Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə195/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   191   192   193   194   195   196   197   198   ...   540
1027 (1)

Yeni kommunizm (neokommunizm).

 XX əsrin 20-ci illərində 

Qərbin  sosial-fəlsəfi  fikrində  yeni  cərəyan  -  neokommunizm 

meydana  gəlir.  1960-cı  illərdə  bu  cərəyan  özünün  yüksək 

zirvəsinə  qalxır  («yeni  sollar»  hərəkatı).  Neokommu-  nizmin 

tərəfdarları  üçün  mənəvi  mədəniyyətə  biganəlik,  siyasi 

ekstremizm,  kapitalist  sivilizasiyasının  fatalizm  konsepsiyası 

daha xarakterikdir. Elə buna görə də neomarksist nəzəriyyəçilər 

(məsələn,  K.Korş)  «Qərb  sivilizasiyası»  tərəfindən  müflis- 

ləşdirilmiş, sosial həyatın dibinə atılmış adamlar arasında sosial 

baza  axtarırdılar.  XX  əsrin  70-ci  illərində  neomarksizmə 

əsaslanan «yeni sollan> hərəkatı iflasa uğrasa da, sol ekstremizm 

və terrorizm zəifləsə də hələ də yaşayır. 

Bir çox görkəmli Avropa alimləri faktiki olaraq marksizmdən 

uzaq  olsalar  da  bəzən  ciddi  şərtlərlə  özlərini  bu  təlimin 

tərəfdarları hesab edirlər. Məsələn, ekzistensialist filosof 



J.P.Sartr

  (1905-1980)  yazırdı:  «Marksizmə  rəğmən  deyil, 

onunla yanaşı inkişaf edən eksiztensializm də var. Biz özümüzü 

buna aid  edirik...».’^'  Lakin  onun fikrincə  «marksizm  dayandı, 

məhz ona görə dayandı ki, bu fəlsəfə dünyanı dəyişdirmək istəyir 

və «fəlsəfə dünyasının yaranmasına» doğru yönəlib; ona görə ki, 

praktikidir  və  belə  də  olmaq  istəyir,  onda  əsl  parçalanma  baş 

verdi, bir tərəfdə nəzəriyyə, o biri tərəfdə praktika durdu». 

Sartr  neomarksist  R.Qorodiyə  məktubunda  yazırdı: 

«Marksizm adı altında mən tarixin daxili dialektikası haqqında 

danışan tarixi materializmi nəzərdə tuturam. Yoxsa metafizikanı 

fikirdə  saxlayan  dialektik  materializmi  nəzərdə  tutmuram;  bu 

fəlsəfə guya təbiətin dialektikasını kəşf edibdir. Bu dialektika hə- 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə