Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   43   44   45   46   47   48   49   50   ...   122

- 97 - 
 
1.  Şərur  düzü  təbii  torpaq-kadastr  yarım  rayonu.  Bu  yarımrayon  Şərur  inzibati  rayonun 
düzənlik  və  dağətəyi  zonasını  əhatə  etməklə,  Sədərək  düzü  kimi  Arazboyu  düzənliklərindən  biri 
olub, şimal-qərbdən Dəhnə və Vəlidağ yüksəklikləri, şimal və şimal şərqdən Qabaqdağ, Munhbala 
oğlu  dağ,  Qabaq  yal,  Tənənəm  və  Qarabullu  dağlarının  ətəkləri,  cənub-şərqdən  Qarabağlar  və 
Şahtaxtı tirəsi, cənub-qərbdən isə Araz çayı ilə sərhədlənir.  
Bu yarımrayonda isə qışı soyuq, yayı quraq, isti yarımsəhra və quru çöl iqlimi hakimdir. Bu 
iqlim tipi Araz çayı boyu Dəhnə və Vəlidağ yüksəkliklərindən Qarabağlar və Şahtaxtı tirəsinə qədər 
olan sahələri əhatə edir. Ərazinin mütləq yüksəkliyi 789-1000 metr, nisbi yüksəkliyi isə 0-211 metr 
təşkil edir. Bu əraziyə əsasən Şərur düzü və bir sıra çay dərələri arasında yerləşmiş kiçik düzənliklər 
daxildir.  Muxtar  respublikanın  ərazisində  ayrılmış  bu  rayon  bitkilərin  həyatında  həlledici  rol 
oynayan termik və su ehtiyatları ilə zəngindir. 
Ərazinin  coğrafi  mövqeyi,  əvvəlki  yarım  rayon  kimi  səmanın  açıqlıq  dərəcəsindən  asılı 
olaraq iqlim parametrləri aşağıdakı kimi xarakterizə etmək olar. Müsbət temperaturların cəmi 4800-
4600
0
C,  5
0
C-dən  yuxarı  müsbət  temperaturların  cəmi  4000-4200
0
C-ə,  10
0
C-dən  yuxarı  müsbət 
temperaturların cəmi 4000-3800
0
C, orta illik temperatur 11,8
0
C, orta mütləq maksimum 38
0
C, orta 
mütləq minumum 18
0
C  təşkil  edir.  İllik  yağıntıların  miqdarı  220-230  mm,  bitkilərin  vegetasiyaya 
başladığı  mart-aprel  aylarında nisbi nəmləmə 45-50 faiz təşkil edir.  Lakin,  əsas bitkilərin inkişafı 
müşahidə olunduğu iyul-avqust aylarında 3-6 faizdən yuxarı qalxa bilmir. Ona görə də bu sahələrdə 
intensiv suvarma əkinçiliyi tətbiq olunur. 
Rayonda  çay  şəbəkəsi  əvvəlki  yarımrayona  nisbətən  çoz  yaxşı  inkişaf  etmişdir.  Rayonun 
yeganə böyük çayı olan Arpaçay nəinki düzənliyin torpaqlarını, hətda qonşu rayonlarını su ilə təmin 
edir. Məhz, bu baxımdan düzənlikdə  Arpaçayın  suyundan səmərəli istifadə olunması  tələb olunur. 
Rayonun bəzi təsərrüfatlarında Araz çayından nasoslar vasitəsilə çəkilən sulardan istifadə olunur. 
Düzənlikdə əsasən allüvial-subasar, bataqlıq-çəmən, çəmən-boz, boz-çəmən, açıq-boz, boz, 
boz-qonur və tünd-boz torpaqları yayılmışdır. 
2. Ardıc-Munhbala oğlu dağlarının təbii torpaq-kadastr yarımrayonu. Bu yarımrayon Şərur 
inzibati  rayonun  dağlıq  zonasını  əhatə  etməklə,  şimal-şərqdən  Ermənistan  respublikası,  şərqdən 
Arpaçay su anbarının dərəsi,  cənub-qərbdən Şərur düzü təbitorpaq-kadastr  yarım rayonu, qərbdən 
isə Bağırsaqdərəsi cayı ilə sərhədlənir.  
Bu  yarımrayonda  yayı  quraq  və  sərin  keçən  mülayim  isti  iqlim  hakimdir.  Bu  iqlim  tipi 
muxtar respublikanın 1200-2000 metr mütləq və 0-800 metr nisbi  yüksəklikdə olan alçaq və orta 
dağlığın aşağı hissələrini əhatə edir. İqlim tipinin formalaşdığı ərazi inzibati rayonun 10-15 faizini 
tutur.  
İnzibati rayonun alçaq və orta dağlıq sahələrində formalaşan bu iqlim tipi Şərur düzənliyinin 
qərb  və  şərq  hissəsindən  mülayimliyi  ilə  fərqlənir.  şərq  hissəsinin  iqlimi  ilə  nisbətən  oxşardır.  Bu 
rayon düzənlikdən nisbətən hündürdə yerləşməsinə görə, termik şəraitinin yüksəkliyi və nəmliyinin 
zəifliyi ilə az da olsa fərqlənir. İqlim tipinin parametrlərini aşağıdakı kimi xarakteriza etmək olar.  
Müsbət  temperaturların  cəmi  3900-3100
0
C,  5
0
C-dən  yuxarı  müsbət  temperaturların  cəmi 
3600-2600
0
C,  10
0
C-
-
dən  yuxarı  müsbət  temperaturların  cəmi  3400-2100
0
C,  orta  illik  temperatur 
8
0
C, orta illik mütləq maksimum 32
0
C, orta illik mütləq minumum 20
0
C müşahidə olunur. Termik 
ehtiyatlardan  əlavə  ərazidə  illik  yağıntının  miqdarı  350-400  mm,  vegetasiya  dövründə  nisbi 
nəmləmə  40-80 faizdir. Lakin,  əsas  bitkilərin inkişafı müşahidə olunduğu iyul-avqust aylarında 7-
12 faizdən yuxarı qalxa bilmir. Ona görə də bu sahələrdə intensiv suvarma əkinçiliyini tətbiq etmək 
lazımdır.  
Bu  yarımrayon  əvvəlki  yarım rayondan relyefinin daha çox parçalanması, çay şəbəkəsinin 
azlığı,  torpaq-bitki  örtüyünün  kasıb  olması  və  təsərrüfatın  mənimsənilməsi  cəhətdən  əvvəlkindən 
daha  çox  fərqlənir.  Ardıc  dağının  cənub  və  şərq  ətəklərində  Arpaçay  dərəsinə  doğru  bir  neçə 
müvəqqəti  çaylar  axaraq  ərazini  bir  neçə  qolları  ilə  parçalıyaraq  çay  dərələri  ilə  kəsilmiş  tirələrə 
bölmüşlər. 
Yarımrayonunda  əsasən  allüvial-subasar,  şabalıdı  (qəhvəyi),  dağ-şabalıdı  (qəhvəyi),  dağ 
boz-şabalıdı  (qəhvəyi),  bozqır  və  bozqırlaşmış  dağ-şabalıdı  (qəhvəyi),  bozqır  dağ-çəmən  və  s. 
torpaqlar yayılmışdır. 


- 98 - 
 
3.  Şahbulaq-Axura  təbii  torpaq-kadastr  yarım  rayonu.  Bu  yarımrayon  da  Şərur  inzibati 
rayonun  dağlıq  zonasını  əhatə  etməklə,  şimal-şərqdən  Ermənistan  Respublikası,  şərqdən  Havuş-
Qaraquş  təbii  torpaq-kadastr  yarımrayonu,  cənubda  Yeni  Havuş-Tənənəm  təbii-torpaq  kadastr 
yarım rayonu, cənub-qərbdən isə Şərur düzü təbii torpaq-kadastr yarımrayonu ilə sərhədlənir.  
Bu yarımrayonda da əvvəlki yarımrayon kimi yayı quraq və sərin keçən mülayim isti iqlim 
hakimdir.  Bu  iqlim  inzibati  rayonun  1200-2000  metr  mütləq,  0-800  metr  nisbi  yüksəklikdə  olan 
alçaq və orta dağlığın aşağı hissələrini əhatə edir. Bu rayon relyefinin daha çox parçalanması, çay 
şəbəkəsinin  sıxlığı,  torpaq-bitki  örtüyü,  iqlim  ünsürlərinin  paylanması  və  təsərrüfatın 
mənimsənilməsi  cəhətdən  əvvəlkindən  fərqlənir.  Ərazi  Dərələyəz  silsilələrinin  qərbə  və  cənuba 
doğru uzanmış qollarının çay dərələri ilə kəsilmiş tirələrdən ibarətdir.  
Alçaq  və  orta  dağlıq  sahədə  formalaşan  bu  iqlim  tipi  Arazboyu  düzənliyinin  qərb 
hissəsindən  mülayimliyi  ilə  fərqlənərək,  şərq  hissəsinin  iqlimi  ilə  nisbətən  oxşardır.  Bu  rayon 
düzənlikdən  nisbətən  hündürdə  yerləşməsinə  baxmayaraq,  termik  şəraitinin  yüksəkliyi  və 
nəmliyinin  zəifliyi  ilə  az  fərqlənir.  İqlim  tipinin  parametrlərini  aşağıdakı  kimi  xarakteriza  etmək 
olar. 
Müsbət  temperaturların  cəmi  4000-3300
0
C,  5
0
C-dən  yuxarı  müsbət  temperaturların  cəmi 
3700-2900
0
C,  10
0
C-
-
dən  yuxarı  müsbət  temperaturların  cəmi  3500-2200
0
C,  orta  illik  temperatur 
9
0
C, orta illik mütləq maksimum 33
0
C, orta illik mütləq minumum 18
0
C müşahidə olunur. Termik 
ehtiyatlardan  əlavə  ərazidə  illik  yağıntının  miqdarı  400-450  mm,  vegetasiya  dövründə  nisbi 
nəmləmə  50-90  faiz,  Lakin,  əsas  bitkilərin  inkişafı  müşahidə  olunduğu  iyul-avqust  aylarında  9-15 
faizdən  yuxarı  qalxa  bilmir.  Ona  görə  də  bu  sahələrdə  intensiv  suvarma  əkinçiliyini  tətbiq  etmək 
lazımdır.  
Rayonda  çay  şəbəkəsi  əvvəlki  Ardıc-Munhbala  oğlu  dağlarının  təbii  torpaq-kadastr 
yarımrayonuna  nisbətən  yaxşı  inkişaf  etmişdir.  Dərələyəz  dağlarının  qərb  yamaclarından  axan  ən 
böyük çaylarından olan Şahbulaq, Ağbulaq və Qabaqlıçay çayları Arpaçayına tökülməklə ərazinin 
torpaqlarını müəyyən hissəsini sulu vaxtlarında (may-iyul) ödəyir.  
Bu yarımrayonda da əsasən allüvial-subasar, şabalıdı (qəhvəyi), dağ-şabalıdı (qəhvəyi), dağ 
boz-şabalıdı  (qəhvəyi),  bozqır  və  bozqırlaşmış  dağ-şabalıdı  (qəhvəyi),  bozqır  dağ-çəmən  və  s. 
torpaqlar yayılmışdır. 
4. Yeni Havuş-Tənənəm təbii torpaq-kadastr yarım rayonu. Bu yarım rayon da Şərur inzibati 
rayonun dağlıq zonasını əhatə etməklə, şimaldan Şahbulaq-Axura təbii torpaq kadastr yarım rayonu, 
şərqdən  Havuş-Qaraquş  təbii-torpaq  kadastr  yarım  rayonu,  cənub-qərbdən  isə  Şərur  düzü  təbii-
torpaq kadastr yarım rayonu ilə sərhədlənir.  
Bu  yarım  rayonda  yayı  quraq  və  sərin  keçən  mülayim  isti  iqlim  hakimdir.  Bu  iqlim  tipi 
inzibati rayonun təqribən 1000-1800 metr mütləq, 0-800 metr nisbi yüksəklikdə olan alçaq və orta 
dağlığın aşağı hissələrini əhatə edir. 
İnzibati rayonun alçaq və orta dağlıq sahələrində formalaşan bu iqlim tipi Şərur düzənliyinin 
qərb  və  şərq  hissəsindən  mülayimliyi  ilə  fərqlənir.  Bu  rayon  düzənliyə  nisbətən  hündürdə 
yerləşməsinə  görə,  termik  şəraitinin  azlığı  və  nəmliyinin  çoxluğu  ilə  az  da  olsa  fərqlənir.  İqlim 
tipinin parametrlərini aşağıdakı kimi xarakterizə etmək olar.  
Müsbət  temperaturların  cəmi  4200-3500
0
C,  5
0
C-dən  yuxarı  müsbət  temperaturların  cəmi 
3800-3000
0
C,  10
0
C-
-
dən  yuxarı  müsbət  temperaturların  cəmi  3600-2300
0
C,  orta  illik  temperatur 
10
0
C, orta illik mütləq maksimum 34
0
C, orta illik mütləq minumum 19
0
C müşahidə olunur. Termik 
ehtiyatlardan  əlavə  ərazidə  illik  yağıntının  miqdarı  320-350  mm,  vegetasiya  dövründə  nisbi 
nəmləmə  35-60 faizdir. Lakin,  əsas  bitkilərin inkişafı müşahidə olunduğu iyul-avqust aylarında 5-
10 faizdən yuxarı qalxa bilmir. Ona görə də bu sahələrdə intensiv suvarma əkinçiliyini tətbiq etmək 
lazımdır.  
Bu yarım rayon əvvəlki yarım rayondan relyefinin az parçalanması, çay şəbəkəsinin azlığı, 
torpaq-bitki örtüyünün kasıb olması və təsərrüfatın az mənimsənilməsi cəhətdən əvvəlkindən daha 
çox fərqlənir.  
Yarımrayonun əarazisinə daxil olan Dərələyəz dağlarının qərb  yamaclarında yerləşən Yeni 
Havuş və Tənənəm kəndlərinin ətrafında demək olar ki, çay şəbəkəsi  yox dərəcəsindədir. İnzibati 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə