Elmи мяъмуяси



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə42/159
tarix02.12.2017
ölçüsü3,47 Mb.
#13563
1   ...   38   39   40   41   42   43   44   45   ...   159

Ərəb dilçilik tarixinin öyrənilməsində mövcud olan müxtəlif istiqamətlər 

105 


 

 

 



 

ƏRƏB DİLÇİLİK TARİXİNİN ÖYRƏNİLMƏSİNDƏ 

MÖVCUD OLAN MÜXTƏLİF İSTİQAMƏTLƏR 

 

Səbinə MİRZƏYEVA  

 

 

 

Dünya dilçiliyinin ayrılmaz hissəsi olan ərəb dilçiliyi öz inkişafında uzun 



müddətli, daha doğrusu, 1400 illik tarixi bir yol keçmişdir.  İslamın 

yaranması ilə  ərəb cəmiyyətinin həyatının bütün sahələrində müşahidə 

olunan inkişaf və canlanma, təbii ki, ərəb dilindən də yan keçə bilməzdi. 

Ölkəni bürümüş fütuhat dalğası başa çatdıqdan, yəni böyük ərəb xilafəti 

yarandıqdan sonra “ərəb dili problemi” özünü daha aydın şəkildə göstərməyə 

başladı ki, bu da dilçilərin, filoloqların və mütəfəkkirlərin bu sahəyə daha 

ciddi yanaşmasını zəruri edirdi. Ərəb qəbilələri arasında müxtəlif ləhcələrin 

mövcudluğu, müsəlman ordusunun tərkibində bir çox qəbilələrin 

nümayəndələri iştirak etdiyindən işğal olunmuş  ərazilərdə müxtəlif 

ləhcələrin yayılması, yerli xalq-qeyri-ərəblər tərəfindən bu ləhcələrə yeni 

çalarların vurulması,  ən başlıcası isə Quranın dili ilə danışıq dili olan 

ləhcələr arasında ciddi fərqlərin mövcudluğu  ərəb qrammatikasının 

sistemləşdirilməsini,  ərəb nəhvinin sərhədlərinin (qayda-qanunlarının) 

müəyyənləşdirilməsini tələb edirdi. Elə buna görə  də  işğal olunmuş 

ərazilərdə  məktəb və  mədrəsələrin açılması,  ərəb dilinin tədrisi geniş vüsət 

alır, məscidlərdə keçirilən məşğələlərdə Quranın qiraəti, ərəb dilinin qayda-

qanunları öyrənilirdi. 

Adətən  ərəb dilçiliyinin yaranmasını dini amillərlə bağlayırlar. Bu 

baxımdan doktor Əli  Əbul Məkarimin fikirləri diqqətə layiqdir. O, özünün 

“Əl-Mədxəl ila dirasəti-n-nəhv”  əsərində  ərəb dilçiliyinin yaranmasını 

stimullaşdıran amillərdən danışarkən onları ictimai və dini olaraq iki yerə 

bölür.  İctimai amil dedikdə  ərəb qəbilələri ilə qeyri-ərəblərin qaynayıb-

qarışması, beləliklə, xilafət tərkibində böyük müsəlman ümmətinin 

formalaşması  nəzərdə tutulur. İnsanların qarşılıqlı ünsiyyətini təmin edən 

“dil faktoru” olmadan isə bu, yəni belə bir cəmiyyətin formalaşması 

mümkün deyil. Dini amil dedikdə sonuncu haqq din olan İslamın insanlara 




 Səbinə MİRZƏYEVA 

106 


Quran vasitəsilə göndərilməsi, Quranın isə  ərəb dilində olması  nəzərdə 

tutulur.  İslamın məhz  ərəb dilində göndərilməsi  ərəb dilinin geniş 

imkanlarından xəbər verərək onun Quran təlimində əvəzolunmaz əhəmiyyət 

kəsb etdiyini bir daha sübut edir. Lakin qeyd etmək lazımdır ki, bu iki amil 

eyni məqsədə xidmət etməsinə baxmayaraq qarşılıqlı  əks təsirə malikdir. 

Belə ki, ictimai amil müsəlman dövlətində yaşayan müxtəlif millətlər 

arasında qarşılıqlı anlaşmanı  təmin etmək üçün “müştərək dil”in 

formalaşmasına gətirib çıxarmışdır. Beləliklə, qarşılıqlı anlaşmanı  təmin 

edən qeyd etdiyimiz bu “müştərək dil” ərəb dilinin ən sadə ifadə 

vasitələrindən yararlanaraq dildə sauf (səs) məhsulunu genişləndirmiş, 

nəticədə, sözün sonundakı dəyişikliklərə (qrammatik qayda-qanunlara) riayət 

etməyə ehtiyac qalmamışdır. Dini amil isə ictimai amildən fərqli olaraq 

“müştərək dil” prinsipindən deyil, “vahid dil” prinsipindən çıxış edir. 

Sərhədləri müəyyənləşdirilmiş, qayda-qanunlarla sistemləşdirilmiş dil 

olmadan həmin dilin və bu dildə göndərilmiş dinin tədrisi mümkün deyil. 

Qeyri-ərəblər arasında dilin (və dinin) tədrisini asanlaşdırmaq, onların 

arasında fikir və əqidə birliyinə nail olmaq üçün sistemləşdirilmiş vahid dilin 

mövcudluğu zəruridir.(5,38) 

Həmin dövrdəki mövcud Bəsrə mühiti ilə tanış olarkən ərəb dilçiliyinin 

nə üçün məhz Bəsrədə formalaşması tamamilə aydın olur. Bu dövrdə  nə 

Şam, nə Misir, nə  də xilafətin digər mərkəzi  şəhərlərinin mühiti İraq, 

xüsusilə də Bəsrə mühiti ilə müqayisə olunacaq səviyyədə deyildi. Şam hələ 

İslamdan  əvvəl burada məskunlaşmış  ərəb qəbilələri vasitəsilə lazımi 

səviyyədə ərəbləşmişdi və buna görə də ərəb dili problemi burada o qədər də 

kəskin xarakter almamışdı. Misirə  gəldikdə isə qeyd etmək lazımdır ki, bu 

mərhələdə Misirə çox az qəbilə mühacirət etmişdi. Buna görə  də  Bəsrədən 

fərqli olaraq Misirdə  ərəb dilinin təhlükə altında olması faktı hiss 

olunmurdu. Bəsrənin  əlverişli təbii mühiti, Ərəbistan yarımadasından və 

Şamdan gələn, həmçinin  İrana aparan səhra ticarət yollarının buradan 

keçməsi Bəsrədə  məskunlaşan insanların tərkib etibarilə müxtəlifliyinə, 

Bəsrə  cəmiyyətinin təşəkkülündə çoxsaylı ünsürlərin iştirakına zəmin 

yaratmışdır. Heç də təsadüfi deyil ki, Bəsrə sözünün mənası onun bu özəlliyi 

ilə əlaqələndirilir. Bəsrə bəzi filoloqların fikrincə, bəs rah sözlərindən (çoxlu 

ayrıca yol) götürülüb.(1,18) 




Ərəb dilçilik tarixinin öyrənilməsində mövcud olan müxtəlif istiqamətlər 

107 


Başqa bir versiyaya görə isə  Bəsrə möhkəm daşlı  sərt yer deməkdir. 

Qeyd etmək lazımdır ki, Bəsrə II Raşidi xəlifəsi Ömərin hakimiyyəti 

zamanında müsəlmanlar İraqın cənub-şərqini fəth etdikdən sonra onun əmri 

ilə 635-ci ildə Ərəb sərkərdəsi Ütbə bin Qəzvan tərəfindən inşa edilmişdir. 

Ütbə Bəsrənin abadlığına fikir vermiş, orada tez bir zamanda məscidlər, 

saraylar, bazarlar, dükanlar, hamamlar və s. ictimai binalar tikilmişdir. 

Bəsrənin ilk sakinləri Ütbənin sərkərdəlik etdiyi ordunun döyüşçüləri 

bəzi mühacirlərdən ibarət idi. Sonralar şəhərə müxtəlif  ərəb qəbilələri 

(Rəbiə, Təmim, Səqif, Qeys, Əsəd və s.) və başqa xalqların 

nümayəndələrindən ibarət olan məvalilər, xüsusilə farslar axışmışlar. 656-cı 

ildə baş vermiş  Cəməl müharibəsindən sonra burada III Raşidi xəlifəsi 

Osmanın, Aişənin, ilk əshablardan Zübeyrin və Talhanın tərəfdarları 

çoxalmışdı. Sıffin müharibəsindən sonra (657) xəlifə  Əlidən ayrılmış 

xaricilər də burada az deyildi. (5,76) 

Bəsrənin coğrafi mövqeyi, Fars körfəzində  Şət-t-ül  Ərəb çayının 

mənsəbində yerləşməsi, onun az bir müddət içərisində böyük şəhərə, İraqın 

çox mühüm ticarət limanına çevrilməsinə, həm iqtisadi, həm də  mədəni 

cəhətdən inkişaf etməsinə  zəmin yaratmışdı. Bəsrə  Əməvilər dövründə 

genişlənib  şəhər formasına düşmüş, Abbasilər dövründə isə özünün 

çiçəklənmə dövrünü keçirmişdir. Bəsrə Hindistan və Çin ilə ticarətdə  əsas 

rol oynayırdı. Gözəl imarətləri, bağ-bağatı, bol suyu olan bu şəhər tezliklə 

bir sıra ərəb qəbilələrinin və qeyri-ərəb müsəlmanların diqqətini cəlb etmiş, 

tacirlərin, səyyahların, alim və şairlərin toplaşdığı bir yer olmuşdur. Qısa bir 

müddət ərzində üç yüz min nəfərə çatan bəsrəlilərin böyük hissəsini qeyri-

ərəblər (mövlalar) təşkil edirdi. Artıq xilafət tərkibində  həm  ərəb  ədəbi 

dilində, həm  ərəb qəbilələrinin müxtəlif ləhcələrindən, həm  ərəblər 

tərəfindən işğal olunmuş  ərazilərin dilindən, həm də fütuhat dalğasının 

yaratdığı yeni cəmiyyətlərdə millətlərin bir-birinə qaynayıb qarışması 

nəticəsində yaranan dil formasından istifadə olunurdu. Dilin bu dərəcədə 

şaxələndiyi və hamını öz ətrafında birləşdirəcək vahid dilə böyük ehtiyacın 

hiss olunduğu bir dövrdə  ərəb dili nəinki “fatehlərin dili” olaraq, həm də 

sonuncu haqq din olan İslamın dili kimi özünü bütün müsəlmanlara təqdim 

edir.  

Ərəb “nəhvinin” (qrammatika elminin) mənşəyi, nə vaxt yaranması, 



ümumiyyətlə, əvvəlcədən mövcud olub-olmaması haqda bir sıra nəzəriyyələr 


Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə