Elmи мяъмуяси



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə138/159
tarix02.12.2017
ölçüsü3,47 Mb.
#13563
1   ...   134   135   136   137   138   139   140   141   ...   159

 Ülviyyə SƏLİMBƏYOVA 

400 


Lakin bu zahidlik tərkidünyalıq deyildi. İslam tərkidünyalığı  qəbul etmir, 

sadəcə olaraq dünyaya aludəliyi pisləyir.  

Tədricən zahidlər, xüsusilə Həsən Bəsri, Rabiə el-Ədəviyyə, Darani kimi 

Bəsrə zahid və abidləri arasında Allaha təmənnasız məhəbbət, yaxınlıq 

həsrəti motivləri intişar tapır və bu keyfiyyətlər sufi ideologiyasının əsasını 

təşkil edir. "Təsəvvüfə dair traktat" (Risalə fi-t-təsəvvüf)  əsərinin müəllifi 

Qüşeyri (vəfatı-1072) göstərir ki, bu səviyyədə sufulik yalnız hicrətin II 

əsrindən sonra eydana çıxmışdır.  

“Təsəvvüf” və “irfan” kəlmələri fərqli cür səslənsə də, eyni bir mənanın ça-

larlarını ifadə edir. Həqiqət bundan ibarətdir ki, irfansız təsəvvüf, təsəvvüfsüz 

irfan yoxdur. İrfan – “Haqqa doğru yönələn yol” -  barəsində  nəzəri bilikləri 

əhatə etdiyi halda, təsəvvüf - bu yolun təcrübi olaraq keçilməsidir. Əsl irfan elə 

İslam dininin batinindədir. Qəhhar Allahın /c.c./ sözü olan möcüzəli Qurani-

Kərimin mütəşabih ayələrinə nəzər salsaq, bu fikrin nə dərəcədə doğru olduğu 

göz önündə canlanar. Belə ki, Qurani-Kərimdə rast gəlinən “liqaullah” (Allahın 

görünüşü), “rizvanullah” (Allahın razılığı), “vəchullah” (Allahın siması), 

“əsmaullah” (Allahın adları) kimi ifadələr, vəhy, merac, Adəmin yaradılışı, 

məad və ruh kimi mövzular əslində sırf irfan və təsəvvüf məsələləridir. Təsadüfi 

deyildir ki, bir çox sufilər məhz bu mövqedən çıxış edərək kəlam və kitablarında 

Quran ayələrinə sıx-sıx istinad etmişlər.  

Sufi mütəfəkkirləri Quran ayələrinin təvilini - rəmzi alleqorik mənalan-

dırılmasını mühüm hesab edirlər. Bəzi sufi mütəfəkkirləri göstərirlər ki

Allaha /c.c./ doğru aparan yolun son məntəqəsi təkcə Allahı /c.c./  müşahidə 

etmək deyil, həm də Allahda /c.c./ fənaya uğramaq (fəna), Allahda /c.c./ 

əbədilik qalmaqdır (bəqa). Allaha /c.c./ qovuşmaq, O-nda əriyib yox olmaq 

(hülul) ideyası da sufilikdə geniş yayılmışdır.  

Təsəvvüfün tarixi boyunca yaşayıb-yaratmış görkəmli  şəxsiyyətlərin 

yaradıcılığı onların Qurani-Kərimə  nə  qədər böyük əhəmiyyət verdiklərini 

göstərir. Təsəvvüf şeyxləri sayılan və irfanda rəy sahibi olan şəxsiyyətlər öz 

əsərlərini Quran-Kərimin ayələri ilə başlamağı, öz fikirlərini Quranla 

əsaslandırmağı özlərinə  fəxr bilmişlər. Hətta məşhur ariflərin bəziləri 

müqəddəs kitaba təfsir yazmışlar: (məsələn, Mühyiddin ibn Ərəbi, Sədrəddin 

Konyəvi, Xacə Abdullah Ənsari, Molla Sədra, Feyz Kaşani və b.).  

“Sufi” sözü hicri II əsrin sonlarından (miladi VIII əsrin sonu) etibarən 

tarix səhnəsində göründüyü halda, bu sözə paralel mənaları ifadə edən 



Təsəvvüfün təkamül yolu və bədii ədəbiyyatda işlənmə tarixi 

401 


“irfan”, “mərifət” və “arif” anlayışları bundan çox-çox əvvəllər 

məsumlarımız tərəfindən incələnmişdir.  

Təsəvvüf elmi digər islami elmlər kimi günümüzə qədər müxtəlif mərhə-

lələr keçərək gəlib çatmışdır.  

Sufilik yarandığı zamandan bəri onun mahiyyətini açmaq, mənasını 

sözlə ifadə etmək və söz qəlibində ona tərif vermək cəhdləri olmuşdur.  

Sufilik, bəlkə  də barəsində  ən çox danışılan və mahiyyətinə  ən çox tərif 

verilən məfhumlardan biri sayıla bilər.  

İstər sufilərin özləri, istərsə də sufiliyin tədqiqatçıları sufiliyə minlərlə tə-

rif verməyə çalışmışlar. Deyilənlərə görə, hicri V əsrdə yaşamış Əbu Mənsur 

Əbdülqadir Bağdadi sufiliyin 1000-dən artıq tərifini toplayıb, əlifba sırası ilə 

sıralamışdır. Sührəvərdi isə “Əvarifül-məarif” kitabında bir neçə nəzəriyyəni 

qeyd etdikdən sonra yazır: “Təsəvvüfün mahiyyəti barəsində  şeyxlərin 

sözlərinin sayı 1000-dən artıqdır. Amma bunlar söz baxımından fərqli, məna 

baxımından oxşardırlar”.  Əlbəttə,  əslində sufiliyə verilmiş  təriflərin sayı 

bundan qat-qat çoxdur. Elə  təkcə  Əbu Nəim  İsfahaninin “Hilyətül-Övliya” 

əsərində sufiliyin izahı baxımından 1000-dən artıq nəzəriyyəyə rast gəlmək 

mümkündür.  

Məşhur  şərqşünas Nikolson isə  “İslam sufiləri” kitabında hicri V əsrə 

kimi yazılmış  mənbələrdəki təriflərdən səksən yeddisini qeyd edərək yazır: 

“Ərəb və fars mənbələrində sufiliyə çoxlu təriflər verilmişdir. Amma 

bunların hamısını araşdırdıqdan sonra deməliyik ki, sufiliyə  dəqiq tərif 

vermək mümkün deyildir”.  

Təsəvvüfün  şərhində fikir ayrılıqları olsa da, düşünürük ki, Cüneyd 

Bağdadi tərəfindən təsəvvüfə verilən tərif daha qənaətbəxş hesab 

olunmalıdır. Belə ki, onun (Cüneyd Bağdadi) haqlı  qənaəti olaraq: 

“Təsəvvüf  əvvəldə zikr, sonra vəcddir. Daha sonra isə  nə ondan, nə  də 

bundandır”. “Təsəvvüf o kəsin yoludur ki, sağ  əlində Allahın kitabını 

(Qurani-Kərimi), sol əlində Müstəfa sünnəsini tutmuş olsun və bu iki şamın 

işığında yol getsin ki, nə şübhə girdabına, nə də bidət zülmətinə düşməsin”. 

Zün-nun Misridən sufilərin kim olduğunu soruşanda cavab verdi: “Onlar 

Allahı hər şeydən üstün bilərlər, Allah da onları hamıdan üstün bilər”.  

X  əsrdən etibarən bütün Yaxın  Şərq  ədəbiyyatında olduğu kimi, Azər-

baycan  ədədbiyyatında da vəhdəti-vücud fəlsəfi düşüncəsi bir sıra 

şairlərimizin poeziyasında ideya-mövzu qaynağı oldu.  



 Ülviyyə SƏLİMBƏYOVA 

402 


Azərbaycan ədəbiyyatında Babakuhi Şirvani, Nizami Gəncəvi, Mahmud 

Şəbüstəri,  İmadəddin Nəsimi, Dədə Ömər Rövşəni,  İbrahim Gülşəni,  Şah 

İsmayıl Xətai, Məhəmməd Füzuli, Əbulqasim Nəbati, Həmzə Nigari kimi 

sufi  şairlər ölməz  əsərlər yaratmışlar. Azərbaycan sufiləri arasında ilk dəfə 

divan yazan sufi Babakuhi Bakuvi olmuşdur. Azərbaycan dilində yazan 

İzzəddin Həsənoğlu da tanınmış sufi şeyxlərindəndir. 

XII-XVI əsrlərdə ilk növbədə islam dininin hegemonluğu ilə müəyyənlə-

şir. Bütün müsəlman  Şərqində olduğu kimi, Azərbaycanda da zülmə, 

istibdada qarşı mübarizə din pərdəsi altında gedirdi. Orta əsrlər  Şərqində 

əzilən kütlələrin ruhuna yaxın olan məzhəb və təriqətlər içərisində xüsusilə 

şiəlik və sufizmin, eləcə  də sufizm əsasında yaranmış hürufiliyin 

Azərbaycanda güclü olduğunu görürük. 

Həmin dövrdə  Şərq dünyasını  lərzəyə salan böyük xalq hərəkatlarının 

ideoloji əsasında şiə ideyalarının və təsəvvüfün dayandığı müşahidə edilir. 

Bu dövr sufizmində bəzən hürufiliyə aparıb çıxaran vəhdəti-vücud fəlsəfi 

nəzəriyyəsinin üstünlüyünü xüsusi qeyd etmək lazımdır. Bu nəzəriyyənin 

banisi olan İbn  Ərəbiyə görə, bütün kainat, mahiyyət (zat) etibarilə 

dərkedilməz (transstendent) olan Mütləq Varlığın ad və atributlarının 

təcəllisindən ibarətdir. Maddi aləmi Mütləq Varlığın ayrı-ayrılıqda heç bir 

dəyəri və varlığı olmayan solğun bir əksi, kölgəsi (əş-şəbəh) adlandıran İbn 

Ərəbi öz-özlüyündə kiçik dünya (əl-aləm  əs-sağır) və kainatın yığcam 

forması (əl-muxtasar) olan insanın İlahi ad və atributların daha adekvat əksi, 

yaradılışın və Mütləq Varlığın öz-özlüyündə  dərk edilməsinin son məqsədi 

olduğunu göstərirdi. [1, 12]. 

Burada bir qədər haşiyəyə çıxaraq, vəhdəti-vücud fəlsəfi nəzəriyyəsinin 

banisi İbn Ərəbi haqqında məlumatlarla tanış olmaq yerinə düşərdi.  

Mühiyə  əd-din Əbu  Əbdallah Məhəmməd ibn Əli əl-Hatimi  əd-Tai-İbn 

Ərəbi (1165-1240) Pireney yarımadasında o dövrün sivilizasiyalarının 

kəsişdiyi, fəlsəfə və  mədəniyyət mərkəzi olan Əndəlisin Mursiya şəhərində 

anadan olmuşdur. Erkən yaşlarından müsəlman dindarlığı ilə əhatə olunmuş, 

ənənəvi təhsil almış, artıq 19 yaşında ikən sufi olmuşdur. Əsərlərində başına 

gəlmiş nurlanmalar, bəzən isə keçmiş dövrlərin sufiləri və peyğəmbərləri ilə 

görüşləri barədə çoxsaylı məlumatlar var. 

Tədqiqatçılar onun yaradıcılığında  Əl-Qəzali ideyaları ilə  əlaqələri və 

polemikanı üzə  çıxarmış, 14 yaşında ikən onun Kordovada İbn Rüştlə ilk 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə