Elmи мяъмуяси



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə136/159
tarix02.12.2017
ölçüsü3,47 Mb.
#13563
1   ...   132   133   134   135   136   137   138   139   ...   159

 

 Tariyel RƏSULOV 

394 


fəthləri mövzusunda daha gözəlini bilmirik” deyərək “Fütuhul - büldan”ın 

dəyərini təqdir etmişdir. 

İslam tarixçiləri Hz. Məhəmməd (s.a.v.) peyğəmbərin hədislərinin 

rəvayət edilməsində  tətbiq olunan üsula görə  nəql etdikləri hər hansı bir 

xəbərin qaynağını göstərmək ənənəsini mənimsəmişdilər. Bunun bir nəticəsi 

olaraq da Orta əsrlər tarixşünaslığında müsəlman ravilərinin xəbər verdiyi 

hər bir məlumatın başlığında bir sənədin olduğunu görürük. Müsəlman 

alimlərinin sənədi olmayan xəbəri qəbul etmədiklərinə görə bu üsul 

keçmişdən xəbər verən bütün elmlərə və alimlərə tətbiq edilirdi.  

Bəlazuri də öz əsərlərində bu üsula bağlı qalmışdır. Müəllifimiz verdiyi 

xəbərlərin başlığındakı  sənədləri müxtəlif  şəkillərdə  işlətmişdir. O, həmin 

dövrdə hamı  tərəfindən bilinən və geniş yayılmış  sənəd üsuluna görə 

ravilərin adlarını  sıraladığı  xəbərlərlə birlikdə vermiş, bəzən də ravilərin 

adlarını ixtisara salmışdır. Belə ki, onların adlarını deyil, yalnız verdikləri 

xəbərləri “Ravilərin dediklərinə görə” deyə birləşdirərək qələmə almışdır. 

Bəlazuri öz əsərlərində tətbiq etdiyi bu metodu “Fütuhul - büldan” kitabını 

yazmağa başlayarkən, elə ilk cümlədəcə açıq - aşkar bildirmişdir:  

“Hədis, siyer və ölkələrin fəthləri ilə  məşğul olan alimlərdən ibarət bir 

camaat mənə xəbər verdi; mən də onların sözlərini bəzən eyni ilə nəql etdim 

və ya qısaltdım; bəzən də bir hissəsini xəbərlərin digər bir hissəsi ilə 

qarşılaşdıraraq bütünləşdirməyə çalışdım”. 

Bütün bunlarla birlikdə Bəlazuri, “Xıms xalqından olan bir şeyxin mənə 

xəbər verdiyinə vəya soylədiyinə görə” şəklində bəzən bir şəxs vəya bir neçə 

nəfərdən bilavasitə özünün dinlədiyi vəya xəbər aldığı  rəvayətləri qısa bir 

sənəd şəklində təqdim etmişdir. Bütün bu müxtəlifliklər onun istifadə etdiyi 

qaynaqların zənginliyini göstərir.  

Sənədlərin tərcüməsi  əsnasında, mətnlərin tərcüməsi yerinə ravilərin 

adlarını sıralamaq, axırda da “… yoluyla rəvayət edilmişdir” şəklində bir yol 

təqib edilmişdir. Bu xüsus, yalnız çox ravili sənədlər üçün tətbiq 

olunmuşdur. 

Bəlazuri ölkələrin fəthlərinə Hz. Məhəmməd (s.a.v.) peyğəmbərin 

Mədinə (keçmiş adı  Yəsrib olan bu şəhər Hz. Məhəmməd (s.a.v.) 

peyğəmbərin buraya hicrətindən sonra onun şərəfinə “Mədinətün - Nəbi”, 

yəni peyğəmbərin  şəhəri adlandırılmış, daha sonralar isə onun adı sadəcə 

“Mədinə” şəklində işlədilmişdir) şəhərinə hicrəti ilə başlamışdır. Daha sonra 



Azərbaycan tarixşünaslığında xüsusi yeri olan Bəlazuri və 

onun Fütuhul – Büldan əsəri haqqında qısa məlumat 

395 


Hz. Məhəmməd (s.a.v.) peyğəmbərin dövründə  Ərəbistan yarımadasının 

müxtəlif bölgələrinin necə  İslam dövlətinin hakimiyyəti altına alınması 

haqqında bəhs edilmişdir. Hz. Məhəmməd (s.a.v.) peyğəmbərin dünyasını 

dəyişməsindən sonra meydana çıxan dindən dönmə (riddə - irtidad) 

hərəkatlarının Hz. Əbu Bəkrin (hak: m. 630 - 632) xəlifəliyi dövründə necə 

yatırılmasından bəhs edildikdən sonra, fəthlərin iki fərqli baş komandanlıq 

altında göstərdiyi inkişaf və yeniliklər rəvayət edilmişdir. 

1.

 



Suriya (Şam) baş komandanlığı altında fəth edilən bölgələr:  

Suriya və ətrafı, Fələstin, Anadolu yarımadasındaki bəzi şəhərlər, Misir, 

Şimali Afrika, Əndəlüs (İspaniya) və Aralıq dənizindəki bəzi adalardır. 

2.

 



İraq baş komandanlığı altında fəth edilən bölgələr:  

Səvad (Mesopotamiya), İran, Azərbaycan, Xorasan və Sind əraziləridir. 

Bəlazuri bu əsərində iki fərqli xətt üzərindəki müxtəlif  şəhər və 

bölgələrin, qəbilə  və millətlərin  İslam dövlətinin tərkibinə necə daxil 

edilməsi haqqında müxtəlif mənbələrdən aldığı  xəbərləri rəvayət etmişdir. 

Bununla birlikdə “Fütuhul - büldan” əsərində divanlar, dəftərxana və kağız 

işləri, yeni qurulan şəhərlər və bunlar arasında xüsusilə Kufə, Bəsrə  və 

Bağdad, xərac  ərazilərinin vəziyyəti, Hz. Ömərin Divan təşkilatı, möhür 

işləri, pulların vəziyyəti və  ərəb yazısı kimi siyasi və  hərbi inkişaf və 

yeniliklərdən bəhs olunmuşdur. Həmçinin qeyd olunan siyasi və  hərbi 

məsələlərlə yanaşı iqtisadi, ictimai, mədəni və dövlət təşkilatlarına aid 

mövzuların da bu əsərdə geniş bir şəkildə yer aldığının şahidi oluruq. 

Bəlazuri bir yerin necə  fəth edildiyini təsbit edərkən, xüsusilə bu 

bölgənin sülh, yoxsa hərb yoluyla tutulmasını aydınlaşdırmağa çalışır. 

Çünki, bu xüsus torpaq vergilərinin təsbit edilməsi baxımından böyük 

əhəmiyyət daşıyır.  

Digər tərəfdən onun qeyri - müsəlmanların ödədikləri “Cizyə” vergisinin 

də başqa bir şəkildə müəyyənləşdirilməsinə xüsusi etina göstərdiyinin şahidi 

oluruq. Həmçinin Bəlazuri fəthlərdən sonrakı  təmir və müsəlmanların fəth 

olunmuş  ərazilərdə yerləşdirilməsi fəaliyyətlərinə, xüsusilə  də  məscidlərin 

tikilməsinə aid xəbərlər və rəvayətlər xüsusunda zəngin tarixi vəsiqələri bizə 

nəql etmişdir.  

Fütuhul - büldan əsəri Azərbaycan xaricində bir neçə yerdə müxtəlif 

dillərdə  nəşr edilmişdir. Bunlardan bizə  məlum olan nəşrlərin adlarına və 

nəşr illərinə nəzər salaq: 



 

 Tariyel RƏSULOV 

396 


a.

 

De Goeje, Leiden 1863 - 66. 



b.

 

Salahuddin əl - Münəccid, Qahirə 1956 - 1960. 



c.

 

Məhəmməd Ridvan, Qahirə 1932. 



d.

 

Abdullah Enis ət - Tabba – Ömər Enis ət - Tabba, Beyrut 1957. 



e.

 

Süheyl Zəkkar bu əsəri “əl - Büdan və fütuhuhə və əhkamuhə” adı 



ilə nəşr etdirmişdir (Beyrut 1983). 

“Fütuhul - büldan” əsəri Türk, İngilis, Alman və ibtidai bir şəkildə Latın 

dilinə  tərcümə edilmişdir. Bu tərcümələrin tarixləri və onların müəllifləri 

aşağıdakılardır: 

1.

 

Mustafa Fayda, El - Belazuri, Fütuhul - Büldan, T. C. Kültür 



Bakanlığı Kültür Eserleri, Ankara 2002. 

2.

 



P. K. Hitti, The Origins of the Islamic Stata, I – II, Nevv - york 

1916.  


3.

 

O. Rescher, I – II, Leipzig 1917 – 1923. 



4.

 

Hamaker, Leiden 1884. 



“Fütuhul - büldan” əsərini Türk dilinə  tərcümə etmiş Türkiyə 

Cümhuriyyəti Marmara Universitetinin İslam tarixi mütəxəssisi Prof. Dr. 

Mustafa Fayda kitabın təqdimatında özündən əvvəl edilmiş tərcümələr və öz 

tərcüməsi haqqında yazır: 

“Fütuhul - büldan, Zakir Kadri Ugan tərəfindən T. C. Maarif Vəkaləti 

Klassikləri arasında, iki cild halında  İstanbulda 1955 - 56 illərində 

Turkcəmizə qazandırılmışdır. Çox dəyərli tərcümə çalışmaları etmiş  və 

bunların bir çoxu hələ  də yayınlanmayan mərhum Z. K. Uganın Fütuhul - 

büldan tərcüməsində  bəzi yanlışlıqlar nəzərimizi cəlb etdi. Bundan başqa 

əsərin çap maşınında işlənməsi sırasında və  mətbəə düzəlişləri  əsnasında, 

başda xüsusi isimlər olmaq üzrə, bir çox kəlimə yanlış olaraq təsbit edilib 

basılmışdır; bəzi  şeylər qarışmış  vəya sadəcə üzərindən keçilmişdir. Biz 

tərcüməmizi həyata keçirərkən mərhum Uganın tərcüməsindən istifadə etdik; 

ərəbcə  mətnlərin daha yaxşı anlaşılmasında ondan yararlandıq. Ancaq 

burada mövcud olan bəzi yanlışlar Hz. Ömər barəsində çalışdığım 1974 - cü 

ildən bəri, bu əsərin yenidən tərcümə edilməsinə məni məcbur etmişdir. Bu 

yanlışlardan yalnızca bir örnək verməklə yetinəcəyəm: 

“Ömər bin Xəttab, Səvad torpaqlarının onda birinə (öşürünə) əl qoyduğu 

(dövlətləşdirdiyi) vaxt, mən torpağımın onda yeddisini əlimdə mühafizə edə 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə