13
yüksək səviyyədə istifadə yolu ilə ) müasir dövrdə
bəşəriyyət qarşısında duran ən vacib qlobal problemlərdən
biridir. Məhz, bu mövqedən yanaşdıqda müəllifin
insanların da bitkilər kimi qeyri-üzvi maddələri üzvi
maddələrə çevirə bilmək, yəni avtotrof formada
qidalanmasının mümkünlüyü qənaətinə ( bu sahədə mövcud
olan müasir informasiyaları, elmi-nəzəri cəhətdən
ümumiləşdirərək ) gəlməsi müasir dövrün ən mühüm
problemi – ərzaq və su ilə təminat istiqamətində tövsiyyələri
çox mühüm əhəmiyyət kəsb edir.
Müəllif 2010-cu ilin fevralından quş və heyvan mənşəli
məhsullardan imtina edərək, bitki mənşəli məhsullarla
qidalanmasının ( avtotrof və hetrotrof qidalanma arasında
orta mövqe ) onun sağlamlığına çox müsbət təsir göstərdiyi
qənaətinə gəlmişdir.
Ümumiyyətlə, bu əsər barəsində çox söz söyləmək
mümkündür. Ancaq bu əsərlə bağlı bütün düşüncələrin cəm
sözü olaraq ifadə edilə bilər ki, bu əsər olduqca qiymətlidir.
Kitabın müəllifi, kimya elmləri doktoru Səhrab İsmayılın
bundan sonra da bu sahədə nəzəri tədqiqatlarının elmi-
populyar şəkildə daha çox oxucu kütləsi üçün nəzərdə
tutaraq
davam
etdirməsi
insanların
bu
sahədə
maarifləndirilməsi baxımından olduqca məqsədəuyğundur.
Dünyada baş verə biləcək qlobal fəlakətlərə qarşı bütün
dünya xalqlarının birləşərək birgə fəaliyyət göstərməsinin
olduqca vacibliyi Ülvi Hisslərin qələmə aldığı "Bir olaq
gəlin!" şeirindəki aşağıdakı fikirləri xatırlatmaq lap yerinə
düşərdi:
"Müasir ümumi maneələr çox,
Belə təlatümə hələ cavab yox.
Görəsi işlər var, özü də, lap çox,
Ey dünya xalqları, bir olaq gəlin.
15
ÖN SÖZ
Mənə həmişə belə gəlib ki, Azərbaycanda elmi-kütləvi
janrda yazılan kitabların sayı istənilən qədər deyil.
Baxmayaraq ki, belə kitablar daha anlaşıqlı dillə
yazıldığından geniş oxucu kütləsinin marağına səbəb olur,
xüsusilə də gənc nəslin müxtəlif elm sahələrinə
həvəsləndirilməsində
müstəsna
pol
oynayırlar.
“Günəşiyeyənlər” kitabı kimya elmləri doktoru Səhrab
İsmayılın bu boşluğu doldurmaq baxımından qələmə aldığı
ikinci kitabıdır (birinci kitab “Yer-insan-məhəbbət”, Qanun
– 2009, Bakı).
“Günəşiyeyənlər”
kitabı
olduqca
fenomenal,
paranormal, hətta möcüzə sayıla biləcək bir hadisəyə -
insanların qida qəbul etmədən on illərlə yaşaya bilməsinə
həsr olunmuşdur. İlk baxışdan bu oxucuda təəcüb, qarışıq
şübhə yarada bilər ki, insan qida qəbul etmədən uzun
müddət necə yaşaya bilər? Görünür müəllif necə ağır bir
“yükün” altına girdiyini çox yaxşı bildiyindən gələcək
oxucularını diksindirməmək, qorxutmamaq üçün onları
“elmin səhrasında” dolandırmaq (gəzdirmək) qərarına
gəlmişdir. Belə ki, kitabın İ-Vİİ fəsillərində yer üzərində
həyatın əmələ gəlməsi haqqında fərziyyələrdən başlayıb,
həyatın əmələ gəlməsi üçün vacib olan elementlər və
maddələr haqqında ətraflı məlumat verilmişdir (oksigen,
karbon, azot, su, karbon qazı). Xüsusilə də yaşıl bitkilərdəki
xlorofilin, insan qanındakı hemoqlobinin tərkibləri,
quruluşları, orqanizmdəki rolları ətraflı şəkildə şərh
edilmişdir (İİ. Vİİ fəsillər).
16
Aydın olur ki, hemoqlobin və xlorofilin kimyəvi
tərkibləri və quruluşları həddindən artıq oxşardırlar. Fərq
ondan ibarətdir ki, hemoqlobində porfirin həlqələrinə
birləşən
dəmir(Fe)
atomudursa,
xlorofildə
bu
maqnezium(Mg) atomudur.
Deməli, hazırlıqlı və diqqətli oxucu heterotrof və avtotrof
qidalanma arasında məsafənin (fərqin) çox az, cəmi bir
addım olduğu qənaətinə özü gələcəkdir və bu keçidin bu
gun bəzi “seçilmişlərdə”, sabah isə hamıda ola biləcəyinin
mümkünmlüyünə inanacaqdır. Elə müəllifin oxucularda bu
qənaətin yaradılması, arzusu isə insanların da bitkilər kimi
avtotrof qidalanmaya keçməsidir.
Kitabı
oxuduqca müəllifin ensiklopedik biliyinə,
erudisiyasına,
təhlil
qabiliyyətinə,
ümumiləşdirmə
bacarığına, dünyagörüşünün genişliyinə heyrət etməmək
olmur. Elə həmin anda da “istedadlı adamlar
istənilən ixtisas
sahəsi üzrə orta səviyyədən yuxarı mütəxəssis oa bilərlər”
deyiminin nə qədər doğru olduğuna bir daha inanıram.
Əgər bu gün elm Günəş enerjisi ilə, kocmik enerji ilə
qidalanmanın səbəbini izah edə bilmirsə, bu o demək deyil
ki, bunu izah etmək heç vaxt mümkün olmayacaqdır. Həm
də bu o demək deyil ki, elm səbəbi izah edə bilmirsə, belə
qidalanma mümkün ola bilməz. Biz əli süngülü günəşiyeyə
nlərin üstünə getməli deyilik ki. Faktlar toplanır, müəyyən
fikirlər, nəzəriyyələr yaranır, ümumiləşdirilir və nəhayət,
səbəb tapılır, aydınlaşır. Elmin inkişaf tarixinə nəzər
saldıqda bunu əyani şəkildə görə bilərik.
XVİ əsrin əvvəllərinə kimi astronomiyada geosentrik
nəzəriyyə hakim idi, yəni Yer kainatın mərkəzində yerləşir,
Günəş və başqa göy cisimləri isə hərəkətdədirlər. Yer kürə
şəklindədir, həm öz oxu ətrafında, həm də Günəşin ətrafına
fırlanır deyənləri tonqallarda diri-diri yandırdılar (Cordano
Bruno və s.).