- 95 -
-İnzibati rayon üzrə ərazinin fiziki-coğrafi xüsusiyyətlərini nəzərə alaraq təbii torpaq-kadastr
rayon və yarımrayonlaşdırılmasını aparmaq.
Material metodika. Mövzuya aid ədəbiyyat, çöl materialları toplanılmış və işin metodikası
hazırlanmışdır. Mövzu işlənərkən tarixin ayrı-ayrı inkişaf mərhələlərində xarici ölkələrdə, o
cümlədən Azərbaycan və Naxçıvan MR-də torpaq-bitki tədqiqatları aparan alimlərin monoqrafiya,
metodik vəsait, xəritə materialları və müasir tələlərə cavab verən iş təcrübələrindən istifadə
olunmuşdur [3, 4, 5, 7].
Bu məqsədlə tarixin müxtəlif inkişaf pillələri üzrə Naxçıvan MR-in bütün ərazilərində
olduğu kimi Şərur inzibati rayonunda aparılan torpaq tədqiqat işləri nəzərdən keçirilmişdir.
Nəticədə Şərur inzibati rayonunda torpaqlardan səmərəli istifadə etmək üçün ərazidə 1920-ci
ildən hazırkı dövrə kimi müxtəlif tədqiqatçılar tərəfindən aparılan elmi-tədqiqat işləri təhlil
olunmuş, tədqiqat işində lazımi nəzəri və praktik məsələlərdən istifadə edilmişdir.
Mövzunun yerinə yetirilməsində ədəbiyyat materialları ilə bərabər əsas məsələlərdən biri də
çöl materiallarının toplanmasıdır. Bu məqsədlə Şərur inzibati rayonunda torpaqların öyrənilməsi
üçün əraziyə aşağıda göstərilən istiqamətlər üzrə ekspedisiyalar təşkil olunmuşdur.
3 iyun 2017-cı il tarixdə Şərur inzibati rayonunun qərb, mərkəz və cənub hissələrində
yayılan subasar allüvial, boz-çəmən, boz, tünd-boz, açıq-şabalıdı (qəhvəyi), şabalıdı (qəhvəyi)
torpaqlarında 8 kəsim qoyulmuş, hər bir kəsimin genetik qatlarından nümunələr götürülmüş və
onların da morfoloji xüsusiyyətlərini əks etdirən 1 saylı forma doldurulmuşdur.
23 iyun 2017-cı il tarixdə Şərur inzibati rayonun şimal-şərq hissəsində (Tənənəm, Axura və
Havuş kəndlərinin ətrafı) yayılan dağ-şabalıdı (qəhvəyi), şabalıdı (qəhvəyi), dağ-boz şabalıdı
(qəhvəyi), bozqır dağ-çəmən və dağ-çəmən torpaqlarda 6 kəsim qoyulmuş, hər bir kəsimin genetik
qatlarından nümunələr götürülmüş və torpaqşünaslıq elmində qəbul olunan 1 saylı formada onların
morfoloji xüsusiyyətləri əks etdirilmişdir.
2017-cı ilin may-iyun aylarında Şərur inzibati rayonuna təşkil olunmuş ekspedisiyalar
nəticəsində torpaq və bitki nümunələri götürülmüş sahələrin ətrafında yayılan mədəni və təbii
bitkilərin məhsuldarlığı öyrənilmişdir.
Torpaq sahələrindən efemerlərin məhsuldarlığı mayın orta və axırlarında, yovşanın və
şoranotunun məhsuldarlığı isə sentyabrın axırı və oktyabrın ortalarında müəyyən edilmişdir.
Mövzunun iş planına uyğun olaraq tədqiqat obyektində torpaqların qiymətləndirilməsi üçün
yuxarıda qeyd olunan metodikalardan istifadə edərək mədəni və təbii bitkilərin məhsuldarlığı
öyrənilmişdir (cədvəl 1).
Cədvəl 1
Şərur inzibati rayonun müəyyən olunmuş sahələrində 2017-cı ilin məlumatlarına dair
mədəni və təbii bitkilərin məhsuldarlığı (s/ha)
№
Torpaqların adı
Taxıl
Yonca
Təbii
otlar
1.
Dağ-şabalıdı (qəhvəyi)
50-55
125-130
20-25
1.
Şabalıdı (qəhvəyi)
45-50
120-125
15-20
2.
Subasar
allüvial
40-45
100-120
10-15
3.
Açıq-şabalıdı (qəhvəyi)
35-40
90-100
7-10
4.
Tünd-boz
30-35
80-90
5-7
5.
Boz-çəmən
25-30
70-80
3-5
6.
Bozqırlaşmış
dağ-çəmən
20-25
60-70
2-3
Cədvəl 1-in məlumatlarından aydın olur ki, Şərur inzibati rayonunda müəyyən olunmuş
sahələrdə 2017-cı ilin məlumatlarına dair mədəni və təbii bitkilərin məhsuldarlığı (s/ha) dağ-
şabalıdı (qəhvəyi), şabalıdı (qəhvəyi) və subasar allüvial torpaqlarda ən yüksək, boz-çəmən və
bozqırlaşmış dağ-çəmən torpaqlarında aşağı olmuşdur.
- 96 -
Ərazidə torpaqların mədəni və təbii bitkilər altında məhsuldarlığının qiymətləndirilməsində
ilə bərabər, onların fiziki-coğrafi şəraitinə (relyef, geoloji və geomorfoloji quruluşu, iqlim şəraiti,
hidroloji
və hidrogeoloji şəraiti, bitki və heyvanlar ailəmi və s.) də diqqət yetirilmişdir [1, 2, 6].
Təhlil və müzakirə. 2017-cı ildə “Şərur inzibati rayonunda torpaqların mədəni və təbii
bitkilər altında eko-coğrafi qiymətləndirilməsi” mövzusu üzrə apardığımız torpaq-bitki tədqiqatları
əsasında müxtəlif mənbələrdən toplanmış materialların araşdırılması (morfoloji, fiziki, kimyəvi
xüsusiyyətləri, məhsuldarlığı və ekoloji şəraiti) nətiəsində ərazidə 35 növmüxtəliflikləri aşkar
olmuşdur. Göstərilən 35 növmüxtəlifliyi 15 tip və yarımtiplər üzrə birləşdirilərək, torpaqlar
qiymətləndirilmiş və aqroistehsalat qruplaşdırılması aparılmışdır. Burada torpaqlar tam bonitet
şkalaya əsasən 100, minimum isə 10 bal almışdır.
Bu torpaqlar müəyyən olunan əlamətlərinə görə müxtəlif keyfiyyətə və dəyərlilik
əhəmiyyətinə malik olur, tam bonitet şkalanı tərtib etmək üçün “təshih” əmsallarından (şorlaşma,
eroziya, qranulometrik tərkib və b.) da istifadə olunmuşdur (cədvəl 2).
Cədvəl 2
Şərur inzibati rayonunda torpaqlarının tam bonitet şkalası
(100 ballı şkalaya görə)
№ Torpaqların adı
B
onit
et balı
B
al si
nifi
Ke
yfiyy
ət
qrupu
1.
Dağ-şabalıdı (qəhvəyi)
100
X
I
Yüksək
2.
Şabalıdı (qəhvəyi)
96
X
3.
Subasar allüvial
92
X
4.
Açıq-şabalıdı (qəhvəyi)
86
IX
5.
Tünd-boz
78
VIII
II
Yaxşı
6.
Açıq-boz
74
VIII
7.
Boz-çəmən
63
VII
8.
Yüngül gillicəli, zəif şoranlaşmış,
boz
57
VI
III
Orta
9.
Bozqır dağ-çəmən
53
VI
10. Bozqırlaşmış dağ-çəmən
48
V
11. Qumsal, bataqlı çəmən-kol
44
V
12. Qumsal, bataqlı-çəmən
32
IV
IV
Aşağı
13
Bataqlı-çəmən
26
IV
14. Daşlı-çınqıllı çay yataqları
18
II
V
Şərti yararsız
15. Daşlı çay yataqları
10
II
Cədvəl 2-nin təhlilindən görünür ki, Şərur inzibati rayonu torpaqlarını mədəni və təbii
bitkilər altında qiymətləndirilərkən, ən yüksək dağ-şabalıdı (qəhvəyi) 100, şabalıdı (qəhvəyi) 96,
subasar allüvial 92 bal, ən aşağı isə bataqlı-çəmən 26, daşlı-çınqıllı çay yataqları 18, daşlı çay
yataqları isə 10 bal almışdır.
İnzibati rayonlarda torpaqların qiymətləndirilməsi və aqroistehsalat qruplaşdırılması ilə
bərabər aparılan tədqiqatlarla bərabər, aqrar sektorda ixtisaslaşmanı düzgün aparmaq üçün təbii
zonalar üzrə (mədəni və təbii bitkilər altında) torpaqların rayonlaşdırılması tələb olunur.
Bu baxımdan tədqiqat apardığımız Şərur inzibati rayonunda torpaqların fiziki-coğrafi
xüsusiyyətlərini və münbütlük göstəricilərini nəzərə alaraq-5, muxtar respublikada Sədərək-
Gilançay təbii torpaq-kadastr rayonu daxilində Şərur düzü təbiitorpaq-kadastr yarımrayonuna və
Günnüt-Parağaçay təbii torpaq-kadastr rayonu daxilində isə Ardıc-Munhbala, Şahbulaq-Axura,
Yeni Havuş-Tənənəm və Havuş-Qaraquş təbii torpaq-kadastr yarımrayonuna ayırması məsləhət
görülmüşdür.