- 99 -
rayonun yeganə böyük çayı olan Arpaçay su anbarının sol kanalı göstərilən kəndlərin torpaq
sahələrinin bir hissəsini su ilə təmin edir.
Yarım rayonunda əsasən qəhvəyi, dağ-şabalıdı (qəhvəyi), dağ boz-şabalıdı (qəhvəyi), bozqır
və bozqırlaşmış dağ-şabalıdı (qəhvəyi) və s. torpaqlar yayılmışdır.
5. Havuş-Qaraquş təbii torpaq-kadastr yarım rayonu. Bu yarımrayon da Şərur inzibati
rayonun dağlıq zonasını əhatə etməklə, şimal və şimal-şərqdən Ermənistan Respublikası, şərqdən
Babək inzibati rayonuna daxil olan Yuxarı və Aşağı Buzqov və Lizbird cökəkliyi təbii-torpaq
kadastr yarım rayonları, cənubdan Kəngərli inzibati rayonuna daxil olan Çalxanqala və Qarabağlar-
Xok təbii-torpaq kadastr yarım rayonları, qərbdən isə Şahbulaq-Axura və Yeni Havuş-Tənənəm
təbii-torpaq kadastr yarım rayonları ilə sərhədlənir.
Bu yarımrayonda isə yayı quraq və ən çox sərin keçən soyuq iqlim hakimdir. Bu iqlim tipi
Dərələyəz silsilələrinin ətəklərini əhatə etməklə, iqlim tipinin formalaşdığı sahənin mütləq
hündürlüyü 2000 metrdən 3000 metrə qədərdir.
Zonanın iqlim parametrlərini aşağıdakı kimi xarakterizə etmək olar. Müsbət temperaturların
cəmi 3000-2000
0
C, 5
0
C-dən yuxarı temperaturların cəmi 2500-1500
0
C, 10
0
C-dən yuxarı
temperaturların cəmi 2000-1000
0
C, orta illik temperatur 2,2
0
C, orta illik mütləq maksimum 26
0
C,
orta illik mütləq minumum 25
0
C müşahidə olunur.
Termik ehtiyatlardan əlavə rayonda illik yağıntının miqdarı 500-600 mm, vegetasiya
dövründə nisbi nəmləmə 70-110 faiz, Lakin, əsas bitkilərin inkişafı müşahidə olunduğu iyul-avqust
aylarında 15-25 faizdən yuxarı qalxa bilmir. Ona görə də burada bəzi təsərrüfat
sahələrində suvarma
əkinçiliyinin tətbiq olunması məsləhətdir. İqlim tipinin hakim olduğu ərazilərin aşağı hissələrində
torpaqəmələgəlmə prosesinin normal getdiyi sahələrdə dəmyə əkinçiliyi, yuxarı hissələrdə dağların
yamaclarında nazik torpaq qatı olan sahələr isə yay otlaqları kimi istifadə olunmalıdır.
Yarım rayonunda əsasən bozqır dağ-çəmən, dağ-meşə, bozqır və bozqırlaşmış dağ-şabalıdı
(qəhvəyi), dağ boz-şabalıdı (qəhvəyi), dağ-şabalıdı (qəhvəyi) və s. torpaqlar yayılmışdır.
Şərur inzibati rayonun ekocoğrafi xüsusiyyətlərini nəzərə alaraq Şərur düzü təbii torpaq-
kadastr yarımrayonunda düzənlik zonasında xüsusilə yemçilik, iri buynuzlu heyvandarlıq,
üzümçülük, taxılçılıq, tərəvəzçilik, dağtəyində bağçılıq, yemçilik, xırda buynuzlu heyvandarlıq,
Ardıc-Munhbala oğlu dağlarının təbii torpaq-kadastr yarımrayonunda isə xırda buynuzlu
heyvandarlıq, dağ vadilərində dəmyə taxılçılıq, yemçilik, ovçuluq və turizm, Şahbulaq-Axura təbii
torpaq-kadastr yarımrayonunda xırda buynuzlu heyvandarlıq, dağ vadilərində dəmyə taxılçılıq və
yemçilik, meyvəçilik, ovçuluq və turizm, Yeni Havuş-Tənənəm təbii torpaq-kadastr
yarımrayonunda xırda buynuzlu heyvandarlıq, dəmyə taxılçılıq və yemçilik, Havuş-Qaraquş təbii
torpaq-kadastr yarım rayonunda isə xırda buynuzlu heyvandarlıq, dəmyə taxılçılıq və yemçilik,
ovçuluq və turizm təsərrüfat sahələri üzrə ixtisaslaşdırmaq lazımdır.
ƏDƏBİYYAT
1. Babayev S.Y. Naxçıvan Muxtar Respublikasının coğrafiyası. Bakı, Elm, 1999, 226 s.
2. Hacıyev S.Ə. Naxçıvan Muxtar Respublikası torpaqlarının eko-coğrafi şəraiti. Bakı, MBM, 2009,
108 s.
3. Hacıyev S.Ə. Naxçıvan Muxtar Respublikasında torpaqların aqroekologiyası. Metodik vəsait.
Bakı: Elm, 2000, 40 s.
4. Məmmədov Q.Ş. Azərbaycanda torpaq islahatı. Bakı, Elm, 2002, 411s.
5. Şəfibəyov Ə.B. Torpaq və bitkilərin analiz üsulları. Bakı,
Azərnəşr, 1964, 204 s.
6. Алиев Г.А., Зейналов А.К. Почвы Нахичеванской АССР. Баку, Азернешр, 1998, 235 с.
7. Мамедов Р.Г.Опыт группировки почвы Нахичеванской АССР по агрофизическим
свойствам // ДАН Аз. ССР, 1968, с.43-48
- 100 -
ABSTRACT
Сахиб Гаджиев
Лейла Ибрагимова
ПРИРОДНЫЕ ПОЧВЕННО-КАДАСТРОВЫЕ РАЙОНЫ И ПОДРАЙОНЫ
ШАРУРСКОГО АДМИНИСТРАТИВНОГО РАЙОНА
В статье приводятся природные почвенно-кадастровые районы и подрайоны
Шарурского административного района. По направлению специализации хозяйств в регионе
с целью установления природных почвенно-кадастровых районов и подрайонов изучаются
физико-географические условия (рельеф, климат, гидрография и гидрогеология,
растительный и животный мир, антропогенные воздействие и др.), деградационные
процессы (засолония, эродированности, заболачивание, каменистость, зарослевые участки и
др.), морфологические, физические, химические свойства и структуры почвенного покрова
территории. Одновременно проводятся оценка почв под културными-естественными
растениями самый высокий получили горные-каштановые (коричневые) 100, каштановые
(коричневые) 96, самый меньший песчанисто-заболоченно луговые 32, каменисто-шебенисто
пойменные 18 и каменистые пойменные почвы 10 баллов.
В заключении учитывая физико-географические особенности и показатели
плодородия почв Шарурского административного района нами предложено выделить 5-под
природного почвенно-кадастрового подрайона. В пределах Садарак-Гиланчайского
природного почвенно-кадастровые района Шарурской равнины и Гуннит-Парагачайского
почвенно-кадастрового района Ардыж-Мунгбала, Шагбулаг-Ахура, Новый Гавуш-Тананам и
Гавуш-Гарагушской подрайон.
РЕЗЮМЕ
Sahib Hajiyev
Leyla Ibrahimova
THE NATURAL SOIL-CADASTRE REGION AND HALE OF REGIONS IN
SHARUR ADMINISTRATIVE REGION
The article informs about natural soil-cadastre region and half of regions in Sharur
administrative region. For the specialalization of agriculture in the region for define soil cadastre
region and half of regions in the area the position of eco-geographical spreading land-cover of
structure (relief, climate, hydrological and hydro-geological, plants and animals, anthropogenic
influence and etc.) the process of degradation (saline, erosion, morass,stony place,densely
overgrown fields and etc) chemical, morphological and physical features are learned. Here at the
same time, the soil under the evolution of cultural and natural plants, also the highest brown (dark-
brown) 100, light-brown (dark-brown) 96 points but the lowest sands morass-meadow 32, stony-
gravelly river fields 18 but stony river fields have been given 10 points.
As a result given the features of physical and geographical soils and fertility factors in
Sharur administrative region, in 5 autonomous republic Sadarac-Gilanchay natural soil-cadastre
within the region Sharers plain half of region but in Gunnut-Paragachay natural soil-cadastre has
been advised to separate into Ardig-Munqbala, Shahbulaq-Axura, New Havush-Tenenem in
Havush-Qaraqush valley natural-soil cadastre of half region.
NDU-nun Elmi Şurasının 27 noyabr 2017-ci il tarixli qərarı ilə çapa tövsiyyə
olunmuşdur. (protokol № 03).
Məqaləni çapa təqdim etdi: Coğrafiya
üzrə fəlsəfə doktoru, dosent N.Babayev