Təsəvvüfün təkamül yolu və bədii ədəbiyyatda işlənmə tarixi
403
görüşü haqqında məlumatlar vermişlər. 31 yaşında ikən Fes şəhərində
keçirdiyi nurlanma zamanı o, Məhəmməd peyğəmbəri görmüş və
“Müdrikliyin möhürü” əsərini - peyğəmbərlik ensiklopediyasını yaratmışdır.
Məkkədə ikən İbn Ərəbi özünün 15.000 vərəqlik çoxcildli traktatını,
sufiliyin metafizik aspektlərini izhar etdiyi şah əsərini - “Məkkə kəşfləri”ni
tərtib etməyə başlamış və bu əsərə görə “Əflatunun oğlu” adını qazanmışdır.
İbn Ərəbi sufi kosmoqoniyasını, “kiçik dünya”, “Allahın obrazı” kimi
götürülən insan haqqında və yaradılışın səbəbi barədə təlimi, “məqam” və
“hal” haqqında sufi təsəvvürlərini işləyib hazırlamış, “vəhdət əl-vücud”
haqqında təlim yaratmışdır. Onun yaradıcılığına orijinallıq verən iki ilahi
əksliyi özündə birləşdirən, “aralıq” dünya barədə müddəadır.
İbn Ərəbi yaradıcılığı sufizmin zirvəsidir. Ona qədər sufilik Əbu Talib əl
Maki və Əbu Hamid əl Qəzalidə müşahidə edildiyi kimi, bir növ, praktik
mistika idi. Ondan sonra isə sufilik müsəlman ezoterizminin mümkün qədər
sistemləşdirilmiş məcmusu, dünya ezoterizminin zirvəsi - başdan-başa
teosofiya - təsəvvüf idi.
İbn Ərəbi “Məkkə kəşfləri”ndə Qurana və Allahın adlarından birinə -
“Sevən” (əl-Vədud) adına istinad edərək Məhəbbəti ilahi məqama (məqami-
ilahi) bənzədir. Bu məhəbbətdən yalnız Allahı dərk edən varlıq (vücud) və
insan emanasiya edir.
İbn Ərəbinin də tez-tez müraciət etdiyi İbn Qasiyədən soruşanda ki,
Allahı necə tanımaq olar, o, (İbn Qasiyə) belə cavab verir: “O əkslikləri
birləşdirən kəsdir”. Sonra Qurandan iqtibas gətirərək: “O birinci və
axırıncıdır, əvvəl və axır da Odur” (Quran, 57: 3). Sufi ənənələrinə, o
cümlədən İbn Ərəbiyə görə, qoşulma yolu insanın ilkin təbiətinə qayıtması
yoludur (fitrə). Bu, ilahi mahiyyətə, Kəbəyə, əkslikləri birləşdirən tarazlıq
nöqtəsinə, ilahi mehraba və insan qəlbinə qayıdış yoludur.
İbn Ərəbi varlığın vəhdəti əsasları üzərində bərqərar olan (vəhdət əl-
vücud) və mistik fəlsəfə deyimində Allahın vəhdaniyyəti (tövhid) haqqında
islami doqmanı ifadə edən sufi məktəbinin banisi kimi tanınır. [2, 7].
İbn Ərəbi özünün “varlığın vəhdəti” təliminə insani bilgilərin ali sintezi
kimi, özünə isə “kamil insan”ın təcəssümü kimi baxır.
Bütün dinlərin təlqin etdiyi, dini duyğuların mərkəzində dayanan və bu
baxımdan da, dinləri yaxınlaşdıran, onların eyniyyət məqamı kimi çıxış edən
eşqdir. Təsadüfi deyildir ki, İbn Ərəbi təlimi az qala bütün dünya xalqları
Ülviyyə SƏLİMBƏYOVA
404
tərəfindən dinlər arasında körpü kimi, vahid din ideyasının təməl prinsipi
kimi qəbul olunur.
İbn Ərəbi təliminin izləri Azərbaycan ədəbi-fəlsəfi fikrində orta əsrlər
dövründə də olmuşdur. İbn Ərəbi və Nəsimi poeziyasında tez-tez rast
gəlinən Haqqın eşqlə, eşqin gözəlliklə, gözəlliyin məhz insan gözəlliyi ilə
əlaqələndirilməsi əslində ortaq poetik ənənələrdən xəbər verir. “İnsan”
əslində bütövlükdə cismani aləmin bir parçası kimi götürülməklə bərabər,
İlahi ruhun daşıyıcıları kimi qəbul olunur. Bir dünyadakı gözəllik başqa
dünyadakı daha yüksək gözəlliyin proyeksiyası, güzgü əksi kimi üzə çıxır.
Təsəvvüfün əsas müddəası “Haqqın vahidliyini qəbul etməkdir”. Haqq
isə başqa rakurslarda ya Xeyir, ya Gözəllik, ya Həqiqətdir. Bunlara çatmaq
üçün isə insan yerdən, fani dünyadan ayrılaraq yüksəlməli, uca səmalara
qovuşmalıdır ki, bu da ancaq İlahi vəcdin, eşqin gücü ilə mümkündür.
Həm islam, həm də xristianlıq tərəfindən qəbul olunan universal sevgi prin-
sipi bütün insanlara mərhəmət və məhəbbət çağırışından keçərək vahid Allaha
məhəbbət ideyasına gətirir ki, bu da dinlərin eyniyyət məqamına çevrilir.
Şərq fəlsəfəsində və poeziyasında dərin köklərə malik olan bu ideya
XVIII-XIX əsrlərdə Qərb poeziyasında da cücərti verməyə başlamışdır.
F.Hölderlinin “Din - gözəlliyə sevgidir” kəlamı Qərbdə qeyri-adi bir
yaxınlaşma, az qala bir inqilab kimi dəyərləndirilir. K.Yaspers Hölderlin
poeziyasında bu cür tapıntıları bir tərəfdən İlahi təsirin gücü ilə, digər
tərəfdən də bir psixi xəstəlik kimi, şizofreniyanın yaratdığı görüntü kimi izah
etməyə çalışır.
İslam dünyasında eşqin universallaşdırılması və hətta ontoloji mahiyyət
kəsb etməsi İbn Sinanın və Nizaminin adı ilə, ilahi eşq konsepsiyası isə daha
çox dərəcədə təsəvvüf fəlsəfəsi və onun ilk nümayəndələrindən olan Rabiə
əl-Ədəviyyənin adı ilə bağlı olsa da, Eşq Tanrıçılığı məhz İbn Ərəbi
tərəfindən bütöv bir təlim səviyyəsinə qaldırılmışdır. [3, 4-5].
İbn Ərəbinin ideya üslubu Azərbaycan şairlərindən ən çox Cavid
yaradıcılığında davam edir. Onun ilahi hüsnə, gözəlliyə, eşqə müraciətləri,
İlahi gözəlliyi yerdə axtarmaq və ya başqa sözlə, dünyəvi gözəlliklə İlahi
gözəlliyin vəhdətindən, eyniyyətindən çıxış etmək təşəbbüsləri Caviddə də
rast gəlinir. O da İbn Ərəbi kimi daha çox əlaqəni, vəhdəti göstərir və insan
da bu vəhdətin, Haqqın təzahürlərindən fərqli məkanlarından biri kimi anılır.
Təsəvvüfün təkamül yolu və bədii ədəbiyyatda işlənmə tarixi
405
Sufi harada isə şairlə filosofun arasında qərar tutur. Sufi-şair ruh
aləminin yolçusudur. Bu yolda rast gəldiklərini ifadə etmək üçün gah şeirin,
sənətin, gah da fəlsəfənin xidmətindən istifadə edir.
İlham, vəcd sənətkara Haqqı bilavasitə görmək, eşitmək, duymaq imkanı
verir. Bu, sözü qanadlandıran və söz dünyasının böyük imkanlarını üzə
çıxaran bir imkandır.
Sufi ilham, vəcd, kəşf qanadlarında mərtəbə-mərtəbə yüksəlir, Haqla özü
arasındakı pərdələri bir-bir qaldıraraq Haqqa qovuşmağa çalışır. [3, 4-5].
Vəhdəti-Vücud fəlsəfi konsepsiyasına görə, bütün varlıq Tanrıdan
Vücudi-Külldən ibarətdir və insan da həmin Küllün bir zərrəsidir ki, ayrılıb
ruh aləmindən cism aləminə düşmüşdür. Bir müddət Vücudi-cismdə olandan
sonra yenidən Vücudi-Küllün ruh aləminə qayıdır.
İnsan yalnız özünü sevib mənsub olduğu Vücudi-Küllə qovuşmaq üçün
çalışır. Bu qovuşma yolunda o (insan) cəfalar, məhrumiyyətlərlə qarşılaşır.
Vücudi-Küllə qovuşmaq üçün insan öz əqlini, İlahi məhəbbətini
kamilləşdirməlidir. Çünki ali varlıq olan Vücudi-Küll kamilliyin ən axır
zirvəsidir. Onun dərki və Ona qovuşmağın xüsusi mərhələləri var. Ona
qovuşub fənaya (yoxluğa) çatmaq üçün insan təkamül prosesi keçməlidir. Bu
proses-saflaşma, paklaşma prosesidir və onun mərhələləri bunlardır: Şəriət
(insan Şəriət qanunlarını dərindən bilməli və əməl etməlidir); ikinci-Təriqət
(iman əhli) öz təriqətini seçməli və onun müddəları ilə həyatı dərk edib,
insanları mühakimə etməlidir; üçüncü-Mərifət (insan öz əməlləri ilə
cəmiyyətdə mərifət sahibi olub, hörmətə layiq olmalıdır, hamı onu ehtiramla
qarşılamalı və ehtiramla yola salmalı, şəxsiyyətinə hörmətlə yanaşmalıdır);
dördüncü-Həqiqət (insan artıq kamilləşərək, saflaşaraq həqiqət zirvəsinə
çatmış və həyatın gərdişini asanlıqla dərk edir, hadisələrə real qiymət verib,
lazımi nəticə çıxara bilir, Allahın iradəsini rəsmi qayda kimi qəbul edir).
Bu konsepsiyanı sufilər yaratmışlar. Onlar üçün bu dünya duracaq yer
deyil, doğuluş qəmdir, çünki ruhi aləmdən ayrılmış cismani aləmə gəlmişdir.
Azadələrin yeri isə ruhlar aləmidir. İnsan özündə İlahi keyfiyyətlər
aşılamaqla yenidən Ali varlığa çatıb xoşbəxt ola bilər. Əsl xoşbəxtlik Ali
varlığa qovuşmaq-fənafillahdır. [4 , 122].
Düşünürük ki, sufilərin yaratdıqları bu mərhələləri sxemlə göstərsək
məqsədə daha müvafiq olardı: [5, 122].
Dostları ilə paylaş: |