186
anlayış və kateqoriyaların nəzəri-praktik baxımdan işlənilməsinə maraq xeyli artmış və bu proseslərlə
bağlı dəyərli əsərlər və məzmunlu tədqiqatlar bu gün işıq üzü görməkdədir.
Bununla yanaşı ictimai həyatın öyrənilməsi prosesində bəzi xüsusi anlayışlar, məsələn “sosial
struktur”, “sosial institutlar”, “sosiomədəni və predmet-məkan mühiti”, “sivilizasiya”, “mədəniyyət
obyektlərinin mənası və əhəmiyyəti” kimi anlayışlar tədqiqatlarda geniş yer almış, məna və məzmunca
dəqiqləşdirilmişdir. Müəyyən mənada demək mümkündür ki, bir növ problemlərin araşdırılması
prosesində nəzəri-metodoloji canlanma baş vermişdir.
Bu dəyişiliklərin fonunda “həyat tərzi” kateqoriyasının tərifi işlənib hazırlanarkən diferensiasiyalı
sosiomədəni reallıqla insanların həyat yolunun şəxsiyyət spesifikası xüsusilə vurğulanmalıdır. Qeyd edək
ki, insanların öz müxtəlif rəngarəng həyat təzahürlərinin təşkilinə təbiət, sosial, mədəni şəraiti fundamental
formayaratma təsiri göstərir. Bunlar şəxsiyyətin sosiomədəni həyatda özünüreallaşdırma formalarını
seçməyin konkret-tarixi imkanlarını təmin edir və ya məhdudlaşdırır.
Buna görə də insanalrın həyat tərzini təhlil edərkən onların həyat fəaliyyətinin şəraitini öyrənmək
bu gün tədqiqatalrın zəruri aspektidir. Lakin bu şərait anlayışın özünə daxil edilmir, əksinə bir növ
insanların öz həyat fəaliyyətini, həyat tərzini təşkili forma və proseslərinin “sosiomədəni determinantları
kimi nəzərdən keçirirlər. “Həyat tərzi” anlayışı insanların öz gündəlik həyatının təşkili vasitələri üzərində
diqqəti cəmləşdirmir.
Bu anlayış həmçinin müxtəlif sosiomədəni qrupların öz həyat tərzi, başqalarının yaşayış tərzinin
qiymətləndirilməsinin sosiomədəni əhəmiyyətinin aşkarlanması ilə bağlıdır. Bununla ümumiyyətlə ictimai
və mədəni həyatın cari vəziyyətini öyrənmək mümkündür.
Bunu da qeyd edək ki, həyat tərzi kateqoriyası “həyat ukladı”, “həyat səviyyəsi”, “həyat
keyfiyyəti”, “həyat üslubu”, “həyat standartı” anlayışlarına nəzərn inteqrativ xarakter daşıyır. Bu
anlayışların köməkliyi ilə tədqiqatçılar sosiodinamikanın müxtəlif səviyyələrdə təhlili zamanı “həyat tərzi”
kateqoriyasının məzmununu açır və konkretləşdirir, bu anlayışları “həyat tərzi” anlayışının struktur
elementləri kimi araşdırırlar.
Demək mümkündür ki, “həyat tərzi” kateqoriyası mədəniyyətin müxtəlif sahələrinin
dinamikasının ümumi qanunauyğunluqları ilə və insanların birgəyaşayışı və fəaliyyəti gedişində
yaratdıqları konkret hadisələr arasında aralıq vəziyyətdə olan hadisələr sahəsini təsvir edir. Bu,
“həyat tərzi” anlayışına “sosial struktur”, “sosiomədəni institutlar”, “etnos” və s. anlayışlara
münasibətdə spesifik və əvəzolunmaz kateqoriya statusunu verir.
İnsanların həyat tərzinin strukturu onların iştirak etdikləri mühitlərin və fəaliyyət növlərinin
zamana görə uyğunlaşması nisbi sabit xarakter daşıdığını bildirir. Həmin “mühitlər” və fəaliyyət
növləri həyat tərzinin struktur elementləri kimi şəxsiyyət üçün ona həyat şəraitində öz fərdi
təcrübəsinin sosial və mədəni əhəmiyyətli bütövlük kimi yaşamasına imkan verən təşkiledici əsas
təşkilati zəmin kimi yaşamaq imkanı verir.
Bu struktur ona adekvat şəkildə bir sosial əhəmiyyətli vəziyyətdən başqa vəziyyətə adekvat
keçməyə, bu situasiyada başqaları tərəfindən tanınmağa, başqaları içərisində öz yerini tapmağa
imkan yaradır.
Yuxarıdakı düşüncələr fonunda qeyd etmək istərdik ki, insanın özü tərəfindən həyata gətirdiyi
sosiomədəni dəyişiliklər bu və ya digər dərəcədə dizaynın məhsullarıdır. Bu yalnız bizi əhatə edən
predmet aləminə deyil, həmçinin həyatın müxtəlif sosial sahələrinin inkişafına da aiddir. Demək düzgün
olmazdı ki, dizaynerlər, bütün dizayn yalnız insanların məişət tələblərinin ödənilməsinə yönəlmişdir. Bu
gün dizaynın predmeti daha geniş müstəvidə başa düşülür.
Hazırda yeni dizayn – sosial kontekstin dizaynı yaranmışdır. Dizayn mühit dizaynı və insan
təcrübəsinin dizaynı, sosial kontekstli dizayn olmuşdur. Dizaynın predmeti hadisənin layihələndirilməsinə,
həyat üslublarının konstruksiya edilməsinə qədər genişlənmişdir.(3, s. 99) Müasir dünyada dizayner yalnız
islahatçı və sosiomədəni dəyişiliklərin daşıyıcısı deyil, həmçinin həmin transformasiya prosesinin
özünəməxsus nəzarətçisidir.
Müasir Azərbaycan cəmiyyətində dizaynın sosial-mədəni dəyişiliklərin bilavasitə iştirakçısı kimi
olmaqla yanaşı, onun özünün bir sosiomədəni dəyər kimi rolu danılmazdır. Praktikadan məlumdur ki,
məhz dizayner ideyanın meydana gəlməsi ərəfəsində öz niyyətinə savadlı nəzarət etmək qabiliyyətinə
malikdir. Belə bir nəticəyə gəlmək olar ki, dizayn müasir dünyada hər şeydən əvvəl, öz sənətinin
187
əhəmiyyətini və məsuliyyətini dərk edən peşəkarların fəaliyyətidir, cəmiyyətin sosiomədəni həyatına yeni
ideyalar gətirən həyat mövqeyidir. Bu gün demək mümkündür ki, dizayn özü həyat tərzidir (4),
özünütəkmilləşdirmə, dolğun yaradıcılıq sahəsidir.
Dəyişiliklər həyatımızın ayrılmaz hissəsidir. Texniki tərəqqi sosial və fərdi tərəqqinin tərkib
hissəsinə çevrilmişdir. Bu hal isə yeni problemlərin meydana çıxmasının səbəbi olur. İnsan dizaynerdən
özünə fərdi yanaşmanı tələb edir, insanlar, aydındır ki, müxtəlifdirlər, şəxsiyyətin fərdi hissiyatı müxtəlif
amillərlə müəyyən edilir: yaş dərəcəsi, cinsi, təhsillə, məşğuliyyətilə və digər şəxsiyyət keyfiyyətlərilə.
Bu gün dizaynerlə istehlakçının əməkdaşlığının effektivliyindən geniş bəhs edilir və bu məqsədlə
“partisipasion” layihələndirmə ideyasından istifadə olunması təklif edilir. Hələ 1996-cı illərin sonundan
geniş müzakirə olunan “partisipian dizayn” anlayışı çoxlarının nəzərini cəlb etmişdir, birgə iştirak metodu
isə layihəçilər qruplarının – memarların və sənaye dizaynerlərinin işinin təşkilində tətbiq edilmişdir.
Layihə praktikası sahəsində qərarların qəbul edilməsində ictimaiyyətin birgəiştirakı metodu
əhalinin müxtəlif təbəqələrinin rəyinin başa düşülməsinə ciddi yanaşmağı tələb edirdi. (3, s. 132)
Ədəbiyyatda layihəçi ilə istehlakçının birgə iştirakının bir sıra formaları təklif olunur. Bunların içərisində
Alternativ iştirak forması daha məqbul sayıla bilər. Bu metoda görə, dizaynerlə istehlakçının birbaşa
ünsiyyəti nəzərdə tutulur.
Belə halda dizayner özünün layihə təkliflərinin qeyri-peşəkarlara aydın başa düşülən şəkildə
çatdırmağa çalışır, özünün professional ideyalarını təkliflərini vizuallaşma (plan, çertyoj və s.) formasında
bildirir. Onu da qeyd edək ki, alternativ birgəiştirak forması yalnız layihəçi ilə istehlakmının bir-birlərini
şəxsən tanıdıqları təqdirdə mümkündür. Son nəticədə isə, dizaynın da iştirak etdiyi sosiomədəni
dəyişikliklərin məqsədi insanı gözəllik aləmilə, harmonik həyat keyfiyyətləri və peşəkar dizaynla
yaxınlaşdırmaqdır.
Bu kontekstdə cəmiyyətin sosiomədəni həyatında “insan-şey” əlaqələrini tənzimləmək müasir
dizayn yaradıcılığının başlıca funksiyasıdır. Bizcə, müasir Azərbaycan cəmiyyətinin sosiomədəni
dəyərlərinin daha keyfiyyətli dərk edilməsində dizayner və onun müasir estetik tələblərə söykənən
professional yaradıcılığı mühüm rol oynamalıdır. “Dizayner üslub və həyat tərzi” kimi deviz sosiomədəni
həyatımızın ayrılmaz hissəsi olmalıdır.
Biz elə bir dinamik inkişaf dövründə yaşayırıq ki, hər bir vətəndaş kimi dizayner də Azərbaycan
cəmiyyətinin sosio-mədəni dəyərlərini dərindən öyrənməli, onun elementlərindən yaradıcılıqla istifadə
etməlidir. Dizayner bir yaradıcı şəxsiyyət kimi dərk etməlidir ki, biz ideologiya əsrində yaşayırıq, ona görə
də dövlətin və millətin həmrəyliyinin təmin olunduğu cəmiyyətdə sosiomədəni həyatın daim
təkmilləşdirilməsi zərurəti qalacaqdır, dizaynerin başlıca funksiyası estetik prinsipləri rəhbər tutaraq
cəmiyyətin mədəni həyatını, cəmiyyətin hər bir üzvünün estetik dünyagörüşünü, onun sosiomədəni
baxışlarını inkişaf etdirmək üçün yaradıcılığının bütün resurslarından bacarıqla istifadə etməli,
cəmiyyətimizin sosiomədəni məkanını gözəllik qanunlarına uyğun zənginləşdirməlidir.
ƏDƏBİYYAT
1.
Чижиков В.В. Дизайн в системе культурных ценностей. Автореферат на соискание ученой
степени доктора философских наук. М., 2006
2.
Человеческий потенциал как совокупность духовного, образовательного, интеллектуального,
творческого и трудового потенциала. studio-pedia.ru
3.
Мосоров А.М., Мосорова Н.Н. Теория дизайна. Екатеринбург: Печатный дом Солярис,
2004, 412с.
4.
Р.Арсеньв. Дизайн как образ жизни. http: // www.youtube.com
Dostları ilə paylaş: |