i.e.n. Aqil ŞİRİNOV
122
illətdir (səbəb) və məlul (səbəb olunan) ondan zəruri olaraq çıxar. Məlulun
illətlə birlikdə var olması zəruridir. Bu anlayış Allahın iradə sahibi olmasını və
seçmə azadlığını yox edərək Onun qüdrət sifəti ilə vəsflənmədiyini göstərir.
Halbuki bu xüsusiyyət Quranın Allaha istinad etdiyi ən əsas atributlardan
biridir.
Kəlamçılar aləmin yaradılışında elm, iradə və qüdrət sifətlərinin təsirli
olduğunu qəbul edirlər. Maturidilər buna təkvin sifətini də əlavə edirlər.
Buna görə Allah hər şeyi, hətta yox olanı (mə`dum) belə əzəli bilgisi ilə bilir.
Lakin məşşailərin iddia etdikləri kimi onun bilgisi yaratması manasına
gəlməz. Tanrı bir şeyi bildiyində o şey bütün varlıq şərtlərini hazırlayaraq
var olmaz. Bir şeyin yaradılması üçün onu bənzərlərindən ayırmağı və
müəyyən bir vaxtda yaratmağı təmin edən iradənin və istəniləni yaratma
qüdrətinin
29
olması lazımdır. Bu mənada mümkin
30
varlıqların bir təsir
ediciyə ehtiyac səbəbinin əzəli imkan olduğunu qəbul edən məşşai
filosoflardan fərqli olaraq kəlamçılar bu illətin hüdus olduğunu müdafiə
ediblər.
31
Kəlamçılar iradə olunan (murad) olmadan iradənin, qüdrət yetirilən
(məqdur) olmadan da qüdrətin olmasının mükün olmadığına, bundan başqa
qədim bir iradədən hadis bir feilin meydana gəlməsinin imkansızlığına dair
etirazlara Allahın iradəsi ilə bəşərin iradəsi arasındakı fərqə diqqət çəkərək
cavablandırmağa çalışmışlar.
32
Bundan başqa, problemi həll etmək üçün
əzəli sifətlə sonradan olan fel arasına “zamani aidiyyəti” qoymaqdadırlar.
Beləcə fellər əzəli iradə və qüdrət sifətlərinin zaman içindəki
gerçəkləşməsindən ibarət olmaqda, sifətlərin əzəliliyi isə fellərin də əzəli
olmalarını zəruri etməməkdədir.
33
29
İradə ilə qüdrət arasında fərq olmadığını irəli sürənlərə cavab olaraq Razi qüdrətin bir şeyin
yaradılmasında təsirli olduğunu, lakin zamanın dəyişməsi ilə dəyişmədiyini və bu mənada
bir şeyin müəyyən bir zamanda var olmasında qüdrət deyil iradənin təsirli olduğunu qeyd
edir. Bax. Razi, Mə‘alimu Usuli-d-din, thq. Səmih Dağim, Beyrut, 1992, səh. 44
30
Mümkin belə tərif olunmuşdur: zatına nisbətlə varlığı və yoxluğu eyni olan, varlığı və
yoxluğu imkan daxilində olan.
31
Ömer Türker, Seyyid Şerif Cürcânî (nəşr olunmamış dissertasiya), İstanbul, 2006, səh. 57-
59: Halife Keskin, “İslam Kelamında İlahi Sıfatlar ve Yaratma”,
Çukurova Üniversitesi
İlahiyat Fkültesi Dergisi, Adana, 2001, sayı 1, səh. 70
32
Bax. Qəzzali, Təhafutu-l-Fəlasifə, tərc.ed. Mahmut Kaya-Hüseyin Sarıoğlu, İstanbul, 2005,
səh. 19.
33
Halife Keskin, a.k.m., səh. 78.
Kəlama görə aləmin yaradılışı
123
Kəlamçılar aləmin zaman baxımından hadis olduğunu qəbul etməklə
zamanın da hadisliyini mənimsəmişlər.
34
Belə ki, aləm Allahdan başqa hər
şey olduğu üçün zaman da hadis olmalıdır. Aləm zamanda yaradılıb, zaman
da onunla birlikdə var olub. Zaman da məkan kimi sonludur və bir
başlanğıca sahibdir. Qəzzali, məşşai filosofların “Allah zaman baxımından
aləmdən əvvəldir deyilərsə onda bu, aləm və zaman var olmadan öncə
aləmin olmadığı sonsuz bir zamanın var olduğu mənasına gələr”
35
şəklindəki
etirazlarına qarşı bir kəlamçı kimi belə cavab verir:
Zaman sonradandır və yaradılmışdır; ondan öncə əsla heç bir zaman
yoxdur. “Allah aləm və zamandan öncədir” sözümüzün mənası ondan
ibarətdir ki, “Allah vardı, aləm isə yoxdu, sonra Allah yenə vardı və onunla
birlikdə aləm də var oldu”; “O vardı və aləm yoxdu” sözümüzün mənası
“Yaradıcnın zatı var idi və aləmin zatı yox idi”; “O vardı, Onunla birlikdə
aləm də vardı” sözümüzün mənası isə “yalnızca iki zatın var olmasıdır”. Bu
halda biz “əvvəl olma” sözü ilə sadəcə Onun var olmadakı təkliyini nəzərdə
tuturuq; aləm isə tək bir şəxs kimidir. Əgər biz məsələn, “Allah vardı İsa
yoxdu; sonra O var olmağa davam edərkən Onunla birlikdə İsa da var oldu”
desəydik bu ifadə yalnızca bir zatın varlığını, digərinin yoxluğunu, sonra da
iki zatın var olduğu mənasını ehtiva edər, üçüncü bir şeyin varlığını zəruri
etməzdi. Hər nə qədər xəyal gücü (vəhm) üçüncü bir şeyi, yəni zamanı
nəzərdə tutmadan qane olmasa da, xəyal gücünün səhvlərinə dəyər
verilməz.
36
Qəzzalinin son cümləsi insan ağlı üçün zamanın yoxluğunu düşünməyin
nə qədər çətin olduğunun etirafıdır. Zira insan zaman məfhumunu bir kənara
qoyaraq düşünə bilməz.
Qəzzali zamanın gerçəkliyini qəbul etsə də, Ədududdin əl-İci (ö.
756/1355) kəlamçıların “dünənin bu gündən əvvəl olmasının yalnızca
34
Kəlamçıların əksəriyyəti zamanı “onunla məlum olmayan yenilənin ölçüldüyü məlum
yenilənən (
ريغ ددجتم هب ردقم مولعم ددجتم
مولعم )”
şəklində tərif etmişlərə də (bax. Təftəzani,
a.k.ə., II, səh. 188), kəlam ənənəsində müxtəlif zaman tərifləri mövcuddur. Məsələn Əbu-l-
Hüzeyl əl-Əllafa görə zaman “işlər arasındakı fərq”, Əbu Əli əl-Cübbai və Bəlxiyə görə isə
“fələyin hərəkətidir”. Bax. Hüsamuddin əl-Alusi, “əz-Zəmənu fi fikri-d-dini və-l-fəlsəfiyyi-
l-qadim”, Aləmu’l-Fikr, Küveyt, 1977 (Avqust-Sentyabr), VIII cild, II sayı, səh. 453.
35
Qəzzali, a.k.e., səh. 32.
36
Qəzzali, a.k.e., səh. 32.