Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   42   43   44   45   46   47   48   49   ...   122

- 95 - 
 
-İnzibati rayon üzrə ərazinin fiziki-coğrafi xüsusiyyətlərini nəzərə alaraq təbii torpaq-kadastr 
rayon və yarımrayonlaşdırılmasını aparmaq. 
Material metodika. Mövzuya aid ədəbiyyat, çöl materialları toplanılmış və işin metodikası 
hazırlanmışdır.  Mövzu  işlənərkən  tarixin  ayrı-ayrı  inkişaf  mərhələlərində  xarici  ölkələrdə,  o 
cümlədən Azərbaycan və Naxçıvan MR-də torpaq-bitki tədqiqatları aparan alimlərin monoqrafiya, 
metodik  vəsait,  xəritə  materialları  və  müasir  tələlərə  cavab  verən  iş  təcrübələrindən  istifadə 
olunmuşdur [3, 4, 5, 7]. 
Bu  məqsədlə  tarixin  müxtəlif  inkişaf  pillələri  üzrə  Naxçıvan  MR-in  bütün  ərazilərində 
olduğu kimi Şərur inzibati rayonunda aparılan torpaq tədqiqat işləri nəzərdən keçirilmişdir. 
Nəticədə Şərur inzibati rayonunda torpaqlardan səmərəli istifadə etmək üçün ərazidə 1920-ci 
ildən  hazırkı  dövrə  kimi  müxtəlif  tədqiqatçılar  tərəfindən  aparılan  elmi-tədqiqat  işləri  təhlil 
olunmuş, tədqiqat işində lazımi nəzəri və praktik məsələlərdən istifadə edilmişdir. 
Mövzunun yerinə yetirilməsində ədəbiyyat materialları ilə bərabər əsas məsələlərdən biri də 
çöl  materiallarının  toplanmasıdır.  Bu  məqsədlə  Şərur  inzibati  rayonunda  torpaqların  öyrənilməsi 
üçün əraziyə aşağıda göstərilən istiqamətlər üzrə ekspedisiyalar təşkil olunmuşdur. 
3  iyun  2017-cı  il  tarixdə  Şərur  inzibati  rayonunun  qərb,  mərkəz  və  cənub  hissələrində 
yayılan  subasar  allüvial,  boz-çəmən,  boz,  tünd-boz,  açıq-şabalıdı  (qəhvəyi),  şabalıdı  (qəhvəyi) 
torpaqlarında  8  kəsim  qoyulmuş,  hər  bir  kəsimin  genetik  qatlarından  nümunələr  götürülmüş  və 
onların da morfoloji xüsusiyyətlərini əks etdirən 1 saylı forma doldurulmuşdur. 
23 iyun 2017-cı il tarixdə Şərur inzibati rayonun şimal-şərq hissəsində (Tənənəm, Axura və 
Havuş  kəndlərinin  ətrafı)  yayılan  dağ-şabalıdı  (qəhvəyi),  şabalıdı  (qəhvəyi),  dağ-boz  şabalıdı 
(qəhvəyi), bozqır dağ-çəmən və dağ-çəmən torpaqlarda 6 kəsim qoyulmuş, hər bir kəsimin genetik 
qatlarından nümunələr götürülmüş və torpaqşünaslıq elmində qəbul olunan 1 saylı formada onların 
morfoloji xüsusiyyətləri əks etdirilmişdir. 
2017-cı  ilin  may-iyun  aylarında  Şərur  inzibati  rayonuna  təşkil  olunmuş  ekspedisiyalar 
nəticəsində  torpaq  və  bitki  nümunələri  götürülmüş  sahələrin  ətrafında  yayılan  mədəni  və  təbii 
bitkilərin məhsuldarlığı öyrənilmişdir. 
Torpaq  sahələrindən  efemerlərin  məhsuldarlığı  mayın  orta  və  axırlarında,  yovşanın  və 
şoranotunun  məhsuldarlığı  isə  sentyabrın  axırı  və  oktyabrın  ortalarında  müəyyən  edilmişdir. 
Mövzunun  iş  planına  uyğun  olaraq  tədqiqat  obyektində  torpaqların  qiymətləndirilməsi  üçün 
yuxarıda  qeyd  olunan  metodikalardan  istifadə  edərək  mədəni  və  təbii  bitkilərin  məhsuldarlığı 
öyrənilmişdir (cədvəl 1). 
Cədvəl 1 
Şərur  inzibati  rayonun  müəyyən  olunmuş  sahələrində  2017-cı  ilin  məlumatlarına  dair 
mədəni və təbii bitkilərin məhsuldarlığı (s/ha) 
 
№ 
Torpaqların adı 
Taxıl  
Yonca 
Təbii 
otlar  
1. 
Dağ-şabalıdı (qəhvəyi)   
50-55 
125-130 
20-25 
1. 
Şabalıdı (qəhvəyi)   
45-50 
120-125 
15-20 
2. 
Subasar allüvial  
40-45 
100-120 
10-15 
3. 
Açıq-şabalıdı (qəhvəyi)   
35-40 
90-100 
7-10 
4. 
Tünd-boz  
30-35 
80-90 
5-7 
5. 
Boz-çəmən  
25-30 
70-80 
3-5 
6. 
Bozqırlaşmış dağ-çəmən  
20-25 
60-70 
2-3 
 
Cədvəl  1-in  məlumatlarından  aydın  olur  ki,  Şərur  inzibati  rayonunda  müəyyən  olunmuş 
sahələrdə  2017-cı  ilin  məlumatlarına  dair  mədəni  və  təbii  bitkilərin  məhsuldarlığı  (s/ha)  dağ-
şabalıdı  (qəhvəyi),  şabalıdı  (qəhvəyi)  və  subasar  allüvial  torpaqlarda  ən  yüksək,  boz-çəmən  və 
bozqırlaşmış dağ-çəmən torpaqlarında aşağı olmuşdur. 


- 96 - 
 
Ərazidə torpaqların mədəni və təbii bitkilər altında məhsuldarlığının qiymətləndirilməsində 
ilə  bərabər,  onların  fiziki-coğrafi  şəraitinə  (relyef,  geoloji  və  geomorfoloji  quruluşu,  iqlim  şəraiti, 
hidroloji və hidrogeoloji şəraiti, bitki və heyvanlar ailəmi və s.) də diqqət yetirilmişdir [1, 2, 6]. 
Təhlil  və  müzakirə.  2017-cı  ildə  “Şərur  inzibati  rayonunda  torpaqların  mədəni  və  təbii 
bitkilər altında eko-coğrafi qiymətləndirilməsi” mövzusu üzrə apardığımız torpaq-bitki tədqiqatları 
əsasında  müxtəlif  mənbələrdən  toplanmış  materialların  araşdırılması  (morfoloji,  fiziki,  kimyəvi 
xüsusiyyətləri,  məhsuldarlığı  və  ekoloji  şəraiti)  nətiəsində  ərazidə  35  növmüxtəliflikləri  aşkar 
olmuşdur.  Göstərilən  35  növmüxtəlifliyi  15  tip  və  yarımtiplər  üzrə  birləşdirilərək,  torpaqlar 
qiymətləndirilmiş  və  aqroistehsalat  qruplaşdırılması  aparılmışdır.  Burada  torpaqlar  tam  bonitet 
şkalaya əsasən 100, minimum isə 10 bal almışdır.  
Bu  torpaqlar  müəyyən  olunan  əlamətlərinə  görə  müxtəlif  keyfiyyətə  və  dəyərlilik 
əhəmiyyətinə malik  olur, tam bonitet  şkalanı  tərtib  etmək üçün “təshih”  əmsallarından  (şorlaşma, 
eroziya, qranulometrik tərkib və b.) da istifadə olunmuşdur (cədvəl 2). 
Cədvəl 2 
Şərur inzibati rayonunda torpaqlarının tam bonitet şkalası 
(100 ballı şkalaya görə) 
№  Torpaqların adı  
B
onit
et balı 
 
B
al si
nifi 
 
Ke
yfiyy
ət 
qrupu
  
1. 
Dağ-şabalıdı (qəhvəyi) 
100 


Yüksək  
2. 
Şabalıdı (qəhvəyi)    
96 

3. 
Subasar allüvial  
92 

4. 
Açıq-şabalıdı (qəhvəyi)   
86 
IX 
5. 
Tünd-boz  
78 
VIII  
II 
Yaxşı  
6. 
Açıq-boz  
74 
VIII  
7. 
Boz-çəmən    
63 
VII  
8. 
Yüngül  gillicəli,  zəif  şoranlaşmış, 
boz  
57 
VI  
 
III 
Orta  
9. 
Bozqır dağ-çəmən  
53 
VI  
10.  Bozqırlaşmış dağ-çəmən  
48 

11.  Qumsal, bataqlı çəmən-kol  
44 

12.  Qumsal, bataqlı-çəmən  
32 
IV 
IV 
Aşağı  
13 
Bataqlı-çəmən 
26 
IV 
14.  Daşlı-çınqıllı çay yataqları  
18 
II 

Şərti yararsız  
15.  Daşlı çay yataqları 
10 
II 
 
 
Cədvəl  2-nin  təhlilindən  görünür  ki,  Şərur  inzibati  rayonu  torpaqlarını  mədəni  və  təbii 
bitkilər  altında  qiymətləndirilərkən,  ən  yüksək  dağ-şabalıdı  (qəhvəyi)  100,  şabalıdı  (qəhvəyi)  96, 
subasar  allüvial  92  bal,  ən  aşağı  isə  bataqlı-çəmən  26,  daşlı-çınqıllı  çay  yataqları  18,  daşlı  çay 
yataqları isə 10 bal almışdır. 
İnzibati  rayonlarda  torpaqların  qiymətləndirilməsi  və  aqroistehsalat  qruplaşdırılması  ilə 
bərabər  aparılan  tədqiqatlarla  bərabər,  aqrar  sektorda  ixtisaslaşmanı  düzgün  aparmaq  üçün  təbii 
zonalar üzrə (mədəni və təbii bitkilər altında) torpaqların rayonlaşdırılması tələb olunur.  
Bu  baxımdan  tədqiqat  apardığımız  Şərur  inzibati  rayonunda  torpaqların  fiziki-coğrafi 
xüsusiyyətlərini  və  münbütlük  göstəricilərini  nəzərə  alaraq-5,  muxtar  respublikada  Sədərək-
Gilançay  təbii  torpaq-kadastr  rayonu  daxilində  Şərur  düzü  təbiitorpaq-kadastr  yarımrayonuna  və 
Günnüt-Parağaçay  təbii  torpaq-kadastr  rayonu  daxilində  isə  Ardıc-Munhbala,  Şahbulaq-Axura, 
Yeni  Havuş-Tənənəm  və  Havuş-Qaraquş  təbii  torpaq-kadastr  yarımrayonuna  ayırması  məsləhət 
görülmüşdür.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə