Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə77/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   73   74   75   76   77   78   79   80   ...   164

158 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87) 
 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87) 
 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87) 
 
 
XAQANİ MƏMMƏDOV 
Bakı Dövlət Universiteti 
 (x_mamedov@yahoo.com>) 
UOT:342;
 
342.7 
TÜRKİYƏDƏ ƏSAS MİLLİ AZLIQ QRUPLARI VƏ ONLARIN  
HÜQUQİ VƏZİYYƏTİ 
Açar  sözlər:  milli  azlıqlar,  etnik  və  dini  qruplar,  çərçivə  konvensiyası,  milli  azlıqlara 
mənsub şəxslərin hüquqlarının təmin edilməsi, beynəlxalq müqavilələr, regional dillər 
Keywords: national  minorities, ethnic and religious groups,  the framework Convention of 
rights of persons pertaining to national minorities, international treaties, regional languages 
Ключевые  слова:  национальные  меньшинства,  этнические  и  религиозные  группы, 
рамочная  конвенция,  обеспечение  прав  лиц  относящихся  национальным  меньшинствам, 
международные договоры, региональные языки 
Dünyada  200-ə  yaxın  dövlət  mövcuddur,  yer  kürəsindəki  xalqların  sayı  isə  3000-dən 
artıqdır, bu, o deməkdir  ki,  praktik olaraq bütün dövlətlər bu və  ya digər dərəcədə çoxmillətlidir. 
Təsadüfi  deyil  ki,  son  350  il  ərzində  bəşəriyyət  milli  və  etnik  azlıqların  hüquqlarının  müdafiəsi 
problemini  həll  etməyə  çalışır  [7,  9-10].  Söhbət  ondan  gedir  ki,  kiçik  etnik  və  dini  qrupların  hər 
hansı hüquqlarını təmin etməli olan ilk beynəlxalq müqavilələr XVI əsrin ortalarına aiddir. Üç əsr 
yarım  ərzində  çoxlu  saziş  və  müqavilə  imzalanmış  (Avropa  Şurasının  1  fevral  1995-ci  ildə 
imzalanmış  Milli  azlıqların  müdafiəsi  haqqında  Çərçivə  Konvensiyası;  BMT  Baş  Məclisinin  18 
dekabr 1992-ci il tarixli 47/135 saylı qətnaməsi ilə qəbul edilmiş Milli, yaxud etnik, dini, yaxud dil 
azlıqlarına  mənsub  şəxslərin  hüquqlarına  dair  Bəyannamə;  MDB-nin  Milli  azlıqlara  mənsub 
şəxslərin  hüquqlarının  təmin  edilməsi  haqqında  21  oktyabr  1994-cü  il  tarixli  Konvensiyası;  5 
noyabr  1992-ci  ildə  imzalanan  Avropa  Regional  dillər,  yaxud  azlıqların dilləri  Xartiyası  və  s.)[1], 
çoxlu təşkilatlar yaradılmış, konvensiyalar və digər qanunvericilik aktları imzalanmış, elmi-hüquqi 
disputlarda cildlər yaradılmış, mübahisələrdə həqiqətlər meydana çıxmışdır [3, 127-144].    
Kürdlər.  Kürd  icması  Türkiyədə  ən  böyük  etnik  azlıq  olub,  15  milyon  nəfərdən  ibarətdir. 
Onlar  əsasən,  cənub-şərqi  və  şərqi  Türkiyədə  yaşayırlar,  xeyli  kürd  qərb  hissədəki  şəhərlərə 
köçmüşdür [8, 7-10; 24, 130-138].  
-  Qaraçılar  rəsmi  məlumatlara  görə  500  min  nəfərdən  çoxdur,  Türkiyənin  bütün  ərazisində 
yaşayırlar[16, 355-368].  
- Bosniyalı əhalinin sayı 1 mln. nəfərdən çoxdur [2, 31-32].  
-  Ərəblər  Türkiyənin  bütün  hissələrində  yaşayırlar,  lakin  əsasən,  Antakya,  Mardin,  Siirt 
əyalətlərində  cəmləşmişlər.  Onlar  özlərini  ərəb  kimi  deyil,  dini  baxımdan  -  ələvi  kimi  müəyyən 
edirlər [20, 465-480; ; 328, 44-49].  
- Çərkəzlərin sayı 3 mln. nəfərdir, onlar bütün Türkiyə ərazisində yaşayırlar [16,340].  
-  Lazlar  Artvin,  Rizə  və  digər  böyük  şəhərlərdə  yaşayırlar,  onların  sayı  500  min-  1  mln. 
Arasındadır [16, 341-342].  
- Etnik bolqarlar, əsasən, Frakiyada yaşayırlar [13, 27].  
Dini azlıqlar.Türkiyədə 60000 pravoslav erməni, 20000 yəhudi [9, 7-10] və 2000-3000 pra-
voslav yunan yaşayır [9, 44-45]. Bunlar “qeyri-müsəlman azlıqlar” kimi tanınmış yeganə qruplardır.  
- Habelə 15.000-20.000 pravoslav suriyalı və 5.000-7.000 yezid yaşayır [4, 131-144].  
-  Bundan  başqa,  müsəlman  dini  azlıqları,  əsasən,  12-15  mln.  nəfərdən  ibarət  böyük  ələvi 
icması vardır[5,109-114].  
Azlıqların təhsil hüququ. Təhsil sahəsində əsas hüquqlar bundan ibarətdir ki, azlıq üzvlərinin 
övladları  öz  dilini  və  mədəniyyətini  öyrənir,  dövlət  ölkədə  mədəni  müxtəlifliyin  və  anlaşmanın 
təmin edilməsi vəzifəsi daşıyır.  
 
 
 


159 
Avropa  İnsan Hüquqları Konvensiyasına (1-ci  Protokol, 2-cü maddə) görə:  “Heç bir insan 
təhsil  hüququndan  məhrum  edilə  bilməz.  Dövlət  təhsil  və  təlim  sahəsində  üzərinə  götürdüyü 
funksiyaları həyata keçirərkən valideynlərin belə təhsili  və təlimi özünün dini və fəlsəfi  etiqadına 
uyğun təmin olunması hüququna hörmət etməlidir” [25].    
Milli azlıqlara mənsub şəxslər belə istək ifadə etdikdə və onların sayı buna əsas yaratdıqda 
tələbələr  dövlət  dilində  oxumaq  imkanına  malik  olmalıdır.  Milli  azlıqlar  habelə  ali  təhsil 
səviyyəsində öz təhsil müəssisələrini yaratmaq imkanına malik olmalıdır.   
Türkiyədə  dil  sahəsində  qanunvericilik  və  təcrübə.  Türkiyə  Konstitisiyasının  42-ci 
maddəsinə  görə,  “Türk  dilindən  başqa,  heç  bir  dil  hər  hansı  təhsil,  yaxud  təlim  müəssisəsində 
Türkiyə  vətəndaşı  tərəfindən  ana  dil  kimi  tədris  olunmamalıdır...  xarici  dildə  təhsil  qanunla 
müəyyən olunur”. 3-cü maddədə göstərilir ki, Türkiyənin dövlət dili türk dilidir. Bu maddələrdən 
azlıqların  dilində  təhsilin  qarşısını  almaq  üçün  istifadə  olunur  (Lozanna  müqaviləsi  ilə  tanınmış 
azlıqlar  istisna  olmaqla)  [32].  Kürdlər  və  lazlar  dəfələrlə  müraciət  etmələrinə  baxmayaraq,  ana 
dilində  təhsildən  məhrum  edilmişlər,  onların  sayca  çoxluq  təşkil  etdiyi  rayonlarda  ana  dili 
məktəblərdə  yalnız  fakultativ  fəndir.  Türkiyənin  heç  bir  universitetində  bu  azlıqların  dilində  dil, 
yaxud ədəbiyyat bölməsi yoxdur [25, 211-225].    
Lozanna müqaviləsinin 40-cı maddəsinə görə, qeyri-müsəlman azlıqlar təhsil və təlim üçün 
öz  hesabına  məktəblər  və  digər  müəssisələr  yaratmaq,  onları  idarə  etmək  və  nəzarətdə  saxlamaq, 
onlarda ana dilindən istifadə etmək hüququna malikdir [26].  
Parlamentdə  komissiyalar  vasitəısilə  təmsilçilik.  Azlıqların  nümayəndələrinin  təmsil 
olunduğu,  yaxud məsləhətləşmələrdə iştirak etdiyi parlament  komissiyası  yoxdur. Azlıqlarla bağlı 
alt komissiyaya Daxili və Xarici işlər nazirliklərinin, Milli Təhlükəsizlik Şurasının, Milli Kəşfiyyat 
Təşkilatının və Baş Qərargahın nümayəndələri daxildir, o, 1962-ci ildə baş nazir tərəfindən “məxfi 
qaydada”  yaradılmışdır.  Bu  komissiyanın  fəaliyyəti  və  rolu  haqqında  heç  bir  məlumat  veril-
məmişdir. Daxili və Xarici işlər, Milli Təhsil və Fondlar(Vəqflər) nazirliklərinin nümayəndələrinin 
daxil olduğu “Azlıqların  problemlərinin qiymətləndirilməsi Şurası” isə  azlıqların  məsələlərini AB 
standartlarına  uyğunlaşdırmaq  məqsədi  daşısa  da,  Türkiyə  dövləti  tərəfindən  tanınmış  az  sayda 
azlıqla kifayətlənmişdir və daimi azlıqların nümayəndələrini əhatə etmir[26].    
Azlıqların  yerli  özünüidarə  orqanlarında  təmsilçiliyi.  Əyalət,  yaxud  bölgə  hakimiyyət 
orqanlarında  azlıqları  təmsil  edən  komissiya  yoxdur,  insan  hüquqları  üzrə  şuralar  qurulsa  da, 
azlıqların nümayəndələri təmsil olunmur.  
Azlıqların  dilində  və  azlıqlar  haqqında  media.  Dil  əlamətinə  görə  ayrı-seçkiliyə  yol 
verilmədən ifadə azadlığı bütün əsas beynəlxalq sənədlər, o cümlədən Avropa İnsan Hüquqlarının 
Müdafiəsi  Konvensiyası  (10-cu  və  14-cü  maddələr)  və  Milli  azlıqların  müdafiəsi  barədə 
Konvensiyanın (19-cu maddə) çərçivəsində fundamental  hüquqdur.  İfadə  azadlığı  hüququ azlıqlar 
üçün xüsusilə vacibdir, bu hüquqlar ATƏT Kopenhagen sənədində də açıqlanır. Bu, azlıqların ana 
dilində  məlumat  yaymaq,  məlumata  çıxış  əldə  etmək,  məlumat  mübadiləsi  aparmaq  hüququna 
təminat verir [10]. Milli azlıqların müdafiəsi barədə Konvensiyanın 9-cu maddəsi milli azlıqların öz 
kütləvi  informasiya  vasitələrini  yaratmaq  və  onlardan  istifadə  etmək  hüququna  təminat  verir. 
Bundan  başqa,  dövlətlər  azlıqların  dilində  yayım  üçün  ayrılmış  vaxtın  milli  azlığın  say  tərkibinə, 
tələb və maraqlarına uyğunluğunu təmin etməlidir [25, 14-16]. Konstitusiyasının 4 (a) və (b) mad-
dələri  respublikanın  bütövlüyünə  və  müstəqilliyinə  qarşı  yönəlmiş,  cəmiyyəti  zorakılığa,  terrora, 
yaxud etnik ayrı-seçkiliyə təhrik edən, dil, din, təriqət, irq və dini mənsubiyyət əlaməti üzrə ədavəti 
qızışdıran yayınları qadağan edir. 33 (с) maddəsi bu müddəaların pozulmasına görə cəzaları nəzərdə 
tutur. Bir qayda olaraq, xəbərdarlıq və proqramın dayandırılması nəzərdə tutulur, yayım bir aylığa 
dayandırıla bilər, qanun pozuntuları təkrar olunduqda lisenziya ləğv oluna bilər [25, 15].  
Dildən istifadə ilə bağlı digər məsələlər. Avropa İnsan Hüquqlarının Müdafiəsi Konvensiyası-
nın 8-ci maddəsində hər  kəsin  yalnız  ayrı-seçkiliyə  yol  verməyən əsaslarla məhdudlaşdırıla biləcək 
şəxsi  həyat  hüququ  nəzərdə  tutulur.  Aİ  hüququnun  əsas  prinsipinə  görə,  milli  mənsubiyyət  əlaməti 
üzrə  heç  bir  ayrı-seçkiliyə  yol  verilmir.  Avropa  Məhkəməsinin  qərarına  əsasən,  bu,  şəxsi  adlardan 
istifadəyə də aiddir [25]. Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsləri adlarının yazılışının və nəticə 
etibarilə deyilişinin dəyişdirilməsinə məcbur edilməsi AB haqqında Müqaviləyə ziddir.   


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə