Elmи мяъмуяси



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə142/159
tarix02.12.2017
ölçüsü3,47 Mb.
#13563
1   ...   138   139   140   141   142   143   144   145   ...   159

İntiharın sosiologiyası 

413 


İnsan üçün dözülməz olan hər hansı bir yorğun, üzücü vəziyyət. (10,260) 

Depressiya intihara gətirib çıxaran  ən mühüm davranışlardan biridir: 

özünü dəyərsiz hiss etmək, günah hissləri, ölüm haqqında düşünmək, intihar 

yaxud intihara qərar depressiyanın ən geniş yayılmış əlamətləridir:  

Farber və Limton (1970) bildirmişlər ki, kəskin depressiya zamanı şəxs 

adətən öz uzaqgörənliyini itirir, emosiyaya qapılaraq problemi həll etmək 

bacarığından uzaqlaşır və çıxış yolu olaraq intiharı seçir. (13,156)  



İntiharın üsulları. İntiharın üsulları aşağıdakı qaydada bölünmüşdür: 

İşgəncəverici üsullar: yüksəklikdən özünü atma, soyuq və odlu silah, 

düşünülmüş qəza və özünü yandırma. 



Boğucu üsullar: suda batma, qazlarla boğulma, kömür dəmi ilə boğulma, 

boğazdan asılma. 



Zəhərləyici üsullar: arsen duzları, yuxugətirici dərmanlar, alkoqol və 

kimyəvi zəhərlənmə və s. 

Bundan başqa qanuni tibbi diaqnozla bağlı olan bəzi şübhəli üsullar.  

İntiharın növləri.  İntiharın növləri ilə bağlı müxtəlif tədqiqatlar vardır 

və bunlardan ən mühümü E. Durkheymə  məxsusdur (Durkheymin 

klassifikasiyası). E.Durkheym sübut etmişdir ki, insan özünü ictimai 

həyatdan ayırsa cəmiyyətlə  həmrəyliyini itirəcək, nəticədə onun zəifliyi və 

köməksizliyi sayəsində aid olduğu sosial qrupdan asılılığı  azalacaq və o, 

özünə qapanacaq, şəxsi mənafeyi  əsasında möhkəmləndirdiyi tək davranış 

qaydalarını  qəbul edəcək və  nəhayət insanın fərdi  şəxsiyyəti ictimai 

şəxsiyyətin qarşısında ifrat fərdiyyətçilik, yaxud eqoizmə gətirəcək. 

E.Durkheym intiharı dörd qrupa bölmüşdür:  

Eqoizmdən irəli  gələn  intihar: Durkheym bu növ intiharı individualizm 

adət və 


fəlsəfəsi olan 

 özünəməxsus cəmiyyətlərə, həmçinin 

insanlarda  müstəqillik hissi və güclü özünə güvənmə hissi olan cəmiyyətlərə 

aid edir.  



Xarici amillərin səbəb olduğu intihar: Xarici amillərin səbəb olduğu 

intihar daha çox ibtidai cəmiyyətlərdə olur və sosial hadisə şəklində özünü 

göstərir. Misal üçün, hindularda “satı” mərasimi, yaşlı kişilərin intiharı, Fici 

və Manqa tayfalarında xəstə insanların intiharını misal gətirmək olar. 

İndividual tipli intihar ümumiyyətlə, müasir dünya, texnologiya və 

fərdiyyətçilik meyllərinə bağlıdır. (1,220)  




 Yusif Zeynalabdin oğlu FƏRHƏNGDUST 

414 


Anomik intihar: 

Anomik intihar bərabərsizlik, struktur dəyişikliyi, 

ictimai quruluş  və qaydaların sürətli və  əsaslı  dəyişilməsi ilə yaranan 

gözlənilməz kəskin boşluğun nəticəsidir və bu amillər də öz növbəsində 

iqtisadi böhran, ənənəvi dəyərlərin məhv olması, inflyasiya, siyasi 

dəyişikliklər, inqilab və başqa səbəblərin nəticəsidir. Beləliklə, insanların 

hərəkəti həlledici və aydın üsullarla qurulmur. Bu intihar növünün müəyyən 

edilməsində dörd mərhələ müəyyən edilmişdir: sürətli sosial dəyişikliklər, 

kollektiv quruluşunda və cəmiyyətin ümumi tənzimlənməsində qaydasızlıq, 

sənətə, peşəyə yiyələnmək, boşanma və bunun nəticəsində obyektlə ailə 

arasındakı əlaqənin pozulması. (4,135-137)  

Təqdirə inanaraq intihar etmək. Bu növ intihar sosial cəmiyyətin 

tənzimlənməsinə  və  nəzarətinə reaksiyadır. Cəmiyyət nizam-intizam 

qaydalarının yaradılmasına fövqəladə kəskin dərəcədə əl atdıqda (şəxs güclü 

sosial təqlid və itaət altındadır və hər şey təhdid edilmiş, yoxlanılmış, təşkil 

olunmuş, quru və cansızdır). Belə olan təqdirdə insanlardan seçim haqqı 

alınır və icbari şərtlər altında olan şəxs öz məqsədlərinə çatmaq yollarını 

əldə edə bilmir və taleyinə son verir. (4,138)  

E. Durkheym sosiologiyada patologiyanın  iki vəziyyətini göstərir: sosial 

quruluşda problem və  cəmiyyətdəki kiçik qruplarda yaxud insanlarda 

problem. Ümumiyyətlə, demək olar ki, “individualizmdən irəli gələn intihar 

və xarici amillərin təsirindən irəli gələn intihar insanların güclü və  zəif 

birliyindən yaranır”. Bu vəziyyət o halda baş verir ki, qeyri-bərabərlikdən 

yaranmış intihar (anomik) və təqdirə inanaraq intihara maksimum müdaxilə 

və nəzarətdən baş verir. (14,132) 



İntiharın psixoloji növləri. E. Durkheym, Juse və Voturun 

tədqiqatlarına  əsaslanaraq psixoloji xəstəlikdən yaranmış intihar növlərini 

aşağıdakı kimi dörd qrupda yekunlaşdırıb:  

Melanxoliyadan yaranan intihar: bu növ intihar vahimə və xəyalla bağlı 

ola bilər. Digər tərəfdən xəstə böhtan dolu təsəvvürlərdən, rüsvayçı xəyal və 

təsəvvürlərdən qaçmaq, yaxud yuxarıdan verilmiş hər hansı əmrdən qaçmaq 

üçün özünü öldürür.  



Hüzn və  kədərdən yaranmış melanxolik intihar: ifrat depressiya və 

sonsuz kədər hissi vəziyyətində olan bir xəstə onu əhatə edən  ətraf mühit, 

insanlar, bir sözlə hər şeylə əlaqəsini itirir, sağlam və doğru şəkildə bunları 

qiymətləndirə bilmir.  




İntiharın sosiologiyası 

415 


Vəsvəsədən   yaranan  intihar: intihara nə real, nə  də qeyri-real səbəb 

yoxdur. Ola bilər ki, yalnız ölüm ideyası heç bir səbəb, sübut olmadan 

fövqəladə  dərəcədə  xəstənin fikrinə hakim kəsilib. Belə düşünmək olar ki, 

bu təfəkkür və sübutdan kənarda qalan instinkt tələbdir.  



Ani və qeyri-iradi səbəbdən yaranan intihar: intihar qeyri-iradi bir daxili 

təzyiqin nəticəsidir. Qəflətən hər cür müqavimət ondan alınır, nə həqiqətdə 

nə də xəyalında xəstə heç bir səbəb tapa bilmir. (1,202)  

Lumberzoya gəlincə o, intiharı dörd növə – bilavasitə, vasitəli, süni və 

ikili növlərə ayırır:  

Bilavasitə (birbaşa) növdə işin icrasının sonunda ölüm həmin şəxsi izləyir. 

İkinci,  vasitəli (dolayısı ilə) növdə  həmin insanlar qorxu və saysız 

xəstəliklər səbəbindən başqasını öldürürlər.  

Süni növ intiharda şəxs intihar etməyə güclü meyl göstərir, amma intihar 

addımı atarkən yalnız yaralanırlar.  

Axırıncı,  ikili növ isə  qətl və intihardan ibarətdir. Yaxud bir zaman və 

məkanda iki intihar. (2,114-115)  

Demək olar ki, psixi xəstəxanalarda intiharın 2 əsas növü sadə xalq 

arasından olan insanlar arasında yayılmışdır. Birinci odur ki, psixi xəstələrin 

istedadı açıqcasına orta səviyyədən yüksəkdir,  ikinci odur ki, 

xəstəxanalardakı bütün yataq xəstələri daha güclü nəzarət altındadırlar v ə bu 

da ona görədir ki, intihara cəhd azalsın. (12,74)  

İntiharın hədəfləri.  İntiharın xüsusi bir addım olduğunu təsəvvür 

etməyimizə baxmayaraq, intihar dərin bir sosial toqquşmadan yaranmışdır: 

“İntiharın hədəfi insanın məhv olmasını nəzərdə tutsa da bu həm də insanlara 

qarşı təcavüzdür”. (12,11)  



İntiharın səbəbləri:  

Diqqəti cəlb etmək və şöhrət qazanmaq ehtiyacı. 

Başqalarının tənbehinin ehtiyacı.  

Fərdi və ictimai həyatdakı problemlərdən qaçma.  

Hər şeyin dəyərsiz anlama gəlməsi inamsızlığı. (4,120)  

İntiharın səbəbləri 5 əsas çərçivədə araşdırıla bilər (15,230-233):  



İlk uşaqlıq təcrübələri: Yuxarı yaş dövrlərində baş verən bəzi intihar növlərini 

ailə təcrübəsi, şəxsiyyətin bəzi özəllikləri – valideynlərdən birinin itirilməsi, uzun 

müddət məhəbbət hisslərindən məhrum olma, ailənin böyük övladı olma, qan 

qohum-larından birinin itirilməsi kimi səbəblərə də bağlamaq olar.  




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə