Elmи мяъмуяси



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə52/159
tarix02.12.2017
ölçüsü3,47 Mb.
#13563
1   ...   48   49   50   51   52   53   54   55   ...   159

On qiraət imamı və onların raviləri 

133 


771-ci ildə  Mədinəyə  gəlmiş, qiraət elmini İmam Nafidən öyrəndikdən 

sonra vətəni Misirə qayıdaraq Misirin qiraət  şeyxi olmuşdur. Rəmzi “cim” 

(ج) hərfidir. 

 II. İBN KƏSİR 

Abdullah ibn Kəsir  əd-Dari  əl-Məkki 665-ci ildə  Məkkədə anadan 

olmuşdur. Fars əsllidir.

15

  Məkkəlilərin qiraət imamı olmuşdur. Tabiun 



nəslindən olan İbn Kəsir, səhabədən Abdullah ibn Zübeyr, Əbu  Əyyub  əl-

Ənsari,  Ənəs ibn Maliki görə bilmişdir. Qiraətini Abdullah ibn Saib əl-

Məxzumi, Mücahid ibn Cübeyr və İbn Abbasın azad etdiyi köləsi Dərbasdan 

ərz yolu ilə almışdır.

16

 Mənbələrdə onun hədis rəvayət etdiyi də bildirilir.



17

  

İbn Kəsirin qiraətinin istinadı belədir: 



a) Abdullah ibn Saib, Ömər ibn əl-Xəttabdan və Übey ibn Kə`bdən, 

onlar da Məhəmməd peyğəmbərdən almışdır. 

 b) Mücahid ibn Cübeyr Abdullah ibn Abbas və Abdullah ibn Saibdən

Abdullah ibn Abbas da Übey ibn Kə`b və Zeyd ibn Sabitdən; Ömər ibn əl-

Xəttab, Zeyd ibn Sabit və Übey ibn Kə`b isə  Məhəmməd peyğəmbərdən 

almışdır. 

c) Dərbas, Abdullah ibn Abbasdan, o da Übey ibn Kə`b, Zeyd ibn Sabit 

və Ömər ibn əl-Xəttabdan, onlar da Məhəmməd peyğəmbərdən öyrən-

mişdir.

18

 



İbn Kəsir 737-ci ildə Məkkədə vəfat etmişdir.

19

 Rəmzi “dəl” (د) hərfidir. 



İki məşhur ravisi vardır: 

1) əl-Bəzzi 

Əhməd ibn Məhəmməd ibn Abdillah ibn Əbi Bəzzə 786-cı ildə Məkkədə 

anadan olub, 864-cü ildə  Məkkədə  vəfat etmişdir.

20

 Fars əsllidir. Qiraət 



elmini bir-başa İbn Kəsirdən öyrənməsə də istinad yolu ilə ona gedib çatır.

21

 



Əz-Zuxa surəsindən  ən-Nas surəsinə  qədər olan bütün surələrin sonunda 

təkbir gətirməyi məhz  əl-Bəzzi başlamış  və bu barədə  hədis də  nəql 

                                                 

15

 Ali Osman Yükselİbn Cezeri ve Tayyibetün-Neşr, 267 



16

 Məhəmməd Hadi Mə`rifə, ət-Təmhid fi Ulumil-Qur`an, II, 63  

17

 İbnul-Cəzəri, Ğayətun-Nihayə fi Tabaqatul-Qurra, I, 443-445 



18

 İbn Mihran ən-Nisaburiəl-Ğayə fil-Qiraətil Aşr, 46 

19

 Məhəmməd Hadi Mə`rifə, ət-Təmhid fi Ulumil-Qur`an, 228 



20

 Ali Osman Yüksel, İbn Cezeri ve Tayyibetün-Neşr, 267 

21

 İbnul-Cəzəri, ən-Nəşr fil-Qiraətil-Aşr, I, 120 




 Mirniyaz MÜRSƏLOV 

134 


etmişdir.

22

  İbn Kəsirin qiraətini rəvayət edənlər içərisində daha üstün və 



güvənilir hesab edilmiş, bu baxımından da onun adı qiraət kitablarına  İbn 

Kəsirin birinci ravisi olaraq çəkilmişdir.

23

 Rəmzi “hə” (ـھ) hərfidir. 



2) Qunbul 

Məhəmməd ibn Əbdirrəhman ibn Məhəmməd ibn Xalid ibn Səid  əl-

Məkki  əl-Məxzumi 810-cu ildə  Məkkədə anadan olmuş  və 903-cü ildə 

Məkkədə vəfat etmişdir.

24

 Mənsub olduğu sülaləyə görə “Qunbul” ləqəbi ilə 



tanınır. Hicazlıların qiraət ustadı olan Qunbul qiraətini istinad yolu ilə  İbn 

Kəsirdən rəvayət etmişdir.

25

 Mənbələrdə ibn Kəsirin ikinci ravisi olaraq zikr 



edilir.

26

 Rəmzi “zə” (ز) hərfidir. 



III. ƏBU ƏMR 

Əbu Əmr Zəbban ibn əl-Əla ibn Əmmar əl-Mazini əl-Bəsri 689-cu ildə 

Məkkədə anadan olmuşdur.

27

  Bəsrəlilərin qiraət imamıdır. Məkkə, Mədinə 



və Kufə  şəhərlərinə gedərək qiraət elmini öyrənmişdir. Ömrünün çox 

hissəsini Bəsrədə yaşamışdır. Onun tələbələri arasında Yəhya əl-Yəzidi, Əbu 

Zeyd əl-Ənsari, əl-Usmui, İsa ibn Ömər və Sibəveyhin adları çəkilir.

28

 



“Kitabul-Qiraət”, “Kitabu Mərsumil-Müshəf”, “əl-Vəqfu vəl-İbtida”, 

“Kitabu  İdğamul-Kəbir” və başqa  əsərlərin müəllifidir.

29

  Əbu  Əmrin 



qiraətinin istinadı belədir: O, qiraətini Mücahid ibn Cübeyr, Əta ibn Əbi 

Rəbah, Səid ibn Cübeyr, İbn Kəsir,  İbn Mühəysin,  əl-Ərac,  Əbu Cəfər, 

Şeybə ibn Nisah, Həsən Bəsri, Yəhya ibn Yəmər, Nasr ibn Asim, Abdullah 

ibn Əbi İshaqdan; onlar da Əli ibn Əbi Talib, Osman ibn Əffan, Übey ibn 

Kə`b, Zeyd ibn Sabit və  Əbu Musa əl-Əş`əridən; onlar da Məhəmməd 

peyğəmbərdən öyrənmişdir.

30

 

Əbu Əmr 771-ci ildə Kufədə vəfat etmişdir.



31

 Rəmzi “ha” (ح) hərfidir.  

İki ravisi vardır: 

                                                 

22

 Abdurrahman Çetin, Yedi Harf və Kıraatlar, 219 



23

 İbnul-Cəzəri, Ğayətun-Nihayə fi Tabaqatul-Qurra, I, 119-120 

24

 İsmail Karaçam, Kur`an-ı Kerimin Faziletleri ve Okunma Kaideleri, 153 



25

 İbnul-Cəzəri, ən-Nəşr fil-Qiraətil-Aşr, I, 12 

26

 İbnul-Cəzəri, Ğayətun-Nihayə fi Tabaqatul-Qurra, II, 165-166 



27

 Abdurrahman Çetin, Yedi Harf və Kıraatlar, 220 

28

 Ali Osman Yüksel, İbn Cezeri ve Tayyibetün-Neşr, 268 



29

 İbnul-Cəzəri, Ğayətun-Nihayə fi Tabaqatul-Qurra, I, 288-292 

30

 İbn Mihran ən-Nisaburi, əl-Ğayə fil-Qiraətil Aşr, 46 



31

 Mənnaul Qəttan, Məbahis fi Ulumil-Qur`an, 171 




On qiraət imamı və onların raviləri 

135 


1) Əd-Duri 

Əbu Ömər Həfs ibn Ömər ibn Əbdiləziz ibn Sühban əl-Əzdi əd-Durinin 

doğum tarixi haqqında dəqiq məlumat yoxdur. Bağdadın  şərqindəki Dür 

məhəlləsində anadan olduğu üçün Duri ləqəbini almışdır.  

Qiraətləri toplayaraq onları kitab halında yazan ilk alim olduğu 

söylənilir.

32

 

Əbu Ömər  əd-Duri  Əbu  Əmrin birinci ravisi olmaqla yanaşı, həm də 



yeddinci qiraət imamı Kisainin ikinci ravisidir. O, Əbu  Əmrin qiraətini 

Yəhya  əl-Yəzidinin vasitəsi ilə öyrənib rəvayət etmişdir. Kisainin qiraətini 

isə bir-başa onun özündən öyrənərək rəvayət etmişdir.

33

 



“Qiraətün-Nəbi”, “Fədailul-Qur`an”, “Əczaul-Qur`an” adlı bəzi əsərlərin 

müəllifi olmuşdur.

34

 

Əbu Ömər  əd-Duri hədis də  rəvayət etmişdir. Onun rəvayət etdiyi 



hədislər İbn Macənin Sünənində mövcuddur.

35

 



860-cı ildə vəfat etmişdir.

36

 Rəmzi “ta” (ط) hərfidir. 



2) Əs-Susi 

Əbu  Şueyb Salih ibn Ziyad ibn Abdillah əs-Susi 789-cu ildə anadan 

olmuşdur.

37

 



Əs-Susi də Əbu Əmrin qiraətini Yəhya əl-Yəzidinin vasitəsi ilə öyrənib 

rəvayət etmişdir. O, Əbu  Əmrin qiraətini ondan ərz və  səma yolu ilə 

öyrənmişdir. 

874-cü ildə vəfat etmişdir.

38

 Rəmzi “yə” (ي) hərfidir. 



IV. İBN AMİR 

Əbu  İmran Abdullah ibn Amir əl-Yəhsubi 641-ci ildə anadan 

olmuşdur.

39

 Şamlıların qiraət imamı olan İbn Amir özü tabiun nəslindəndir. 



Qur`anın qiraətini böyük səhabələrdən sayılan  Əbud-Dərdadan və Muğirə 

                                                 

32

 Məhəmməd Hadi Mə`rifə, ət-Təmhid fi Ulumil-Qur`an, 199  



33

 Abdurrahman Çetin, Yedi Harf və Kıraatlar, 221 

34

 Abdurrahman Çetin, Yedi Harf və Kıraatlar, 221 



35

 İbnul-Cəzəri, Ğayətun-Nihayə fi Tabaqatul-Qurra, I, 255-257 

36

 Mənnaul Qəttan, Məbahis fi Ulumil-Qur`an, 172 



37

 Abdurrahman Çetin, Yedi Harf və Kıraatlar, 221 

38

 Mənnaul Qəttan, Məbahis fi Ulumil-Qur`an, 172 



39

 Məhəmməd Hadi Mə`rifə, ət-Təmhid fi Ulumil-Qur`an, 186 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə