Elmи мяъмуяси



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə38/159
tarix02.12.2017
ölçüsü3,47 Mb.
#13563
1   ...   34   35   36   37   38   39   40   41   ...   159

 

f.e.n. Nigar İSMAYILZADƏ 

92 


Türkiyədə bu məsələnin öyrənilməsinin özünəməxsus yeri vardır. 30-cu 

illərdən başlayaraq sözdüzəltmə  məsələsi türk mütəxəssislərinin tədqiqat 

mövzusu olmuşdur. Belə bir nəticəyə gəlmək olar ki, müasir türk dilçiliyində 

tədqiqatlar sözdüzəltmə şəkilçiləri ilə bağlıdır. İlk vaxtlarda türk dilçilərinin 

əsas işi sözdüzəltməyə aid materialın toplanması  və onların 

sistemləşdirilməsindən ibarət olmuşdur. Qısa müddət ərzində müəyyən təməl 

daşı  əldə ediləndən sonra türk dilçiliyi fundamental əsaslarla sözdüzəldici 

şəkilçiləri öyrənməyə diqqətini yönəltmişdir. E.V.Sevartyanın “Azərbaycan 

dilində sözdüzəldən  şəkilçilər” kitabında türk dillərində sözdüzəldici 

şəkilçilərə münasibətini öz əksini tapmışdır. Buna əsaslanaraq sözün əmələ 

gəlməsinin bəzi məsələlərini dəqiqləşdirməyi və müəyyən  əlavələr etməyi 

zəruri hesab edirik. Sözün əmələ  gəlməsinin (isimdən, sifətdən, zərfdən) 

mənası iki mənbənin qarşılıqlı  əlaqəsi ilə bağlıdır: sözdüzəldici  şəkilçinin 

əhəmiyyəti və ilkin əhəmiyyəti. Bu cəhətdən nitq hissələrindən 

sözdüzəldilməsi, fellərdən sözdüzəldilməsindən fərqlənir. Buna görə də söz 

əmələ gətirən felin yaranmasında üç faktor mühüm rol oynayır: fel düzəldən 

şəkilçinin xüsusi mənası, felin əşya mənasından doğulan ilkin əsası  və 

bunların arasındakı əlaqələr. Bunu da qeyd edək ki, sözdüzəldilməsində əşya 

mənasından doğulan ilkin əsası  bəzi hallarda kifayət deyildir. Söz əmələ 

gəlməsində onların mənasının da əhəmiyyəti vardır. Bunu bir misalla 

göstərək. Azərbaycan dilində -lı  şəkilçisinin köməyi ilə iki mənada söz 

əmələ  gəlir

2

. Sifət olaraq hər hansı bir əşyanın  əlamətini bildirir (şanlı, 



rəngli, güllü), isim olaraq ölkə, şəhər, yer adlarına əlavə olunur, hər hansı bir 

yerin sakini mənasını ifadə edir (avropalı, azərbaycanlı). Düzəltmə sifət və 

isimlərin yuxarıda qeyd edilmış mənalarını almaq üçün ilk növbədə əşyanın 

adını  və keyfiyyətini nəzərə almaq, ikincisi bu keyfiyyətlər xüsusiyyət, 

əlamət, coğrafi ad, yer ifadə etməlidir. Yuxarıda qeyd edilənlərə əlavə etmək 

lazımdır ki, sözün semantik mənasına uyğun olaraq söz düzəltmək üçün 

müvafiq sözdüzəldici şəkilçilər artırılmalıdır.  

Bir qayda olaraq təkmənalı sadə sözdən sözdüzəldici  şəkilçi vasitəsilə 

təkmənalı düzəltmə söz əmələ gəlir, yəni əgər kök bir məna ifadə edirsə, bu 

və ya digər mənaya uyğun düzəltmə söz əmələ  gətirmək üçün müvafiq 

şəkilçi istifadə edilməlidir.  

                                                 

2

 Hüseynzadə M. Müasir Azərbaycan dili. Bakı 1983, səh.36 




Türk dilində sözdüzəldici şəkilçilər 

93 


Türk dilinin lüğət tərkibi Azərbaycan dili kimi kök və  şəkilçidən 

ibarətdır. Nümunə üçün bu sözləri göstərək: ad-sız, göz-cü, kapa-lı, kapa-lı-

lık, ara-lık-sız.  

Türk dilinin şəkilçiləri, kökləri kimi ümumiyyətlə  tək hecalıdır. 

Şəkilçilər məlum bir qaydaya görə ancaq kökə əlavə olunurlar. Bəzi dillərdə 

hər hansı bir mənanı ifadə etmək üçün bir neçə sözdən, hətta uzun bir 

cümlədən istifadə olunur. Türk dilində isə bir və ya bir neçə  şəkilçi kökə 

əlavə edilərək hər hansı bir mənanı  əks etdirir. Buna görə  də türk dili 

aqlyutinativ bir dildir. Bir kökün sonuna on bir, hətta on yeddi şəkilçi əlavə 

oluna bilər

3

. Türk dilində şəkilçilərin əhəmiyyətli bir hissəsi sözlərin şəkilçi 



vəzifəsini yerinə yetirməklə meydana gəlmişdir. 

“Turur” kimi sözdəyişdirici şəkilçi olan müstəqil bir söz asanlıqla şəkilçi 

vəzifəsini yerinə yetirir, əvvəlindəki samit, içindəki saitlər ahəng qanununa 

görə  dəyişmişdir. Sözdə qalın, dar, yuvarlaq saitlər, lazım olduqca 

qalınlıqlığını  və yuvarlaqlığını itirmiş,  əlavə olunduğu sözün vəziyyətinə 

görə  dəyişmişdir. Birsözlə, iki hecalı müstəqil bir söz, təkhecalı olmuş, 

əvvəlində gələn samitlər sözə uyğun olaraq dəyişmiş və iki hecalı müstəqil 

bir sözdən təkhecalı bir şəkilçi yaranmışdır: turur - durur; -dır, dir, dur, dür; -

tır, tir, tur, tür şəkilçiləri “olgun-dur, alan-dır, üzgün-dür, gelen-dir, açık-tır, 

seçik-tir, olmuş-tur, görmüş-tür” kimi misallarda göründüyü kimi, samit və 

saitləri ahəng qanununa görə dəyişmişdir. “iken, ile, ise, idi, imiş” sözləri də 

eyni yolla şəkilçi vəzifəsini yerinə yetirmişdir: “yapar iken” sözləri 

“yaparken”, “kitap ile”, “kalem ile” sözləri də “ile”nin şəkilçi vəzifəsini 

yerinə yetirməsi ilə bir söz olaraq “kitapla” və “ kalemle” şəklinə keçmişdir. 

“idi, ise, imiş” sözdəyişdirici şəkilçilərində “i” kökü düşərək, “kalır idi” 

sözləri “kalır-dı”, “kalır – ise” sözləri “kalırsa”, “kalır – imiş” sözləri də 

“kalır-mış” şəklinə keçərək iki sözdən birinə şəkilçi əlavə olunmuşdur.  

Şübhəsiz ki, şəkilçi vəzifəsini yerinə yetirən sözlər vəzifələrini davam 

etdirmişlər, mənalarını birləşdikləri sözə əlavə etmişlər.  

Bəzən də şəkilçi öz vəzifəsini itirir: “bir-i-si, kimi-si, hep-i-si” sözlərində 

əks olunan “i-si” şəkilçiləri kimi. “Biri” və yaxud “kimi” sözlərində “i” 

                                                 

3

 Çox yayılmış olmasa da, bəzi sözlərdə şəkilçinin sayı on yeddiyə qədər ola bilər: 



“gör-ev-len-dir-e-me-dik-ler-i-miz-den-mi-sin-iz” misalında olduğu kimi. 

Vecihe Hatiboğlu. Türkçenin ekleri. Ankara 1974, s.7-8. 




 

f.e.n. Nigar İSMAYILZADƏ 

94 


yiyəlik şəkilçisi. Köklə eyni formada işləndiyi üçün , sait ilə bitən bir kök və 

ya sözün sonuna gətirilən “-si” yiyəlik şəkilçisini alır və sözlər “biri-si, kimi-

si” şəklində işlənirlər. 

Belə hadisələr  şəkilçiləri ümumi bir formaya salır. Osmanlı dilində, 

xüsusilə XVI əsrdə istifadə olunan “yapalar, edeler” kimi sözlər, XVII əsrə 

doğru “yapacaklar, edecekler” şəklinə keçmiş, vəzifə  və formasını 

möhkəmlətmiş, yeni formaya salınmış,  şəkilçi yeni bir vəzifəni yerinə 

yetirmişdir. Qədim “ yapalar, edeler” sözləri məna və vəzifə etibarilə yerini 

“yapacaklar, edecekler” sözlərinə keçərkən” yeni “-acak, - ecek” şəkilçisi də 

qədim “-a,-e” şəkilçisinin vəzifəsini möhkəmlətmişdir.  

Müasir dildə  də  həmin cəhətlərlə  şəkilçilərin formaya salındığı  nəzərə 

çarpır: “-la” və “-n”; “-la” və “-s” və “-t” şəkilçiləri, “-lan, -laş, -lat” 

formasına salınmışdır. Necə ki, “yozlamak, yerlemek, kullamak, kirlemek” 

şəklində olan fellər az istifadə olunduqlarına görə “yozlaşmak, yerleşmek, 

kullanmak, kirletmek” kimi fellər daha çox yayılmışdır.  

Türk dilində ön şəkilçidən istifadə edilmir.Yalnız sifətin çoxaltma 

dərəcəsində sözün önünə artırılır: açık – apaçık (ap+açık), uzun – upuzun 

(up+uzun), mavi – masmavi kimi. Amma bu hecalar ön şəkilçi kimi eyni 

vəzifəni yerinə yetirmir. 

Bundan əlavə türk dilində ön şəkilçi kimi istifadə olunmuş ön səslərin də 

mühüm bir xüsusiyyəti vardır: ilan - y-ı-lan;  ıldız – y-ıldız; su-la-mak 

mənasında ı-s- la-mak; su – lat-mak mənasında ı-s- lat – mak və qədim türk 

dilindəki ıg-ıt, y-ıg-ıt, s-ıg-ıt misallarında olduğu kimi. Beləliklə, türk dilində 

ön şəkilçi olmasa da sözün əvvəlinə artırılan ön səslər vardır və bu ön səslər 

sözün kökünü dəyişdirdiyi kimi, sözə də təsir edir.  

Türk dilində  şəkilçilərin çoxu vəzifə, məna cəhətcə  və söz qurmaq 

baxımından köklərə əlavə edilən sözdüzəltmə şəkilçiləridir.  

Şəkilçilərin üç xüsusiyyəti vardır: 

1.İsim və yaxud fel kökünə  əlavə edilərək yalnız sözün mənasını 

dəyişdirən  şəkilçilərə “sözdəyişdirici  şəkilçilər” deyilir. “Evim, geldim, 

geliyorum” kimi isim və yaxud fellərdə istifadə olunan “ım” şəkilçisi kimi.  

2.İsim köklü sözlərin başqa bir sözlə əlaqəyə girərək düzələn şəkilçilərə 

“ismin hal şəkilçiləri” deyilir: “taşı, taşa, taşta, taştan, taşın” misallarındakı 

“+ı, +a, +ta, +tan, +ın” şəkilçiləri kimi. 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə