Elmi ƏSƏRLƏr fiZİka-riyaziyyat və texniKA



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/55
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12993
1   ...   47   48   49   50   51   52   53   54   55

101
 
 
РЕЗЮМЕ 
 
Али Таштемир   
Место классического стиля в развитии архитектуры  
Стамбульских Джами-мечетей 
Классическая  Османская  архитектура  выражалась  в  структурах,  удовлетворявших 
требования повседневной жизни. Иными словами, понятие классического стиля возникло в 
результате  неспособности  зодческого  искусства  раннего  периода  удовлетворять 
повседневные  нужды,  меняющиеся  наряду  с  происходящими  изменениями.    Наиболее 
значимая особенность зданий, построенных в стиле классической Османской архитектуры – 
функциональность. Первый памятник классического стиля архитектуры -это Мечеть султана 
Баязида  II.  Образцы  Османской  архитектуры  классического  периода  аналогичны  с  точки 
зрения плана, отделки и использованных материалов. В основном в качестве строительных 
материалов  использовались  камни.    Господствовал  стиль,  характеризующейся  отсутствием 
вычурности и силой воздействия. Структуры всегда состояли из куполов, на нижних этажах 
окна  были  прямые,  а  на  верхних  –  опоясанные.  На  смену  древнему  искусству  резьбы  по 
камню пришли фарфоровые покрытия, используемые во внутренней части здания, красочные 
отделки,  цветные  стекла,  деревянные  изделия,  образцы  каллиграфии.  В  классической 
архитектуре  присутствовала  прямая  инфраструктура,  в  системе  покрытия  использовались 
кривые  линии.  Лишь  в  эпоху  господства  прозападных тенденций  в  структурных  элементах 
стали  появляться  кривизна  и  волнистость.  Так  как  при  покрытии  мечетей  в  основном 
использовались  купола,  то  Османская  архитектура  отождествлялась  с  «купольной 
архитектурой».  
 
                   
NDU-nun  Elmi  Şurasının  24  dekabr  2015-ci  il  tarixli  qərarı  ilə  çapa 
tövsiyə olunmuşdur (protokol № 05) 
         Məqaləni çapa təqdim etdi:  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


102
 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2015,  № 5 (73) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2015,  № 5 (73) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 5 (73) 
 
 
İHSAN GÖKCEN  
AMİU 
Açar sözlər: Anadolu, Səlcuq, şəhərsalma, idarəetmə 
KeywordsAnatolia, Seljuk, city building, administrative.  
Ключевые словаАнадолу, Сельджук, градостроение, управление 
 
 
Anadoluda Səlcuq şəhərlərinin formalaşmasında tətbiq olunan şəhərsalma üsulları 
Açar Sözlər: Anadolu, Səlcuq, şəhərsalma, idarəetmə 
Giriş, Anadolu Səlcuqların min ilə yaxınlaşan tarixinə baxmayaraq abidələri və o cümlədən 
şəhərləri  hələ  də  ayaqdadır.  Burada  tətbiq  olunan  üsul  və  formalar  tədqiqatçıların  marağını  cəlb 
edir.  Anadolu  şəhərlərində  aparılmış  tədqiqatın  nəticəsi  olaraq  Anadolu  Səlcuq  şəhərlərinin 
funksiyaları  və  buna  uyğun  olaraq  Səlcuq  şəhərsalmasının  aşağıdakı  tətbiqi  üsullarını  qeyd  edə 
bilərik. 
1.
 
İdarəetmə mərkəzləri. 
Səlcuqlu  dövründə  Anadolu  torpaqlarının,  Orta  Asiya  dövlətçilik  ənənələrinə  əsasən  ulus 
sisteminə  uyğun  olaraq  xanədan  üzvləri  arasında  alt  rəhbərlik  mərkəzlərinə  ayrıldığı  deyilə  bilər. 
Yəni siyasi baxımdan paytaxt Konya rəhbərliyinə tabe olmaqla birlikdə muxtariyyət sistemində bəzi 
Səlcuq  məliklik  mərkəzləri  vardır.  Bu  məlumat  Səlcuq  dövründə  bəzi  şəhərlərin  inzibati  mərkəz 
funksiyasını yerinə yetirdiyini bilməmiz baxımdan əhəmiyyətlidir. Bu mərkəzlər arasında; Aksaray, 
Amasya, Ankara, Əlbistan, Ərəğli, Kayseri Koyulhisar, Malatya, Niğde, Sivas, Tokat və Uluborlu 
qeyd etmək olar [4, s. 213-259]. 
 
 
Şəkil 1 Səlcuq dövrü Ankara qalası və şəhristanı (Rijksmuseum-Hollandiya) 
2.
 
Hərbi mərkəzlər. 
Səlcuq  dövründə  tikilən  Konya,  Alanya  və  Sinop  qalalarının  kitabələrində  şəhərlərin 
funksional xüsusiyyətlərini əks etdirən əhəmiyyətli məlumatlar yerləşir. Bu kitabələrdə qeyd edilən, 
fəth sonrasındakı abadlıq fəaliyyətləri ilə qalanın inşasına aid məlumatlardan hərbi-strateji mərkəz 
funksiyasını görmək olar. Səlcuqların Orta Asiyada qurduqları hərbi şəhərlər Anadoluda da bənzər 


103
 
 
şəkildə formalaşdırılmışdır. Bu baxımdan, aparılmış təhlillər göstərir ki, bu dövrdə hərbi mərkəzlər 
üç fərqli şəkildə qurulmuşdur: 
Bunlardan  birincisi  subaşılıq  mərkəzləri  kimi  tanınır  və  subaşı  termini  Səlcuq  ordusundakı 
komandirlərin ümumi adıdır. Səlcuqlu dövründə Anadolu şəhərlərinə verilən ünvanlar və müəyyən 
sayda  daim  hərbi  qüvvə  saxlanılan  və  subaşılıq  mərkəzləri  olaraq  bilinən  şəhərlər  Kayseri-Darul 
fəth,  Aksaray-Dârüz  zəfər,  Ankara-Darul  hisni,  Niğde-Darul  pəhləvan,  Alanya-Darul  eman  kimi 
sıralana bilər [2, s. 421-446]. 
İkinci  hərbi  formalı  şəhər  tipi  Dərbənddir.  Əslində  ticarət  mərkəzi  funksiyasına  sahib  kimi 
görünsə də dərbəndlər müdafiə qalaları olaraq Səlcuq şəhərsalma sisteminə daxil edilmişdir. Akça 
Dərbənd, Yunus Dərbəndi və Göksu Dərbəndi həmin bu funksiyaya aid edilirlər [1, s. 125-135]. 
Səlcuqların Anadoluda şəhərsalma və nəqliyyat sisteminin strateji keçid nöqtələrində, sarp və 
əlçatmaz  qayalıqlar  üzərinə  inşa  etdikləri  üçüncü  tipli  şəhərlər  qarahisarlar,  Roma-Bizans 
dövründən  miras  olan  Castro  (qala  şəhərlər)  xüsusiyyətindəki  yerləşmələr  idi.  Anadolu  müdafiə 
sisteminin hərbi və strateji baxımdan hərəkat mərkəzi kimi istifadə olduqları təyin olunmuşdur. Bu 
yerləşmələr arasında qarahisarı təkə, qarahisarı dəvəli, qarahisarı osmancık sayıla bilir. 
3.
 
İstehsal və ticarət mərkəzləri. 
Səlcuq  hakimiyyətindəki  Anadolu  torpaqlarında,  beynəlxalq  ticarətə  və  nəqliyyat  sisteminə 
bağlı olaraq dəniz, çay və ya dağ silsilələri kimi coğrafi və siyasi sərhəd nöqtələrində, ümumiyyətlə 
şəhər yerləşmələrinə uzaq geniş səhralarda, kənd təsərrüfatı məhsulları və sənətkarlıq məhsullarının 
ticarətinin  edildiyi  bazar  və  yarmarkalar  qurulmağa  başlanmışdır.  Bazar  və  yarmarkaların  coğrafi 
mövqe üstünlükləri, təbii sərvətlərin çoxluğu ya da nəqliyyat imkanlarına görə formalaşmışdır. Bu 
şəkildə ilkin olaraq müvəqqəti yerləşmələr xüsusiyyətindəki bazar və yarmarkalar, bir müddət sonra 
beynəlxalq  və  regional  ticarət  potensialına  söykənən  ticarət  mərkəzlərinə  çevrilmişdir.  Anadolu 
Səlcuqlarında  Yabanlu  yarmarkası,  Ziyarət  bazarı,  Alameddini  bazarı  kimi  bazar  və  yarmarka 
yerləşmələrinin  varlığını  göstərmək  mümkündür.  Bu  dövrə  aid    digər  iqtisadi  yerləşmələri 
mədənçilik  mərkəzləri  kimi  qiymətləndirmək  mümkündür.  Bu  yerləşmələr  arasında  Bayburt, 
Gümüşxana, Mədənbazar yerləşmələri sayıla bilər.  
Səlcuqlu  dövründə  dəniz  ticarəti  də  inkişaf  etmişdi.  Xüsusilə  Aralıq  dənizi  və  Qara  dəniz 
sahillərindəki liman şəhərlərinin ticarətdə əhəmiyyətli rol aldıqlarını söyləmək mümkündür. Aralıq 
dənizi  sahilindəki Antalya ilə  Qaradəniz sahilindəki  Sinop limanları müsəlman, xristian və  yəhudi 
tacirlərin  mərkəzi  sayılırdı.  Səlcuqlar  tərəfindən  inşa  edilən  dar-us-sına  (liman)  və  zəngin  meşə 
ticarəti nəticəsində gəmi istehsal mərkəzləri bu şəhərlərdə yerləşirdi [3, s. 69-77]. 
4.
 
Mədəniyyət mərkəzləri. 
Səlcuqlu  dövründə  şeyx  və  dərviş  kimi  dini  liderlər  təkkə  və  zaviyə  deyilən  məkanlarda 
fəaliyyət  göstərərdilər.    Bunlar,  Səlcuqlu  dövründə  Orta  Asiyadan  Anadoluya  gələn  Hacı  Bektaş 
Vəli kimi şeyx və dərvişlərin, Anadolu-Türk şəhərlərinin məkan formasındakı  yeniliklərindən biri 
idi.  Nevşəhər  kimi  yaşayış  yerləri  Türk-İslam  mədəniyyətinin  Anadoludaki  təbliğat  mərkəzləri 
funksiyasını boynuna götürmüşdür [8, s. 25]. 
Anadoluda peşə həmrəylik təşkilatı mərkəzi olaraq Əxilik təşkilatının qurucusu Əxi Əvranın 
yerləşdiyi  Kırşehir,  Kızılırmak  Vadisində  əhəmiyyətli  bir  Əxilik  mərkəzindəki  kimi  istehsal  və 
sənətkarlıq fəaliyyətlərində ixtisaslaşan tacirlərin mərkəzi funksiyasını qazanmışdır [5, s. 87]. 
5.
 
Kənd təsərrüfatı mərkəzləri. 
Səlcuqların Anadoludan  əvvəlki Türk-İslam dövlət ənənəsinin təsiri ilə köçəri və  yarı köçəri 
türk  tayfalarını  siyasi  sərhədlərindəki  yaylaq  və  qışlaq  sahələrini  verərək  oturaq  həyata 
istiqamətləndirməsi siyasətini, Anadolunun Türk- İslam hakimiyyət dövründə öz həllini tapmışdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə