Elmи мяъмуяси



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə49/159
tarix02.12.2017
ölçüsü3,47 Mb.
#13563
1   ...   45   46   47   48   49   50   51   52   ...   159

 i.e.n. Aqil ŞİRİNOV 

124 


zamani bir əvvəllik ola biləcəyini, bunun da `zamanın da bir zamanı var` 

mənasına gələrək təsəlsülə

37

  səbəb olacağını” irəli sürərək zamanı inkar 



etdiklərini qeyd edir.

38

  Kəlamçıların  əksəriyyəti zamanın nisbi bir məfhum 



olduğunu müdafiə etmişdir.

39

 Onlara görə zamanın varlığı cism və 



hərəkətlərin varlığına bağlı olub onlardan ayrı bir varlığa sahib deyildir. 

Yoxdan yaratma: Aləmin bütün hissələri ilə birlikdə hadis olduğunu 

dəlilləndirdikdən sonra onun nədən yaradıldığı, yaradılışda hansısa bir ilk 

maddədən bəhs etməyin mümkünlüyü sualı ortaya çıxır. Kəlamçıların buna 

cavabı “xeyr”-dir. Onlar creatio  ex nihilo anlayışını  qəbul edərək aləmin 

yoxdan yaradıldığını irəli sürüblər. Kəlamçılar arasında yoxdan yaratma 

mövzusunda yekdillik olsa da, yoxluğa verdikləri məna baxımından onlar 

bir-birlərindən ayrılırlar.  Əş`ari və maturidilər yoxluqla mütləq mənada 

yoxluğu (ضحملا  مدعلا-əl-adəmu-l-məhz) nəzərdə tutmuşlar. Onlara görə 

aləmin yaradılışında hansısa bir ilk maddədən bəhs etmək mümkün deyil. 

Allah aləmi yoxluqla əlaqəli qüdrəti ilə

40

 yoxdan yaratmışdır. Bu mənada 



başda məşşailər olmaqla müxtəlif fəlsəfi məktəblərin irəli sürdüyü “həyula” 

anlayışı  kəlamda qəbul olunmamışdır. Mütəqaddimun dövründən etibarən 

kəlam kitablarında “həyulanı  qəbul edənlərə  rəddiyyə” başlığı altında bu 

görüşü müdafiə edənlərə qarşı dəlillər irəli sürülüb. 

Bəs elə isə  kəlamçılar yoxdan yaratma fikrini necə  əsaslandırıblar? 

İzmirli İsmail Hakkı kəlamçıların bu görüşə atom, yer tutma (زيحت-təhəyyuz ) 

və boşluq (ءلاخ-xalə )

41

 məfhumlarından çıxış edərək çatdıqlarını qeyd edir. 



Ona görə  kəlamçılar fizikadan metafizikaya atom və  xalə  məfhumları ilə 

keçirlər. Belə ki, kəlamçılar atomları və onların hərəkət etdiyi boşluğu isbat 

etməklə aləmin hüdusunu, aləmin hüdusu ilə  də Allahın varlığını isbat 

edirlər. Onlara görə atomlar yer tuturlar, yer tutma isə boşluq (xalə) olub 

yoxluqdan ibarətdir. Beləcə atomların məhəlli (tutduğu yer) yoxluq 

olmaqdadır. Atomların məhəldən xali olmaları mümkün olmadığı üçün 

yoxluqdan sonra gəlməlidirlər. Beləcə “yoxluqdan” sonra gələn atomlar 

                                                 

37

 Təsəlsül səbəblər zincirinin sonsuza qədər bir silsilədə davam etməsidir. 



38

 Bax. İci, əl-Məvaqif, Qahirə: Məktəbətu-l-Mütənəbbi, [tarixsiz], səh. 108-109. 

39

 Təhanəvi, Kəşşafu İstilahati Fünun, thq. Əli Dahruc, Beyrut, 1996, I,  910. 



40

 Bax. İbn Furək,  Mucərrədu Məqaləti-ş-Şeyx  Əbi-l-Həsən  əl-Əş‘ari, thq. Danıel Gımaret, 

Beyrut, 1987 səh. 253 

41

 Xalə məfhumu haqqında bax. İlhan Kutluer, “Halâ”, DİA, XV, səh. 221-225 




Kəlama görə aləmin yaradılışı 

125 


hadis olmaqda və hadis olduqları üçün də Fail-i muxtar olan Allaha ehtiyac 

duymaqdadırlar.

 42

 

Yoxdan yaratma anlayışını  qəbul edən kəlamçılar  əslində bunu 



anlamağın və qavramağın çətin olduğunun fərqindədirlər. Məsələn, maduridi 

kəlamının ikinci ən önəmli alimi olan Əbu-l-Muin ən-Nəsəfi (ö. 508/1115) 

aləmin sonradan olduğunu dəlilləndirdikdən sonra bu mövzudakı etirazlara 

qarşı belə cavab verməkdədir: 

“Heç bir şey olmadan bir şeyin olması (ءيش نم لا ءيشلا دوجو) ağla uyğun 

deyil” görüşünə qarşı belə deyərik: biz onu əqli dəlillə isbat etdik. Əqli olan 

(məqul) sübutu əqli dəlil vasitəsilə gerçəkləşəndir. (Yoxdan yaratma) vəhmi 

deyil  əqlidir. Çünki vəhm hissin nəticələrindəndir. Belə ki o (vəhm) hisdə 

yox olduqdan sonra hiss olunanın surətinin düşüncədə iz salmasıdır. 

Hisslərlə  dərk olunmayan vəhmdə  təsəvvür oluna bilməz. Qeyblərlə 

(metafizika)  əlaqəli məlumat  əldə etmə yolu isə hiss deyil ağıldır. Hiss 

baxımından gizli olanı hissi faktlarla bilmək istəyən o şeyi bilinməsi üçün 

qoyulmuş bilgi səbəbləri xaricində olan bir şeylə bilmək istəyir və (bu) şəxs 

rəngləri qulağı ilə, səsləri gözü ilə, cismlərin dadlarını da əli ilə ayırd edən 

kimidir. Bu isə ifrat cəhalətdən başqa bir şey deyildir.

43

 



 

Yuxarıdakı parçadan da görüldüyü kimi Nəsəfi əqli olanla hissi olanı bir-

birindən ayıraraq heç bir material olmadan var edilməyi birinci kateqoriyada 

dəyərləndirir. Bu, yoxdan yaradılışın yalnızca  əqlən imkansız olmadığını 

bilə biləcəyimizi, lakin hissi faktlardan çıxış edərək onun 

dəlilləndirilməsinin mümkün olmadığını göstərir.  

Mötəzilənin Bağdad məktəbinə  mənsub olan kəlamçılar sünni 

kəlamçılarla eyni görüşü bölüşsə  də, eyni məzhəbin Bəsrə  məktəbi bu 

mövzuda fərqli görüşlər irəli sürmüşdür. Onlar aləmin yoxdan yaradıldığını 

qəbul etsələr də, “yox” məfhumuna verdikləri məna baxımından digər 

kəlami düşüncə  məktəblərindən ayrılmışlar. Bu məktəbə görə sübut (sabit 

olma) və  nəfy (mənfilik) varlıq (vücud) və yoxluqdan (ədəm) daha geniş 

məfhumdurlar. Bu mənada var olmayan amma var olma potensialını daşıyan 

şeylər (mümkin mə`dum) var olmasalar da sabitdirlər. Əslində “yox olanın” 

                                                 

42

 İzmirli, a.k.ə., səh. 179-181 



43

 Nəsəfi, Təbsiratu-l-ədillə, I, səh. 99 




 i.e.n. Aqil ŞİRİNOV 

126 


“şey” məfhumunun əhatə dairəsinə girdiyini irəli sürmək “yoxdan yaratma” 

problemini həll etmək məqsədindən qaynaqlanır.

44

 Bu məktəbin bütün 



mə`dumları deyil yalnızca “mümkün mə`dumlar”-ı “şey” məfhumunun əhatə 

dairəsində  qəbul etməsi bu iddianı daha da qüvvətləndirməkdədir. Belə ki, 

var olmayan, lakin sonradan var olma potensialını daşıyan “mümkün 

mə`dumlar”-a “şey” demək onları bir baxımdan varlıqla  əlaqələndirmə 

mənasına gəlir. Bu, yoxdan yaratmanı, “mütləq yoxdan yaratma” fikrini rədd 

edərək  əsaslandırma təlaşından qaynaqlanır. Beləcə  Bəsrə mötəziləsi 

“yoxdan ancaq yox çıxar (ex nihilo nihil fit)” etirazını cavablandırmağa 

calışmışdır. Başda  əş`arilər olmaqla digər məktəblərə  mənsub olan 

kəlamçılar Bəsrə mötəziləsinin bu müddəasına qarşı  çıxmışlar. Bəsrə 

mötəziləsinin qeyd olunan görüşünə etiraz edən digər kəlamçıların  əsas 

qorxusu mə`duma “şey” deyilərsə Allahla birlikdə ikinci bir qədimin olacağı 

və beləcə Tövhid əqidəsinin zədələnəcəyidir. Nəsəfiyə görə mötəzilənin bu 

mövzudakı  əsas səhvi hissi-əqli bölgüsü aparmamasından və hisslərlə  dərk 

olunmayanların  əqlən də  dərk olunmasının mümkün olmadığı fikrini 

müdafiə etməsindən qaynaqlanır.

45

 



Görəsən Quranda açıq bir şəkildə qeyd olunmamasına baxmayaraq 

kəlamçıları yoxdan yaradılış doktrinasını müdafiə etməyə sövq edən  əsas 

amillər nələrdir? Bizə görə onların bu görüşü müdafiə etmələrinin  əsas 

səbəbi aləmin yaradılışında hansısa bir ilk maddənin qəbul edilməsinin 

Allahla birlikdə ikinci bir qədimin qəbul edilməsinə aparıb çıxaracağı  və 

bundan başqa, işi yalnızca maddəyə şəkil (forma) verməkdən ibarət olan bir 

tanrı anlayışına səbəb olaraq bütövlükdə Quranın ruhuna hakim olan “Fail-i 

muxtar” Allah anlayışını  zədələyəcəyi qorxusudur. Məhz bu təlaş  səbəbilə 

Plotinosdan (b.e.ə. 205-270) bəri var olan, Fərabi,  İbn Sina kimi məşşai 

filosoflar tərəfindən də qəbul olunan “südur nəzəriyyəsi” və bu nəzəriyyənin 

“birdən ancaq bir çıxar”

 46


 prinsipi kəlamçılar tərəfindən  İslama zid bir 

                                                 

44

 “Yoktan yaratma” sadece  âlemin ilk yaratılışı değil, aynı zamanda yok olan cesetlerin 



yeniden var edilmesi bağlamında cismânî haşrin imkanıyla ilgili bir sorundur 

45

 Nəsəfi, Təbsiratu-l-ədillə, I, səh. 100. 



46

 Bu prinsipi qısaca belə xülası etmək mümkündür.: Səbəb və  səbəblilər nəticədə “zəruri 

varlıq”-da bitir ki, bu varlıq da bəBu ilkeyi kısaca  şöyle özetlemek mümkündür: İllet ve 

malüller sonda “zorunlu varlık”ta bitmektedir ki, bəsit olan bu varlıq bütün cəhət və 

yönlərdən mücərrəddir. Belə olan bir varlıqdan ancaq özü kimi tək bir bəsit varlıq südur edə 

bilər. Əks təqdirdə zəruri varlıq bəsit deyil  mürəkkəb olar. Südur nəzəriyyəsinə görə zəruri 

 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə