Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə200/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   196   197   198   199   200   201   202   203   ...   540
1027 (1)

2.

 

Dialektikanın əsas qanunları haqqında 

Dialektikanm üç əsas qanunu olduğu göstərilir: 1) kəmiyyət və 

keyfiyyətin qarşılıqlı şərtlənməsi qanunu; 2) əksliklərin vəhdəti 

və mübarizəsi qanunu; 3) inkarı inkar qanunu. 



Kəmiyyət  və  keyfiyyətin  qarşılıqlı  şərtlənməsi  qanunu. 

Obyekt  ona  görə  çoxkeyfıyyətlidir  ki,  bir  bütöv  kimi  yalnız 

obyekt  deyil,  onun  ayn-ayn  tərəfləri,  xassələri,  hissələri, 

mərhələləri  də  keyfiyyət  müəyyənliyinə  malikdir.'  Lakin  bir 

halda ki, bütün bu tərəflər, xassələr və s. qarşılıqlı əlaqədədir, bir 

bütövün  hüdud  dərəcələri,  bütöv  bir  keyfiyyətdə  çıxış  edir. 

Deməli,  bütövün  bir  keyfıyyətliliyi  onun  tərəflərinin  müxtəlif 

keyfiyyətlərində təzahür edir. 

Dialektika nəzəriyyəsinə görə obyekti bütün tərəflərdən tədqiq 

edən,  onun  keyfiyyətcə  müxtəlif  xassələrini,  tərəflərini,  inkişaf 

mərhələlərini  üzə  çıxaran  idrak,  predmet  haqqında  hərtərəfli, 

bütöv biliyə doğru can atır. Belə bilik obyektin müxtəlif tərəfləri 

haqqında biliklərin sintezi sayəsində əldə edilir. 

Dialektik  materializm  təsdiq  edir  ki,  inkişaf  kəmiyyət 

dəyişmələrinin tədricən yığılması və onların öz əksinə - keyfiyyət 

dəyişmələrinə keçməsi yolu ilə baş verir. Keyfiyyət müəyyənliyi 

əsaslı  surətdə  əşyaları  təşkil  edən  müvafiq  elementlərin 

kəmiyyətindən  asılıdır.  Fəqət  hər  bir  kəmiyyət  dəyişikliyi 

keyfiyyət  dəyişmələrini  yaratmır.  Keyfiyyət  və  kəmiyyət 

müəyyənlikləri  bəzi  müstəqilliyə  malikdir.  Bu  müstəqillik 

çərçivəsində  kəmiyyət  dəyişiklikləri  keyfiyyət  dəyişikliklərinə 

gətirib çıxarmır. Tədricən, fasiləsiz olaraq yığılan kəmiyyət 



180 


dəyişmələri müəyyən həddə çatandan sonra predmetin ölçüsünü 

pozur,  onun  sərhədlərindən  kənara  çıxır.  Bunun  nəticəsində  də 

bir predmet keyfiyyətcə başqa predmetə çevrilir. 

Dialektika təmsilçiləri  göstərirlər ki,  kəmiyyət  və keyfiyyət 

dəyişmələrinin  qarşılıqlı  olaraq  bir-birinə  keçməsi  qanunu 

inkişafın mexanizmini  qeyd edir, onun ayrı-ayn  mərhələlərində 

inkişafın necə baş verməsini göstərir. 

Fasiləsiz  baş  verən  kəmiyyət  dəyişmələrindən  fərqli  olaraq 

keyfiyyət dəyişmələri, dialektik təlimə görə, həmişə fasiləsizliyin 

fasiləsi  şəklində,  sıçrayış  formasında  baş  verir.  Sıçrayış  bir 

keyfiyyətin  başqasına  keçməsinin  momentidir;  sıçrayış  — 

yetişmiş  ziddiyyətlər  və  onların  həll  edilməsi  nəticəsində  baş 

verir. 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə