225
Nə qədər günəş istiliyi sizin ayaqlarınıza çox düşərsə, bir o
qədər də beyniniz çox aktivləçəcəkdir və nəticədə
əzgilşəkilli vəzin aktivliyi də yüksələcək. Əzgilşəkilli vəz
müəyyən psixi və naviqasiya funksiyalarına malikdir.
“Naviqasiya” dedikdə, bu, bir şəxsin haçansa quş kimi
uçmaq qabiliyyəti kimi başa düşülməlidir.
Siz telepatiyanın, uzaqgörmənin psixi xüsusiyyətlərini,
eyni vaxt ərzində öz bədəninizlə müxtəlif yerlərdə ola
bilmək qabiliyyətini inkişaf etdirə bilərsiniz. Elm insanın
psixi qabiliyyətlərinin olmasını təsdiqləyir və indi onların
təbiətinin aşkar olunması üzrə tibbi tədqiqatlar aparılır.
Yeməyi tərgitdiyiniz andan sonra bədəninizin müxtəlif
orqanları və hissələri təmizlənməyə başlayacaq və bu
təmizlənmə detoksikasiya qaydaları üzrə davam edəcəkdir.
Müxtəlif daxili orqanlar kosmik səyahətlərin və uçuşların
həyata keçirilməsi zamanı müxtəlif texniki funksiyalar
daşıyırlar. Bizim daxili orqanlarımız yeməyi həzm
etməkdən çox daha xeyirli dəyərlərə malikdir. Bütün vəzlər
çoxlu sayda funksiyalara malıikdir və öz işlərini optimal
səviyyədə günəş enerjisinin timsalında həyata keçirə
bilərlər. Əgər siz beyninizi optimal aktivləşdirməyi
bacarırsınızsa, onda mütləq açılmağa nail olacaqsınız. Siz
keçmişi, indini və gələcəyi oxuya biləcəksiniz. Həm də bu
metod nəticə etibarı ilə köklük kontrolunu aparmaq üçün
tətbiq oluna bilər. Demək olar ki, insanın bütün problemləri
həll olunacaqdır.
Tarix boyu çoxlu sayda insanlar adi yeməksiz dolana
bilmişlər. Buna uyğun olaraq, 1922-ci ildə Londonda Kral
tibb Kollecinin nəşr etdirdiyi dekretdə göstərilirdi ki, Günəş
şüaları insanlar üçün ideal qida maddəsi ola bilər. Buna
baxmayaraq heç kəs bunun texnikasının nədən ibarət
olduğunu göstərmədi. Məsələn, Paramahansa Yohananda
özünün “Yoqun tərcümeyi-halı” kitabında {153} yemək
qəbul etmədən yaşamağın sirrini açmaq məqsədi ilə çoxlu
226
sayda müqəddəs insan və mistiklərlə söhbətlər apardı.
Adətən cavab belə olmuşdur: günəş enerjisi gizli qapıdan
girir və baş beyinin uzunsov beyin adlanan hissəsinə düşür.
Bu insanlar sirri açmadılar. Zamanında bu bilgi insanlar
üçün itirilmiş sayıldı.
İnsanlığın avtotrofluğu (özü özünə yaşaması)
Təkamül nəticəsində insanın “daxili planı” və “inkişafın
polyar vektorunun geri dönməməsi” prinsipi sayəsində o
(insan), həyatın daha yüksək keyfiyyət formasına keçərək
qida ilə əlaqədar qul asılılığından – yəni təbiətdə
yaşayanların məhvindən azad ola biləcəkdir. Baxın,
akademik V.İ.Vernadski bu barədə nə yazır:”...bəşəriyyətin
vaxtilə geoloji hadisələrə uyğun olaraq avtotrofluğu (yəni,
insanın başqalarının hesabına mövcud olmasından –
heterotrof yaşamaq üsulundan avtotrof üsula – canlı
orqanizmlərsiz Günəş enerjisindən həyatı üçün istifadə
etmək) və buna istək olmuşdurmu? Bunun uğrunda
mübarizə aparmaq lazımdır, çünki belə bir vəziyyət rus
mədəniyyətinə də gərəkdir... {166,167}”.
Bu sözlər nə qədər indiki vaxtda müasirdir! Heterotrof
haldan avtotrof hala keçilməsi barədə Vernadskinin bu
uzaqgörməsi tezliklə təcrübi dəstəyini aldı. Düzdür,
təcrübələr bitkilər üzərində aparılsa da, faktın özü gözəl
təsdiq olundu. Və bu faktı məşhur sovet alimi
V.F.Kupreviç təsdiqlədi {170}. Onun bitkilər üzrə çoxillik
təcrübələri başqa orqanizmlər hesabına yaşayan heterotrof
bitkilərin Günəşin enerjisi ilə qidalanan avtotrof bitkilərə
keçməsinin mümkünlüyünü təsdiqlədi. Bu fakt onu “xarici
mühitin hökmranlığından azad olma yolunun təkamülü –
orqanizmin
daha
çox
nisbi
avtonomluğu”
–
V.İ.Vernadskinin fikirlərini təsdiqləyən nəticəyə gəlməyə
227
sövq etdi. Özünün çoxillik müşahidələrinə və fikirlərinə
istinad edən V.F.Kupreviç fəlsəfi və elmi baxımdan mühüm
nəticələrə gəlir {169-171}. O hesab edir ki, “ölüm
orqanizmin təkmilləşməsini sürətləndirən müvəqqəti
təkamül faktorudur. Amma yaxın gələcəkdə insan özünün
orqanizmində baş verən keyfiyyət dəyişmələri nəticəsində
qocalığını və ölümünü əhəmiyyətli dərəcədə uzaqlaşdıra
biləcəkdir”.
228
Fəsil 9
Həyatının qənimi İnsan
Fatihə('Kitabı açan') surəsi
Məkkədə nazil olub, 7 ayə {172}.
1. Mərhəmətli, Rəhmli Allahın adı ilə!
Bismilləhir Rahmənir Rahim
2. Həmd (şükür və tərif) olsun Allaha (və ya: Həmd
məxsusdur Allaha) – aləmlərin Rəbbinə,
Əlhəmdu lilləhi Rabbil aləmin
3. (Bu dünyada hamıya) mərhəmətli , (axirətdə isə ancaq
möminlərə) rəhmli olana,
Ər-Rahmənir-Rahim,
Dostları ilə paylaş: |