Ərəb dilçilik tarixinin öyrənilməsində mövcud olan müxtəlif istiqamətlər
111
Beşinci əsrə çatdıqda ərəb nəhvinin öyrənilməsinin ağırlıq mərkəzi
məşriqdən məğribə keçir. Bu mərhələ iki yüz ildən artıq davam etmişdir.
6. تيبثتلا و حيصحتلا رصع-VII əsrdən müasir dövrədək.
Artıq VII əsrdən başlayaraq ərəb nəhvinin tədqiqi və müzakirəsi cəhdləri
bütünlüklə başa çatır, bu istiqamətdə mövcud olan düzgün tədqiqat
üsullarından birinin seçilməsi, ümumiləşdirilməsi və təsbit edilməsi zərurəti
meydana çıxır. Qeyd etmək lazımdır ki, bu mərhələ ərəb nəhvinin indiki
formasını müəyyənləşdirməyi bacaran Abdullah bin Malik ət-Tai əl-Cəyyani
tərəfindən başa çatdırılmışdır. Beş yüz ildən artıqdır ki, ərəb qrammatika
elminin öyrənilməsində onun “Əl-əlfiyyə” adı ilə məşhur olan “Əl-xulasa”
əsərləri mənbə rolunu oynayır. İbn Malikdən sonra gələn dilçilərə isə onun
yolunu davam etdirməkdən, yazdığı kitablara şərh yazmaqdan başqa heç bir
şey qalmamışdır. Qeyd etməliyik ki, Əbu Həyyanın və İbn Hişamın yazdığı
əsərlər də İbn Malik məktəbinin inkişafı və öz təsdiqini tapması
istiqamətində çox mühüm rol oynamışdır.
7. ريسيتلا و ديدجتلا رصع-müasir dövr.
Bu gün də dilçi mütəxəssislər ərəb dilçiliyinin müasir problemləri ilə
məşğul olur, qarşıya çıxan suallara cavab tapmağa çalışırlar.
Bir sıra dilçilər ərəb nəhvinin inkişaf tarixini yuxarıda qeyd etdiyimiz üç
məşhur dilçidən fərqli olaraq dövrlər üzrə deyil, tabaqat va-l-məratib
səpkisində öyrənirlər.
Səbinə MİRZƏYEVA
112
ƏDƏBİYYAT
AZƏRBAYCAN DİLİNDƏ
1.
Məmmədəliyev V.M. Ərəb dilçiliyi. Maarif, Bakı, 1985
2.
Məmmədov Ə.S. Ərəb dili.
BDU nəşri, Bakı, 1958
3.
Məmmədov Ə.S. Ərəb dilinin qısa kursu. Maarif, Bakı, 1999
RUS DİLİNDƏ
4.
Гранде Б.М. Введение в сравнительное изучение семитских
языков. М., 1972.
5.
Звегинцев В.А. История арабского языкознания (краткий
очерк). М., 1958.
6.
Каменский Н.С. Вводный курс современного арабского литера-
турного языка. ivМ., 1952.
ƏRƏB DİLİNDƏ
7.
ةاحذلا رھشا خيرات و وحنلا ةأشن يواطنط دمحم
ماع رصم عبط
1964
Ərəb dilçilik tarixinin öyrənilməsində mövcud olan müxtəlif istiqamətlər
113
РАЗЛИЧНЫЕ НАПРАВЛЕНИЯ В ИЗУЧЕНИИ
ИСТОРИИ АРАБСКОГО ЯЗЫКОЗНАНИЯ
Арабское языкознание, являясь неотъемлимой частью мирового
языкознания прошел долгий путь, вернее исторический путь развития
за 1400 лет.
Обычно, всегда создание Арабского языкознания связывалась с ре-
лигией. В этом отношении мнение д-ра Али Абдула Мекарами достой-
ны внимания. В своей работе «Ал-Мадхал ила дирасетин – нахв» затра-
гивая факторы стимулирующие развитие Арабского языкознания раз-
делил их на две группы - общественные и религиозные. Говоря об об-
щественном факторе подразумевается слияние арабских племен с не-
арабскими, т.е. формирование великого мусульманского народа в со-
ставе Халифата. Без языкового фактора обеспечивающего взаимоотно-
шение между людьми формирование такого общества невозможна. Го-
воря об религиозном факторе подразумевается Ислам-явлющийся по-
следним правдивым религием посланным людям через священный Ко-
ран который на арабском языке.
Səbinə MİRZƏYEVA
114
DIFFERENT DIRECTIONS IN LEARNING THE HISTORY OF
THE ARABIC LINGUISTICS
The Arabic linguistics which is an integral part of the world linguistics
passed the long, historical way of development for 1400 years.
Generally, the creation of the Arabic linguistics is connected with the
religion. On this point, Dr.Ali Abdul Mekarami’s view is noteworthy. In his
work “Al-Madhal ila dirasetin-nahv” touching upon the factors stimulating
the development of the Arabic linguistics , he divided them into two groups-
social and religious. Speaking about the social factor the conglomeration of
Arabic tribes with non-Arabs, i.e. the formation of the great Muslim people
in Caliphate was meant.
Without the language factor supplied by interpersonal relations the
formation of such society is impossible. Speaking about the religious factor
Islam, the last true religion sent to people through the Holy Koran written in
the Arabic language was meant.
Kəlama görə aləmin yaradılışı
115
KƏLAMA GÖRƏ ALƏMİN YARADILIŞI
i.e.n. Aqil ŞİRİNOV
Aləmin yaradılışı problemi klassik kəlam kitablarında ciddi müzakirə
obyektinə çevrilmiş ən önəmli məsələlərdən biridir. Cüveyninin (ö. 478/1085)
yetkinlik yaşına çatanlar üçün şəriət baxımından lüzumlu olan ən ümdə şeyin
aləmin bir başlanğıcı olduğu görüşünə aparan doğru düşünmə fəaliyyəti
olduğuna dair görüşü
1
kəlamçıların bu məsələyə nə qədər əhəmiyyət
verdiklərini göstərir. Biz bu məqalədə aləmin yaradılışı ilə bağlı kəlamçıların
görüşlərini müzakirə edərək aşağıdakı suallara cavab tapmağa çalışacağıq:
1.
Kəlamçılar “aləm” məfhumu ilə nəyi nəzərdə tuturlar?
2.
Aləm əzəlidirmi (qədim), yoxsa sonradan yaradılıb?
3.
Əgər aləm sonradan yaradılıbsa onda nədən (hansı maddədən)
yaradılmışdır?
Yuxarıdakı suallara cavab verməzdən əvvəl klassik kəlam kitablarında qeyd
olunan mövzunun hansı bölüm və fəsillər altında müzakirə olunduğuna dair
məlumat vermək lazımdır. Mütəqaddimun (Qəzzalidən əvvəlki) dövrü kəlamçıları
aləmin yaradılışı ilə əlaqəli mövzulardan əsasən “aləmin sonradan olması
(hüdus)”, “varlıqların qisimləri”, “ərəzlərin (aksidensiya) hüdusu”, “cövhərin
(substansiya) əzəli olmasının imkansızlığı”, “əl-cövhəru-l-fərd (atom)”, “aləmin
əzəliliyini inkar edənlərin görüşləri”, “aləm haqqında insanlar arasındakı
ixtilaflar”, “həyula (ilk maddə, materiya) və ünsürü qəbul edən filosofların
görüşlərinin rəddi” və buna bənzər fəsillər altında bəhs ediblər. Bundan başqa, elm
(bilgi), qüdrət, iradə, təkvin kimi ilahi sifətlərin (atributların) və “şey”
məfhumunun müzakirə olunduğu bölümlərin də mövzu ilə əlaqəsi vardır.
2
1
İmamu-l-Hərəmeyn əl-Cüveyni, Kitabu-l-İrşad, thq. M. Yusuf Musa-Əli Əbdülmunim
Əbdülhəmid, Qahirə, 2002/1422, səh. 3.
2
Bax. Əbu Mənsur əl-Maturidi, Kitabu-t-Tövhid, thq. Bəkir Topaloğlu-Muhammed Aruçi,
Ankara, 2005, səh. 25-62, 73-78, 92-99, 170-183, 211-268; Əbu-l-Muin ən-Nəsəfi,
Təbsiratu-l-ədillə, thq. Hüseyin Atay, Ankara, 2004, səh. 62-145; Cüveyni,
əş-Şamil,
Beyrut, 1999/1420, səh. 11-12, 23-115.