192
Ancaq Türkiyənin vasitəçilik cəhdi uzun sürmədi. 1992-ci ilin fevralında Qarabağ şəhəri
Xocalıda dinc azərbaycanlı sakinlərə qarşı ermənilər tərəfindən qanlı zorakılıq tətbiq olundu.
“Xocalı soyqırımı”ndan sonra Türkiyədə ermənilərin riyakar siyasətini pisləyən, minlərlə insanın
iştirakı ilə keçirilən nümayişlər başladı və Azərbaycanın xeyrinə Türkiyənin müdaxilə etməsi tələbi
ilə şüarlar səsləndi. Tamamilə haqlı olaraq prezident Özal açıq şəkildə Ermənistanı hədələdi. Belə
ki, Türkiyənin Baş naziri Tansu Çillər Ermənistanın Naxçıvana hücum edəcəyi təqdirdə, o, TBMM-
dən müharibə sanksiyaları tələb edəcəyi ilə təhdid etdi. Lakin, daha təmkinli olmağı tövsiyə edən
siyasətçilər də var idi. Onların da öz həqiqətləri var idi. Bu heç bir siyasi xətlərlə kəsişməyən
məsələlər idi. O zamanlar Dəmirəl Türkiyənin müharibədə Azərbaycanın tərəfində çıxış etməsini,
Rusiya və Qərb dövlətləri tərəfindən xristianlar və müsəlmanlar arasında mübarizə kimi şərh
edəcəkləri haqda xəbərdarlıq etmişdi. Bu isə ABŞ-Türkiyə münasibətlərinə ciddi mənfi təsir göstərə-
cəkdi. Türkiyə XİN-in bu cür bəyanatları onu vasitəçilik rolunu oynamaq imkanından məhrum edirdi.
1994-cü il iyun ayında Baş qərargahın rəisi general Doğan Güreş Azərbaycan ordusuna kömək
məqsədilə türk əsgərlərini göndərməyə hazır olduğunu bildirdikdə Türkiyənin mövqeyi bir az sərt
səslənmişdi. Rusiyanın Müdafiə Naziri Qraçov bu mövqeyə tez reaksiya verərək, Rusiyanın Türkiyə
ordusunun müdaxilə etməsinə imkan verməyəcəyini ifadə etmişdi. O demişdi: “Rusiyanın həm
Azərbaycanda, həm də Cənubi Qafqaz ərazisində öz siyasi maraqları var” (3, s. 4). Şapoşhnikov isə
məharətlə Türkiyənin təhrikçi olmağa risk etdiyini manipulyasiya edərək, üçüncü dünya müharibəsinin
baş vermə ehtimalını xatırlatmışdı.
Biz hesab edirik ki, Qərbin də qatıldığı və Rusiya tərəfindən söylənilən belə bəyanatlar
siyasi böhtandır, sadəcə bir şişirtmədir. Birincisi, Türkiyənin Baş Qərargah rəisi general Doğan
Güreşin sözləri hərfi mənada başa düşülməməlidir: o, sadəcə olaraq şovinist erməni hakimiyyətini
qorxutmaq istəmişdi. İkincisi, hazırda gördüyümüz kimi hər hansı bir hərbi müdaxiləyə yol
verilmədi. Üçüncüsü, daxili siyasi təzyiq müəyyən dərəcədə uzun müddət Dağlıq Qarabağ
münaqişəsində Türkiyənin neytral qalmasına imkan vermirdi. Ermənilərin Qarabağa və digər
Azərbaycan torpaqlarına hərbi müdaxiləsi, azərbaycanlıların öz doğma torpaqlarından qaçqın
düşməsindən bərk narahat olan ictimai rəy Azərbaycanın tərəfini tutdu. Bundan əlavə, Türkiyənin
Böyük Millət Məclisinin siyasi partiyaları Dağlıq Qarabağ məsələsində zəif dövlət siyasətini tənqid
edirdilər. Millətçi Fəhlə Partiyasının lideri Alparslan Türkeş “Türkiyənin Azərbaycan torpaqlarının işğal
edilməsinə laqeyd baxa bilmədiyini” vurğulayaraq, hərbi müdaxilə ideyasını müdafiə etmişdi (4). Ana
Vətən Partiyasının sədri və müxalifət lideri Məsud Yılmazın mövqeyi hökumətə qarşı açıq çağırış
olmuşdu. O, Ermənistan sərhəddində qoşunların yerləşdirilməsində israrlı idi və Türkiyənin Dağlıq
Qarabağın əvvəlki statusunun qorunmasına təminat kimi öz rolunu qoruyub saxlamağı ictimaiyyətə
xatırladırdı. Bir sıra hallarda Yılmaz, Ermənistanın hərəkətlərinə müqavimət əzmini nümayiş etdirmək
üçün Ermənistan və Naxçıvan arasındakı sərhəd yaxınlığında türk qoşunlarını yerləşdirməyə ehtiyac
olduğunu vurğulamışdı.
Türkiyə Ermənistana hər hansı bir silah satışına embarqo da tətbiq etmişdi. 1992-ci ilin mart
ayında Türkiyə türk hava yolları vasitəsilə Ermənistana uçan bütün təyyarələrin yoxlayacağını açıqla-
mışdı. Bundan başqa, Türkiyə Ermənistana qarşı iqtisadi blokadaya qoşulmaqda Azərbaycana kömək
etdi, bu isə Ermənistana yardımların çatdırılması üçün hava məkanından istifadəni qadağan edirdi. Mart
ayının ortalarında Dəmirəlin mövqeyi dəyişməyə başladı. “Washington Post” qəzetinə müsahibəsində,
o, həlledici fəaliyyət tələb edən insanların ağır təzyiqi altında olduğunu ifadə etmişdi və buna görə də
Türkiyənin hərbi müdaxiləsini istisna etmirdi (5).
Dəmirəl Özalın yerinə prezident postuna nail olduqdan sonra Ermənistana qarşı və Dağlıq
Qarabağ məsələsində Türkiyənin münasibəti bir qədər yumşaldı. Ankara beynəlxalq forumlarda
Azərbaycanın mövqeyini təşviq etmək üçün diplomatik səylərini indi milliyətçi və anti-erməni ritorika-
dan çəkindirirdi.
Öz ərazisindən Ermənistana nəzərdə tutulan humanitar yardımı nəql etmək üçün Türkiyənin
razılığı, beynəlxalq təşkilatlarda, xüsusilə BMT-də Azərbaycana diplomatik dəstəyin təmin edilməsinə
mane olmurdu. Ankara İranın sülhməramlı qismində çıxış etməsinə və Rusiyanın Cənubi Qafqazda
hərbi və ya digər vasitələrlə öz mövqeyini möhkəmləndirməsinin qarşısını almağa cəhd edirdi. Ermənis-
tan silahlı qüvvələri Kəlbəcəri işğal edəndə, Dəmirəl ölkəsinin Azərbaycanın çətin vəziyyətində onu tək
193
qoymayacağını bildirmişdi, həm də əlavə etmişdi ki, Türkiyə bu problemin həllində “başını itirməməyə”
cəhd edəcək (6).
Daha sonra, Ankara, ilk növbədə BMT və ATƏT-də bir sıra təşəbbüslər irəli sürmüşdü.
BMT-nin TŞ-nin beş daimi üzvlərinə o, Ermənistanın BMT-nin qətnamələrinə əməl etmədiyini və
onun işğalçılıq siyasətinin tamamilə qəbuledilməz olduğunu bildirmişdi. 1993-ci ilin may ayında
Amerika Birləşmiş Ştatlarları və Rusiya Federasiyası ilə birlikdə Türkiyə Dağlıq Qarabağın sülh
planını hazırladı və az sonra 1993-cü ilin iyulunda o, türk mətbuatının adlandırdığı “diplomatik
hücum”a başladı. Bu baxımından onların öz mövqelərinin yayılması məqsədiylə Türkiyənin
türkdilli xəbər şəbəkəsindən geniş istifadə etməsi ibrətamiz idi. Bununla yanaşı, Ermənistanın
hərəkətlərinin pislənilməsi üçün Ankara 1993-cü ilin iyul ayında İstanbulda keçirilən İqtisadi
Əməkdaşlıq Təşkilatının (İƏT) zirvə toplantısından istifadə etdi.
Təəssüf ki, Dağlıq Qarabağda hərbi əməliyyatların hələ də tam aradan qaldırılmadığını etiraf
etməliyik. Füzuli, Cəbrayıl və Ağdam rayonları Ermənistanın hücumlarına məruz qaldıqdan sonra,
Türkiyə BMT Təhlükəsizlik Şurası qarşısında məsələ qaldırdı. BMT-də bir çox müşavirələrdən
sonra işğal olunmuş ərazilərdən Ermənistan qoşunlarının dərhal, tam və qeyd-şərtsiz azad edilməsi
tələbi ilə bir neçə qətnamə qəbul edildi. BMT, nəhayət, Ermənistanın işğalçı qüvvələrə dəstək
verməməsini tələb etdi və Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiqlədi. Türkiyə də itaət
etmədiyi halda təcavüzkara qarşı müvafiq sanksiyalar tətbiq edilməsini təkid edirdi. Çox güman ki,
Rusiya bu təklifə qarşı Təhlükəsizlik Şurasında öz vetosunu tətbiq edə bilərdi. O, Dağlıq Qarabağ
münaqişəsi üzrə danışıqlar prosesində Türkiyəni tərəfdaş kimi tanımırdı. Rusiyanın Ankaradakı səfiri
Albert Çernışov 2013-ci ildə Türkiyə mətbuatına müsahibəsində ifadə etmişdi: “Bəzi insanlar
fikirləşirlər ki, Türkiyə boşluğu doldurmalıdır, ancaq heç bir boşluq yoxdur. Rusiyanın bu regionda
dərin tarixi, iqtisadi və siyasi maraqları var”. Əlbəttə ki, belə bəyanatlarla Rusiya Cənubi Qafqazda
regional təhlükəsizlik məsələlərində və hərbi qarşıdurma probleminin həllində “ağ bayraq” qaldıraraq
sadəcə “qorunmağa” çalışırdı.
Sonda, münaqişənin sülh yolu ilə həlli üçün səyləri 1994-cü ildə Azərbaycan və Ermənistan
arasında imzalanan müvəqqəti atəşkəs sazişinə gətirib çıxardı. Ermənistan tərəfindən Azərbaycan
ərazilərinin 20%-i işğal olundu. Türkiyə sayəsində, Ermənistan istisna olmaqla, ATƏT-in bütün üzvləri
Azərbaycanın ərazi bütövlüyü prinsipini tanıdılar. BMT də bu mövqeylə razılaşırdı. Münaqişənin sülh
yolu ilə həllinə gəldikdə isə Türkiyə münaqişə tərəfləri arasında ikitərəfli danışıqları müdafiə etməkdə
davam edir. O, hələ də Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını
diplomatik münasibətlərin qurulması üçün əsas şərt kimi qoyur.
ƏDƏBİYYAT
1.
Nuriyev E. Geopolitical Breakthrough and Emerging Challenges // The Case of South Caucasus, II
Perceptions, Vol. 34, No. l, January 1998, 197 р.
2.
Freddy De Pauw, Turkey Policies in Transcaucasia in Bruno Coppieters, (ed.), Contested Border in
the Caucasus, Brussels, VUB Press, 1996, 275 р.
3.
Moscow News, 15 July, 1994.
4.
FBIS-WEU, 27 February 1992, quoting Anatolia News Agency, 25 February 1992.
5.
The religious conservatives newspapers, Zaman, Turkiye, 5 Mart 1992.
6.
FBIS-WEU, 27 February 1992, quoting Turkiye Radyolan, 12 March 1992.
ABSTRACT
CONFLICTS AND REGIONAL SECURITY ISSUES IN SOUTH CAUCASUS
The article gives a brief historical excursion into the history of relations between several
countries: Russia, Turkey and the Western countries, mainly the United States, which had a definite
strategic interests in the South Caucasus. First of all, it found that the facts of the Azerbaijani and
Turkish history since the beginning of the XX century shows a significant clash of geopolitical and
Dostları ilə paylaş: |