201
şərəfinə gözəl bir süfrə açırlar. O, deyəndə ki, heç nə yemək
istəmir, ona əlbəttə ki, inanmırlar və başlayırlar onu
danlamağa ki, bu süfrəni şəxsən onun üçün açıblar. Nəhayət
ki, o bir az yeyir, amma bu vaxt onda belə bir hiss yaranır,
elə bil ki, yemək nə təhərsə ağzından yox olur.
Doğrudanmı bu mümkündür?
( Casmuhinin müxbir Dmitri Pisarenko ilə müsahibəsi)
- Adınız nəyi bildirir?
-Onun ruhi mənası belədir: əbədi sürən aromat. Bu söz
sadəcə mənim beynimə nə vaxtsa daxildən gəlmişdi. Adın
özü güclü vibrasiyaya malikdir.
-Ezoteriklər “vibrasiya” sözünü sevirlər. Lügətdə deyilir ki,
bu “mexaniki titrəyişdir”. Nə titrəyir ki?
-Siz bunu titrəyiş və ya rezonans adlandıra bilərsiniz. Hər
bir insan, yəni onun beyni – bir sözlə, radiodur. Biz daimi
olaraq Kainata siqnal göndərir və cavabını alırıq. Beyinin
vibrasiya tezliyini meditasiya yolu ilə saniyədə 0,5-0,3
titrəyişə qədər endirərək bədənin vəziyyəti və imkanlarını
dəyişmək olur. İnsan kosmos enerjisindən bəhrələnərək qida
maddələri qəbul etməməkdən savayı, həm də telepatiyaya,
uzaqgörməyə və başqa fenomen xüsusiyyətlərə malik ola
bilər. Biz kosmosdan qidalanırıq.
-İnsanlar günəşiyeyənlər haqqında eşidəndə, başa düşənlər
kimi, o saat başlarını yırğalayırlar: şarlatanlar, məlum
məsələdir. Yəqin ki, belə olmamalıdır.
202
- Təkrar edirəm, biz öz imkanlarımızı bilmirik. İnsan
orqanizmi enerjini başqa yolla, atomlardan alaraq onu
dəyişdirmək qabiliyətinə malikdir. Bizi başqa yolla,
kosmosdan yedizdirirlər. Kimi deyir, biz işıq yeyirik, kimi
də deyir ki, Kainat sahəsi ilə qidalanırıq, siz isə bizi
“günəşiyeyənlər” adlandırırsınız? Qoy belə olsun.
- Amma elm çoxdan müəyyən etmişdir ki, orqanizm zülal,
yağ, karbohidrat və mikroelementlərsiz yaşaya bilməz.
- Günəşiyeyənlərin həyat obrazının öyrənilməsi – bu da
elmdir, amma o, başqa səviyyədə işləyir. Bu elm
ümumiyyətlə materiyanı tədqiq etmir. Alimlər əgər bunları
bilmək istəyirsə, onda onlar öz şüurlarını genişləndirməli,
onu aşağı vibrasiyaya keçirməlidirlər və onda həyatın başqa
cür olduğunu görəcəklər.
- Belə ola bilərmi ki, günəşiyeyəni bağlı otağa salıb onun
orada necə yaşadığını müşahidə edəsən?
- Belə təcrübələr olmuşdur. Hindistanda yaşayan bir kişini
411 gün bağlı qapı arxasında saxlayaraq müşahidə etmişlər.
O, gün ərzində stəkanın dörddə biri qədər su qəbul etmişdir.
Vəssəlam.
- Sizə belə bir şey qismət olubmu?
- Yox, buna baxmayaraq, mən bütün mümkün sınaq və
təcrübələrdən keçmişəm. Onlar göstərdilər ki, ağlasığmaz
dərəcədə sağlamam. Və bu tədqiqatlar ekstrasens
adlandırdıqları kimi yox, rəsmi institutlarda aparılmışdır.
Günəşiyeyənləri bütün dünyada tədqiq edirlər. Və alimlər bu
fenomeni izah edə bilmirlər. Onlar beynimizi “skanə”
(şəklini köçürüb detalları ilə öyrənmək) edirlər və görürlər
203
ki, epifiz (əzgilşəkilli vəzdir ki, əvvəllər onu üçüncü göz
adlandırırdılar) başqa cür fəaliyyət göstərir. O, böyümüş və
parlaq şəkildə görünür.
- Yəni, elektrik lampası kimi yanır?
- Eh yox! ( çoxlu-çoxlu gülür). Biz burada skanədən, rentgen
şəklindən danışırıq. Adi insanlarda siz epifizi şəkildə görə
bilməzsiniz. Bizdə o 20 dəfə parlaqdır. Bu ona görə belədir
ki, biz qidanı Günəşdən alırıq. Mən alın yazımı öncədən hiss
etmişdim.
Casmuhinin özü işıq saçan insanı xatırladır. O, mənim
qarşımda oturub ağappaq hollivud təbəssümü ilə şəfəq saçır,
ahənglə və səlis danışır, sanki hər bir frazanı
tərəfmüqabilinin beyninə yükləməyə çalışır və tez-tez
soruşur: “Anlayırsınızmı?” Onun boynu və biləkləri -
əfsanəvi şərq simvolu ilə yüngül metaldan hazırlanmış
zəncirli bər-bəzək ilə doludur. Birdən görürəm ki, o, əlini
butulkaya ataraq su içir. “Bəli, bəzən mən su içirəm – deyə
o, gülümsünür. – Nə üçün də yox?”
- Siz Kpasnodardan olan Zinaida Baranova ilə tanışsınız.
Mən də onun evində olanda görmüşəm ki, soyuducu boşdur.
Bütün bunlar maraqlıdır, lakin bir fakt bizi narahat edir ki,
Zinaida tədqiqatdan yan keçir, istəmir.
- O, orqanizminin tamlığının pozulmaması üçün daxilinə
qarışmaqdan imtina edir. Biz Kpasnodarda əllərin aurasına
görə sağlamlığı müəyyən edən həkimlə ikimiz də
müayinədən keçdik. Hər ikimizin bütün orqanları sağlam
çıxdı. Zinaidanın 70 yaşı var, amma özünü 30 yaşlı kimi
hiss edir. Mənimsə 49, lakin özümü 17 yaşda hiss edirəm.
204
- Baranova belə bir həyat tərzinə onda gəldi ki, ailəsində
faciə baş verdi. Bəs sizi buna nə təhrik etdi?
- Mən 20 il vegetarian olmuşam və meditasiya ilə (dərindən
düşünməklə) məşğul olmuşam. Fiziki qidadan imtina bu
həyat tərzinin başa çatması ilə təbii oldu. Mən sadəcə olaraq
öz taleyimi hiss etdim və insanlarla görüşüb bunu onlarla
bölüşməyə başladım. Hətta onlar yeməyə yenidən davam
etsələrsə belə, düşünürdüm ki, eybi yox, təki onlar xoşbəxt
olsunlar. Siz öz içinizi Allah mahiyyəti ilə doldurduqda, hər
cürə möcüzələr peyda olmağa başlayır və siz özünüzü tam,
sərbəst, azad hiss edirsiniz. Qida qəbulundan azad olmaq –
bu yalnız kiçik bir hissədir. Sonra siz başlayırsınız lazımi
adamlarla lazımi yerlərdə görüşməyə. Siz fikirləşməyə
macal tapmamış, o özü gəlməyə başlayır – hüdudsuz
sağlamlıq, pula hüdudsuz yol.
- Düşünürsən ki, pul çatmır, o saat pul kisəsi tapırsan?
- Əgər sən bütün ömrünü dünyaya xeyir gətirmək üçün sərf
edirsənsə, onda istənilən səviyyədə sənə yardım olacaq.
Yox, əgər eqoistik fəaliyyət aparırsansa – bu başqa oyundur.
Orada heç bir qarantiya yoxdur.
- Dünyada indi nə qədər günəşiyeyənlər var?
30 minə qədər insanlar fiziki qidasız ötüşürlər. Təkcə
Almaniyada onların sayı 10 mindir. Amma gec-tez, mən
əminəm ki, bu adi hala çevriləcəkdir.
Qeyd olunduğu kimi, Casmuhin kimi dünyada qeyri-adi
insanlar çoxdur. Bunlardan bir neçəsinin: Nikolay
Dolqorukiy, Svetlana Pavlovna Nikitenko, Nikolay
Dostları ilə paylaş: |