Elmи мяъмуяси



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə137/159
tarix02.12.2017
ölçüsü3,47 Mb.
#13563
1   ...   133   134   135   136   137   138   139   140   ...   159

Azərbaycan tarixşünaslığında xüsusi yeri olan Bəlazuri və 

onun Fütuhul – Büldan əsəri haqqında qısa məlumat 

397 


bilmişdim; torpağımın onda üçü əlimdən çıxmışdı…” (Fütuhul - büldan, II. 

56, Zakir Kadri Ugan tərcüməsi)  

Yanlış olaraq həyata keçirilən bu tərcümənin doğrusu belədir: 

“Ömər bin əl - Xəttab, əs - Səvaddakı on növdə olan torpağı dövlətə aid 

etdi; mən (ravi) bu on növ torpaqdan yeddisini xatırlayıram, üçünü 

unutdum…” 

Bu cür yanlış tərcümə, elmi çalışmalar əsnasında əfsuslar olsun ki, eyni 

ilə işlədilmişdir. 

Sonda qeyd etmək istərdik ki, Bəlazuri öz əsərlərində xilafət 

sistemindəki ölkələrin müsəlmanlar tərəfindən fəth olunmasının dəqiq 

təsvirini verir.  Bu əsərlərdə xilafətə tabe olan xalqların iqtisadiyyatı, ictimai 

münasibətləri və  mədəniyyəti barədə mühüm məlumatlar vardır. Onun 

əsərlərində Azərbaycan və  ətraf bölgələr haqqında verilən yazılar, o 

cümlədən xilafət ordularının yürüşləri, xilafət sərkərdələrinin Azərbaycanın 

bir sıra vilayət və  şəhərlərinin hakimləri ilə bağladıqları müqavilələr,  ərəb 

tayfalarının Azərbaycana köçürülməsi barədə  məlumatlar vətənimizin 

tarixini öyrənmək üçün qiymətlidir.   

 

 



 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 

 

 

Аzərbаycаn tаriхi üzrə qаynаqlаr Bакı, 1989.   

Bünyadov Z. Azərbaycan VII - IX əsrlərdə, “Azərnəşr”, Bakı 1989 

Dоğuşdаn günümüzə Böyüк İslаm tаriхi. 1986. I cild.  

İslаm еnsiкlоpеdiyаsı “Bəlаzuri” mаddəsi.   

Mustafa Fayda, El - Belazuri, Fütuhul - Büldan, Ankara, 2002 

Yеni rеhbеr еnsкlоpеdisi. “Bеlаzuri” mаddəsi.    

Vəliхаnlı  N.  M.  “ХIХ – ХI  əsr  ərəb cоğrаfiyаşünаs səyyаhlаrı 

Аzərbаycаn hаqqındа”, Bакı 1975 

 “Bəlazurinin “Fütuhul-Büldan” əsəri Azərbaycan tarixini öyrənmək 

üçün mənbə kimi” tamamlanmamış namizədlik işi.   



 

 Tariyel RƏSULOV 

398 


 

 

SUMMARY 

 

 

Migration of Arabs to newly seized countries and settling down in these 

countries began after Arab power became stronger in the captured areas. 

Migration of Arabs to newly seized countries was expressed firstly in the 

form of setting up military armed camps where the caliph’s vicars lived, 

secondly capturing certain area of nomadic Arab tribes. The armed camps in 

short time became the center of city life mainly a place where type of culture 

of common Muslim established.   



 

 

 

 

РЕЗЮМЕ 

 

 

Переселение арабов в ново - завоеванные страны, а также их посе-

ление  там  началось  после  укрепления  власти  арабов  на  завоеванных 

территориях. Иммиграция арабов в ново-завоеванные страны осущест-

влялась, во-первых, в виде разбивки военных лагерей для проживания 

наместников,  во - вторых,  занятия  определенной  территории  бедуина-

ми.  Лагеря  вскоре  становились  центрами  городской  жизни,  главным 

образом, местом создания типа общей мусульманской культуры. 

 

 



Təsəvvüfün təkamül yolu və bədii ədəbiyyatda işlənmə tarixi 

399 


 

 

 



 

TƏSƏVVÜFÜN TƏKAMÜL YOLU VƏ 

BƏDİİ ƏDƏBİYYATDA İŞLƏNMƏ TARİXİ 

 

Ülviyyə SƏLİMBƏYOVA 

Bakı Dövlət Universiteti 

Filologiya fakültəsi, II kurs magistrant 

 

 

Təsəvvüf elmi digər islami elmlər kimi günümüzə qədər müxtəlif mərhə-

lələr keçərək gəlib çatmışdır. Təsəvvüf – İslam dininin ruhi təkamül yolu və 

“Xatəmül-ənbiya” olan islam peyğəmbərimizin təmsil etdiyi mənəvi 

həyatdır. Mənəvi həyatda ən gözəl əxlaq nümunəsini Hz. Məhəmməd /s.ə.s./ 

peyğəmbərimizin nümunəvi şəxsiyyətində görürük.  

İslam dini ilə təsəvvüfün (sufiliyin) qarşılıqlı münasibətləri barədə uzun 

əsrlərdir ki, elmi mübahisələr davam edir. Belə ki, bəzi tədqiqatçılar 

təsəvvüfün  İslamla az qala daban-dabana zidd olduğunu və  İslamdan 

qabaqkı dinlərə dayandığını iddia edirlər. Onların fikrincə, sufilik - 

xristanlıq, buddizm, hinduizm, manilik və atəşpərəstlik dinlərinin mirasıdır 

və  İslamın ruhuna yabançı olan bir təlim kimi qəbul edilməlidir. Bəziləri 

təsəvvüfün köklərini həm keçmiş dinlərdə, həm də  İslamda axtarır və 

deyirlər ki, təsəvvüf elmi yalnız bir dinin deyil, bütün  bəşəriyyətin məhsulu, 

mövcud olan dinlərin mirasıdır.  Bunların qarşısında duran üçüncü dəstə isə 

sufiliyin yalnız  İslama  əsaslandığını  qətiyyətlə müdafiə edirlər.  İslam 

təsəvvüfü özünəqədərki ümumdünya fikir tarixinin mütərəqqi cəhətlərini 

mənimsəmiş, lakin onları zaman və şərait süzgəcindən keçirmişdir.    

İslamda ilk vaxtlar sufilik özünü zöhd-zahidlik şəklində göstərmişdir. 

Muhəmməd Peyğəmbərə /s.ə.s./ yaxın olan adamlar - Əli bin Əbu Talib, Əbu 

Zərr, Salman Farisi, Hüseyfə,  Əbüddərda zahid həyatı sürmüş, azla 

kifayətlənmiş, sadə geyinmiş, vaxtlarını ibadətdə keçirmişlər. 

Müsəlman zahidləri Quran ayələrinin mənaları barədə düşünür, Quran və 

hədislərdə göstərilən hökmlərə  dəqiq  əməl edir, günlərini namazda, orucda 

keçirir,  əməlisaleh həyat sürür, dünya malından uzaq olmağa çalışırdılar. 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə