Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə93/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   89   90   91   92   93   94   95   96   ...   164

190 
ründüyü  kimi,  ağılla  hərəkət  edir:  Şimali  Atlantika  Alyansı  və  NATO-nun  gücü  qarşısında  “xal 
itirmək” istəmədən, o, indiki vəziyyətdə müstəqil respublikalar ilə inkişaf və gələcək əməkdaşlığa 
yönəlmiş  çevik  strategiyasını  davam  etdirir.  Bununla  belə  Türkiyə  “bir  güllə  ilə  iki  quş  vurmuş” 
olur: paralel olaraq Qərbin gözündə cəlbediciliyini saxlamaqla yanaşı Avro-Atlantik müəssisələrin-
də  vasitəçi  mövqe  (ən  azı  müvəqqəti)  tutur.  Bu  da  öz  növbəsində  Türkiyə  üçün  ABŞ  və  Avropa 
İttifaqı ilə dialoqda əhəmiyyətli arqumentin əldə edilməsi deməkdir.  
Qeyd  etmək  lazımdır  ki,  Cənubi  Qafqazdakı  münaqişələr,  əlbəttə,  baş  verə  bilər.  Həyat 
həqiqətlərindən uzağa getmək olmaz. Onlardan bəzilərinin uzun tarixi var. Amma onlardan, bizim 
fikrimizcə, ən ciddisi, ən ağrılısı, indiyədək bizi narahat edən, Azərbaycan sərhədlərinin təhlükəsiz-
liyini təhlükə altında qoyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir.  
XIX  əsrin  sonları  –  XX  əsrin  əvvəllərində  Krım  və  Volqa-Ural  regionu  ilə  yanaşı, 
Azərbaycan  türk  milli  hərəkatının  əsas  beşiyi  olmuşdur.  Məhz  buna  görə  də  iki  ölkə  arasında 
qardaşlıq ruhu Mərkəzi Asiya dövlətləri ilə müqayisədə daha möhkəm və sarsılmazdır. Dil yaxınlığı 
da Azərbaycan və Türkiyə arasında münasibətlərin möhkəmlənməsinə öz töhfəsini vermişdir.  
Aydındır  ki,  belə  yaxın  və  çox  səviyyəli  əlaqələr  Türkiyəyə  Cənubi  Qafqazda  regional 
təhlükəsizlik  probleminin  həllinə  tolerant  yanaşmağı  diktə  edir.  Bu  baxımdan,  uzunmüddətli 
məqsədlər və Azərbaycana qarşı Türkiyə xarici siyasətinin prioritetləri aşağıdakılardır:  
1.
 
Azərbaycanın müstəqilliyinə dəstək;  
2.
 
Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın suverenliyini dəstəkləmək;  
3.
 
Cənubi  Qafqaza  Rusiyanın  müdaxiləsinin  qarşısını  almaq  və  ya  onun  iştirakını 
məhdudlaşdırmaq cəhdi;  
4.
 
Türkiyənin ərazisi vasitəsilə Azərbaycanın neft hasilatı və ixracında iştirak (1, s. 60). 
Azərbaycan  1991-ci  il  avqust  30-da  müstəqilliyini  elan  etsə  də,  Türkiyə  bunu  tanımağa 
tələsmədi.  Türkiyə  hakimiyyəti  Sovet  İttifaqının  dağılmasından  sonra  şok  vəziyyətindən  çıxmamış, 
ənənəvi ehtiyatlı xarici siyasətə seçmişdi. Buna baxmayaraq, artıq 1991-ci ilin noyabrın 9-da, Türkiyə 
Azərbaycan  Respublikasını  tanımaq  üçün  hazır  olduğunu  bildirdi.  14  yanvar  1992-ci  il  iki  ölkə 
arasında diplomatik münasibətlər quruldu.  
Azərbaycan müstəqillik əldə etdikdən sonra qısa müddətdə, Türkiyə və Azərbaycan hökuməti 
texniki  və  mədəni  sahədə  qarşılıqlı  sıx  münasibətlər  qurmuşdu.  Bu  əlaqələr  1992-ci  ildə  prezident 
seçkilərində AXCP-dən olan namizəd Əbülfəz Elçibəyin qələbəsindən sonra daha güclü inkişaf etməyə 
başladı.  Özünü  “Atatürk  əsgəri”  adlandıran  Elçibəy,  dəfələrlə  Türkiyə  ilə  federasiyada  birləşmək, 
həmçinin Şimali və Cənubi Azərbaycanı yenidən birləşdirmək istəyini vurğulayırdı.  
Eyni  zamanda,  müsbət  Azərbaycan  və  “türk”  millətçi  imicinin  olmasına  baxmayaraq, 
Azərbaycan  və  Türkiyə  ictimaiyyətinin  gözündə  Elçibəy  sadəlövh  və  təcrübəsiz  siyasətçi  kimi 
görünürdü.  Onun  siyasi  fəaliyyəti  nəinki  Rusiya  və  İranda  narazılıq  yaradırdı,  həm  də  Türkiyəni 
narahat  edirdi.  Çünki  bu,  Ankaranın  Moskva  ilə  Tehran  arasında  ciddi  qarşıdurmasına  səbəb  ola 
bilərdi. Buna görə də, Türkiyə Elçibəyin hakimiyyəti dövründə Cənubi Qafqazda regional təhlükəsizlik 
məsələləri ilə bağlı neytrallıq mövqeyini tuturdu.  
1993-cü  ilin  iyununda  hərbi  çevrilişdən  sonra  Elçibəy  prezident  vəzifəsindən  kənarlaşdırıldı, 
onun yerinə hakimiyyətə Heydər Əliyev gəldi. Ədalət naminə qeyd etmək lazımdır ki, bununla bağlı 
Türkiyənin ilk reaksiyasının ehtiyatı daha çox idi. Belə tezliklə rəhbərliyin dəyişməsindən narazı qalan 
bəzi  Qərb  siyasətçiləri  Türkiyənin  guya  Azərbaycanda  köhnə  dost  rejimini  saxlamaq  üçün  ən  yaxşı 
səylərindən istifadə edə bilməməyi barədə danışmışdılar (lakin Azərbaycanın mövqeyi ilə bu, tamamilə 
haqlı  idi  və  tarix  bunu  sübut  etdi).  Məsələn,  bu  barədə  S.Kornell  və  bir  sıra  digər  Qərbpərəst 
analitiklər  yazmışdılar.  Digər  tədqiqatçılar  hesab  edirdilər  ki,  Elçibəyin  hakimiyyətdən  getməsi  ilə 
“türk modeli” başa çatdı.  
Lakin,  hər  iki  halda  bu  həqiqətə  uyğun  deyildi.  İlk  əvvəl  Heydər  Əliyev  həqiqətən  də 
Rusiyayönlü  mövqedə  dayanmışdı,  MDB-yə,  Xəzər  neftinin  istismarı  üzrə  Azərbaycan  Beynəlxalq 
Şirkətinin  layihəsinə  Rusiyanın  (Lukoil)  daxil  olmasına  dair  danışıqların  yeni  mərhələsinə  qoşulmaq 
üçün razılıq vermişdi. Həmin razılığa əsasən 1994-cü ilin martında Bakı səhmlərinin 10%-i Rusiyaya 
verildi.  Lakin bütün bunlar müdrik addımlar idi və Azərbaycanın o zamankı siyasi vəziyyəti buna haqq 
qazandırırdı.  Rusiya  ilə  sıx  əlaqələrin  qurulmasına  çalışarkən  H.Əliyev  bunun  Ermənistan-Azərbaycan 


191 
münaqişəsində  balanslaşdırılmış  mövqe  tutacağına  ümid  edirdi.  1990-cı  illərin  ortalarında  Türkiyə 
vəziyyətə müdaxilə və ya manipulyasiya edə bilmədən əsasən müşahidəçi rolunu oynamışdı. Bu qismən 
Rusiyaya qarşı ənənəvi ehtiyatlı siyasət inersiyası ilə, qismən də o dövrlər görünməmiş qlobal vəziyyətin 
qarışıqlığı ilə izah olunurdu.  
Amma  Kozma Prutkovun  dediyi  kimi,  istənilən bir  işdə  “dərinliyə  nəzər  salmaq” lazımdır. 
İki dövlətin yaxınlaşması üçün atılan bütün addımlara baxmayaraq, H.Əliyev eyni zamanda cəsarətlə 
Azərbaycan ərazisində Rusiya qoşunlarının yerləşdirilməsinə qarşı çıxdı. Buna görə də gözlənilməz 
çətinliklər  də  yaranırdı.  Məsələn,  adıçəkilən  layihəni  Rusiya  Xarici  İşlər  Nazirliyi  tanımadı,  onu 
qeyri-qanuni  elan  etdi,  ona  görə  ki,  Rusiya  rəsmi  olaraq  Xəzər  dənizinin  statusunu  bir  göl  kimi 
tanıyır və Xəzəryanı dövlətlərə onun ehtiyatlarının birgə istismarını təklif edirdi.  
Amma  Heydər  Əliyevin  hakimiyyəti  dövründə  Azərbaycanın  siyasəti  daha  çox  real  və 
obyektiv idi. O, Qafqazda dominant təsir əldə etmək istəyən hər hansı bir böyük beynəlxalq oyunçu 
ilə  həddindən  artıq  yaxınlaşmaqdan  imtina  edirdi.  Türkiyə  ilə  qarşılıqlı  əlaqələr  yaratmaq  üçün 
Azərbaycan  nazirləri  Ankaraya  səfərlərini  bərpa  etdilər.  28-29  dekabr  1993-cü  ildə  Azərbaycanın 
Xarici  İşlər  Naziri  Həsən  Həsənovun  səfəri  zamanı  Türkiyə  Naxçıvana  müdaxilə  etmək  üçün 
beynəlxalq  hüquqi  status  hüququ  aldı.  1994-cü  ildə  H.Əliyev  Türkiyəyə  səfər  etdi  və  S.Dəmirəl  ilə 
birlikdə Azərbaycan və Türkiyənin “bir millət, iki dövlət” olduğu bəyanatı ilə çıxış etdi. H.Əliyevi səfər 
zamanı  Türkiyə  ilə  yaxınlığın  əhəmiyyətini  vurğulayan  80  nəfərdən  ibarət  böyük  nümayəndə  heyəti 
müşayiət edirdi. Prezident Dəmirəl Türkiyənin beynəlxalq arenada Azərbaycanın “ədalətli tələblərini” 
dəstəkləməyə davam edəcəyini bir daha vurğuladı. O, həmçinin “ermənilərin hücumlarını” pislədi və 
“azərbaycanlı  qardaşlarımıza  70  ildən  sonra  demokratik  vətəndaş  dövlətinin  bərpası  uğrunda 
mübarizədə  kömək  edəcəyini”  vəd  etdi.  Əliyev  keçmiş  haqqında  düşünməməyə  üstünlük  verərək, 
Dağlıq  Qarabağda  qeyri-zorakı  vasitələrlə  müharibənin  dayandırılması  arzusu  ilə  çıxış  etdi: 
“Azərbaycanın öz əsgərləri kifayət qədərdir və bu gələcəkdə də belə olacaq ... Mən bir daha türk qardaş 
və  dostlarımızı  əmin  edirəm  ki,  Azərbaycan,  heç  vaxt  heç  bir  halda  öz  müstəqilliyindən  imtina 
etməyəcək”. NATO və MDB arasında dinc əməkdaşlığa dair saziş imzalandıqdan sonra, 5 may 1994-cü 
ildə iki lider hərbi-siyasi strategiyasının gələcəyini müzakirə etmək üçün yenidən bir araya gəldilər (1, s. 
185). 
Lakin,  biz  Dağlıq  Qarabağ  münaqişəsinin  həllində  Azərbaycanın  Türkiyənin  müdaxiləsin-
dən  çəkinməyə  çalışdığını  vurğulamalıyıq.  Azərbaycanın  Türkiyədəki  səfiri  M.Əliyevin  sözlərinə 
görə, Azərbaycanın ən başlıca məqsədi Qərblə Türkiyənin əlaqələri vasitəsilə münaqişəni Azərbay-
can tərəfindən dünya ictimaiyyətinə çatdırmaq idi və beləliklə də Şimal sərhədlərinin təhlükəsizliyi 
təmin edilirdi (2, s. 188). (M.Əliyev Azərbaycan ərazisində əsasən Şuşa və Ağdam zonalarını nəzər-
də tuturdu) 
Türkiyə öz növbəsində  əvvəllər olduğu kimi,  XX əsrin sonunda da, onun tərəflər arasında 
qərəzsiz  vasitəçi  roluna  imkan  verən  neytral  bir  mövqe  tuturdu.  Türk  diplomatları,  xüsusilə  o 
zamankı  Xarici  İşlər  Naziri  Hikmət  Çətin  vasitəçi  diplomatiya  çərçivəsində  Qafqaz  və  Avropa 
paytaxtlarına bir neçə dəfə səfər etmişdilər və bununla da ATƏT-in gündəliyinə bu məsələnin daxil 
edilməsi  baxımından  çox  faydalı  olduğu  sübut  edilmişdir.  ATƏT-in  Praqa  görüşündə  Türkiyə  bu 
təşkilatı  Qarabağın  Azərbaycanın  ayrılmaz  və  bölünməz  hissəsi  olduğunu  tanımağa  təhrik  etmişdi. 
Çətinin  1992-ci  ilin  iyun  ayında  Qafqazda  münaqişə  və  onun  sülh  yolu  ilə  həlli  üçün  axtarışlarda 
vasitəçilik edən ATƏT-in Minsk qrupunun yaradılmasında böyük rolu olmuşdu.  
Bundan başqa, Azərbaycanın xahişi ilə Çətin münaqişəyə Qərb hökumətlərinin diqqətini cəlb 
etmək  üçün  öz  əlaqələrindən istifadə  etmişdi.  Regional  təhlükəsizlik  məsələləri  ABŞ  dövlət  katibi 
Ceyms Beyker ilə telefon danışıqları zamanı müzakirə edilmişdi. Baş nazir Dəmirəl ehtiyatlı siyasət 
yürütmələrini Türkiyənin müdaxilə üçün hüquqi bazasının olmaması ilə əsaslandırdı.  
Türkiyə rəsmiləri Dağlıq Qarabağ problemi ilə bağlı müxtəlif təşəbbüslər irəli sürmüşdürlər. 
1992-ci ildə prezident Özal və Xarici İşlər Naziri Hikmət Çətin ilk dəfə ABŞ Dövlət Departamen-
tindən  Pol  Qobl  tərəfindən  hazırlanmış  “ikili  formul”u  irəli  sürdülər.  Sözügedən  formula  görə, 
Azərbaycan ermənilərin əsasən məskunlaşdığı Qarabağın dağlıq hissəsindən əl çəkir və həmin hissə 
Ermənistanla  birləşir.  Bunun  əksinə  olaraq,  Ermənistan  Naxçıvanla  əlaqəsini  təmin  etmək  üçün 
cənubda Zəngəzur dəhlizini Azərbaycana verir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə