210
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2017, № 7 (88)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2017, № 7 (88)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2017, № 7 (88)
BAYTARLIQ
ETİBAR MƏMMƏDOV
Naxçıvan Dövlət Universiteti
memmedov_etibar@mail.ru
UOT: 599.735
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA
HELMİNTOLOJİ ARAŞDIRMALAR
Açar söslər: helmintologiya, tədqiqat, ekspedisiya, geohelmintlər, biohelmintlər
Keywords: helminthology, research, expedition, geohelminthes, biohelminthes
Ключевые слова: гельминтология, исследования, экспедиция, гeoгeльминты,
биогельминты
Naxçıvan Muxtar Respublikasının özünəməxsus iqlimi, torpaq örtüyü, relyefi burada zəngin
flora və faunanın formalaşmasına səbəb olmuşdur.Tipik dağlıq ərazilər və Arazboyu düzənliklər
kənd təsərrüfatı heyvanları üçün qiymətli yem bazası hesab edilən otlaqlardan ibarətdir. Bu
otlaqlarda müxtəlif helmint törədiciləri və onların aralıq sahibləri – torpaq onurğasızları geniş
yayılmışdır. Bu baxımdan bölgəninin helmint faunasının öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir.
Belə ki, muxtar respublikanın demək olar ki, bütün ərazilərində yayılmış geohelmintlər və
biohelmintlər bir çox helmintozların törədiciləri hesab edilirlər. İstifadə edilən otlaqların əksəriyyəti
bu və ya digər helmintozlara görə qeyri sağlamdır.
Naxçıvan MR ərazisinin nisbətən kiçikliyinə və özünəməxsus fiziki-coğrafi şəraitinə görə üç əsas
zonaya - düzənlik, dağətəyi və dağlıq zonalara ayrılır. Lakin, son illərin tədqiqatlarında Naxçıvan
MR tipik dağlıq ölkə kimi qeyd edilərək, 3 əsas coğrafi rayona - Naxçıvan düzənliyi, Naxçıvan
dağlıq sahəsi və Naxçıvan yüksək dağlıq sahələrinə ayırırlar.
Muxtar Respublikada helmintlərın zonalar üzrə yayılması, habelə məhəlli ocaqların əmələ
gəlməsi göstərir ki, helmintlərin yaşaması üçün xarici mühitin böyük təsiri var. Ona görə də
helmintozlara qarşı görülən bütün tədbirlər helmintlərin zonalar və ocaqlarla yayılması, xarici
mühitin helmintoz başlanğıclarından azad edilməsi zərurəti və bu mühitin sağlamlaşdırılması kimi
elmi prinsiplərə əsaslanmalıdır.
Yuxarıda göstərilən ekoloji-helmintoloji bölgələrin hər birinin özüməməxsus xüsusiyyətləri
vardır. Lakin, bu coğrafi rayonlar arasında ümumi əlamətlər nəzərə çarpsa da, muxtar respublikasının
helmintoloji tədqiqat baxımından əhəmiyyəti böyükdür. Ona görə ki, muxtar respublikanın otlaqları-
nın çox hissəsi və kənd təsərrüfatına yararlı torpaq sahələri bu ərazilərdə yerləşir.
İndiyə qədər yerinə yetirilmiş bir sıra helmintoloji ekspedisiyalarda ərazinin helmint
faunasının öyrənilməsi istiqamətində əsaslı tədqiqatlar aparılmışdır.
Ümumiyyətlə, Azərbaycanda gövşəyən heyvanlann helmint faunası akademik
K.İ.Skryabinin coğrafi-ekoloji helmintologiya təlimi əsasında öyrənilmişdir.
Tədqiqatlar nəticəsində
ərazinin bir çox rayonlarında gövşəyən heyvanların helmint faunası üzrə materiallar toplanılmış və
başlıca ekoloji-helmintoloji rayonların 3 əsas və 11 yarımzonaya ayrıldığı müəyyən edilmişdir.
Naxçıvanda mövcud olan helmint faunanın öyrənilməsinə ilk dəfə 1923-cü ildə, 10-cu İttifaq
Helmintoloji Ekspedisiyasında (İHE) K.İ.Skryabin və N.P.Popovun rəhbərliyi altında başlanılmışdır.
Tədqiqatlar zamanı 972 heyvan о cümlədən, 543 quş, 139 məməli və 207 balıq müayinə edilmişdir.
Həkimlər üçün helmintoloji kurslar keçirilmiş və 8 insan helmintoloji müayinə olunmuşdur.
Növbəti tədqiqatlar N.P.Popovun rəhbərliyi ilə 1924-cü ildə 17-ci İHE-da Naxçıvanda,
Ordubad, Culfa ərazilərində 546 heyvanın, о cümlədən 426 quş və 30 məməli heyvanın müayinəsi
ilə aparılmışdır (10).