Elmи мяъмуяси



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə139/159
tarix02.12.2017
ölçüsü3,47 Mb.
#13563
1   ...   135   136   137   138   139   140   141   142   ...   159

Təsəvvüfün təkamül yolu və bədii ədəbiyyatda işlənmə tarixi 

403 


görüşü haqqında məlumatlar vermişlər. 31 yaşında ikən Fes şəhərində 

keçirdiyi nurlanma zamanı o, Məhəmməd peyğəmbəri görmüş  və 

“Müdrikliyin möhürü” əsərini - peyğəmbərlik ensiklopediyasını yaratmışdır. 

Məkkədə ikən  İbn  Ərəbi özünün 15.000 vərəqlik çoxcildli traktatını, 

sufiliyin metafizik aspektlərini izhar etdiyi şah əsərini - “Məkkə kəşfləri”ni 

tərtib etməyə başlamış və bu əsərə görə “Əflatunun oğlu” adını qazanmışdır. 

İbn  Ərəbi sufi kosmoqoniyasını, “kiçik dünya”, “Allahın obrazı” kimi 

götürülən insan haqqında və yaradılışın səbəbi barədə  təlimi, “məqam” və 

“hal” haqqında sufi təsəvvürlərini işləyib hazırlamış, “vəhdət  əl-vücud” 

haqqında təlim yaratmışdır. Onun yaradıcılığına orijinallıq verən iki ilahi 

əksliyi özündə birləşdirən, “aralıq” dünya barədə müddəadır.  

İbn Ərəbi yaradıcılığı sufizmin zirvəsidir. Ona qədər sufilik Əbu Talib əl 

Maki və  Əbu Hamid əl Qəzalidə müşahidə edildiyi kimi, bir növ, praktik 

mistika idi. Ondan sonra isə sufilik müsəlman ezoterizminin mümkün qədər 

sistemləşdirilmiş  məcmusu, dünya ezoterizminin zirvəsi - başdan-başa 

teosofiya - təsəvvüf idi. 

İbn  Ərəbi “Məkkə  kəşfləri”ndə Qurana və Allahın adlarından birinə - 

“Sevən” (əl-Vədud) adına istinad edərək Məhəbbəti ilahi məqama (məqami-

ilahi) bənzədir. Bu məhəbbətdən yalnız Allahı  dərk edən varlıq (vücud) və 

insan emanasiya edir. 

İbn  Ərəbinin də tez-tez müraciət etdiyi İbn Qasiyədən soruşanda ki, 

Allahı necə tanımaq olar, o, (İbn Qasiyə) belə cavab verir: “O əkslikləri 

birləşdirən kəsdir”. Sonra Qurandan iqtibas gətirərək: “O birinci və 

axırıncıdır,  əvvəl və axır da Odur” (Quran, 57: 3). Sufi ənənələrinə, o 

cümlədən  İbn  Ərəbiyə görə, qoşulma yolu insanın ilkin təbiətinə qayıtması 

yoludur (fitrə). Bu, ilahi mahiyyətə, Kəbəyə,  əkslikləri birləşdirən tarazlıq 

nöqtəsinə, ilahi mehraba və insan qəlbinə qayıdış yoludur.  

İbn  Ərəbi varlığın vəhdəti  əsasları üzərində  bərqərar olan (vəhdət  əl-

vücud) və mistik fəlsəfə deyimində Allahın vəhdaniyyəti (tövhid) haqqında 

islami doqmanı ifadə edən sufi məktəbinin banisi kimi tanınır. [2, 7]. 

İbn Ərəbi özünün “varlığın vəhdəti” təliminə insani bilgilərin ali sintezi 

kimi, özünə isə “kamil insan”ın təcəssümü kimi baxır. 

Bütün dinlərin təlqin etdiyi, dini duyğuların mərkəzində dayanan və bu 

baxımdan da, dinləri yaxınlaşdıran, onların eyniyyət məqamı kimi çıxış edən 

eşqdir. Təsadüfi deyildir ki, İbn  Ərəbi təlimi az qala bütün dünya xalqları 



 Ülviyyə SƏLİMBƏYOVA 

404 


tərəfindən dinlər arasında körpü kimi, vahid din ideyasının təməl prinsipi 

kimi qəbul olunur. 

İbn  Ərəbi təliminin izləri Azərbaycan  ədəbi-fəlsəfi fikrində orta əsrlər 

dövründə  də olmuşdur.  İbn  Ərəbi və  Nəsimi poeziyasında tez-tez rast 

gəlinən Haqqın eşqlə, eşqin gözəlliklə, gözəlliyin məhz insan gözəlliyi ilə 

əlaqələndirilməsi  əslində ortaq poetik ənənələrdən xəbər verir. “İnsan” 

əslində bütövlükdə cismani aləmin bir parçası kimi götürülməklə  bərabər, 

İlahi ruhun daşıyıcıları kimi qəbul olunur. Bir dünyadakı gözəllik başqa 

dünyadakı daha yüksək gözəlliyin proyeksiyası, güzgü əksi kimi üzə çıxır.  

Təsəvvüfün  əsas müddəası “Haqqın vahidliyini qəbul etməkdir”. Haqq 

isə başqa rakurslarda ya Xeyir, ya Gözəllik, ya Həqiqətdir. Bunlara çatmaq 

üçün isə insan yerdən, fani dünyadan ayrılaraq yüksəlməli, uca səmalara 

qovuşmalıdır ki, bu da ancaq İlahi vəcdin, eşqin gücü ilə mümkündür.  

Həm islam, həm də xristianlıq tərəfindən qəbul olunan universal sevgi prin-

sipi bütün insanlara mərhəmət və məhəbbət çağırışından keçərək vahid Allaha 

məhəbbət ideyasına gətirir ki, bu da dinlərin eyniyyət məqamına çevrilir.  

Şərq fəlsəfəsində  və poeziyasında dərin köklərə malik olan bu ideya 

XVIII-XIX  əsrlərdə  Qərb poeziyasında da cücərti verməyə başlamışdır. 

F.Hölderlinin “Din - gözəlliyə sevgidir” kəlamı  Qərbdə qeyri-adi bir 

yaxınlaşma, az qala bir inqilab kimi dəyərləndirilir. K.Yaspers Hölderlin 

poeziyasında bu cür tapıntıları bir tərəfdən  İlahi təsirin gücü ilə, digər 

tərəfdən də bir psixi xəstəlik kimi, şizofreniyanın yaratdığı görüntü kimi izah 

etməyə çalışır.  

İslam dünyasında eşqin universallaşdırılması və hətta ontoloji mahiyyət 

kəsb etməsi İbn Sinanın və Nizaminin adı ilə, ilahi eşq konsepsiyası isə daha 

çox dərəcədə  təsəvvüf fəlsəfəsi və onun ilk nümayəndələrindən olan Rabiə 

əl-Ədəviyyənin adı ilə bağlı olsa da, Eşq Tanrıçılığı  məhz  İbn  Ərəbi 

tərəfindən bütöv bir təlim səviyyəsinə qaldırılmışdır. [3,  4-5].  

İbn  Ərəbinin ideya üslubu Azərbaycan  şairlərindən  ən çox Cavid 

yaradıcılığında davam edir. Onun ilahi hüsnə, gözəlliyə, eşqə müraciətləri, 

İlahi gözəlliyi yerdə axtarmaq və ya başqa sözlə, dünyəvi gözəlliklə  İlahi 

gözəlliyin vəhdətindən, eyniyyətindən çıxış etmək təşəbbüsləri Caviddə  də 

rast gəlinir. O da İbn Ərəbi kimi daha çox əlaqəni, vəhdəti göstərir və insan 

da bu vəhdətin, Haqqın təzahürlərindən fərqli məkanlarından biri kimi anılır.  




Təsəvvüfün təkamül yolu və bədii ədəbiyyatda işlənmə tarixi 

405 


Sufi harada isə  şairlə filosofun arasında qərar tutur. Sufi-şair ruh 

aləminin yolçusudur. Bu yolda rast gəldiklərini ifadə etmək üçün gah şeirin

sənətin, gah da fəlsəfənin xidmətindən istifadə edir.  

İlham, vəcd sənətkara Haqqı bilavasitə görmək, eşitmək, duymaq imkanı 

verir. Bu, sözü qanadlandıran və söz dünyasının böyük imkanlarını üzə 

çıxaran bir imkandır.  

Sufi ilham, vəcd, kəşf qanadlarında mərtəbə-mərtəbə yüksəlir, Haqla özü 

arasındakı pərdələri bir-bir qaldıraraq Haqqa qovuşmağa çalışır. [3, 4-5].  

Vəhdəti-Vücud fəlsəfi konsepsiyasına görə, bütün varlıq Tanrıdan 

Vücudi-Külldən ibarətdir və insan da həmin Küllün bir zərrəsidir ki, ayrılıb 

ruh aləmindən cism aləminə düşmüşdür. Bir müddət Vücudi-cismdə olandan 

sonra yenidən Vücudi-Küllün ruh aləminə qayıdır. 

İnsan yalnız özünü sevib mənsub olduğu Vücudi-Küllə qovuşmaq üçün 

çalışır. Bu qovuşma yolunda o (insan) cəfalar, məhrumiyyətlərlə qarşılaşır. 

Vücudi-Küllə qovuşmaq üçün insan öz əqlini,  İlahi məhəbbətini 

kamilləşdirməlidir. Çünki ali varlıq olan Vücudi-Küll kamilliyin ən axır 

zirvəsidir. Onun dərki və Ona qovuşmağın xüsusi mərhələləri var. Ona 

qovuşub fənaya (yoxluğa) çatmaq üçün insan təkamül prosesi keçməlidir. Bu 

proses-saflaşma, paklaşma prosesidir və onun mərhələləri bunlardır:  Şəriət 

(insan Şəriət qanunlarını dərindən bilməli və əməl etməlidir); ikinci-Təriqət 

(iman  əhli) öz təriqətini seçməli və onun müddəları ilə  həyatı  dərk edib, 

insanları mühakimə etməlidir; üçüncü-Mərifət (insan öz əməlləri ilə 

cəmiyyətdə mərifət sahibi olub, hörmətə layiq olmalıdır, hamı onu ehtiramla 

qarşılamalı  və ehtiramla yola salmalı,  şəxsiyyətinə hörmətlə yanaşmalıdır); 

dördüncü-Həqiqət (insan artıq kamilləşərək, saflaşaraq həqiqət zirvəsinə 

çatmış və həyatın gərdişini asanlıqla dərk edir, hadisələrə real qiymət verib, 

lazımi nəticə çıxara bilir, Allahın iradəsini rəsmi qayda kimi qəbul edir).  

Bu konsepsiyanı sufilər yaratmışlar. Onlar üçün bu dünya duracaq yer 

deyil, doğuluş qəmdir, çünki ruhi aləmdən ayrılmış cismani aləmə gəlmişdir. 

Azadələrin yeri isə ruhlar aləmidir.  İnsan özündə  İlahi keyfiyyətlər 

aşılamaqla yenidən Ali varlığa çatıb xoşbəxt ola bilər.  Əsl xoşbəxtlik Ali 

varlığa qovuşmaq-fənafillahdır. [4 , 122]. 

Düşünürük ki, sufilərin yaratdıqları bu mərhələləri sxemlə göstərsək 

məqsədə daha müvafiq olardı: [5, 122].   

 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə