Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə104/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   100   101   102   103   104   105   106   107   ...   122

 
213 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 7 (88) 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 7 (88) 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 7 (88) 
 
TƏRANƏ SEYİDOVA 
Naxçıvan Dövlət Universiteti 
 
UOT: 597.574.4 
 
BALIQLARIN ƏSAS MÜAYİNƏ ÜSULLARI VƏ ONLARIN 
DİAQNOSTİK ƏHƏMİYYƏTİ 
 
 
Açar sözlər: balıq, diaqnostika, müayinə metodları, xəstəlik, zoobentos,  
 
Key words: fish, diagnostics, methods of research, diseases, zoobenthos, 
 
Ключевые слова: рыба, диагностика, методы обследования, болезни, зообентосы
Balıqların  müxtəlif  xəstəliklərinin  əmələ  gəlməsinə  ətraf  mühitin  bir  çox  biotik  və  abiotik 
amilləri  səbəb  olur.  Bunlara  viruslar,  bakteriyalar,  patogen  göbələklər,  helmintlər,  xərçəngkimilər, 
zəhərli  maddələr,  suyun  hidrokimyəvi  rejiminin  dəyişməsi  və  xarici  mühitin  digər  faktorları 
daxildir.  Qeyd  etmək  lazımdır  ki,  balıqlarda  bəzi  xəstəliklər  müxtəlif  stresslər  nəticəsində 
immunitetin  zəifləməsi  ilə  də  baş  verir.  Yoluxucu  və  invazion  xəstəliklər  isə  çox  vaxt  patogen 
mikrofloranın inkişafı ilə mürəkkəbləşir. 
Müəyyən edilmişdir ki, yalnız düzgün diaqnoz qoyulması ilə balıqçılıq təsərrüfatlarında xəstə-
liklərin  səbəbini  müəyyən  etmək,  balıqların  kütləvi  tələfatının  qarşısını  almaq  və  səmərəli  müalicə-
profilaktiki  tədbirləri  təşkil  etmək  mümkündür.  Balıq  xəstəliklərində  diaqnoz  epizootoloji,  kliniki, 
patoanatomik,  parazitoloji,  zərurət  yarandıqda  isə  mikrobioloji  və  toksikoloji  müayinələrə  əsasən 
qoyulur ki, bütün bunlar xüsusi laboratoriayalarda və baytar-sanitar stansiyalarında yerinə yetirilir [1]. 
Epizootoloji müayinələr zamanı əvvəlcə xəstəliyin baş verməsi, gedişi haqqında məlumatlar 
toplanılır  və  təhlil  edilir.  Təsərrüfatda  yetişdirilən  balıqların  növ  tərkibi,  sıxlığı,  həmçinin  balıq 
saxlanılan  hovuzun  xüsusiyyətləri:  ölçüləri,  su  təhcizatı,  suyun  codluğu,  temperaturu,  qaz  və  duz 
rejimi,  dibin  bitkiliyi,  təbii  yem  bazası  -  plankton  və  bentosun  miqdarı,  növ  tərkibi  araşdırılır. 
Balıqların yemləndirilməsində istifadə edilən qarışıq yemlərin tərkibi, keyfiyyəti, yararlılıq müddəti 
nəzərdən keçirilməklə, xəstəliyin yoluxma mənbəyi müyyən edilir. Epizootoli müayinələr balıqçılıq 
təsərrüfatında  işləyən  baytarlıq  mütəxəssislərinin,  ixtioloqların  məlumatlarına,  həmçinin,  müayinə 
edilən təsərrüfatda əvvəlki illərdə aparılmış baytarlıq hesabatlarına əsasən yerinə yetirilir. 
Kliniki müayinələr diri və ya yenicə ölmüş balıqların xarici görünüşünə baxmaqla başlayır 
ki,  nəzərəçarpan  xəstəlik  əlamətləri  qeyd  edilir.  Müayinələrin  gedişində  balıqçılıq  təsərrüfatında 
olan  hər  bir  hovuzdan  tutulmuş  ən  azı  30  balıq  nümunəsi  vizual  müayinədən  keçirilir.  Balıqların 
bədən  quruluşu,  rəngi,  seliyin  miqdarı,  pulcuqların  vəziyyəti,  zədələnmələrin  olub-olmaması, 
şişkinlik,  eləcə  də  qəlsəmələrdə,  pulcuqlarda    parazitlərin  olması  və  sair  gözlə  görünən  patoloji 
dəyişikliklərin  varlığı  diqqətlə  nəzərdən  keçirilir.  Kliniki  müayinələr  aparılacaq  laboratoriya 
müayinələri  üçün  bir  növü  istiqamət  verir,  hər  hansı  bir  patoloji  prosesin-  xəsəliklərin  öncədən 
müəyyən olunmasına köməklik göstərir. 
Balıqlarda  aparılan  patoloji  anatomik  müayinələr  xəstəliklərə  diaqnoz  qoyulması 
baxımından  xüsusi  əhəmiyyətə  malikdir.  Təzə  ölmüş  balıqlar  yarılaraq  daxili  orqanları  müayinə 
edilir və nəzərəçarpan patoloji anatomik dəyişikllər diqqətlə nəzərdən keçirilir. Yarma müayinəsinə 
hər  bir  hovuzdan  yaş  qruplarına  uyğun  olaraq  15-25  balıq  götürülür.  Ehtiyatla  yarma  aparılır  ki, 
daxili  orqanlar  zədələnməsin,  skelet  əzələləri,  qarın  boşluğu  orqanları  müayinədən  keçirilir.  Qarın 
boşluğunda  maye  toplanmasına,  şişkinlik,  yaxud  yapışmalar  olmasına,  daxili  orqanlarda  rəng 
dəyişikliyinə,  orqanların  böyüməsinə,  eləcə  də  parazitlərin  sürfələrinə  (helmint  və  ya  onların 
qovuqlarına)  diqqət  yetirilir.  Sonrakı  mərhələdə  daxili  orqanlar  qarın  boşluğundan  çıxarılır, 
ehtiyatla  bir-birindən  ayrılır  və  ardıcıllıqla  müayinə  edilir.  Əvvəlcə  qaraciyər,  öd  kisəsi,  dalaq, 


 
214 
mədə-bağırsaq  traktı,  cinsiyyət  vəziləri,  üzmə  qovuğu,  börəklər,  sidik  kisəsi,  ürək,  sonra  isə  kəllə 
yarılaraq,  gözlər  və  beyin  müayinə  edilir.  Patoloji  dəyişikliyə  məruz  qalmış  orqanlar  70%-li  etil 
spirti  və  ya  4%-li  formalin  məhlulunda  konservləşdirilir,  bankanın  üzərində  balığın  növü,  yaşı, 
fiksasiya  olunmuş  orqanın  adı,  tarix,  götürülmə  yeri  qeyd  edilir.  Bəzən  patoloji  anatomik 
materialdan histoloji müayinələr üçün də nümunələr götürülür. 
Parazitoloji müayinələr diri və ya yenicə ölmüş balıqlarda K.İ.Skraybinin tam helmintoloji 
yarma və V.A.Dogel, E.M.Layman, A.P.Markeviçin modifikasiya edilmiş parazitoloji yarma müa-
yinələri əsasında aparılır [3].  
Müayinə ediləcək balıqların sayı onların yaşından asılı olaraq, 10-25 ədəd ola bilir. Müayinə 
üçün  balıqlar  hovuzun  müxtəlif  yerlərindən  tutulur.  Parazitoloji  müayinələr  xüsusi  ardıcıllıqla, 
balıqların  xarici  görünüşünə  vizual  müşahidədən  başlanılır.  Sonra  yarılmış  balıqların  daxili 
orqanlarında, qəlsəmələrində görünən parazitlər – helmintlər, zəli və xərçənglər toplanılır. 
Balıqların bədən səthindən, üzgəclərindəki selik təbəqəsindən qaşıntı götürülərək yaxmalar 
hazırlanır və mikroskop altında müayinə edilir. Qan parazitlərinin mövcudluğunu müəyyən etmək 
üçün, balıqların ürək və ya quyruq arteriyasında qan nümunəsi götürülərək müvafiq boyama üsulları 
(Qramm,  Romanovski  və  s.)  ilə  boyanılır  və  mikroskop  altında  baxılır.  Qəlsəmələr  ayrıca  olaraq 
kəsilib,  bədəndən  ayrılır  və  müayinə  edilir.  Sonra  qarın  boşluğu  açılır  qaraciyər,  dalaq,  böyrəklər 
ayrı-ayrılıqda  nəzərdən  keçirilir.  Gözlə  görünən  parazitlər  toplanılır,  daha  kiçik  ölçülü  parazitləri 
müəyyən etmək üçün hər hansı orqandan kiçik hissəcik götürülərək iki ədəd cisim şüşəsi arasında 
sıxılır və mikroskopiya edilir. 
Öd  və  sidik  kisələrinin  müayinəsində  onların  daxili  möhtəviyyatı,  üzmə  qovuğunun  isə 
divarı  mikroskop  altında  müayinə  edilir.  Toxumluq  və  yumurtalıqlar  cisim  şüşələri  arasında 
sıxılaraq mikroskopun böyük ölçüləri altında baxılır. 
 Mədə-bağırsaq  traktı  bütövlükdə  çıxarılır,  yem  borusundan  başlayaraq  qayçı  ilə  açılır.  Böyük 
parazitlər – helmintlər toplanılır, fizioloji məhlulda yuyulur və fiksasiya edici məhlula (spirt və ya formalin) 
keçirilir. Bağırsaqların ayrı-ayrı şöbələrinin divarındakı selikdən qaşıntı götürülərək mikroskopiya edilir. 
Gözlər  göz  yuvasından  çıxarılaraq  cisim  şüşələri  arasında  sıxılır  və  mikroskop  altında 
müayinə  edilir.  Əzələlərin  müayinəsində  əvvəlcə  dəri  təbəqəsi  soyulur,  dərialtı  nahiyədən  kiçik 
kəsimlər götürülərək, böyüdücü lupa altında baxılır. 
Mikrobioloji  müayinələr  balıqlarda  virus,  bakteriya  və  göbələklərin  törətdiyi  xəstəlikləri 
aşkar  etmək  üçün  aparılır.  Belə  müayinələr  ancaq  yoluxucu  xəstəliklərə  şübhə  olduqda  aparılır. 
Mikrobioloji müayinələr bir neçə ardıcıl işləmələrlə yerinə yetirilir. Balıqlarda yoluxucu xəstəliyin 
törədicisini  müəyyən  etmək  üçün,  əvvəlcə  laboratoriya  şəraitində  törədicinin  təmiz  kulturası  qida 
mühitlərində  yetişdirilir.  Törədicinin  cinsi,  növü,  morfoloji,  biokimyəvi  və  patogenlik 
xüsusiyyətləri müəyyən edilir. 
Virusoloji,  bakterioloji  və  ya  mikoloji  müayinələrin  aparılması  üçün  xəstə  və  ya  xəstəliyə 
şübhəli diri balıqlar laboratoriyaya gətirilir. Xəstəliyin kliniki əlamətləri açıq görünən 10-15 xəstə 
balıq, saxlanıldıqları hovuzun suyundan da şüşə qablara və ya vannalara doldurularaq laboratoriya-
ya  gətirilir. Diri, xəstə  balıqları  gətirmək mümkün olmadıqda, xəstə  balıqların  bir hissə  steril şüşə 
bankalara  yerləşdirilir  və  üzərinə  qliserinin  40%-li  suda  məhlulu  əlavə  edilərək  bankanın  qapağı 
bağlanır və parafinlə örtülür [2]. 
Toksikoloji müayinələr zamanı kimyəvi-analitik işləmələrlə balıq saxlanılan hovuzlardakı suda 
və  hidrobiontda  zəhərli  birləşmələrin  miqdarı  müəyyənləşdirilir.  Toksikoloji  müayinələr  balıqların 
kütləvi  zəhərlənmələri  zamanı  və  ya  bunlara  görə  şübhələr  olduqda  yerinə  yetirilir.  Müayinələr  üçün 
laboratoriya  5-10  nüsxə  diri  və  ya  təzəcə  ölmüş  balıq,  onların  saxlanıldığı  hovuzdan  su  nümunəsi, 
müxtəlif yerlərdən dib suxuru (torpaq), bentos, fito və zooplankton nümunələri göndərilir. 
Bütün  bu  müayinələrdən  sonra  baş  verən  xəstəliyin  etiologiyası  müəyyənləşdirilir  və 
müalicəvi,  profilaktiki  tədbirlər  yerinə  yetirilir.  Balıqların  xəstəliklərinin  müəyyən  edilməsində 
müayinə metodlarını öyrənmədən düzgün diaqnoz qoymaq qeyri-mümkündür. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə