Elmi ƏSƏRLƏr fiZİka-riyaziyyat və texniKA



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/55
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12993
1   ...   47   48   49   50   51   52   53   54   55

104
 
 
Türk fəthləri dövründə Anadoludaki tərk edilmiş kənd və səhra  yerlərini bu şəkildə ticari inkişafı 
mümkün  olmuş  və  bu  torpaqlar  əkinçilik  və  heyvandarlıq  mərkəzləri  kimi  istifadə  olunmuşdur. 
Bozok,  Üçok,  Bayat,  Kınık,  Kayı,  Yürük  kimi  həm  türk  tayfalarının  adı  həm  də  şəhər  adı  olan 
yerlər bu cür mərkəzləşmişdir. 
Səlcuqların  Anadolunu  fəth  etmələri  ilə  Anadoluda  olan  xristian  -  Bizans  şəhərsalma 
mədəniyyəti  yerli  Türk-İslam  şəhərsalmasına  öhdəsinə  buraxmışdır.  Bu  baxımdan,  Səlcuqlar  Orta 
Asiya  və  İslam  mədəniyyətinin  təsiri  ilə  meydana  gətirdikləri  şəhərsalma  prinsiplərini  Bizans 
şəhərsalması ilə sintez edərək Anadolunun özünəməxsus coğrafi şərtlərinə uyğun şəhər modellərini 
yaratdılar. 
Xristian-Bizans  şəhərsalma  mədəniyyəti  mirasının  müsəlman  Türk  xalqlarının  ehtiyaclarına 
və  ənənəvi  həyat  tərzlərinə  uyğunlaşdırılması  nəticəsində  meydana  gələn  yeni  şəhərlər  Anadolu-
Səlcuq şəhərləri kimi adlanır. Şəhərsalmadakı bu təsirlənmə və sintez olunma Anadolu memarlığına 
da  öz  təsirini  göstərmişdir.  Səlcuq  şəhərlərindəki  məkanların  yeni  bir  kompozisiya  daxilində 
yerləşdirilməsi şəhərsalmanın memarlığa təsirinin göstəricisidir. Belə ki,  Anadolu Səlcuq şəhərləri 
məscidlərin  mərkəzdə  yerləşdirilməsi  və  şəhərin  məhəllələrə  ayrılması  ilə  formalaşdırılmışdır. 
Bunun  yanında  qala,  xəndək  kimi  müdafiə  qurğuları  Səlcuq  mədəniyyətinin  təsiri  ilə  şəhərlərə 
yerləşdirilmiş və qədim Bizans şəhərləri Səlcuq şəhərsalma anlayışına əsasən tezdən həll edilmişdir. 
Mənbələrə  əsasən  erkən  dövr  Səlcuq  şəhərlərinin  qapalı  şəhər  kimi  tanınan  qala  şəhərlər 
olduğu  məlumdur.  Məsələn,  Ələəddin  Keyqubat  (1220-1237)  dövründə  beynəlxalq  ticarətdəki 
inkişafla bağlı olaraq Konya,  Kayseri, Sivas və Ərzincan şəhərlərinin Bizans dövründəki  mövcud 
qalaların  kənara  çıxması  ilə  yeni  bir  qala  ilə  əhatə  olunması  bizə  qapalı  şəhər  tipinin  geniş 
istifadəsini bildirir [6, s. 99-100].  
İlkin  dövrlərdə  Səlcuqların  qapalı  şəhər  sistemini  mənimsəməsində  şübhəsiz  Monqol 
təhdidinin də təsirli olmuşdur. Səlcuqlarda qala xaricində yerləşmələr XII əsrin axırında qurulmaya 
başlanılsa da ancaq XIII əsrin axırlarında qala xaricində əhəmiyyətli abidələrin tikilməsinin şahidi 
oluruq. Buna misal Konya Sahib Ata məqbərəsi (1283) və Ankara Arslanxana məscidi (1290) kimi 
nümunələri  sadalamaq  olar.  Ancaq  Anadolu  Səlcuq  şəhərlərinin  hamısı  qapalı  şəhər  kimi 
formalaşırdı  demək  də  düzgün  deyildir.  Anadolu  Səlcuqlarına  aid  Danişmənt  (Kayseri  mərkəz 
olmaqla)    əyaləti  kimi  bölgələrdə  cəmiyyətin  həyat  tərzinə,  ərazi  şərtlərinə  və  təhlükəsizliyə  bağlı 
səbəblərə görə fərqli tipologiyalarda şəhərlərdə formalaşmışdı. 
Zaman  keçdikcə  Anadoluda  siyasi  sabitliyin  təmin  edilməsi,  beynəlxalq  ticarətin  inkişafı, 
Türk tayfalarının Aandoluya köçləri və şəhərlərin ətraf mühitində məskunlaşmaları qala daxilində 
şəhərlərin  sıxlaşmasını  və  qala  xaricinə  çıxmasına  səbəb  olmuşdur.  Qala  xaricinə  tikilən  böyük 
məscidlərin  ətrafına  yerləşən  xalq,  yeni  məhəllələr  quraraq  şəhərlərin  sistemli  bir  şəkildə 
böyüməsinə  imkan  yaratdı.  Beləliklə,  Türk-İslam  şəhərlərinin  qədim  formaları  Anadolu 
şəhərlərində  də  eynilə  görülməyə  başlanıldı.  Yuxarıdakı  araşdırmalara  əsasən  Anadolu-Türk 
şəhərsalmasında qapalı, açıq və uc (sərhəd) şəhər olmaqla üç tipologiya bölmək olar
1.
 
Qapalı şəhərsalma sistemi.  Qapalı şəhərlər dedikdə ətrafı qala ilə əhatə  olunmuş şəhərlər 
başa  düşülür.  İlkin  dövrlərdə  Anadolu  Səlcuq  şəhərləri  Bizansdan  miras  qalan  və  Castron  adlana 
qalalarda  yerləşirdi. Əhalinin çoxalması nəticəsində inkişaf edən bəzi şəhərlərin mövcud qalaların 
kənarına çıxması ilə Bizansdan qalan bu sistem dağıldı. Ancaq qalaların içindəki yerləşmə olduğu 
kimi  saxlanıldı  və  qala  idarəetmə  mərkəzi  halını  aldı.  Bu  baxımdan,  Konya,  Kayseri  və  Ərzurum 
kimi şəhərlər bu şəhərsalma sisteminə aid edilir. Beynəlxalq ticarətin və idarəetmənin mərkəzi olan 
bu şəhərlər Orta Asiyadan sonradan gələn Türk tayfalarının məskəni halını aldı. 
Digər  tərəfdən  sərt  qayalar  üzərində  qurulan  və  qarahisar  adlanan  bəzi  şəhərlər 


105
 
 
Anadolu Səlcuq dövlətinin axırına kimi qapalı qala şəhərlər olaraq qalmışdır. İscə qarahisar 
və Osmancıq qarahisarı bu tipli şəhərlərin nümunələridir. Sahil şəhərləri olan Sinop, Antalya 
və Alanya da Səlcuqlar  dövründə qapalı şəhər formalarını qoruyub saxladılar.  Bu şəhərlər 
dəniz  ticarət  mərkəzləri  olsalar  da  coğrafi  şərtlər  qala  xaricində  şəhər  salınmasına  imkan 
verməmişdir. 
2.
 
Açıq  şəhərsalma  sistemi.  Qırşəhər  (Kırşehir),  Ziyarət  Bazarı  və  Yabanlu  Bazar  kimi 
beynəlxalq  yolların  coğrafi  keçid  nöqtələrində  ticarət  və  qonaqlama  məqsədi  ilə  qurulan  şəhərlər 
açıq şəhərlər olaraq adlanır. Bu şəhərlərdə ortaq xüsusiyyət çoxlu karvansaraların olmasıdır. 
Açıq şəhərsalma tipologiyasına bir də castron adlanan və Bizansdan miras qalan qala-
şəhərlərdəki  qalaların  tamam  dağıdılması  ilə  qurulan  şəhərləri  daxil  etmək  mümkündür. 
Amasiya və Tokat  şəhərləri  fiziki inkişafla bağlı olaraq qala daxilinə  yerləşməmiş və qala 
divarları xaricinə daşmışdır. Bu şəhərlərə də hərbi təhlükəsizliyin təmin edilməsində qalanın 
əhəmiyyətini  itirməsi  ilə  qala  divarları  dağıdılmış  və  həmin  şəhərlər  açıq  şəhərsalma 
modelinə görə formalaşdırılmışdır. 
3.
 
Uc  (sərhəd)  şəhərsalma  sistemi.  Uc  şəhərsalma  modelində  bir  şəhər  daxilində  iki  şəhər 
yerləşirdi. Bir tərəfdə Bizans qalalarının yerləşdiyi qədim şəhər, digər tərəfdə isə köçəri həyatı tərk 
edərək qala divarları xaricindəki bir nöqtədə oturaq həyatı mənimsəmiş əhalisi Türk tayfalarından 
ibarət təzə şəhərdir. Uc şəhərlərində iki fərqli etnik və dini xalq vardır və bu iki xalq ticarət vasitəsi 
ilə  əlaqə  də  qururdular.  Şəhərin  ticarət  mərkəzində  yaşayan  bizanslılar  qala  şəhərin  içində 
yerləşmişdilər.  Türk  əhali  kənd  təsərrüfatı  və  heyvandarlıq  məhsullarını  bu  bazarlarda  satmaqla 
həyatlarını davam etdirərdilər. Ankara, Əskişəhər və Kütahya kimi şəhərlər Anadolu Səlcuqlarında 
uc şəhərsalma modelində formalaşan şəhərlərə daxildirlər [7, s.129].  
 
Nəticə,  Anadoluda  siyasi  sabitliyin  təmin  edilməsi,  beynəlxalq  ticarətin  inkişafı,  Türk 
tayfalarının  Anadoluya  köçləri  və  şəhərlərin  ətraf  mühitində  məskunlaşmaları  qala  daxilində 
şəhərlərin  sıxlaşmasını  və  qala  xaricinə  çıxmasına  səbəb  olmuşdur.  Qala  xaricinə  tikilən  böyük 
məscidlərin  ətrafına  yerləşən  xalq,  yeni  məhəllələr  quraraq  şəhərlərin  sistemli  bir  şəkildə 
böyüməsinə  imkan  yaratdı.  Beləliklə,  Türk-İslam  şəhərlərinin  qədim  formaları  Anadolu 
şəhərlərində  də  eynilə  görülməyə  başlanıldı.  Yuxarıdakı  araşdırmalara  əsasən  Anadolu-Türk 
şəhərsalmasına  aid  olan  qapalı,  açıq  və  uc  (sərhəd)  şəhər  olmaqla  üç  tipologiya  haqqında  geniş 
məlumat verildi. 
 
ƏDƏBIYYAT 
1.
 
24  Aksarayî.  Anadolu  Selçuki  Devletleri  Tarihi.  Ankara:  Recep  Ulusoğlu  Yayınevi,  1943, 
374 s.  
2.
 
36  Artuk  İ.  ve  Artuk  C.  Bazı  İslâm  Şehirlerinde  Hangi  Devletler  Sikke  Kesmiş  ve  Bu 
Şehirlere Ne Gibi İsimler Verilmiş. TTK Belleteni LXVII(249), Ankara, 2003, s.419-448. 
3.
 
41  Aslanapa  Oktay.  Türk  Denizciliği  ve  Selçuklu  Tersaneleri,  Türk  Kültürü  146,  1974,  s. 
69-77. 
4.
 
80 Cenâbî. Cenâbi’ye Göre Anadolu Selçukluları, İ.Ü. Edebiyat Fakültesi Tarih Dergisi 36, 
İstanbul, 2000, s. 213-259.
 
5.
 
82 Çağatay N. Bir Türk Kurumu Olan Ahilik. TTK Yayınları, Ankara: 1997, 272 s.  
6.
 
119  İbn-i  Bibi.  El  Evamirul  Alaiyye  Fil  Umuril Alaiyye  (çev.  Mürsel  Öztürk)  cild  I,  TTK 
Yayınları, Ankara: 1996 s. 568.  
7.
 
136 Karpuz Haşim. Konyanın Selçuklu Kent Dokusu ve Son Yıllarda Yok Olan Anıtları. I. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə