Elmи мяъмуяси



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə50/159
tarix02.12.2017
ölçüsü3,47 Mb.
#13563
1   ...   46   47   48   49   50   51   52   53   ...   159

Kəlama görə aləmin yaradılışı 

127 


düşüncə kimi qəbul olunmuşdur. Bu mənada özü də məşşai ənənəyə mənsub 

bir mütəfəkkir olan və filosofların məramını açıqlamaq üçün “birdən ancaq 

bir çıxar” prinsipi ilə əlaqəli bir risalə (traktat) yazan Nəsirəddin Tusinin (ö. 

672/1274) belə özünün Fusul  adlı  əsərində bu prinsipi bir kəlamçı kimi 

tənqid etməsi düşündürücüdür. Tusiyə görə Tanrıdan çıxan “ilk ağıl”-dakı 

çoxluğun (kəsrət) süduru (çıxması) mövzusunda iki ehtimal ola bilər. 

Birincisi, bu çoxluğun Allahdan südur etməsidir ki, onda bunların “bir”-dən 

südur etmələri lazım gələr. İkincisi, onların Allahdan başqa bir şeydən südur 

etməsidir ki, belə olan halda zəruri varlığın (Vacibu-l-vücud-Tanrı) tək 

olmaması lazım gələr. Üçuncü ehtimal isə hansısa bir çoxluğun var 

olmadığıdır. Tusiyə görə belə olan halda da var olmayan bir çoxluğun var 

olanlara təsirinin qəbul edilməsi lazım gələr ki, bu da mümkün deyildir. Tusi 

qeyd olunan üç ehtimalın mümkünsüzlüyünü ortaya qoymaqla südur 

nəzəriyyəsinin doğru olmadığı nəticəsinə çatır.

47

  

Nəticə olaraq kəlamçıların aləmin yaradılışı ilə əlaqəli görüşlərini qısaca 



belə ifadə etmək mümkündür: hadis olan cövhər və  ərəzlərdən ibarət olan 

aləm “Fail-i muxtar” olan Allah tərəfindən yoxdan yaradılmışdır. Aləm həm 

zat, həm də zaman baxımından hadisdir. Tanrının “Fail-i muxtar” olması 

kəlamın  ən ümdə prinsiplərindən biridir və  məşşailərdən fərqli olaraq 

kəlamçıların “zaman baxımından hüdus” anlayışını  mənimsəyərək aləmin 

qədim olmasının mümkün olmadığını müdafiə etmələrindəki ən əsas amildir. 

Belə ki, kəlamçılara görə  vəzifəsi var olan materiyaya forma verməkdən 

ibarət olan və aləmi “südur” yolu ilə yaratdığı güman olunan “Mucib bi-z-

zat” bir tanrı anlayışı Qurana uyğun deyildir. Bundan başqa kəlamçılar 

“Mucib bi-z-zat” tanrı anlayışının iradə və qüdrət kimi ilahi sifətlərə də xələl 

gətirəcəyini düşünmüşlər. 

                                                                                                                   

varlıqdan ilk olaraq imkan və varlıqdan ibarət olan çoxluğu ehtiva edən tək bir ağıl südur 

etmişdir. Bu ağıldan da başqa bir ağıl və nəfs, bundan başqa həyula və surəttən (materiya və 

forma) ibarət olan fələk südur etmişdir.  

47

 Bax. Tusi, Fusul ( Abdullah Nemətin əl-Ədillətu-l-Celiyye fi Şərhi Fusuli-n-Nasiriyyə adlı 



əsəri ilə birlikdə), Beyrut, 1987, səh. 65 


 i.e.n. Aqil ŞİRİNOV 

128 


 

 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 

 

Alusi, Hüsamuddin, “əz-Zəmənu fi fikri-d-dini və-l-fəlsəfiyyi-l-qadim”, 



Aləmu’l-Fikr, Küveyt, 1977 (Avqust-Sentyabr), VIII cild, sayı 2. 

Bağdadi, Əbdülqahir, Usulu-d-din, Beyrut, 1981/1401. 

Cevizci, Ahmet, Felsefe Sözlüğü, İstanbul, 2002. 

Cürcani, Seyyid Şərif, Şərhu-l-Məvaqif, thq. Mahmud Ömər əd-Dimyati, 

Beyrut, 1998/1419, III. 

Cüveyni,  əş-Şamil, thq. Abdullah Mahmud Muhamməd Ömer, Beyrut, 

1999/1420. 

Cüveyni, Kitabu-l-İrşad, təhqiq edən: M. Yusuf Musa-Əli Əbdülmunim 

Əbdülhəmid, Qahirə, 2002/1422. 

Dağ, Mehmet, “Yunan ve İslam Felsefesinde Aristocu Zaman Görüşüne 

Tepkiler”, İslam İlimleri Enstitüsü Dergisi, Ankara, 1975, sayı 2. 

Dağ, Mehmet, İmam el-Harameyn el-Cüveynî'nin Âlem ve Allah Görüşü

1976. 

İbn Furək,  Mucərrədu Məqaləti-ş-Şeyx  Əbi-l-Həsən  əl-Əş‘ari, thq. 



Danıel Gımaret, Beyrut, 1987. 

İci, Ədududdin, əl-Məvaqif, Qahirə: Məktəbətu-l-Mütənəbbi, [tarixsiz]. 

İsmail Hakkı, İzmirli, “Âlem”, İslam Türk Ansiklopedisi, İstanbul, 1941. 

İsmail Hakkı,  İzmirli,  Yeni  İlm-i Kelâm, haz. Sabri Hizmetli, Ankara, 

1981. 

Karataş, Cağfer , Bâkıllânî’ye Göre Allah ve Âlem Tasavvuru, Bursa, 



2003. 

Keskin, Halife, “İslam Kelamında İlahi Sıfatlar ve Yaratma”, Çukurova 



Üniversitesi İlahiyat Fkültesi Dergisi, Adana, 2001, sayı 1. 

Kutluer, İlhan, “Halâ”, DİA, XV. 

Qəzzali,  Əbu Hamid, Təhafutu-l-Fəlasifə, tərc.ed. Mahmut Kaya-

Hüseyin Sarıoğlu, İstanbul, 2005. 

Maturidi,  Əbu Mənsur, Kitabu-t-Tövhid, Thq. Bəkir Topalğlu-

Muhammed Aruçi, Ankara, 2005. 

 Nəsəfi,  Əbu-l-Muin, Təbsratu-l-ədillə, təhqiq edən: Hüseyin Atay

Ankara, 2004. 




Kəlama görə aləmin yaradılışı 

129 


Razi, Fəxrəddin,  əl-Məbahisu-l-Məşriqiyyə, thq. M. əl-Mu’tasim Billəh 

əl-Bağdadi, Beyrut, 1990/1410, I. 

Razi, Fəxrəddin, Muhassal, tərc. edən: Hüseyin Atay, Ankara, 2002. 

Razi, Fəxrəddin,  Mə‘alimu Usuli-d-din, thq. Səmih Dağim, Beyrut, 

1992. 

Siyalkuti, Haşiyətu ‘alə Şərhi-l-Məvqif, thq. Mahmûd Ömər əd-Dəmyati, 



Beyrut, 1998/1419, III. 

Şemseddin, M., “Mütekellimîn ve Atom Nazariyesi”, Darülfunûn 



İlahiyat Fakültesi Mecmuası, İstanbul, 1925, sayı 1. 

Təftəzani, Sə`duddin,  Şərhu-l-Məqasid, thq. Əbdürrəhman ‘Umeyra, 

Beyrut, 1989/1409, II. 

Təhanəvi, Kəşşafu İstilahati Fünun, thq. Əli Dahruc, Beyrut, 1996, I. 

Topaloğlu, Bekir İslâm Kelamcılarına ve Filozoflarına Göre Allah’ın 

Varlığı (İsbât-ı Vâcib), Ankara, 2001. 

Tusi, Nəsirəddin, Fusul (Abdullah Nemətin əl-Ədillətu-l-Celiyye fi Şərhi 



Fusuli-n-Nasiriyyə adlı əsəri ilə birlikdə), Beyrut, 1987. 

Türker, Ömer, Seyyid  Şerif Cürcânî (nəşr olunmamış dissertasiya), 

İstanbul, 2006. 

Yavuz, Yusuf Şevki, “İslam Kelamında  Ərəz Nazariyesi”, MÜİFD

İstanbul, 1987-8, Sayı 5-6. 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə