182
erməniləşdirmək məqsədi ilə Alban kilsələrini qriqoryanlaşdırmaq fikrindən uzaq olardı) İslam
ənənələrini inkişaf etdirməyə daha çox meylli idilərsə, kapitalist Bakısının Azərbaycan
xeyriyyəçiləri, İslam dəyərlərini qorumuş və paralel olaraq, Qərb mədəniyyətini köhnə Bakıya
aşılayaraq, Qərb-Şərq mədəniyyətinin sintezini apararaq, bəşər tarixinə təkraredilməz yeni çox
səviyyəli mədəniyyət gətirmişdir və 1907-ci ildə H.Z.Tağıyevin tikdirdiyi “Jon Mironosets” kilsəsi
buna bariz nümunədir. Ümumən Azərbaycan xeyriyyəçilərinin fəaliyyəti Azərbaycan sosial-mədəni
həyatında özünəməxsus bir toleyrantlıq ansamblı yaratmış, mədəni və dini müxtəlifliyin inkişafına
xidmətlər göstərmişlər.
Azərbaycan torpaqlarında müstəmləkə siyasətini aparan Rusiya imperiyası köçürmə,
ruslaşdırma siyasəti ilə paralel olaraq, İslam dininin cəmiyyətdə tutduğu rolunu da mümkün qədər
məhdudlaşdırmağa çalışırdı. Cəmiyyətin əxlaqına və məişətinə ciddi təsir göstərə bilən, müstəqil
sosial-siyasi qüvvə olan müsəlman ruhanilərinə, imperiya, ehtiyatla yanaşmağa çalışırdı. Belə ki,
ölkədə İslamın nüfuz dairəsini mümkün qədər məhdudlaşdırmaq, müsəlman ruhanilərinə
məqsədyönlü şəkildə təzyiqlər göstərmək, müsəlman ruhanilərinin dini-siyasi fəallığını
neytrallaşdırmaq istəyən mütləqiyyət, ruhanilərlə əməkdaşlıq əlaqəsinə girərək, onların nüfuzundan
imperiya mənafeyi naminə faydalanmaq istəyirdi. Müsəlman ruhaniliyin nüfuzu ilə barışmaq
məcburiyyətində qalan mütləqiyyət 1823-cü ildə Zaqafqaziya Müsəlmanlar Ruhani İdarəsini təşkil
edir. Bu qurum qısa bir zaman çərçivəsində köklü müsəlman əhalisinin maraqlarını təmin edən
istiqamətdə fəaliyyət göstərir. Bu qurumun əhaliyə təsir gücünü hiss edən Rusiya “parçala, hökm
sür!” kredosunu əsas tutaraq, İslamda məzhəb məsələsini qabartmaq xəttini götürür və 1832-ci ildə
Tiflisdə Qafqazın Muftisi vəzifəsini təsis edir.
Romanovlar Rusiyası İslam dininə qadağa qoymasa da, müsəlmanların ümumi təbəəlik və
dini – mədəni hüquqlarına təzyiq və məhdudiyyət qoyduğundan, xristian missionerlərin təbliğatına
şərait yaratdığından xalq belə bir vəziyyətlə barışa bilmir və Birinci Rusiya inqilabı illərində
Rusiyanın müsəlman xalqları kimi, Azərbaycanın mütərəqqi qüvvələri imperiyanın müsəlman
əhalisinin rus xalqı ilə eyni olaraq, hüquq bərabərliyinin tanınması tələbi ilə çıxış edir. Müsəlmanlar
üçün mədəni–təhsilin inkişafının labüdlüyünü göstərirlər. Bu tələbləri təkminləşmiş şəkildə,
Azərbaycan milli hərəkatının görkəmli nümayəndəsi Ə. M. Topçübaşovun sədrliyi ilə 1905-ci il
avqustun 15-də Nijni-Novqorodda keçirilən Rusiya müsəlmanlarının I qurultayı irəli sürmüşdü.
Həmin dövrdə Azərbaycan və Rusiya müsəlmanlarının tərəqqipərvər nümayəndələri multikultural
ideyanın, “avropalaşma, türkləşmə, islamlaşma”, ətrafında birləşməyə çalışırdılar.(6)
1918-ci il mayın 28-də Azərbaycanın “İstiqlaliyyəti haqqında Aktı”nı qəbul edən
Azərbaycan Xalq Cumhuriyyəti, dövlətin ərazisində yaşayan bütün insanlara hüquq bərabərliyi
verdi. Yarandığı zamandan etibarən ölkənin ərazi bütövlüyü uğrunda mübarizə aparan AXC,
Azərbaycan xalqının tolerantlıq ənənələrindən imtina etməyərək, dövlətin qanunverici orqanı,
parlamenti formalaşdırarkən, ölkənin sosial-siyasi həyatında xidməti olan azsaylı xalqlara, eyni
zamanda Rusiya imperiyası dövründə əhalinin etno-konfessional tərkibində müəyyən çəki yükü
əldə edə bilmiş rus və ermənilərə də yer ayrılmışdı. (7) Belə ki, etnik proporsiyaya görə
parlamentdə nəzərdə tutulan 120 deputat yerindən 80-i müsəlmanlara, 21-i ermənilərə, 10-u- Bakı
Rus Milli Şurasına 1-i – Alman Milli Təşkilatına, 1-i –Yəhudi Milli Şurasına, 1-i Gürcü Milli
Şurasına, 1-i Polyak Milli Komitəsinə verilmişdi. Azsaylı xalqların nümayəndələri, parlamentə
seçilərkən, onun işində də aktiv fəaliyyət göstərmişlər. Belə ki, alman icmasını təmsil edən L.Kun
parlamentin aqrar komissiyasının tərkibinə daxil edilmiş, qanunların hazırlanmasında iştirak
etmişdi. Qeyri-müsəlman etnosların tarixinə və mədəniyyətinə hörmətlə yanaşan AXC, multi-
kultural mühitin formalaşmasının demokratiyanın inkişafına müsbət təsir edəcəyini nəzərə alaraq,
ölkədə alman koloniyaların salınmasının 100 illik yubileyinin təntənəli şəkildə keçirilməsi üçün
şərait yaratmış və bu yubiley 1919-cu ilin iyunun 9-da təntənəli şəkildə Yelenendorf koloniyasında
keçirilmişdi. L.Kun bu bayram tədbirində çıxış edərək bildirmişdi ki, Azərbaycan torpaqlarında
məskunlaşan kolonistlər Azərbaycan xalqının onlara bəslədiyi hörmət və ehtiramı unutmur və
Azərbaycanı özlərinin ikinci vətəni kimi qəbul edirlər.
183
ƏDƏBİYYAT
1.
S. Hüseynov. Azərbaycanda dini tolerantlıq mədəniyyəti: tarix və müasirlik. Bakı: Təknur,
2012, s. 28
2.
M. Babaşov. XIX əsrdə çar Rusiyasının Azərbaycanda yeritdiyi milli və dini ayrı-seçkilik
siyasətinin mahiyyəti. Journal of Qafqaz University. No: 10, 2002, s. 42.
3.
A. Cургуладзе. Прогрессивные последствия присоединения Грузии к России, Тбилиси,
издательство «Мецниерева», 1982, s.59-60.
4
Əhməd bəy Ağayev. “İrşad” qəzeti, 1906-cı il, No: 53.
5
Ə. Ağaoğlu. İran və inqilabı. Bakı, Azərnəşr, 2009, s.6.
6
İ. İsaxanlı. Fərhad Ağazadə və Latın əlifbasına keçid. s. 14-15
7. Axundov. Kəmalüddövlə məktubları. Bakı, Azərnəşr, 1969, s.30.
ABSTRACT
P. Akhundov
XIX-XX CENTURY RELIGION REFORM EFFECT IN AZERBAIJAN
At the beginning of the twentieth century, the social-religious environment in Azerbaijan
was experiencing a complex period. Many processes have affected the formation of this
environment, and the article has introduced a wide range of
РЕЗЮМЕ
П. Ахундов
РЕЛИГИОЗНЫЕ РЕФОРМАТОРСКИЕ ТЕНДЕНЦИИ
В АЗЕРБАЙДЖАНЕ В XIX - ХХ ВЕКАХ
В начале ХХ века в Азербайджане общественно-религиозная среда пережила свой
сложный период. На формирование этой среды повлияло множество процессов. В статье
широкое место отведено формированию этих вопросов.
NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı ilə çapa
tövsiyyə olunmuşdur. (protokol № 02).
Məqaləni çapa təqdim etdi: Fəlsəfə üzrə elmlər doktoru, professor M.Rzayev
Dostları ilə paylaş: |