Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə198/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   194   195   196   197   198   199   200   201   ...   540
1027 (1)

6.

 

«Üçüncü dünya» ölkələrində marksizm 

İnkişaf  etməkdə  olan  Asiya,  Afrika  və  Latın  Amerikası 

ölkələrindəki  marksizm  əsasən  aşağıdakıları  tədqiq  etməyə 

çalışırdı: 

metropoliya 

və 


müstəmləkə 

münasibətləri, 

müstəmləkə  olmayan  ölkələrdəki  kapitalizmin  fərqləndirici 

cəhətləri;  milli  müəyyənlik  və  «sosializmin  nailiyyətləri» 

arasındakı münasibət; sosializm qurmaq işində kəndlilərin rolu 

və bu prosesin siyasi nəticələri. 

Problemlərin  diqqətlə  öyrənilməsi  göstərdi  ki,  sosializmin 

müxtəlif Avropa növləri həmin problemləri həll etmək üçün 



176 


yaramır. Buna görə də «Üçüncü dünya» ölkələrində marksizm 

ilə əlaqədar çoxsaylı nəzəri və siyasi tədqiqatlar meydana gəldi. 

Məsələn,  Hindistanda  —  imperializmin  hökmranlığı  altında 

olan ölkələrdə müstəmləkəçiliyin təbiəti və orada kapitalizmin 

xüsusiyyətləri; Çində — maoizmin nəzəriyyə və siyasəti; varlı 

və  güclü  dövlətlərin  hökmranlıq  etdiyi  bir  sıra  ölkələrdə  — 

yoxsulluğun  daha  da  artması;  stabil  şəraitin  olmamasının 

iqtisadi, sosial və siyasi səbəbləri; Latın Amerikasında — uzun 

müddətli 

partizan  müharibəsində 

kəndlilərin 

inqilabi 

fəaliyyətinin  siyasi  praktikası  haqqında  (kastroizm);  Afrikada 

—  50-60-  cı  illərdə  müstəqillik  uğrunda  aparılan  mübarizə 

şəraitində  ənənəvi  kooperativ  və  icmalann  əsasında  sosializm 

qurmağın mümkünlüyü və burada kapitalizmin həddən artıq zəif 

olması  haqqında  çoxsaylı  nəzəri  fikirlər  söylənmişdi.  Onu  da 

qeyd  etmək  lazımdır  ki,  «üçüncü  dünya»da  da  əsasən  öz 

ölkələrində  populyar  olan  və  öz  cəmiyyətlərinə  təsir  göstərən 

marksist nəzəriyyəçilər çoxdur. 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə