Elmи мяъмуяси



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə46/159
tarix02.12.2017
ölçüsü3,47 Mb.
#13563
1   ...   42   43   44   45   46   47   48   49   ...   159

 i.e.n. Aqil ŞİRİNOV 

118 


olmayan hadislərin olmasının mümkünsüzlüyünü dəlilləndirərək cövhər və 

ərəzlərin yoxdan yaradıldıqları  nəticəsinə  gəlib çıxırlar.  İndi bunlardan 

qısaca bəhs edək. 

Kəlamçılara görə, aləm  ərəzlərdən və onların daşıyıcısı olan 

cövhərlərdən ibarətdir və yalnızca maddə deyil, eyni zamanda məkan, zaman 

və  hərəkət də atomlardan ibarətdir.

13

 Müxtəlif görüşlər olsa da, ərəz “başlı 



başına mövcud olmayan” və ya “cövhərdə var (qaim) olan məna”

 14


, cövhər 

isə “başlı başına var olan” şəklində tərif olunmuşdur. Cövhərin “başlı başına 

mövcud olan” şəklində  tərif olunmasının səbəbi onun varlığın heç bir 

məhəllə (yer) ehtiyac olmadan gerçəkləşməsidir.

15

  

Kəlamçıların  əksəriyyəti cövhəri ikiyə ayırır. Birinci növ cövhər 



mürəkkəb olmayan, nə əqli, nə kəsri (parçalanma və qırılma yolu ilə), nə də 

hissi baxımdan bölünməsinin düşünülməsi mümkün olmayan cövhər, yəni 

atomdur; kəlam istilahında buna “cövhər-i fərd” və  “əl-cuz  əlləzi lə 

yətəcəzzəu (bölünməyən parça)” deyilir.

16

 Cövhərin ikinci növü isə 



atomlardan ibarət olan cismdir. İbrahim ibn Səyyar ən-Nəzzam (ö. 232/845) 

və  Dırar ibn Amr (ö. 200/815?) kimi mötəzilə alimləri bölünməyən bir 

parçanın olmasının mümkün olmadığına dair görüşü müdafiə etmişlərsə də, 

bu görüş kəlam ənənəsində o qədər də tərəfdar toplamamışdır.

17

  

Kəlamçılar, zəruri olaraq bilindikləri üçün



18

 ərəzlərin var olduğuna dair 

əlavə bir dəlilləndirmənin lazım olmadığı görüşünü mənimsəməklə birlikdə 

mövzu ilə əlaqəli bəzi dəlillər də irəli sürmüşlər. Bu dəlillərdən biri belədir: 

                                                 

13

 Mehmet Dağ, “Yunan ve İslam Felsefesinde Aristocu Zaman Görüşüne Tepkiler”, İslam 



İlimleri Enstitüsü Dergisi, Ankara, 1975, sayı 2, səh. 83; Zamanın cövhər və ya ərəz olması 

ilə əlaqəli mübahisələr haqqında bax. Fəxrəddin ər-Razi, əl-Məbahisu-l-Məşriqiyyə, thq. M. 

əl-Mu’tasim Billəh əl-Bağdadi, Beyrut, 1990/1410, I, 765-768 

14

 Kəlam ənənəsindəki ərəzla əlaqəli müxtəlif təriflər hakkında bax. Cüveyni, əş-Şamil, səh. 



52; Yusuf  Şevki Yavuz, “İslam Kelamında  Ərəz Nazariyesi”, MÜİFD,  İstanbul, 1987-8, 

Sayı 5-6, səh. 72 

15

 Cövhərin bu tərifi bütün kəlam alimləri tərəfindən qəbul olunnmamışdır. Məsələn, Əbu-l-



Həsən  əl-Əş`ari yalnızca Allahın başlı başına var olduğunu iddia edərək bu tərifə qarşı 

çıxmışdır. Bax. Nəsəfi,  Təbsiratu-l-ədillə, I, 63; Cüveyni, Kitabu-l-İrşad, Qahirə, 

2002/1422, səh. 2 

16

  Kəlamçıların bu görüşü ilə Demokritin atom anlayışı arasında yaxınlıq var. Belə ki, 



Demokritə görə  də atomlar istər məfhumi, istər məntiqi, istərsə  də fiziki baxımdan 

bölünmürlər. Bax. Cevizci, Felsefe Sözlüğü, səh. 259 

17

    Nəzzam cövhərin varlığını inkar edir və aləmin bütövlükdə yeganə  ərəz  şəkli olan 



hərəkətdən ibarət olduğunu müdafiə edirdi.  

18

 Cüveyni, əş-Şamil, səh. 61; Y. Sevki Yavuz, a.k.m., səh. 73 




Kəlama görə aləmin yaradılışı 

119 


biz bir cismin, öz varlığını davam etdirməklə birlikdə,  əvvəlcə qara, sonra 

isə  ağ  rəngə büründüyünü müşahidə edirik. Onun ağ  və qara rənglərə 

bürünməsinin iki səbəbi ola bilər: bu rəng dəyişməsi ya onun özündən (zat) 

və ya onun xaricindəki bir şeydən qaynaqlanır. Bunun onun özündən olması 

mümkün deyildir, çünki belə olan halda o həmişə qara olmalıdır. Özü 

qalmaqla birlikdə əvvəlcə qara olan cismin sonra ağa çevrilməsi həm onun 

özü səbəbi ilə ağ rəngə bürünmədiyini, həm də, daha öncə qara olmasının da 

özü səbəbilə deyil, yox olan bir xüsusiyyət səbəbilə olduğunun dəlilidir; bu 

xüsusiyyət də ərəzdır.

19

  



Başqa bir dəlilə görə, cismin sükunət halından sonra əvvəlki yerindən 

ayrılaraq başqa bir yönə doğru hərəkət etdiyini müşahidə edirik. Zəruri 

olaraq bilirik ki, cövhərin öz cəhətinə  məxsus olması  zəruri deyil, 

mümkündür. Belə ki, onun ilk cəhətdə qalması imkansız bir hal deyildir. 

Onun bir cəhətdə yox olaraq başqa bir cəhətə məxsus olmasını lüzumlu edən 

bir zəruri ediciyə ehtiyac vardır. Bu isə ya cövhərin özü və ya onun xaricində 

olan bir şeydir. Birincisi imkansızdır, çünki cövhərin varlığı mütəmadidir 

(müstəmirru-l-vücud), mütəmadi olanın məxsus olduğu cəhət isə onunla 

birlikdə davam edər. Bu da öz növbəsində cövhərin bir cəhətdən başqa bir 

cəhətə keçməsini mümkünsüz edər. Cövhərin bütün cəhətlərə olan nisbəti 

eyni dərəcədədir və özü eyni şəkildə qaldığı halda cəhətlərə olan nisbəti 

dəyişər. Elə isə onun müəyyən cəhətlərə məxsusluğunu təmin edəcək başqa 

bir zəruri ediciyə ehtiyac vardır. Belə olan halda isə cövhərə zaid (əlavə 

olan) başqa bir məna olmalıdır; bu da ərəzdir.

20

 

Ərəzlərin varlığının dəlilləndiliməsindən sonrakı  mərhələ onların hadis 



olduqlarının, yəni varlıqlarının bir başlanğıcı olduğunun isbat edilməsidir. 

Bir çox kəlamçının irəli sürdüyü və artıq klassik hala gəlmiş bu dəlillərdən 

biri belədir: biz müəyyən bir cismin sakit bir vəziyyətdə olduğu halda daha 

sonra hərəkət etdiyini müşahidə edirik. Hərəkət və sükunun (sakit olma 

halının)  ərəz olması isə  məlumdur. Sakit bir halda olan cismdə daha sonra 

hərəkət ortaya çıxır və o, hərəkət etməyə başlayır. Cisim sakit bir halda 

olanda onda hərəkət mövcud olmur. Hərəkət sonradan ortaya çıxır və biz bu 

                                                 

19

 Nəsəfi, Təbsiratu-l-ədillə, I, 73-74 



20

 Dəlilin daha geniş versiyası üçün bax. Cüveyni, əl-İrşad, səh. 18-19; Mehmet Dağ, İmam 



el-Harameyn el-Cüveynî'nin Âlem ve Allah Görüşü, 1976, səh. 101-102; Bağdadi, Usulu-d-

din, Beyrut, 1981/1401, səh. 36-38 


Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə