- 90 -
ƏDƏBIYYAT
1.
Speight J.G. The Chemistry and Technology of
Petroleum, fourth edition, London, 2006,p.1299.
2.
Грудников И.Б. Производство нефтяных битумов, М: Химия, 1983,188с.
3.
Allahverdiyev Ə.Ə., Səmədova F.İ. Bitumlar, Bakı, Elm,2012, 204 s.
4.
Аббасов В.М., Самедова Ф.И., Исмаилов Т.А., Cафарова Ш.З. и др. Исследовании
амидоаминов и нафтената Са в качестве присадок к дорожному битуму // Мир
нефтепродуктов, 2014, №10, с. 20-23.
5.
Аббасов В.М., Керимова Н.Г., Абдуллаев Е.Ш., Гасанов Э.К., и др. Синергетические
эффекты нефтяных кислот и нитроалканов в качестве ингибиторов коррозии. // Процессы
нефтехимии и нефте-переработки, 2007, №2(29), с.3-6.
ABSTRACT
Sh.Z.Safarova
TNT (FR.340-390
0
C) AND DETA AS AN
ADDITIVE IN ROAD BITUMEN
Synthesis of amidoamines and imidazolines based on the interaction of technical petroleum
acids with diethylenetriamine, in various molar ratios, were added to road bitumen as an additive
and the quality indicators of the resulting bitumen were studied. It has been established that with the
addition of 1% additive, the temperature of road bitumen brittleness decreases from minus 18 to
minus 30 °C, and at 0.5% additive to minus 34 °C.
РЕЗЮМЕ
Ш.З.Сафарова
ТНТ (ФР.280-340
0
С) И ДЭТА ВВЕДЕНИЕ ЕГО
КАК ПРИСАДКИ В ДОРОЖНЫЙ БИТУМ
Синтезирование амидоаминов и имидозалинов на основе
взаимодействия технической
нефтяной кислоты с диэтилентриамины, в различных мольных соотношениях, добавлены к
дорожному битуму в качестве присадки и исследованы показатели качества полученного
битума. Установлено, что при добавке 1% присадки температура хрупкости дорожного
битума уменшается от минус 18 до минус 30°С, а при 0,5%-ой добавки – до минус 34°С.
NDU-nun Elmi Şurasının 27 noyabr 2017-ci il tarixli qərarı ilə çapa
tövsiyyə olunmuşdur. (protokol № 03).
Məqaləni çapa təqdim etdi: Kimya
elmləri doktoru, professor T.Əliyev
- 91 -
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2017, № 7 (88)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2017, № 7 (88)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2017, № 7 (88)
COĞRAFİYA
ŞƏMSƏDDİN KAZIMOV
VALİDƏ HACIYEVA
SEVİNC NOVRUZOVA
Naxçıvan Dövlət Universiteti
UOT: 532
NAXÇIVAN MR-IN RELYEFİNE UYĞUN
HİDROENERJİ EHTİYATLARI
Açar sözlər: Elektrik stansiyası, derivasiya, böyük güclü, su ehtiyatları
Key words: Power, derevasiya, big strong and water resources
Ключевые слова: Электростанция, деревасия, сильное, водные ресурсы
Hələ qədim zamanlardan insanlar axar suların müəyyən qüvvəyə malik olduqlarını müşahidə
etmiş və bundan müxtəlif məqsədlər üçün istifadə etmişlər. Onlar sadə qurğu və avadanlıqların
köməyi ilə su axınının enerjisini (basqısını) mexaniki enerjiyə çevirirdilər. Hidroenerji
ehtiyatlarından istifadə etməklə elektrik enerjisi istehsalı problemləri ilə əlaqədar olan energetika
sahəsi hidroenergetika adlanır. Su axını enerjisini elektrik enerjisinə çevirən qurğu və avadanlıqlar
kompleksi su elektrik stansiyaları
adlanır. SES-lər müəyyən miqdarda suyu toplayan, hidrotexniki
qurğulardan və bu basqı sayəsində hərəkət edən su axını enerjisini mexaniki enerjiyə çevirən
hidroturbinlərdən və mexaniki fırlanma enerjisini elektrik enerjisinə çevirən hidrogeneratorlardan
ibarətdir.
Çayın verilmiş sahəsində suyun səviyyəsini qaldırmaq üçün tikilən bənd və ya derivasiya
(dolandırma) vasitəsilə basqı yaradılır. Basqının yaradılması üsullarına görə SES-lərin aşağıdakı
növləri vardır:
[3]
1. Basqısı bənd hesabına yaradılan bəndli SES-lər.
2. Derivasiya kanalları və tunellər vasitəsi ilə yaranan derivasiya SES-ləri.
3. Basqısı bənd və derivasiya vasitəsi ilə yaradılan bəndli –derivasiya SES-ləri.
Bəndli SES-lər özləri də məcra və bəndyanı SES-lərə ayrılır. SES-lərin gücü suyun aşağı və
yuxarı səviyyələri arasındakı fərqdən asılıdır.Güclərinə görə bu SES-lərin aşağıdakı tipləri vardır:
1. Böyük güclü (250 MVt-dan çox)
2. Güclü (250MVt-a qədər)
3. Orta güclü(25 MVt-a qədər)
4. Kiçik güclü (5MVt-a qədər)
Maksimum su təzyiqinə görə SES-lər yüksək basqılı, orta basqılı və alçaq basqılı olur.
Su ehtiyatlarının toplanması və işlənməsi sxemlərinə görə SES-lərin hidroakummulyasiya
elektrostansiyaları və qabarma su-elektrik stansiyaları kimi tipləri vardır.
Su elektrik stansiyasini tikilməsi çayların axdığı topoqrafik şəraitdən,sululuq dərəcəsindən,su sər-
findən və s. amillərdən asılılığı nəzərə alınmaqla tikilir.
Verilən məlumatlar əsasında Naxçıvan Muxtar Respublikasında su elektrik stansiyasının
tikilmə tarixi, ümumi gücü, buna görə tipləri və basqınların növləri aşağıdakı cədvəl vasitəsi ilə
verilmişdir
[1]