarakter alır. Post-
strkturalistlərə görə, Avropa dünyasının mərkəzi kimi oturaq subyektivliyin götürülməsinin
nəticələrindəndir ki, Avropa köçərilərə, avaralara nifrət edir. Bütünlükdə post-strukturalizm
istənilən oturaqlığa, həm sosial, həm şüur müstəvisində şübhə ilə yanaşır. Onu da deyək ki,
nomadik anlayışlar Lakanın sürüşkən bildiricilərinə çox oxşayır. Lakana görə, insan sürüşkən
bildiricilər aləminə düşəndə onun sözləri, cümlələri heç vaxt özlərinə stabil bildirilən, denotat
tapmır və bu axırda paranoidal sayıqlamalara gətirib çıxarır[3.с.323].
Beləliklə, bu nəticəyə gəlmək olur ki, post-strukturalizm dərin tekst anlayışını
dekonstruksiya edəndən sonra mətnin içindən mənalar çıxarmağı mətnin başqa mətnlərlə
“baxışmasından” mənalar çıxarmaqla əvəz edir. Ona görə də intertekstuallığı önə çəkir. Mənalar
tekstin
içində yox, tekstin başqa tekslərlə münasibətləri müstəvisindədir.
ƏDƏBİYYAT
1. Андреев Л. Жан-Поль Сартр, свободное сознание и XX век, Geleos Publishing House, 2004,
416 с.,с.216.
2.
Деррида Жак, О почтовой открытке. От
Сократа до Фрейда и не только, Минск:
Современный литератор, 1999, 831 с., с.419, 435.
3.
Дьяков А.В. Философия
пост-структурализма во Франции,
Нью Йорк, Северный крест,
2008, 364 с., с.317.
4.Kundu Rama. Intertext, A Study of
dialogue between texts, New Delhi: Sarup&Sons, 2008, 448
p., p.1-2.
5.Niyazi Mehdi, Sənətin arxeologiyası, Sənətin arxitektonikası, B.: Qanun, 2007, 342 s., s.14-15