Səbinə MİRZƏYEVA
108
mövcuddur. Hər şeydən əvvəl qeyd etməliyik ki, ərəb qrammatika elmi əksər
dilçilərin fikrincə, İslamın birinci yüzilliyində yaranmışdır. Bəzi dilçi alim
və mütəxəssislərin fikirlərinə görə isə ərəblər həmişə söhbət edərkən ərəb
dilinin qanunlarına riayət etmiş, ərəb nəhvi hələ qədim zamanlardan onlarda
mövcud olmuşdur. Zaman keçdikcə nəhv (qrammatika elmi) ərəblər arasında
unudulmuş, lakin İslamın gəlişi ilə o, yenidən doğulmuşdur. Belə dilçilərdən
Əhməd ibn Farisini misal göstərə bilərik. O, bu fikirləri “Əs-Sahibi”
kitabının əvvəlində qeyd edir. İyirminci əsrin ən görkəmli filoloqu, doqmatik
ilahiyyatçısı, dilçi alimi və böyük müfəssiri Şeyx Məhəmməd Təntavi
özünün “Nəşətun nəhvi va tərixi əşhurun nəhat” əsərində bütün bu
fikirlərin əsassız olduğunu qeyd edir. (7,10)
Avropa şərqşünası Litman öz mühazirələrində yazır: “Bu elmin mənşəyi
haqqında avropalılar arasında bir çox ziddiyyətli fikirlər vardır. Bəziləri
onun ərəb ölkələrinə Yunanınstandan - yunan fəlsəfəsindən keçdiyini qeyd
edir. Bir çoxları isə bunu inkar edərək “xurma ağacı” ərəb torpağında bitdiyi
kimi nəhv (ərəb qrammatika) elmi də ərəblər tərəfindən yaradılmışdır”
fikrini irəli sürürlər. Ərəb dilçilərinin günümüzədək qələmə aldıqları kitablar
da bunu sübut edir. Biz bu məsələdə “mötədilçilik” prinsipini üstün tuturuq.
Bu o deməkdir ki, düzdür, ilk öncə ərəb nəhvini məhz ərəblər yaratmışdır,
yəni Sibəveyhinin kitabında onun və ondan əvvəlkilərin ixtira etdiklərindən
başqa heç nə yoxdur. Lakin ərəblər yunan fəlsəfəsini Siryani dilindən
tərcümə edərək öyrəndikdə ondan dilçiliyə dair də bəzi şeylər əxz
etmişlər”.(7,12)
Qeyd etmək lazımdır ki, bir çoxlarının ərəb dilçiliyinə qarşı belə qərəzli
mövqedən çıxış etməsinə baxmayaraq bu fikirlər öz təsdiqini tapmamış və
ərəb nəhvinin xarici təsirlərə məruz qalmadığı ərəb dilçiləri tərəfindən
sübuta yetirilmişdir.
Orta əsr filoloqlarının əksəriyyəti ərəb qrammatika elminin yaranmasını
IV xəlifə Əli ibn Əbu Talibin (ö 661) və onun ardıcıllarından biri olan Əbu
Əsvəd əd-Duəlinin adı ilə bağlayırlar (605-688). Onların bu barədə
söylədikləri rəvayətlərin bir çoxunda göstərilir ki, əd-Duəli ərəb dilinin
qayda-qanunlarını Əlidən öyrənmiş və onun tövsiyyəsi ilə qrammatikaya aid
əsər yazmağa başlamışdır. Əli nitq hissələrini, onların mənalarını
müəyyənləşdirmiş, sonra əd-Duəliyə bu işi davam etdirməyi əmr etmişdir.
Əd-Duəli “innə” tipli modal sözlərin siyahısını tərtib edib Əliyə göstərmiş,
Ərəb dilçilik tarixinin öyrənilməsində mövcud olan müxtəlif istiqamətlər
109
Əli isə ona “ləkinnə” sözünü də buraya daxil etməyi məsləhət görmüşdür.
Bundan sonra əd-Duəli nöqtə şəklində işlənən hərəkələri (qısa səsləri)
müəyyənləşdirmiş, ərəb dilində fail, məful (feli sifətlər), ön qoşmalar, ismin
halları, təəccüb bildirən fellər və başqa qrammatik hadisələri işləyib
hazırlamışdır.(1,8)
Müasir dilçi Məhəmməd əl-Muxtar Vələd Əbbah da özünün “Tarix ən-
nəhv əl-ərəbi fi-l məşriq va-l məğrib” kitabında bu fikrə şərik çıxdığını qeyd
edir. Lakin Şeyx Təntavinin bu barədə olan fikirləri ziddiyyətlidir. Belə ki, o,
əvvəlcə əl-Ənbarinin fikrinə (yəni ərəb qrammatikasının əsası IV xəlifə Əli
tərəfindən qoyulmuşdur fikrinə) üstünlük verdiyini qeyd etsə də, az sonra
nəhvi (qrammatikanı) tərtib etməyin çox çətin bir iş olduğunu, bunu edən
şəxsdən maksimum diqqət və ərəb kəlamını tədqiq etmək üçün asudə vaxt
tələb etdiyini vurğulayaraq ömrü kəşməkeşlərlə dolu olan xəlifənin belə bir
imkana malik olmadığını yazır. O, fikrini tamamlayaraq bildirir ki, məhz bu
səbəblərə görə nəhvin banisi Əbul Əsvəd əd-Duəlidir.
Təbii ki, orta əsr filoloqlarının fikri qarşısında Şeyxin irəli sürdüyü
mülahizənin acizliyi şübhəedilməzdir.
Ərəb dilçiliyinin öyrənilməsində mövcud olan müxtəlif istiqamətlər,
həmçinin onun inkişaf mərhələləri haqqında danışarkən qeyd etməliyik ki,
bu barədə dilçilər arasında vahid bir fikir yoxdur. Belə ki, ərəb nəhvinin
tarixini tədqiq edərkən hər bir dilçinin bu məsələyə özünəməxsus şəkildə
yanaşdığının şahidi oluruq. Məsələn, iyirminci əsrin ən görkəmli
şəxsiyyətlərindən olan Şeyx Məhəmməd Təntavi özünün “Nəşətun -nəhvi
va tərixi əşhurun - nəhat” əsərində ərəb dilçiliyinin inkişaf mərhələlərinin
dörd yerə bölür. Bu dövrlər aşağıdakılardan ibarətdir: (7,89)
1.Yaranma dövrü; Bəsrə.
2.İnkişaf dövrü; Bəsrə-Kufə.
3.Ərəb nəhvinin kamilləşdiyi dövr; Bəsrə-Kufə.
4.Üstünlük(və genişlənmə) dövrü; Bağdad-Əndəlüs-Misir-Şam.
Doktor Əli Əbul Məkarim bir növ Şeyx Təntavi ilə razılaşmır və özünün
“Əl mədxəlu ilə dirasətin - nəhv” əsərində ərəb dilçiliyinin inkişaf
mərhələlərini beş yerə bölür. Onlar ibarətdir:
1.Yaranma dövrü
2.İnkişaf dövrü
3.Təkamül dövrü
Səbinə MİRZƏYEVA
110
4.Daşlaşma(donma) dövrü
5.Hərəkətə gəlmə dövrü.
Müasir ərəb dilçisi Məhəmməd əl-Muxtar Vələd Əbbah özünün “tərixun
nəhvil arabi fil - məşriqi val - məğrib” əsərində ərəb dilçiliyinin
mərhələlərini daha geniş şəkildə izah edərək onu yeddi dövrə bölür. (1,269)
1. سيسأتلا و أشنلا رصع -ərəb dilçiliyinin yaranma dövrü.
Bu mərhələ IV xəlifə Əli ibn Əbu Talibin dövründən başlayaraq
Abdullah ibn Əbu İshaq (ö. h.117) əl-Hadraminin dövrünədək (təqribən yüz
il) davam etmişdir. Qeyd etmək lazımdır ki, bu dövrdə ərəb nəhvinin ilkin
əsaslarının müəyyənləşdirilməsi, prinsip və qanunlarının tərtib edilməsi başa
çatmışdır.
2. فينصتلا و نيودتلا رصع-yazmaq, qeydə almaq dövrü. Hicrətin II
yüzilliyi.
Bu dövr Əbu Əmr bin əl-Əla (689-770) və İsa ibn Ömər (710-770)-dən
başlayaraq Xəlil ibn Əhmədi, Sibəveyhini, Əl-Kisaini və əl-Əxfəş əl- Əvsəti
əhatə etməklə Yəhya bin Ziyad əl-Fərrada (761-822) başa çatır. Qısa bir
müddət ərzində şöhrəti nəinki Bəsrə, hətta Bağdad hüdudlarını aşan “Əl -
kitab” əsərinin Sibəveyhi tərəfindən ortaya qoyulması o dövrün artıq lazımi
şəkildə inkişaf etdiyini, püxtələşdiyini sübut edir.
3. ليصحتلا و نايبلا رصع-hicrətin III yüzilliyi
Üçüncü yüzillik Xəlilinin, Sibəveyhinin, əl-Kisainin, əl-Fərranın
fikirlərini genişləndirməklə, onların əsərlərində olan tam açıqlanmamış
qaranlıq məqamları izah etməklə və onların əsaslarını aydınlaşdırmaqla
məşğul olan Mübərrəd və Sələbin fəaliyyətini əks etdirdiyi üçün eyni
zamanda əl - bəyan vat-təqib adlanır.
4. ريظنتلا و رصحلا رصعhicrətin IV yüzilliyi
Hicrətin IV yüzilliyində ərəb nəhvinin öyrənilməsi özünün kulminasiya
nöqtəsinə çataraq bütün xilafəti əhatə etdi. Beləliklə, qrammatika məktəbləri
normaya salınmış(qanuni şəkil almış) nəzəriyyələr forması almağa başladı.
Elə buna görə də bu dövrdə müxtəlif ideya istiqamətlərinin, cərəyanların və
tendensiyaların formalaşdığını nəzərə alaraq onu “məhdudlaşdırma və
müqayisə” dövrü adlandırırıq.
5. ميوقتلا و ليصأتلا رصع
V-VI
əsrlər.
Mənşəyin müəyyənləşdirilməsi dövrü.
Dostları ilə paylaş: |