Elmи мяъмуяси



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə39/159
tarix02.12.2017
ölçüsü3,47 Mb.
#13563
1   ...   35   36   37   38   39   40   41   42   ...   159

Türk dilində sözdüzəldici şəkilçilər 

95 


3.Sözün kökünə  əlavə edilərək yeni məna yaradan şəkilçilərə 

sözdüzəldici  şəkilçilər deyilir: “taşlık, taşlı, taşçı” misallarındakı “+lık, +lı, 

+çı” şəkilçiləri kimi.  

Ümumiyyətlə, söz düzəltmək sözün kökünə sözdüzəldici  şəkilçilər  əlavə 

etməkdən ibarətdir. Buna görə  də sözdüzəltmə yolu ilə söz yaratmaq demək, 

müəyyən  şərtlər  əsasında hər hansı bir mənanı ifadə etmək üçün kök ilə 

sözdüzəldici  şəkilçini birləşdirmək deməkdir. Kök sözdüzəltmə  məhsuludur, 

sözdüzəltmə isə müxtəlif söz kökündən, mürəkkəb və alınma sözlərdən yaranır.  

Türk dilində isim və yaxud fel köklərinə şəkilçilər əlavə edilərək isimdən 

isim, isimdən fel, feldən isim, feldən fel əmələ  gəlir. Buradan belə bir 

nəticəyə  gəlmək olar ki, sözdüzəltmənin dörd üsulu mövcuddur. Bu dörd 

üsuldan isimdən düzələn sözlər üstünlük təşkil edir. Sözdüzəltmənin 4 

üsulunun aşağıdakı misallarla göstərmək olar. 

1.Bir isim kökü sözdüzəldici şəkilçi qəbul edərək yeni məna kəsb edən 

isimdən düzələn isimlər. -lı, -sız, -cı. –daş, -man, -sal kimi isim düzəldən 

şəkilçilər: köylü. Keskinlik, çiftçi, kaderci, balıkçı, ünsüz, ağırbaşlılık, 

avukatlık, yetersiz kimi. 

2.İsmə əlavə edilərək sözdüzəldici fel şəkilçiləri -la, -e, -en, -er, -ı, -lan, -

leş  şəkilçiləri ilə isimdən düzələn fellər: izlemek, bışaklamak, horuzlamak, 

yaşamak, denemek, güvenmek, usanmak, başarmak, taşımak, kurumak, 

anlamak, paralanmak, pekleşmek (katılaşmak), taşlaşmak (birbirini 

taşlamak). 

3.Fel kökünə əlavə edilərək sözdüzəldici isim şəkilçiləri vasitəsilə feldən 

düzələn isimlər. Türk dilində fel köklərinin isim köklərindən kəskin 

fərqləndiyindən və sayca çox olduğundan feldən isim düzəltmə geniş 

yayılmışdır. Feldən isim düzəldən başlıca şəkilçilər –ce, -el, -gi, -gin, -ıcı, -

ım, -ın: eğlence, düşünce, yapal, sergi, vergi, dergi, dalgın, salgın, kırgın, 

taşkın, satıcı, sürücü, örücü, susturucu, gözalıcı, ölüm, seçim, akın, koşun. 

4.Türk dilində fel düzəldən fellər fel kökünün mənasına dəyişiklik 

gətirən bir sıra  şəkilçilərlə meydana gəlir. Bu dəyişiklikləri felin məna 

növləri  əmələ  gətirir və bunlar sözdəyişdirici  şəkilçilər sayılır. Fel kökünə 

əlavə edilərək sözdüzəldici fel şəkilçiləri ilə feldən düzələn fellər: 

sezdirmek, görüştürmek, başeğdirmek, kaybetdirmek kimi. 

Sözdüzəltmədə sözdüzəltmə zamanı kökün mənası ilə şəkilçinin mənası 

əsasdır. Bu iki ünsür yeni sözə bir məna verəcəkdir. Köklər də, şəkilçilər də 



 

f.e.n. Nigar İSMAYILZADƏ 

96 


yaşayan ünsürlərdir, bunlar zaman keçdikcə forma və  mənalarını itirə 

bilərlər.  Əvvəllər istifadə olunmuş, sonralar mənasını itirmiş köklər və 

şəkilçilər vardır

4



1) 

 

a)Heç istifadə olunmamış köklər: 



Kü (ün), bün (çorba), kolmak (dilemek). 

b)Qədim sözdüzəltmədə qalmış köklər: 

Öksüz (anasız), kınamak (kın=ceza). 

c)Mürəkkəb sözlərdə qalmış sözlər: 

Evbark (yapı), vazgeçmek (baz=barış). 

d)Məna dəyişdirmiş köklər: 

Yaz (bahar-yaz), turmak (kalkmak-durmak). 

e)Forma və məna dəyişdirmiş köklər: 

tün (gece=dün), ton (elbise+ton) 

Şəkilçilər də dəyişmişlər.  

Forma (-gerü, -eri; -güçi, -içi) və  mənasını  dəyişmiş (ber geli, ver-eli, 

yeg-rek, eksi-rek) şəkilçilər də vardır.  

Müasir türk dilində istifadə olunmamış şəkilçilər: 

-sire: el-siremek (yurtsuz kalmak), -iğme: kelğme (gelen). 

Məlumdur ki, tarix boyunca müxtəlif dillər bir-birindən söz almaqla 

bərabər şəkilçi də almışlar. Türk dilində də başqa dillərdən alınmış sözlərdən 

və  şəkilçilərdən istifadə olunur

5

. Bu cür şəkilçilər ayrı bir tədqiqat 



mövzusudur.  

Türk dilində sözdüzəldici  şəkilçilər türk dilinin quruluşunda böyük 

əhəmiyyət kəsb edən yeni sözlərin meydana gəlməsində və lüğət tərkibinin 

zənginləşməsində böyük rola malikdir. 

Müasir türk dilində dilin milliləşməsi sözdüzəldici  şəkilçilərlə bağlıdır. 

Sözdüzəldici şəkilçilər vasitəsilə yeni milli sözlər yaranmış və yaxud yaddan 

çıxmış milli sözlər bu üsulla yenidən öz yerini tutmuşdur. Alınma sözlərin 

yerini türk dilində yeni yaranmış sözlər  əvəz etmişdir. Həmçinin alınma 

sözlər də türk dilinin sözdüzəldici  şəkilçilərini qəbul etmişdir: etraflıca, 

hesapça, şartlanmak, tertipli, planlamak, fotografcılık, sinemacı kimi sözlər.  

                                                 

4

 Tahsin Banguoğlu. Türkçenin grameri. Ankara 1986, s.149. 



5

 Ərəb dilindən keçmiş “milli, medeni. Insani” sözləri kimi. Türk dilində söz köklərinə fars 

dilinin şəkilçiləri də əlavə olunmuşdur: “emek-tar, sürme-dan-lık, iğne-den-lik” kimi. (Türk 

dili. 1974, sayı 268,s.333). 




Türk dilində sözdüzəldici şəkilçilər 

97 


 

 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI 

 

 

1.



 

Бетлинген О. Грамматика якутского языка. М; 1948. 

2.

 

Hüseynzadə M. Müasir Azərbaycan dili. Bakı, “Maarif” nəşriyyatı, 



1983. 

3.

 



Vecihe Hatiboğlu. Türkçenin ekleri. Ankara 1974. 

4.

 



Seyidov Y. Azərbaycan dili, “Bakı Universiteti” nəşriyyatı, 2008. 

5.

 



Bangouğlu Tahsin. Türkçenin Grameri. Türk Tarih Kurumu Basım 

Evi. Ankara 1986. 

6.

 

Muharrem Ergin. Türk Dilbilgisi. İstanbul 1992. 



7.

 

Nurettin Koç. Türkçenin Dilbilgisi. İstanbul, İnkilap Kitabevi, 1990. 



 


Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə