Türk dilində sözdüzəldici şəkilçilər
95
3.Sözün kökünə əlavə edilərək yeni məna
yaradan şəkilçilərə
sözdüzəldici şəkilçilər deyilir: “taşlık, taşlı, taşçı” misallarındakı “+lık, +lı,
+çı” şəkilçiləri kimi.
Ümumiyyətlə, söz düzəltmək sözün kökünə sözdüzəldici şəkilçilər əlavə
etməkdən ibarətdir. Buna görə də sözdüzəltmə yolu ilə söz yaratmaq demək,
müəyyən şərtlər əsasında hər hansı bir mənanı ifadə etmək üçün kök ilə
sözdüzəldici şəkilçini birləşdirmək deməkdir. Kök sözdüzəltmə məhsuludur,
sözdüzəltmə isə müxtəlif söz kökündən, mürəkkəb və alınma sözlərdən yaranır.
Türk dilində isim və yaxud fel köklərinə şəkilçilər əlavə edilərək isimdən
isim, isimdən fel, feldən isim, feldən fel əmələ gəlir. Buradan belə bir
nəticəyə gəlmək olar ki, sözdüzəltmənin dörd üsulu mövcuddur. Bu dörd
üsuldan isimdən düzələn sözlər üstünlük təşkil edir. Sözdüzəltmənin 4
üsulunun aşağıdakı misallarla göstərmək olar.
1.Bir isim kökü sözdüzəldici şəkilçi qəbul edərək yeni məna kəsb edən
isimdən düzələn isimlər. -lı, -sız, -cı. –daş, -man, -sal kimi isim düzəldən
şəkilçilər: köylü. Keskinlik, çiftçi, kaderci, balıkçı, ünsüz, ağırbaşlılık,
avukatlık, yetersiz kimi.
2.İsmə əlavə edilərək sözdüzəldici fel şəkilçiləri -la, -e, -en, -er, -ı, -lan, -
leş şəkilçiləri ilə isimdən düzələn fellər: izlemek, bışaklamak, horuzlamak,
yaşamak, denemek, güvenmek, usanmak, başarmak, taşımak, kurumak,
anlamak, paralanmak, pekleşmek (katılaşmak), taşlaşmak (birbirini
taşlamak).
3.Fel kökünə əlavə edilərək sözdüzəldici isim şəkilçiləri vasitəsilə feldən
düzələn isimlər. Türk dilində fel köklərinin isim köklərindən kəskin
fərqləndiyindən və sayca çox olduğundan feldən isim düzəltmə geniş
yayılmışdır. Feldən isim düzəldən başlıca şəkilçilər –ce, -el, -gi, -gin, -ıcı, -
ım, -ın: eğlence, düşünce, yapal, sergi, vergi, dergi, dalgın, salgın, kırgın,
taşkın, satıcı, sürücü, örücü, susturucu, gözalıcı, ölüm, seçim, akın, koşun.
4.Türk dilində fel düzəldən fellər fel kökünün mənasına dəyişiklik
gətirən bir sıra şəkilçilərlə meydana gəlir. Bu dəyişiklikləri felin məna
növləri əmələ gətirir və bunlar sözdəyişdirici şəkilçilər sayılır. Fel kökünə
əlavə edilərək sözdüzəldici fel şəkilçiləri ilə feldən düzələn fellər:
sezdirmek, görüştürmek, başeğdirmek, kaybetdirmek kimi.
Sözdüzəltmədə sözdüzəltmə zamanı kökün mənası ilə şəkilçinin mənası
əsasdır. Bu iki ünsür yeni sözə bir məna verəcəkdir. Köklər də, şəkilçilər də
f.e.n. Nigar İSMAYILZADƏ
96
yaşayan ünsürlərdir, bunlar zaman keçdikcə forma və mənalarını itirə
bilərlər. Əvvəllər istifadə olunmuş, sonralar mənasını itirmiş köklər və
şəkilçilər vardır
4
.
1)
a)Heç istifadə olunmamış köklər:
Kü (ün), bün (çorba), kolmak (dilemek).
b)Qədim sözdüzəltmədə qalmış köklər:
Öksüz (anasız), kınamak (kın=ceza).
c)Mürəkkəb sözlərdə qalmış sözlər:
Evbark (yapı), vazgeçmek (baz=barış).
d)Məna dəyişdirmiş köklər:
Yaz (bahar-yaz), turmak (kalkmak-durmak).
e)Forma və məna dəyişdirmiş köklər:
tün (gece=dün), ton (elbise+ton)
Şəkilçilər də dəyişmişlər.
Forma (-gerü, -eri; -güçi, -içi) və mənasını dəyişmiş (ber geli, ver-eli,
yeg-rek, eksi-rek) şəkilçilər də vardır.
Müasir türk dilində istifadə olunmamış şəkilçilər:
-sire: el-siremek (yurtsuz kalmak), -iğme: kelğme (gelen).
Məlumdur ki, tarix boyunca müxtəlif dillər bir-birindən söz almaqla
bərabər şəkilçi də almışlar. Türk dilində də başqa dillərdən alınmış sözlərdən
və şəkilçilərdən istifadə olunur
5
. Bu cür şəkilçilər ayrı bir tədqiqat
mövzusudur.
Türk dilində sözdüzəldici şəkilçilər türk dilinin quruluşunda böyük
əhəmiyyət kəsb edən yeni sözlərin meydana gəlməsində və lüğət tərkibinin
zənginləşməsində böyük rola malikdir.
Müasir türk dilində dilin milliləşməsi sözdüzəldici şəkilçilərlə bağlıdır.
Sözdüzəldici şəkilçilər vasitəsilə yeni milli sözlər yaranmış və yaxud yaddan
çıxmış milli sözlər bu üsulla yenidən öz yerini tutmuşdur. Alınma sözlərin
yerini türk dilində yeni yaranmış sözlər əvəz etmişdir. Həmçinin alınma
sözlər də türk dilinin sözdüzəldici şəkilçilərini qəbul etmişdir: etraflıca,
hesapça, şartlanmak, tertipli, planlamak, fotografcılık, sinemacı kimi sözlər.
4
Tahsin Banguoğlu. Türkçenin grameri. Ankara 1986, s.149.
5
Ərəb dilindən keçmiş “milli, medeni. Insani” sözləri kimi. Türk dilində söz köklərinə fars
dilinin şəkilçiləri də əlavə olunmuşdur: “emek-tar, sürme-dan-lık, iğne-den-lik” kimi. (Türk
dili. 1974, sayı 268,s.333).
Türk dilində sözdüzəldici şəkilçilər
97
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI
1.
Бетлинген О. Грамматика якутского языка. М; 1948.
2.
Hüseynzadə M. Müasir Azərbaycan dili. Bakı, “Maarif” nəşriyyatı,
1983.
3.
Vecihe Hatiboğlu. Türkçenin ekleri. Ankara 1974.
4.
Seyidov Y. Azərbaycan dili, “Bakı Universiteti” nəşriyyatı, 2008.
5.
Bangouğlu Tahsin. Türkçenin Grameri. Türk Tarih Kurumu Basım
Evi. Ankara 1986.
6.
Muharrem Ergin. Türk Dilbilgisi. İstanbul 1992.
7.
Nurettin Koç. Türkçenin Dilbilgisi. İstanbul, İnkilap Kitabevi, 1990.