Elmи мяъмуяси



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə141/159
tarix02.12.2017
ölçüsü3,47 Mb.
#13563
1   ...   137   138   139   140   141   142   143   144   ...   159

 Yusif Zeynalabdin oğlu FƏRHƏNGDUST 

410 


Müasir  şəhər həyatı,  şəhərdəki çoxcəmiyyətli yaşayış  tərzi, insanların 

qeyri-sabit münasibət səviyyəsi, qəriblik, təklik hissləri, ailə üzvlərinin 

sayının azalması, ailə sevgisinin tükənməsi, maddi sıxıntılar, ümidsizlik, 

çalışmaqla imkanların uyğunsuzluğu, evdən qaçmalar və yad cəmiyyətlərə 

sığınma, yeni şəhər həyatındakı  təzadlı yaşam, həyatda qarşıda duran 

problemlərlə mübarizə  zəifliyi, eşq məhrumiyyətləri və digər bu kimi 

narahatlıqlar meydana gəlir və insan bütün bunların qarşısında çıxış yolları 

axtarır, tapa bilmir və çox hallarda intihara əl atır. 



İntiharın tərifinə gəlincə, intihar mühüm sosial-fərdi tələbat olub əsasən 

içki, narkotik aludəçiləri və  xəstələr arasında geniş yayılmışdır.  İntihar 

etməyi qərara alan şəxs özündə belə bir inam yaradır ki,  həyatda öz istək və 

məqsədlərinə çatmamışdır, öz həyatı  bərbad olmuşdur və buna görə  də 

ölümü hər şeydən üstün tutur. (5,107) 

İntihar hadisəsi, Dehxodanın lüğətinə görə, belə verilmişdir:   “Özünü 

öldürmək vasitəsilə intihar etmək”. (6,327).  

E.Durkheym (1858-1917)  öz məşhur  əsərində intiharı sosial hadisə 

adlandırmış  və belə  tərif etmişdir: “İntihar hər bir ölümün, vasitəli və ya 

bilavasitə, mənfi və ya müsbət niyyətdən nəticə almış halıdır ki, burada şəxs 

öz əməlinin nəticəsinin qurbanına çevrilir”. (1,6).  

Aşil Dilmas da intiharı aşağıdakı kimi izah edir: “İntihar insanın özünü 

qurban vermək üçün yararlandığı bir əməldir. O halda ki, ölümlə  həyat 

arasındakı seçim onun özündə olur, onda əxlaqi baxımdan bu əməli etməyə 

məcbur deyil”. (2,74)  

Psixoloq Mincer intihar edən  şəxsin ölümə meylini belə izah edir: 

“İnsanın təbii və yaşam dolu enerjisinin tükənməsinə  səbəb olan və son 

nəticədə daxili narahatlıqları yaradan sosial və cinsi məhdudiyyətlər və 

nəhayət daxili təzyiq nəticəsi intihara yol açır”. (7,178)  

Jon Baçler özünün “İntihar” kitabında intiharla bağlı yazır ki, “İnsan 

dözülməz həyatla üzbəüz qalmaqdan qaçır və intihar etməyə çalışır”. Başqa sözlə 

o, intiharı həyatın çətin və dözülməz anlarında çıxış yolu kimi görür. (8,79) 

Yekun olaraq demək olar ki, intihar açıq şəkildə insan iradəsindən  doğan 

bir hərəkətdir ki, bunun vasitəsilə  şəxs öz həyatına son qoyur. “Suicide” 

sözünün mənasına gəlincə, Defonten intiharla bağlı olaraq bu sözü ilk dəfə 

işlətmişdir. Reyman Aron bu fikirdədir ki, insan həyatına son qoymaq üçün 

gülləni gicgahına boşaldırsa bu müsbət niyyətdir, yanan evi tərk etməyən 



İntiharın sosiologiyası 

411 


şəxsin hərəkətini isə o, mənfi niyyət kimi qiymətləndirir. Aristotel kimi filosof 

fədakarlıq məqsədilə törədilən intiharı intihar hesab etmir. Aristotel intiharı 

insanın özü ilə bağlı həyatın a son qoyması üçün törədilən bir iş hesab edir və 

göstərir ki, “bu fədakarlıq məqsədilə olmur, yəni insan qurban olmaq üçün 

intihara əl atmır”. Eskirol bu fikirdədir ki, “intiharda bütün dəlilik əlamətləri 

özünü göstərir”. O, bu fikrə istinad edir ki, “intihar qeyri iradi bir işdir və bu iş 

qanuni təhqiqatla aparılmamalıdır”. Amerika Milli Tibbi Psixologiya 

İnstitutunun fikri isə belədir ki, “intihar insanın özü ilə bağlı olub, öz həyatına 

son qoymaq üçün özünü büruzə verən təşəbbüsdür. Ola bilsin ki, bu  təşəbbüs 

həyatının sonuna qədər qala bilər. (9, 3-6)  



İntihardan öncəki davranışlar. Adətən intihar etməyi qərara almış 

insanlarda  əksər hallarda ümumi xüsusiyyətlərə malik davranışlar özünü 

göstərir.  Əksər hallarda cəmiyyətdəki iqtisadi böhranın təsiri altında 

depressiyaya məruz qalaraq baş verir. Xroniki  iztirab, depressiya, intihar 

hədəsi və s. bu davranışı  şərtləndirən mühüm əlamətlərdir və bunlar intihara 

səbəb olur. Bu insanlar daha çox düşünürlər ki, böyük və dözülməz  çətinliklər 

qarşısında qalıblar və burada yalnız bir yol var, o da ölümdür.  

İntihar davranışları sosial-tibbi və ailədən doğan amillər nəticəsində  də 

baş verir. Gənclərdə intihar hallarının artmasına səbəb ola biləcək sosial 

dəyişikliklər aşağıdakılardan ibarətdir: uşaqlıqdan depressiyanı artıran 

səbəblər, ailədə  mənəvi-psixi sabitliyin pozulması, silaha əl atmanın asan 

olması. (10, 27-30) Avropada gənclər arasında intihar hadisələri dünya 

müharibələri zamanı daha geniş yayılmışdır. Bunun səbəbləri kollektiv 

işsizlik halları da ola bilərdi.  İntihar halları  hətta   ali  təhsilli insanlar, dini 

etiqadı az olan şəxslər arasında baş verir, gənclərdə  əxlaqi böhranlar, 

boşanmanın izləri uşaqlarda özünü göstərir. (11,21-23)  

İntihar səbəbləri daha çox kişilərdə dul qalma, tək qalmaq yaxud 

boşanmaq, cəmiyyətdə  mərkəzləşmə, iqtisadi böhranlar, böyük şəhərlərdə 

yaşama, uşaqlıq dövründə ailədə baş vermiş ziddiyyətlər, psixoloji 

gərginliklər və bədən xəstəlikləri kimi amillərdən yaranır. (12,196) 

İntiharın yayılmasına təsir edən amilləri aşağıdakı kimi qruplaşdırmaq 

olar: 


Cinsə görə, kişilər bütün dövrlərində qadınlarla müqayisədə üç dəfə çox 

intihara müvəffəq olmuşlar. Halbuki qadınlar kişilərlə müqayisədə üç dəfə 

çox intihara əl atırlar. 



 Yusif Zeynalabdin oğlu FƏRHƏNGDUST 

412 


Yaşa görə,  intihar halları  və daha çox intihara cəhd fikirləri   və 

hərəkətləri depressiyaya uğramış yeniyetmələr arasında müşahidə olunur. 

(İntihar yeniyetmələrin ölümündə üçüncü əsas amildir) 

Dini mənsubiyyət, intihar halları protestantlarla müqayisədə yəhudilər və 

katoliklər arasında azdır. Müsəlmanlar arasında başqa dinlərlə müqayisədə 

daha azdır. 

Nikah vəziyyəti, intihar halları ailəli şəxslərlə müqayisədə subay şəxslər 

arasında  iki dəfə çoxdur. Öz həyat yoldaşı ilə yaşayan şəxslərlə müqayisədə 

dul qalmış şəxslər arasında 4-10 dəfə çoxdur. 

İrq-soy,  Amerikada daha çox intihar halları qaradərililərə nisbətən 

ağdərililər arasında baş verir. 



İqlim şəraiti, Alp dağlarının ətəklərində, hətta İranın şimalında, xüsusilə 

Qorqanda əsən “fun” kimi sərin küləklərin təsiri insanlarda təşviş və qorxuya 

səbəb olur, intihar təhlükələri q uru hava şəraitində, yaz vaxtı havada təzyiq 

artanda da çox olur. 



Psixi və fiziki sağlamlıq,  şəxs istər psixoloji, istərsə  də fiziki cəhətdən 

səhhəti ilə problemlər yaşadıqda. 



Həyat  şəraiti, böyük şəhərlərdə yaşamaq intihar təhlükəsini daha da 

artırır. (2,85-87) 



İntihardan öncəki davranışın mühüm meyarları.  Özünə qapanma

depressiya  və melanxoliya (kədər) kimi iki mənada başa düşülür. 

İnsanın səmimi münasibətlərində bədbin olması.  

Ailədə baş vermiş intihar.  

İnsanın keçmişdə intihara cəhdi.  

Cəmiyyətdən uzaqlaşma.  

Alkoqolizm və narkomaniya.  

Davamlı  yoxsulluq və məhrumiyyətlər.  

Evdə və yaxud ictimai mühitdə aqressiv davranışlar.  

İntihar haqqında birbaşa yaxud dolayı söhbət.  

Davranışda qeyri-adi qərarsızlıq, səbirsizlik və ya kədərli vəziyyətdən 

xoş, şad-xürrəm vəziyyətə keçid kimi gözlənilməz dəyişikliklər.  

Psixoloji xəstəliklər. (Ruhi xəstəliklər)  

Həyat yoldaşını, valideynlərini, övladlarını, yaxınlarını, səmimi dostunu 

itirmək.  

Psixi xəstəxanalarda yataq rejimində olmaq.  




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə