Elmи мяъмуяси



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə140/159
tarix02.12.2017
ölçüsü3,47 Mb.
#13563
1   ...   136   137   138   139   140   141   142   143   ...   159

 Ülviyyə SƏLİMBƏYOVA 

406 


     Qalxma 

dövrləri 

Ümumi 

anlayış 

 

  ŞƏRİƏT 

 

TƏRİQƏT 

 

MƏRİFƏT 

 

HƏQİQƏT 

İnsanın 

kamilliyinə 

baxış. 

Vücudun 


yolu 

(tubuh). 

Qəlbin yolu 

(həti). 


Sirrin yolu 

(rəhəsiə). 

Ruhun yolu 

(nyəvə). 

 

Fəaliyyət 

növü. 

Nitq (qətə).        Əməllər 

(perbuatan). 

İdrak 


(penqetauan). 

Var olmaq 

(kelakuan). 

Fəaliyyət 

üzvləri. 

Dil (lidah). 

Qəlb (xəti). Sirr 

(rəhəsiə).  İdrak (budi). 



Qəlbə baxış. 

Qəzəbli (nəfs 

əl-əmmarə). 

Tövbəli (nəfs 

əl-ləvvamə). 

Barışdırılmış  

(nəfs əl -

mütməinə). 

Sufivari 

(nəfs əl-

sufiya) 

Ünsürlər. 

Su (air). 

Hava (əngin). Od 

(api). 


Torpaq 

(bumi). 


Həyat planı. 

İnsanın fiziki 

dünyası (aləm 

şahidə, nasut 

aləmi). 

Kainat 


hökmranlığı  

(mələkut 

aləmi). 

İlahi dünya 

(lahut aləmi, 

aləm əl-fəna). 

Kainat 

hökmranlığı 



(cəbərut 

aləmi). 


Allahın 

təcəllası. 

Əməllər 


(əfəl). 

Adlar (əsma). Mahiyyət 

(zat). 

Əlamət 


(sifət). 

Həyat 

pillələri. 

Yaradılan dörd 

aləm (aləm- 

ərvah, aləm əl-

misal, aləm əl-

əcsam, aləm 

əl-insan). 

Vahidiyyə. 

Əhədiyyə. Vəhdə. 

Dərk edilmə 

pilləsi. 

İnamlı ad 

(elm əl-

yəqin). 


İnamlı 

görünmə (eyn 

əl-yəqin). 

Kamil inam   

(kamal əl-

yəqin). 


Həqiqi inam  

(həqq əl-

yəqin). 

Sonda onu da qeyd etmək istərdik ki, sufiliyin bütün müsəlman Şərqində 

yayıldığı kimi, Azərbaycanda da yayılması  və bu xalqın mədəniyyətində 

dərin iz buraxması, onun sosial-ictimai əhəmiyyətli mövqeyinə ehtiyacın 

mövcudluğundan xəbər verir. 



Təsəvvüfün təkamül yolu və bədii ədəbiyyatda işlənmə tarixi 

407 


 

 

ƏDƏBİYYAT 

 

 

1.

 



А.Д.Кныш.  Учение  Ибн  Араби  в  поздней  мусульманской 

традиции. – Суфизм в контексте мусульманской культуры. М., 1989. 

2.

 

İbn  Ərəbinin fəlsəfi irsi müasir fransızdilli  ədəbiyyatda. Zöhrə 



Əliyeva. Azərbaycan. -2009. 7 oktyabr. S-7. 

3.

 



İbn  Ərəbidən başlanan vəhdət yolu. AMEA-nın müxbir üzvü, 

professor Səlahəddin Xəlilov. Azərbaycan - 2009, 10 0ktyabr. 

4.

 

Klassik  ədəbiyyatda Vəhdəti - Vücud. Sənan  İbrahimov. Bakı, 



“MBM” MMC, 2007. 

5.

 



Azərbaycan  şairi Nizami. Məmməd  Əmin Rəsulzadə. Bakı, 

Azərnəşr, 1991. səh. 232. 




 Ülviyyə SƏLİMBƏYOVA 

408 


 

 

NƏTİCƏ 



 

“Təsəvvüfün təkamül yolu və işlənmə tarixi” adlı məqalədə İslam dini-

nin daxilində yaranan sufiliyin Qurani-Kərim ayələrinin batini mənaları ilə 

şərhə ehtiyacı olduğu açıqlanır. Belə ki, bu mövqedən çıxış edərək, ilk sufi 

nəzəriyyəçiləri olan Qüşeyri (vəfatı-1072),  Əbu Mənsur  Əbdülqadir Bağ-

dadi, Mühyiddin ibn Ərəbi, Sədrəddin Konyəvi, Xacə Abdullah Ənsari, Mol-

la Sədra, Feyz Kaşani və b. bu kimi başqa alimlərin nəzəri fikirlərindən elmi 

dəlillərlə çıxış etməklə, təsəvvüfün İslami-irfani mövqeyi açıqlanmışdır. 

 

 

SUMMARY 



 

This article deals with the scientific explonation of suphism created 

inside Islamic religion which the meaning is opened in the ayats of Qurani-

Kerim. From this point of view, the first suphi theorists Qusheyri (dead 

1072), Abu Mansur Abdulgadir Bagdadi, Muhyiddin ebn Arabi, Juneid 

Bagdadi, Sadraddin Konyavi, Haja Abdullah Ansari, Molla Sadra, Feyz 

Kashani and others have revealed the Islamic position of tasavvuf. 

 

 



РЕЗЮМЕ 

 

Среди  актуальных  проблем  изучения  классического  культурного 

наследия  народов  Востока,  исповедующих  Ислам,  едва  ли  не  самой 

важной остается проблема суфизма. А так же историческое обращение 

Ислама  к  разработке  философских,  этических,  эстетических  проблем 

присходило под воздействием развившихся в суфизме тенденции. 

В  этой  статье  в  произведениях  Гушейры  (умер  в 1072 году),  Абу 

Маннсура Абдулкадыра Багдади, Шайха Мухйи ад – дина Ибн ' Араби, 

Джунейда  Багдади,  Седреддина  Коневи,  Хаджа  Абдуллаха  Ансари, 

Мола  Садры,  Фейза  Кашани    вахдат  ал – вуджуд  рассматривается  в 

контексте Ислама и его священный книги Корана. 



İntiharın sosiologiyası 

409 


 

 

 



 

İNTİHARIN SOSİOLOGİYASI 

 

Yusif Zeynalabdin oğlu FƏRHƏNGDUST 

AMEA akad. Z.M.Bünyadov adına  

Şərqşünaslıq İnstitutu  

 

 

Bu çox əhatəli araşdırmada intihara dair şərh, onun səbəbləri, intiharın qısa 



tərifini (onu törədən amillər və intiharın qarşısının alınması yolları) təqdim 

edirik. Biz, sosioloqların nəzəriyyələrinə  İranda intihar anlayışının araşdırma 

və  şərh edilməsi nöqteyi-nəzərindən müraciət edəcəyik. Bu məqsədlə  də biz 

intihara iki aspektdə yanaşaraq onu iki qismə bölmüşük: 1. Nəzəri. 2. Təcrübi  



 

Nəzəri intiharın araşdırılması 

İntihar hadisəsi yaşadığımız  əsrin  ən mühüm hadisələrindən olub 

psixoloji narahatlıqlar, ziddiyyətlər, həmçinin sosial bərabərsizlikdən irəli 

gələn ictimai problemlərdəndir.  

Emil Durkheym özünün “İşin bölünməsi” kitabında belə bir fikir irəli 

sürür ki, “İntihar sivilizasiya ilə birgə özünü büruzə verir və ya geri qalmış 

cəmiyyətdə onun forması inkişaf etmiş cəmiyyətlərdən fərqlənir”. (1,284) 

1737-ci ildə Defonten ilk dəfə olaraq Fransada “Suicide” sözünü elmə gətirdi 

və sonralar 1762-ci ildə Fransa Elmlər Akademiyası onu qəbul etdi. (2,178)  

Batamor özünün “Sosiologiya” əsərində göstərir: “Durkheym öz 

araşdırmasında belə bir fikir irəli sürür ki, intihar səviyyəsi ilə insanların 

sosial qruplardakı bağlılıq dərəcəsi arasında rabitə qurulur. E.Durkheymin 

qənaətinə görə, müxtəlif sosial qruplardakı intiharın səviyyəsi bu qrupların 

xarakterik xüsusiyyətləri ilə  əlaqələnir və bu vasitə ilə intiharın sosial 

səbəbləri aşkar edilir.” (3,217)  

E.Durkheym insanın təbiətini sosial reallıqlarla izah edir. Onun fikrincə, 

sosial reallıqlar üç yolla baş verir: hiss etmək, düşünmək və  əməl etmək. 

Bunlar insanlar arasında demək olar ki, eynidir. Bu reallıqlar fərdlərə 

nisbətdə xarici məfhum hesab edilirlər və onlara avtoritar formada təsir 

göstərirlər.(4,114,117)  



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə