Elmи мяъмуяси



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə54/159
tarix02.12.2017
ölçüsü3,47 Mb.
#13563
1   ...   50   51   52   53   54   55   56   57   ...   159

On qiraət imamı və onların raviləri 

139 


VI. HƏMZƏ 

Əbu Əmmarə Həmzə ibn Həbib ibn Əmmarə əz-Zəyyat əl-Kufi 699-cu 

ildə anadan olmuşdur.

65

 Kufəlilərin qiraət imamıdır. Zeytun yağı ticarəti ilə 



məşğul olduğuna görə “əz-Zəyyat” ləqəbini almışdır. 

Asim və  əl-Ə`məşdən sonra Kufənin qiraət imamı olmuşdur. O, 

Qur`anın qiraətini Süleyman ibn Mihran əl-Ə`məş, Humran ibn Əyən  əş-

Şeybani və  Məhəmməd ibn Əbdirrəhman ibn Əbi Leyladan öyrənmişdir. 

İmam Həmzə Yeddi qiraətin (Qiraətus-Səb`a) sonuncu imamı  Əbul-Həsən 

əl-Kisainin qiraət müəllimi olmuşdur.

66

 

O, təkcə qiraət elmində deyil, ərəb dili, hədis və fiqh sahəsində də alim 



idi. Rəvayət etdiyi hədislər “Kutubu Sittə” müəlliflərinin  əsərlərində 

mövcuddur.

67

 

Mənbələrdə “Kitabu Qiraəti Həmzə”, “Kitabul-Fəraiz”, “Kitabul-Vəqfi 



vəl-İbtida” və “Mənam fi Fəziləti Hifzil-Qur`an” adlı  əsərlərin ona məxsus 

olduğu göstərilir.

68

 

Həmzənin qiraətinin istinadı belədir: O, Süleyman ibn Mihran əl-



Ə`məşdən, əl-Ə`məş Yəhya ibn Vəssabdan, o da əl-Əsvəd ibn Yəzid, Übeyd 

ibn Nudeylə, Zirr ibn Hübeyş  və  Əbu  Əbdirrəhman  əs-Süləmidən; bundan 

başqa İbn Əbi Leyla, Humran İbn Əyən, Əbu İshaq əs-Sabii, Mənsur ibn əl-

Mutəmir, Muğirə ibn Miqsəm və  Cəfər ibn Məhəmməd  əs-Sadiqdən; onlar 

da Əli ibn Əbi Talib, Osman ibn Əffan və Abdullah ibn Məsuddan, onlar da 

Məhəmməd peyğəmbərdən öyrənmişdir.

69

 

773-cü ildə Hülvanda vəfat etmişdir.



70

 Rəmzi “fə” (ف) hərfidir. 

Raviləri: 

1) Xələf 

Əbu Məhəmməd Xələf ibn Hişam ibn Sələb əl-Bəzzar 757-ci ildə anadan 

olmuşdur.

71

 Xələf imam Həmzənin birinci ravisi olmaqla yanaşı, on qiraətin 



(Qiraətu Aşərə) sonuncu imamı olaraq qəbul edilmişdir. 

                                                 

65

 Dani, ət-Təysir fil-Qiraətis-Səb, 6-9 



66

 Məhəmməd Hadi Mə`rifə, ət-Təmhid fi Ulumil-Qur`an, 192 

67

 İbn Mihran ən-Nisaburi, əl-Ğayə fil-Qiraətil Aşr, 104 



68

 İbnul-Cəzəri, ən-Nəşr fil-Qiraətil-Aşr, I, 165 

69

İbnul-Cəzəri, Ğayətun-Nihayə fi Tabaqatul-Qurra, 261-263 



70

 Mənnaul Qəttan, Məbahis fi Ulumil-Qur`an, 173 

71

 Məhəmməd Hadi Mə`rifə, ət-Təmhid fi Ulumil-Qur`an, 227 




 Mirniyaz MÜRSƏLOV 

140 


O, Həmzənin qiraətini bir-başa onun özündən öyrənməyib isnad yolu ilə 

rəvayət etmişdir. Başqa bir ifadə ilə Həmzənin qiraətini Süleym ibn İsadan 

öyrənmişdir.

72

 



Xələf eyni zamanda İshaq  əl-Müseyyibidən Nafinin; əl-Əşa və  Yəhya 

ibn Adəmdən də Asimin qiraətini öyrənmişdir.

73

 

844-cü ildə Bağdadda vəfat etmişdir.



74

 Rəmzi “dad” (ض) hərfidir. 



2) Xəllad 

Əbu  İsa Xəllad ibn Xalid əş-Şeybaninin anadan olduğu tarix haqqında 

məlumat yoxdur. İmam Həmzənin ikinci ravisi olan Xəllad onun qiraətini 

bir-başa onun özündən almamış, isnad yolu ilə  rəvayət etmişdir.  İmam 

Həmzənin qiraətini Süleym ibn İsadan öyrənmişdir.

75

 



835-ci ildə Kufədə vəfat etmişdir.

76

 Rəmzi “qaf” (ق) hərfidir. 



VII. KİSAİ 

Əbul-Həsən Əli ibn Həmzə ibn Abdullah ibn Bəhmən ibn Firuz əl-Kisai 

əl-Kufi 738-ci ildə Kufədə doğulub böyümüşdür.

77

 Fars əsilli olan Kisai 



Kufəlilərin qiraət imamıdır. Kisai ləqəbini qara rəngli qiymətli (kisəyi) 

parçadan paltar geyindiyinə görə almışdır.

78

  

Kisai, dövrünün klassik təhsil sisteminə uyğun olaraq ilk təhsilinə 



Qur`anı əzbərləməklə başlamış, az da olsa nəhv, fiqh, təfsir, hədis və əqaid 

dərsləri oxumuşdur. Sonra isə  təhsilinin ikinci və  ən önəmli mərhələsində, 

Həmzə ibn Həbib  əz-Zəyyatın yanında uzun müddət qalaraq ondan qiraət 

elmini öyrənmişdir. O, Həmzə ibn Həbib əz-Zəyyatla yanaşı Məhəmməd ibn 

Abdirrəhman ibn Əbi Leyla və  İsa ibn Ömər  əl-Həmədanidən də qiraət 

dərsləri almışdır.

79

 Qiraət elmində  ən çox Həmzə ibn Həbib  əz-Zəyyatın 



təsirinə  məruz qalmış Kisai, ondan sonra qiraət məşğələlərinə  rəhbərlik 

edərək öz qiraətini Bağdad və digər şəhərlərdə insanlara öyrətmişdir.

80

 

                                                 



72

 İsmail Karaçam, Kıraat İlminin Kur`an Tefsirindeki Yeri, 113 

73

 Abdurrahman Çetin, Yedi Harf ve Kıraatlar, 227 



74

 Mənnaul Qəttan, Məbahis fi Ulumil-Qur`an, 173 

75

 İsmail Karaçam, Kıraat İlminin Kur`an Tefsirindeki Yeri ve Mutevatir Kıraatların Yorum 



Farklılıklarına Etkisi, 113  

76

 Abdurrahman Çetin, Yedi Harf və Kıraatlar, 228 



77

 əz-Zəhəbi, Marifətu Qurrail-Kibar, I, 100 

78

 V.M. Məmmədəliyev, Ərəb Dilçiliyi, 101 



79

 əz-Zəhəbi, Marifətu Qurrail-Kibar, I, 101 

80

 Əbu Bəkr Əhməd ibn Əli əl-Xətib əl-Bağdadi, Tarixi Bağdad, II, 403 




On qiraət imamı və onların raviləri 

141 


Kisai,  Əbu Bəkr Məhəmməd ibn Musa ibn əl-Abbas ibn Mücahid (ö. 

935) tərəfindən Yaqub əl-Hədrəminin yerinə yeddinci qiraət imamı olaraq 

seçilmişdir.

81

 



Kisai eyni zamanda Kufə qrammatika məktəbinin qurucularındandır. 

Bəzi  ərəb alimləri belə hesab edirlər ki, Kufədə  nəhv, sözün həqiqi 

mənasında Kisai ilə başlayır. O, Kufə qrammatika məktəbinin əsl banisi və 

rəhbəridir. Kisai nəhvə yeni üslub, yeni metod gətirmişdir.

82

 

Əvvəlcə qare kimi məşhur olan Kisai, nəhvi orta yaşlarında öyrənmişdir. 



Bu məqsədlə o, öncə Kufədə Muaz ibn Müslim əl-Hərra və  Əbu Cəfər  ər-

Ruasinin yanında oxumuş, sonra Bəsrəyə gedərək Xəlil ibn Əhmədin 

yanında dərslərinə davam etmişdir. Bəsrədə o, nəhvi Xəlil ibn Əhmədlə 

yanaşı  Əbu  Əmr ibn əl-Əla, Yunus ibn Həbib və  İsa ibn Ömərdən 

öyrənmişdir.

83

  Bəzi mənbələr Kisainin Əbu  Əmr ibn əl-Əlanın yanında on 



yeddi il qalaraq onun elmindən istifadə etdiyini yazırlar.

84

  



Mənbələrdə onun “Kitabu ma təlhənu fihil-avamm”, “Kitabu məanil-

Qur`an”, “Kitabul-qiraət”, “Kitabun-nəvadiril-kəbir vəs-səğir”, “Kitabu 

müxtəsərin-nəhv”, “Kitabul-ədəd”, “Kitabu məqtuil-Qur`an və  məvsulih”, 

“Kitabul-məsadir”, “Kitabul-huruf”, “Kitabul-həat”, “Kitabu əş`ar”, 

“Kitabul-heca”

85

 “Kitabu-hüdud fin-nəhvi”,



86

 “Kitabu qisəsil-ənbiya”

87

 adlı 


on dörd əsərin müəllifi olduğu bildirilir.  

Kisainin qiraətinin istinadı qiraət elmini əsasən imam Həmzədən 

öyrəndiyi üçün onun qiraətinin istinadı ilə eynidir. Yəni onun qiraəti Əli ibn 

Əbi Talib, Osman ibn Əffan, Abdullah ibn Məsud, Übeyy ibn Kə`b və Muaz 

ibn Cəbəl kimi səhabələr vasitəsi ilə Məhəmməd peyğəmbərə gedib çıxır.

88

  



                                                 

81

 əz-Zərkeşi, əl-Burhan fi ulumil-Qur`an, I, 329 



82

 V.M. Məmmədəliyev, Ərəb Dilçiliyi, 101 

83

 əz-Zəhəbi, Marifətu Qurrail-Kibar, I, 100 



84

 Şövqi Zeyf, əl-Mədərisun-nəhviyyə, 172-173 

85

 İbnun-Nədim, əl-Fihrist, 66 



86

 əl-Qifti, İnbahur-Ruvəh, II, 271 

87

 İsmail Paşa, Hədiyyətul-arifin, I, 668 



88

 İbnul-Cəzəri, ən-Nəşr fi Qiraətil-Aşr, I, 172 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə