184
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87)
ELFANƏ QASIMOVA
Azərbaycan Dövlət İqtisad Universiteti
UOT:
008
DİZAYN AZƏRBAYCAN CƏMİYYƏTİNİN SOSİO-MƏDƏNİ DƏYƏRİ KİMİ
Açar sözlər: dizayn, cəmiyyət, sosiomədəni dəyər, həyat tərzi, estetik tələblər
Key words: design, society, socio-cultural values, lifestyle, aesthetic requirements
Ключевые слова: дизайн, общество социокультурная ценность, образ жизни,
эстетические требования
Reallıq belədir ki, öz peşəsinin mahiyyətinə görə dizayner gözəlliyi yaratmalı və özünü
estetik-bədii mədəniyyəti ilə reallaşdırmalıdır. İnsan üçün həyatda maraqlı nə varsa, insanı
düşündürən hər bir gözəlliy – bunlar dizaynerin diqqət mərkəzində durmalıdır. Cəmiyyətin hər bir
üzvü hansı ixtisas sahibi olmasına baxmyaraq ilk növbədə ictimai insandır və o, zəruri olaraq onu
əhatə edən gerçəkliyə, faktlara və hadisələrə münasibətini bildirməlidir. Deməli, biz cəmiyyətdə
insanı əhatə edən dəyərlərə münasibətimizi nümayiş etdiririk.
Müasir dünyada dizayn mədəniyyətində mühüm yerlərdən birini dəyərlər tutur. Öncə qeyd
edək ki, deyək İbtidai icma quruluşunda elm olmadığından onun dəyərləri də olmamışdır. Orta
əsrlərdə dini dünyagörüşün hakim mövqe tutduğu bir şəraitdə ilahi ideyası və müqəddəs kitabların
insanlara aşıladığı ehkamlar insanların düşüncəsinə hakim kəsilmişdi. Elmi əsərlər və risalələr
cəmiyyət üçün təhlükəli hesab olunur, onların müəllifləri isə inkvizisiyanın təqiblərinə məruz
qalırdılar. Bu o deməkdir ki, dəyərlər aləmini həmişə konkret olaraq nəzərdən keçirmək lazımdır,
çünki dəyər obyektlərinin özünəməxsus tarixi hüdudları mövcuddur və bu hüdudları
müəyyənləşdirmək müəyyən çətinliklərlə bağlıdır. Elə bu səbəbdən də bu günün özündə dəyərlərin
təsnifatı ciddi elmi problem kimi qalmaqdadır. Hər halda real fakt budur ki, bu problemin həlli üçün
vahid yanaşma yoxdur. Hazırda bunu demək mümkündür ki, dəyərlərin ən ümumi təsnifatının
əsasları bu sahərlərdir: ictimai həyat, dəyərlərin daşıyıcıları, dəyərlərin iyerarxiyası. İctimai həyatda
üç qrup dəyərlər əsas götürülür: maddi, sosial-siyasi və mənəvi dəyərlər. (1)
Maddi dəyərlər – təbiət obyektlərinin və predmet dəyərlərinin, yəni əmək alətləri və əşyalar,
başqa sözlə, bilavasitə insanın tələbatlarını ödəyən predmetlərin dəyər əhəmiyyəti nəzərdə tutulur.
Təbii dəyərlər təbiət sərvətlərində öz yeri olan təbii nemətdir. Predmet dəyərlərinə insanın yaratdığı
dəyərlər aiddir - əmək məhsullarının istehlak dəyəri, keçmişin mədəni irsi, müasirlərin predmet
sərvətləri və dini etiqad predmetləri.
Sosial-siyasi dəyərlər – sosial və siyasi hadisələrin, təzahürlərin, siyasi aktların və
hərəkətlərin dəyər əhəmiyyətidir. Belə halda dəyər əhəmiyyətinin meyarları kimi ictimai nemət,
siyasi iradə, qardaşlıq, sülh və s. çıxış edir.
Mənəvi (subyektiv) dəyərlər – ictimai şüurun normativ, tövsiyə - qiymətləndirmə
təzahürləri, bunlar müvafiq formalar vasitəsilə ifadə olunurlar, insanın sosial və təbii reallıqda
yönümünün normativ forması kimi xidmət edir. Məlumdur ki, bu ideyalar, baxışlar həqiqi, əsl və
yalan ola bilərlər, lakin bununla dəyər olaraq qalırlar. Dəyərlər sahəsində bütün ideyalar insanların
bu və digər münasibətlərini tənzimləmə funksiyanı yerinə yetirərək şəxsiyyətin fəaliyyətinin
vasitələri və obyektləri kimi çıxış edirlər.
Belə dəyərlər sahəsində inteqral xarakterə malik mədəniyyət xüsusi yer tutur. Birincisi, ona
görə ki, insanların öz tələbatlarının ödənilməsi üçün yaratdıqları maddi, sosial-siyasi və mənəvi dəyərləri
birləşdirir. İkincisi, mədəniyyət yalnız yaradılmış dəyərlərin məcmusu deyil, həm də dəyərlərin
yaradılması və mənimsənilməsi vasitəsidir, yəni insanın maddi və mənəvi fəaliyyəti çərçivəsində yaradıcı
potensialının reallaşdırılması vasitəsidir. (2)
185
Başqa sözlə, mədəniyyət yalnız predmetlərin və dəyərlərin cəmi deyil, insanın istedadının və
başqalarının bacarıqlarının aşkarlanması prosesidir, onun müvafiq dəyər yönümlərinin formalaşdırıl-
masıdır. Mədəniyyətin özü bir dəyər kimi insanın, onun humanizminin, alicənablığının və yaradıcılıq
qabiliyyətinin inkişafına, iradəsinin artmasına, onun təbiət, ictimai münasibətlər və özü üzərində
hakimliyinin artmasına kömək edən dəyərdir.
Dizayn yaradıclığı baxımından mühüm cəhət budur ki, cəmiyyət həyatında dəyişiliklərin baş
verməsilə dəyərlərin bir növdən başqa bir əhəmiyyət kəsb edən növə çevrilməsi nəzərə alınmalıdır, bu
obyektiv faktordur. Cəmiyyət inkişaf etdikcə yeni dəyərlər meydana çıxır və ya əksinə digər dəyərlər
əhəmiyyətini itirir, yaxud da həyatdan gedir.
Hər bir nəsil toplanmış təcrübədən istifadə edir, keçmişin nəaliyyətlərini mənimsəyir və yeni
dəyərlərin yaradılmasına doğru daha irəli gedir.
Dizayn yaradıcılığında da cəmiyyətin mədəni həyatında olduğu kimi üç növ dəyərlər olur: “dəyər-
lər – ideallar”; “dəyərlər-ideallar”la qarşılıqlı təsir nəticəsində aşkar edilmiş “şeylər”in xüsusiyyətləri –
dəyərlər; dəyər xüsusiyyətlərinə malik “dəyərlər-şeylər”. Dəyərlərin daşıyıcıları baxımından, bir qayda
olaraq, bunları fərqləndirirlər: fərdi, qrup, yaxud kollektiv, ümumxalq və bəşəri dəyərlər, Şəxsi, yaxud
fərdi dəyərlər – bu konkret insan üçün predmetin, hadisənin, ideyaların dəyər əhəmiyyəti. Şəxsi dəyərlər
fərdin həyatında mühüm rol oynayır, buna baxmayaraq şəxsiyyətin dəyər yönümünü bunlar müəyyən
etmir, ona görə ki, insanın mahiyyəti onun ictimai münasibətlərin məcmusundan ibarətdir. İnkişaf
prosesində insanların tələbatları dəyişdikcə onların dəyərlərə münasibəti də dəyişir.
Şəxsi dəyərlərin dizaynerin tərəfindən dərk edilməsi insanın “Bu məhsul mənim üçündürmü?”
sualına cavab tapmağa kömək edir. İstehlakçı tərəfindən hansı məhsula üstünlük verilməsi barədə qərarın
qəbul edilməsi prosesində tələbatların dərk edilməsi üçün dəyərlər xüsusi əhəmiyyət kəsb edir. Bundan
əlavə, dəyərlər həmçinin qiymətləndirmə meyarlarının müəyyən edilməsinə təsir göstərir. Başqa sözlə,
dizayn predmetinin onun üçün nə qədər gərəkli olması barədə meyarlarına təsir göstərir. Dəyərlər
kommunikasiya proqramlarının səmərəliliyinə də təsir göstərir, çünki istehlakçı özünə belə bir sual verə
bilər: “Reklamda göstərilən vəziyyətdə olmaq istərdinmi?”. Dəyərlər insanın öz həyatında nail olduğu
davamlı motivlər, məqsədlərdir. Müəyyən mənada dizayn yaradıcılığı bu məqsədlərə nail olmaq
vasitələrini təqdim edir.
Bu gün Azərbaycan cəmiyyəti müstəqillik illərində özünün yeni formasiyasını yaşayır. Belə bir
tarixi şəraitdə cəmiyyətimizdə istər milli, istərsə də bəşəri dəyərlərin şəffaf təzahürü üçün geniş imkanlar
açılır. Azərbaycan cəmiyyətində insaların həyat tərzinin öyrənilməsinin aktuallığı, hər şeydən əvvəl,
sosiumda baş verən məqsədyönlü sosiomədəni dəyişiliklərlə bağlıdır. Ümumiyyətlə hər bir cəmiyyətdə
tədricən təşəkkül prosesi, sonra isə onun faydalı məzmun kəsb etməsi üçün spesifik formaların inkişafı baş
verir. Bunun sayəsində insanalrın iqtisadi, siyasi, mədəni həyatı üçün vacib olan şərait yaranır. Cəmiyyət
üzvlərinin şəraitinin dəyişilməsi onun təşkilinin vasitələrinin dəyişməsinə, yeni həyat tərzinin dəyişməsinə
gətirib çıxarır. Başqa sözlə, burada hər bir cəmiyyət üçün spesifik olan həyat tərzinin əlamətləri və
xüsusiyyətlərinin formalaşmasından söhbət gedir.
Hazırda məlum olur ki, Azərbaycanda müstəqillik illərində ictimai proseslərin sürətlənməsi,
iqtisadiyyatın struktur komponentlərinin dəyişməsi insanların həyat fəaliyyətinin keyfiyyət, məzmun
xarakteristikalarının dinamikasını şərtləndirmişdir, şəxsiyyətin inkişaf prosesi kütləvi şəkildə
genişlənmişdir. Sosiomədəni mühitdə baş verən bu dəyişiliklər, obyektiv olaraq insanların yemək, yaşayış
yerlərinə, geyimə münasibətdə artan tələbatalrını ödəyən yeni texniki vasitələrin də dəyişməsinə gətirib
çıxarmışdır. Öz növbəsində məişət predmetlərinə artan tələbatlar qiymətləndirmə meyarlarında da
dəyişiliklər yaratmışdır. Əhalinin rifahının artmaqda olan göstəricilərinin diferensiasiyası, insanların
övqatının, onların məşğuliyyətlərinin məzmununun diferensasiyası cəmiyyətdə həyat keyfiyyətində
bərbaərsizliyi dərinləşdirmişdir.
Sosiomədəni həyatın dinamikasına artan maraq təbii olaraq “həyat tərzi” anlayışına müraciət
edilməsini şərtləndirmişdir. Marağın artmasının bir səbəbi də budur ki, son iyirmi il ərzində müxtəlif
ictimai və humanitar elmlər (sosiologiya, sosial psixologiya, psixologiya, linqvistika, tarix, etnoqrafiya,
sənətşünaslıq və s.) çərçivəsində insanların həyat fəaliyyətilə, onları əhatə edən sosial, mədəni mühitlə
bağlı xeyli emprik faktlar və nəzəri ümumiləşmələr toplanmışdır. Məsələn, insanın ətraf mühitlə fəal
əlaqəsini ifadə edən “şəxsiyyət”, “fəaliyyət”, “tələbatlar”, “maraqlar”, “dəyər yönümləri”, “ünsiyyət” və s.
Dostları ilə paylaş: |