Elmи мяъмуяси



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə45/159
tarix02.12.2017
ölçüsü3,47 Mb.
#13563
1   ...   41   42   43   44   45   46   47   48   ...   159

 i.e.n. Aqil ŞİRİNOV 

116 


Mütəəxxirun (Qəzzalidən sonrakı) dövrü kəlam kitablarında isə mövzu daha çox 

“əl-umuru-l-ammə”

3

 bölümündə “qədimin (başlanğıcı olmayan, əzəli) və 



muhdəsin (başlanğıcı olan) xüsusiyyətləri”, “qədim bəhsləri”, “hadis (sonradan 

olan, başlanğıcı olan) bəhsləri” və “zaman” başlıqları altında müzakirə olun-

muşdur. Bu qısa məlumatdan sonra yuxarıdakı suallara cavab verməyə çalışaq.

4

  



Aləmin Hüdusu (sonradan yaradılması):  Aləmi “Allahdan başqa hər 

şey” kimi tərif edən kəlamçılar

5

 Aristotelin (b.e.ə. 384-322) irəli sürdüyü 



materiya-forma mərkəzli aləm anlayışına (hilomorfizm) qarşı cövhər-ərəz 

(substansiya-aksidensiya) mərkəzli atomçu (bölünməyən parça - əl-cuz əlləzi 

lə  yətəcəzzəu-  ازجتي  لا  يذللا  ءزجلا) bir aləm ideyasını  mənimsəmişlər. 

Kəlamçıların bu anlyışı  mənimsəyərək müdafiə etmələrinə  səbəb olan ən 

əsas təkanverici güc aləmin sonradan olmasını  və bunun öz hərəkətlərində 

seçmə azadlığına sahib olan bir Yaradıcı  tərəfindən yaradıldığını 

dəlilləndirmə  təlaşıdır. Cövhər-ərəz mərkəzli aləm anlayışı  kəlamçıların bu 

dəlilləndirmədə  ən təməl arqumenti olmaqla yanaşı onlara fizikadan 

metafizikaya keçmə imkanı da vermişdir. Kəlamçıların qeyd olunan anlayışı 

dəlilləndirmə tərzinə toxunmazdan əvvəl atomçu görüşün mənbəyi və onun 

kəlamdakı istifadə olunma tarixindən qısaca bəhs edək. 

Kəlamın atom nəzəriyyəsinin qaynağı mövzusunda müxtəlif fikirlər irəli 

sürülüb. Bunlardan birincisi onun qədim yunan düşüncəsindən alındığına 

dair görüşdür. Bu görüşü müdafiə edənlərə görə kəlamda istifadə olunan bu 

nəzəriyyə qədim yunan filosoflarından biri olan Demokrit (b.e.ə. təqr. 460-

370) tərəfindən irəli sürülən və aləmin bölünməyən zərrəciklərdən yəni 

atomlardan ibarət olduğunu irəli sürən görüşə  əsaslanmışdır. Mehmed 

Şemseddin kimi bəzi tədqiqatçılara görə isə kəlam atomçuluğu əsası filosof 

Kanada

6

 tərəfindən qoyulan hind atomçuluğuna daha yaxındır.



7

 Lakin yunan 

                                                 

3

 Kəlam kitablarındakı “əl-umuru-l-ammə” bölümü bu elmin əsas mövzusu olan İslamın əqidə 



əsasları ilə  əlaqəli bəhslərdən  əvvəl gnesioloji və ontoloji mövzuların müzakirə olunduğu 

giriş xarakterli bölümdür. Kəlam kitablarında bu bölüm bəzən bir kitabın üçdə ikisini əhatə 

edəcək qədər geniş şəkildə müzakirə olunmuşdur. 

4

 Bax. Fəxrəddin ər-RaziMuhassal, tərc. edən: Hüseyin Atay, səh. 78-81; Təftəzani, Şərhu-l-



Məqasid, thq. Əbdürrəhman ‘Umeyra, II, 1-23, 179-197 ; Seyyid Şərif Cürcani, Şərhu-l-

Məvaqif, thq. Mahmud Ömər əd-Dimyati, Beyrut, 1998/1419, III, 3-20, 181-203. 

5

 Nəsəfi, Təbsiratu-l-Ədillə, I, 62 



6

 Kanada bizim eradan 500 il əvvəl yaşamış bir hind filosofodur. O, maddənin daimi surətdə 

hərəkət edən çoxlu sayda kiçik və bəsit zərrəciklərdən ibarət olduğunu və bunların sonsuz 

bir şıkildə bölünməsinin mümkün olmadığını irəli sürmüşdür.   




Kəlama görə aləmin yaradılışı 

117 


və hind ənənələrindəki görüşlərdən istifadə etsə  də, kəlam atomçuluğu bu 

düşüncə sistemlərindəki atomçuluqdan bariz bir şəkildə fərqlənir. Materialist 

bir təmələ əsaslanan Demokritin atom anlayışına görə atomlar əzəli və əbədi 

olub nə yaradılmışlar nə  də yox olacaqlar.

8

 Hind düşüncəsində  də atomlar 



əzəlidir.

9

  Kəlam atomçuluğu isə atomların yaradılmışlığını  və bundan çıxış 



edərək Allahın varlığının dəlilləndirilməsini mümkün edən özünəməxsus bir 

struktura malikdir. Bu isə kəlam atomçuluğunun məqsəd baxımından yunan 

və hind atomçuluqlarından tamamilə fərqli olduğunu göstərir.

10

  



Aləmin cövhər və  ərəzlərdən ibarət olduğuna dair görüşü  İslam 

düşüncəsində ilk dəfə  Cə`d ibn Dirhəm (ö.118/736) və  Cəhm ibn Səfvanın 

(ö. 128/720) mənimsədiyi, daha sonra isə mötəzilə  məzhəbinin qabaqcıl 

mütəfəkkirlərindən biri olan Əbu-l-Hüzeyl  əl-Əllaf (ö. 235/850) tərəfindən 

sistemləşdirərək kəlami bir tezis kimi irəli sürüldüyü qəbul edilir. əl-Əllafın 

sistemi dörd əsasa istinad edirdi. Bunlar ərəzlər, onların hüdusu, cismin 

ərəzlərdən xali olmasının mümkün olmaması  və başlanğıcı olmayan 

hadislərin olmasının mümkünsüzlüyü idi.

11

 Sünni kəlamçılar içərisində isə 



bu nəzəriyyəni ilk qəbul edən İbn Küllab əl-Bəsri (ö. 240/857) olmuşdur.

12

  



Kəlami atom nəzəriyyəsinin qayəsinin aləmin yoxkən sonra var 

olduğunun və öz hərəkətlərində ixtiyar sahibi olan (fail-i muxtar) Allah 

tərəfindən yoxdan yaradıldığının isbatı olduğunu yuxarıda qeyd etmişdik. 

Kəlamçıların bu metodu induktiv bir təmələ istinad edir. Nəticəyə çatmaq 

üçün onlar əvvəlcə ərəzlərin varlığını və onların hadis olduqlarını isbat edir, 

daha sonra da cövhərlərin  ərəzlərsiz olmasının mümkün olmadığını  və 

beləcə onların da hadis olduğunu  əsaslandırılar;  ən nəhayət isə başlanğıcı 

                                                                                                                   

7

 M. Şemseddin, “Mütekellimîn ve Atom Nazariyesi”, Darülfunûn  İlahiyat Fakültesi 



Mecmuası, İstanbul, 1925,  I, 91-93 

8

 Ahmet Cevizci, Felsefe Sözlüğü, İstanbul, 2002, səh. 259 



9

 Cağfer Karataş, Bâkıllânî’ye Göre Allah ve Âlem Tasavvuru, Bursa, 2003, səh. 132 

10

 M. Şemseddinə görə  kəlamçılar aləmdə mövcud olan hər  şeyin yeganə yaradıcısının və 



tənzimləyicisinin Allah olduğuna dair əqidəni  əsaslandırmaq istədikləri üçün təbii olaraq 

aləmin varlıq səbəblərini nəticədə Allaha aparıb çıxaran münasib bir yol axtarmışlar. Bu 

nəticəyə çatmaq üçün izlənməsi mümkün olan ən münasib metodun isə kainatın 

yaradılmasındakı maddi ünsürün iştirak payını son həddə  qədər azaltmağa imkan verən 

menasib bir yol olduğunda  şübhə yoxdur. Bu mənada kəlamçılar atom nəzəriyyəsini 

mənimsəyərək ona öz görüşlərini dəlilləndirməyə yarayan yeni bir forma vermişlər. Bax. 

M. Şemseddin, a.k.m., səh. 92-94 

11

 M.Şemseddin, a.k.m., səh. 68 



12

 İzmirli İsmail Hakkı, “Âlem”, İslam Türk  Ansiklopedisi, İstanbul, 1941, səh. 262-3  




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə