Elmи мяъмуяси



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə44/159
tarix02.12.2017
ölçüsü3,47 Mb.
#13563
1   ...   40   41   42   43   44   45   46   47   ...   159

Ərəb dilçilik tarixinin öyrənilməsində mövcud olan müxtəlif istiqamətlər 

111 


Beşinci  əsrə çatdıqda  ərəb nəhvinin öyrənilməsinin ağırlıq mərkəzi 

məşriqdən məğribə keçir. Bu mərhələ iki yüz ildən artıq davam etmişdir. 

6. تيبثتلا و حيصحتلا رصع-VII əsrdən müasir dövrədək. 

Artıq VII əsrdən başlayaraq ərəb nəhvinin tədqiqi və müzakirəsi cəhdləri 

bütünlüklə başa çatır, bu istiqamətdə mövcud olan düzgün tədqiqat 

üsullarından birinin seçilməsi, ümumiləşdirilməsi və təsbit edilməsi zərurəti 

meydana çıxır. Qeyd etmək lazımdır ki, bu mərhələ  ərəb nəhvinin indiki 

formasını müəyyənləşdirməyi bacaran Abdullah bin Malik ət-Tai əl-Cəyyani 

tərəfindən başa çatdırılmışdır. Beş yüz ildən artıqdır ki, ərəb qrammatika 

elminin öyrənilməsində onun “Əl-əlfiyyə” adı ilə  məşhur olan “Əl-xulasa” 

əsərləri mənbə rolunu oynayır. İbn Malikdən sonra gələn dilçilərə isə onun 

yolunu davam etdirməkdən, yazdığı kitablara şərh yazmaqdan başqa heç bir 

şey qalmamışdır. Qeyd etməliyik ki, Əbu Həyyanın və İbn Hişamın yazdığı 

əsərlər də  İbn Malik məktəbinin inkişafı  və öz təsdiqini tapması 

istiqamətində çox mühüm rol oynamışdır. 

7. ريسيتلا و ديدجتلا رصع-müasir dövr. 

Bu gün də dilçi mütəxəssislər  ərəb dilçiliyinin müasir problemləri ilə 

məşğul olur, qarşıya çıxan suallara cavab tapmağa çalışırlar. 

Bir sıra dilçilər ərəb nəhvinin inkişaf tarixini yuxarıda qeyd etdiyimiz üç 

məşhur dilçidən fərqli olaraq dövrlər üzrə deyil, tabaqat va-l-məratib 

səpkisində öyrənirlər.  



 Səbinə MİRZƏYEVA 

112 


 

 

ƏDƏBİYYAT 

 

 

AZƏRBAYCAN DİLİNDƏ 

 

1.

 



Məmmədəliyev V.M. Ərəb dilçiliyi. Maarif, Bakı, 1985 

2.

 



Məmmədov Ə.S. Ərəb dili. BDU nəşri, Bakı, 1958 

3.

 



Məmmədov Ə.S. Ərəb dilinin qısa kursu. Maarif, Bakı, 1999 

  

RUS DİLİNDƏ 



 

4.

 



Гранде  Б.М.  Введение  в  сравнительное  изучение  семитских 

языков. М., 1972. 

5.

 

Звегинцев  В.А.  История  арабского  языкознания  (краткий 



очерк). М., 1958.  

6.

 



Каменский Н.С. Вводный курс современного арабского литера-

турного языка. ivМ., 1952.  

 

  

ƏRƏB DİLİNDƏ 

 

7. 

ةاحذلا رھشا خيرات و وحنلا ةأشن يواطنط دمحم

 

 ماع رصم عبط



1964

 

 


Ərəb dilçilik tarixinin öyrənilməsində mövcud olan müxtəlif istiqamətlər 

113 


 

 

РАЗЛИЧНЫЕ НАПРАВЛЕНИЯ В ИЗУЧЕНИИ 

ИСТОРИИ АРАБСКОГО ЯЗЫКОЗНАНИЯ 

 

 



Арабское  языкознание,  являясь  неотъемлимой  частью  мирового 

языкознания  прошел  долгий  путь,  вернее  исторический  путь  развития 

за 1400 лет. 

Обычно, всегда создание Арабского языкознания связывалась с ре-

лигией. В этом отношении мнение д-ра Али Абдула Мекарами достой-

ны внимания. В своей работе «Ал-Мадхал ила дирасетин – нахв» затра-

гивая  факторы  стимулирующие  развитие  Арабского  языкознания  раз-

делил их на две группы - общественные и религиозные. Говоря об об-

щественном  факторе  подразумевается  слияние  арабских  племен  с  не-

арабскими,  т.е.  формирование  великого  мусульманского  народа  в  со-

ставе Халифата. Без языкового фактора обеспечивающего взаимоотно-

шение между людьми формирование такого общества невозможна. Го-

воря  об  религиозном  факторе  подразумевается  Ислам-явлющийся  по-

следним правдивым религием посланным людям через священный Ко-

ран который на арабском языке.  

 



 Səbinə MİRZƏYEVA 

114 


 

 

DIFFERENT DIRECTIONS IN LEARNING THE HISTORY OF 



 THE ARABIC LINGUISTICS 

 

 



The Arabic linguistics which is an integral part of the world linguistics 

passed the long, historical way of development for 1400 years. 

Generally, the creation of the Arabic linguistics is connected with the 

religion. On this point, Dr.Ali Abdul Mekarami’s view is noteworthy. In his 

work “Al-Madhal ila dirasetin-nahv” touching upon the factors stimulating 

the development of the Arabic linguistics , he divided them into two groups- 

social and religious. Speaking about the social factor the conglomeration of 

Arabic tribes with non-Arabs, i.e. the formation of the great Muslim people 

in Caliphate was meant.  

Without the language factor supplied by interpersonal relations the 

formation of such society is impossible. Speaking about the religious factor 

Islam, the last true religion sent to people through the Holy Koran written in 

the Arabic language was meant.  

 



Kəlama görə aləmin yaradılışı 

115 


 

 

 



 

KƏLAMA GÖRƏ ALƏMİN YARADILIŞI 

 

i.e.n. Aqil ŞİRİNOV  

 

 

 

Aləmin yaradılışı problemi klassik kəlam kitablarında ciddi müzakirə 

obyektinə çevrilmiş ən önəmli məsələlərdən biridir. Cüveyninin (ö. 478/1085) 

yetkinlik yaşına çatanlar üçün şəriət baxımından lüzumlu olan ən ümdə şeyin 

aləmin bir başlanğıcı olduğu görüşünə aparan doğru düşünmə  fəaliyyəti 

olduğuna dair görüşü

1

  kəlamçıların bu məsələyə  nə  qədər  əhəmiyyət 



verdiklərini göstərir. Biz bu məqalədə aləmin yaradılışı ilə bağlı kəlamçıların 

görüşlərini müzakirə edərək aşağıdakı suallara cavab tapmağa çalışacağıq: 

1.

 

Kəlamçılar “aləm” məfhumu ilə nəyi nəzərdə tuturlar? 



2.

 

Aləm əzəlidirmi (qədim), yoxsa sonradan yaradılıb? 



3.

 

Əgər aləm sonradan yaradılıbsa onda nədən (hansı maddədən) 



yaradılmışdır? 

Yuxarıdakı suallara cavab verməzdən əvvəl klassik kəlam kitablarında qeyd 

olunan mövzunun hansı bölüm və  fəsillər altında müzakirə olunduğuna dair 

məlumat vermək lazımdır. Mütəqaddimun (Qəzzalidən əvvəlki) dövrü kəlamçıları 

aləmin yaradılışı ilə  əlaqəli mövzulardan əsasən “aləmin sonradan olması 

(hüdus)”, “varlıqların qisimləri”, “ərəzlərin (aksidensiya) hüdusu”, “cövhərin 

(substansiya)  əzəli olmasının imkansızlığı”, “əl-cövhəru-l-fərd (atom)”, “aləmin 

əzəliliyini inkar edənlərin görüşləri”, “aləm haqqında insanlar arasındakı 

ixtilaflar”, “həyula (ilk maddə, materiya) və ünsürü qəbul edən filosofların 

görüşlərinin rəddi” və buna bənzər fəsillər altında bəhs ediblər. Bundan başqa, elm 

(bilgi), qüdrət, iradə, təkvin kimi ilahi sifətlərin (atributların) və  “şey” 

məfhumunun müzakirə olunduğu bölümlərin də mövzu ilə  əlaqəsi vardır.

2

 

                                                 



1

  İmamu-l-Hərəmeyn  əl-Cüveyni,  Kitabu-l-İrşad, thq. M. Yusuf  Musa-Əli  Əbdülmunim 

Əbdülhəmid, Qahirə, 2002/1422, səh. 3. 

2

 Bax. Əbu Mənsur  əl-Maturidi,  Kitabu-t-Tövhid, thq. Bəkir Topaloğlu-Muhammed Aruçi, 



Ankara, 2005, səh. 25-62, 73-78, 92-99, 170-183, 211-268; Əbu-l-Muin  ən-Nəsəfi, 

Təbsiratu-l-ədillə, thq. Hüseyin Atay, Ankara, 2004, səh. 62-145; Cüveyni, əş-Şamil

Beyrut, 1999/1420, səh. 11-12, 23-115. 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə