İntiharın sosiologiyası
413
İnsan üçün dözülməz olan hər hansı bir yorğun, üzücü vəziyyət. (10,260)
Depressiya intihara gətirib çıxaran ən mühüm davranışlardan biridir:
özünü dəyərsiz hiss etmək, günah hissləri, ölüm haqqında düşünmək, intihar
yaxud intihara qərar depressiyanın ən geniş yayılmış əlamətləridir:
Farber və Limton (1970) bildirmişlər ki, kəskin depressiya zamanı şəxs
adətən öz uzaqgörənliyini itirir, emosiyaya qapılaraq problemi həll etmək
bacarığından uzaqlaşır və çıxış yolu olaraq intiharı seçir. (13,156)
İntiharın üsulları. İntiharın üsulları aşağıdakı qaydada bölünmüşdür:
İşgəncəverici üsullar: yüksəklikdən özünü atma, soyuq və odlu silah,
düşünülmüş qəza və özünü yandırma.
Boğucu üsullar: suda batma, qazlarla boğulma, kömür dəmi ilə boğulma,
boğazdan asılma.
Zəhərləyici üsullar: arsen duzları, yuxugətirici dərmanlar, alkoqol və
kimyəvi zəhərlənmə və s.
Bundan başqa qanuni tibbi diaqnozla bağlı olan bəzi şübhəli üsullar.
İntiharın növləri. İntiharın növləri ilə bağlı müxtəlif tədqiqatlar vardır
və bunlardan ən mühümü E. Durkheymə məxsusdur (Durkheymin
klassifikasiyası). E.Durkheym sübut etmişdir ki, insan özünü ictimai
həyatdan ayırsa cəmiyyətlə həmrəyliyini itirəcək, nəticədə onun zəifliyi və
köməksizliyi sayəsində aid olduğu sosial qrupdan asılılığı azalacaq və o,
özünə qapanacaq, şəxsi mənafeyi əsasında möhkəmləndirdiyi tək davranış
qaydalarını qəbul edəcək və nəhayət insanın fərdi şəxsiyyəti ictimai
şəxsiyyətin qarşısında ifrat fərdiyyətçilik, yaxud eqoizmə gətirəcək.
E.Durkheym intiharı dörd qrupa bölmüşdür:
Eqoizmdən irəli gələn intihar: Durkheym bu növ intiharı individualizm
adət və
fəlsəfəsi olan
özünəməxsus cəmiyyətlərə, həmçinin
insanlarda müstəqillik hissi və güclü özünə güvənmə hissi olan cəmiyyətlərə
aid edir.
Xarici amillərin səbəb olduğu intihar: Xarici amillərin səbəb olduğu
intihar daha çox ibtidai cəmiyyətlərdə olur və sosial hadisə şəklində özünü
göstərir. Misal üçün, hindularda “satı” mərasimi, yaşlı kişilərin intiharı, Fici
və Manqa tayfalarında xəstə insanların intiharını misal gətirmək olar.
İndividual tipli intihar ümumiyyətlə, müasir dünya, texnologiya və
fərdiyyətçilik meyllərinə bağlıdır. (1,220)
Yusif Zeynalabdin oğlu FƏRHƏNGDUST
414
Anomik intihar:
Anomik intihar bərabərsizlik, struktur dəyişikliyi,
ictimai quruluş və qaydaların sürətli və əsaslı dəyişilməsi ilə yaranan
gözlənilməz kəskin boşluğun nəticəsidir və bu amillər də öz növbəsində
iqtisadi böhran, ənənəvi dəyərlərin məhv olması, inflyasiya, siyasi
dəyişikliklər, inqilab və başqa səbəblərin nəticəsidir. Beləliklə, insanların
hərəkəti həlledici və aydın üsullarla qurulmur. Bu intihar növünün müəyyən
edilməsində dörd mərhələ müəyyən edilmişdir: sürətli sosial dəyişikliklər,
kollektiv quruluşunda və cəmiyyətin ümumi tənzimlənməsində qaydasızlıq,
sənətə, peşəyə yiyələnmək, boşanma və bunun nəticəsində obyektlə ailə
arasındakı əlaqənin pozulması. (4,135-137)
Təqdirə inanaraq intihar etmək. Bu növ intihar sosial cəmiyyətin
tənzimlənməsinə və nəzarətinə reaksiyadır. Cəmiyyət nizam-intizam
qaydalarının yaradılmasına fövqəladə kəskin dərəcədə əl atdıqda (şəxs güclü
sosial təqlid və itaət altındadır və hər şey təhdid edilmiş, yoxlanılmış, təşkil
olunmuş, quru və cansızdır). Belə olan təqdirdə insanlardan seçim haqqı
alınır və icbari şərtlər altında olan şəxs öz məqsədlərinə çatmaq yollarını
əldə edə bilmir və taleyinə son verir. (4,138)
E. Durkheym sosiologiyada patologiyanın iki vəziyyətini göstərir: sosial
quruluşda problem və cəmiyyətdəki kiçik qruplarda yaxud insanlarda
problem. Ümumiyyətlə, demək olar ki, “individualizmdən irəli gələn intihar
və xarici amillərin təsirindən irəli gələn intihar insanların güclü və zəif
birliyindən yaranır”. Bu vəziyyət o halda baş verir ki, qeyri-bərabərlikdən
yaranmış intihar (anomik) və təqdirə inanaraq intihara maksimum müdaxilə
və nəzarətdən baş verir. (14,132)
İntiharın psixoloji növləri. E. Durkheym, Juse və Voturun
tədqiqatlarına əsaslanaraq psixoloji xəstəlikdən yaranmış intihar növlərini
aşağıdakı kimi dörd qrupda yekunlaşdırıb:
Melanxoliyadan yaranan intihar: bu növ intihar vahimə və xəyalla bağlı
ola bilər. Digər tərəfdən xəstə böhtan dolu təsəvvürlərdən, rüsvayçı xəyal və
təsəvvürlərdən qaçmaq, yaxud yuxarıdan verilmiş hər hansı əmrdən qaçmaq
üçün özünü öldürür.
Hüzn və kədərdən yaranmış melanxolik intihar: ifrat depressiya və
sonsuz kədər hissi vəziyyətində olan bir xəstə onu əhatə edən ətraf mühit,
insanlar, bir sözlə hər şeylə əlaqəsini itirir, sağlam və doğru şəkildə bunları
qiymətləndirə bilmir.
İntiharın sosiologiyası
415
Vəsvəsədən yaranan intihar: intihara nə real, nə də qeyri-real səbəb
yoxdur. Ola bilər ki, yalnız ölüm ideyası heç bir səbəb, sübut olmadan
fövqəladə dərəcədə xəstənin fikrinə hakim kəsilib. Belə düşünmək olar ki,
bu təfəkkür və sübutdan kənarda qalan instinkt tələbdir.
Ani və qeyri-iradi səbəbdən yaranan intihar: intihar qeyri-iradi bir daxili
təzyiqin nəticəsidir. Qəflətən hər cür müqavimət ondan alınır, nə həqiqətdə
nə də xəyalında xəstə heç bir səbəb tapa bilmir. (1,202)
Lumberzoya gəlincə o, intiharı dörd növə – bilavasitə, vasitəli, süni və
ikili növlərə ayırır:
Bilavasitə (birbaşa) növdə işin icrasının sonunda ölüm həmin şəxsi izləyir.
İkinci, vasitəli (dolayısı ilə) növdə həmin insanlar qorxu və saysız
xəstəliklər səbəbindən başqasını öldürürlər.
Süni növ intiharda şəxs intihar etməyə güclü meyl göstərir, amma intihar
addımı atarkən yalnız yaralanırlar.
Axırıncı, ikili növ isə qətl və intihardan ibarətdir. Yaxud bir zaman və
məkanda iki intihar. (2,114-115)
Demək olar ki, psixi xəstəxanalarda intiharın 2 əsas növü sadə xalq
arasından olan insanlar arasında yayılmışdır. Birinci odur ki, psixi xəstələrin
istedadı açıqcasına orta səviyyədən yüksəkdir, ikinci odur ki,
xəstəxanalardakı bütün yataq xəstələri daha güclü nəzarət altındadırlar v ə bu
da ona görədir ki, intihara cəhd azalsın. (12,74)
İntiharın hədəfləri. İntiharın xüsusi bir addım olduğunu təsəvvür
etməyimizə baxmayaraq, intihar dərin bir sosial toqquşmadan yaranmışdır:
“İntiharın hədəfi insanın məhv olmasını nəzərdə tutsa da bu həm də insanlara
qarşı təcavüzdür”. (12,11)
İntiharın səbəbləri:
Diqqəti cəlb etmək və şöhrət qazanmaq ehtiyacı.
Başqalarının tənbehinin ehtiyacı.
Fərdi və ictimai həyatdakı problemlərdən qaçma.
Hər şeyin dəyərsiz anlama gəlməsi inamsızlığı. (4,120)
İntiharın səbəbləri 5 əsas çərçivədə araşdırıla bilər (15,230-233):
İlk uşaqlıq təcrübələri: Yuxarı yaş dövrlərində baş verən bəzi intihar növlərini
ailə təcrübəsi, şəxsiyyətin bəzi özəllikləri – valideynlərdən birinin itirilməsi, uzun
müddət məhəbbət hisslərindən məhrum olma, ailənin böyük övladı olma, qan
qohum-larından birinin itirilməsi kimi səbəblərə də bağlamaq olar.
Dostları ilə paylaş: |